Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə63/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

 
187
Beləliklə,  keçmişlə    yaşayanların və yeniliyə, kamilliyə qarşı 
olanların miqdarı əhalinin maksimum 5-10 faizidir. Lakin bu təkliflər 
qalan 90-95 % əhalinin mənafeyinə uyğundur və onların,  şübhəsiz, 
xoşuna gələcək. Çünki bu fikirlər gələcək daha kamil və  ağıllı, 
inkişaf etmiş, dini qapalılıqdan kənar, ədalətli, sabaha ümidlə inanan  
Azərbaycan cəmiyyəti üçündür.  
 
İV BÖLMƏ. 
TOFIQ MEHDININ KƏLAMLARI 
 
Tofiq Mehdinin Həqiqətyə Pəncərə kitabında, şerlərində və bu 
kitabında   kəlamlar xeyli çoxdur. Onun bütün əsərləri müdriklik 
xəzinəsidir. Burada  ayrıca bölmədə yazılmış  vacib  sayılan  
kəlamlar sizə  təqdim edilir. Burada insan tarixi ərzində yaradılmış 
kəlamlarla üst - üstə düşənlər və  yeniləri var. 
1.
 
Ayrılmaq, uzaqlaşmaq üçün bəhanə axtarma, dostluq, 
yaxınlıq üçün bəhanə (səbəb, fəaliyyət, oxşar, ümüumi nöqtə) 
axtar. 
2.
 
Başqalarında eyib axtarma. 
3.
 
Sənə bir şey hədiyyə verdikdə bunun pis olduğunu, seçib 
pisini sənə verdiyini düşünmə və demə. 
4.
 
Səni məhdudlaşdıran - malik olduğun mədəniyyət, adətlər 
(patriarxiya; avtoritarizm; dinə uyğunluq - yəni qapalı düşüncə; 
yoldaşa sadiqlik, - halbuki yoldaş  sənə sadiq deyil, səni asan 
aldadır; qonşular, adamlar nə deyər? – baxışları, hamının olduğu 
kimi olmaq) səhv  və yaxşı dəyərlər, ənənələr, tipik davranışlardır 
ki, sən həmişə ona uyğun olmağa çalışırsan. Eyni zamanda sənin 
problemlərinin də səbəbi onlardır. Sən onları pozub yəni, özünü 
sındırıb, sərhəddi keçib, yeni düşüncə  və davranış  seçsən, 
problemini həll edərsən. Lakin hansını pozmaq, necə pozmaq 
problemilə üzləşəcəksən, bunu da həll et. 
5.
 
Yaxşılıq et - daim yaxınlarına, yadlara; dara düşsən 
yaxşılıq etdiklərin, yaxınların gələcək. 
6.
 
Qanmazı qandırmaq olmaz. Qanmaza qanmaz demə. 
7.
 
Yaxşılıq et; yaxşılıq edəndə, yaxşılıq gözləmə. Yaxşılıq 
unudular, sən isə yaxşılıq gözləyib əzab çəkərsən.  
8.
 
Özgəyə, öz atana, anana, qardaş, bacına da  ümid etmə. 
Hər kəs yalnız öz xeyrin, öz nüfuzun güdər, səni qurban verib öz 
adını, xeyrini  qoruyar. Ümumi xeyiri görməz və anlamaq da 


 
188 
istəməz. Nadir ailələr var ki, qardaş, bacı, ata, ana öz xeyirlərini, 
öz yaxınlarına qurban verər. 
9.
 
Lakin etibar etməsən, inanmasan da yaşaya bilməzsən. 
Ona görə  işini elə etibarlı formada gör ki, aldansan (bu zaman 
ümid edib, aldanar və çox ağır vəziyyətə düşərsən), onlar öz 
borclarından imtina etsələr, xilas ola biləsən. 
10.
 
 Özünə hökmən həyatda bir ağıllı  ağsaqqal, bilikli 
məsləhətçi seç. Və onunla nə eləsən məsləhətləş. Bunu etməsən, 
tək öz ağlınla çox səhv edərsən, sonra yanarsan.  
11.
 
 Etdiyin  işin və etmədiyin işin təhlükələrini ilk növbədə 
araşdır- siyahılar tut və onlara qarşı tədbirlər hazırla. 
12.
 
Gələcəyi həmişə düşün, siyasət hara aparır, nə yaxşı 
olacaq, nə pis olacaq, hansı imkanlar var, hansı imkanlar yoxdur. 
Bu imkanlar içindən özünün yaşama formanı və fəaliyyətini, nəyi 
almalı, nəyi satmalı olduğunu, peşəni, lazımı bilik almaq 
ehtiyaclarını müəyyən et, plan qur və icra et. 
13.
 
 Son  güvəndiyin yer özünsən, hamı bir bəhanə ilə 
köməkdən imtina edəndə, bu an həmişə olacaq, yenə öz ağlına 
inan, ağlınla yaşa. O adamlar sənə kömək edər ki, sən də 
əvəzində onlara nədəsə kömək edəsən (əvəzin ödəyəsən) 
14.
 
 Əgər öz evində arvadla birlik yoxdursa, o sənin birinci 
düşmənindir, hər işdə  səni geri salacaq, sənin  əksinə gedəcək, 
onunla heç bir məsələni həll edə bilməzsən, çətinlikdən çıxa 
bilməzsən. Bu o deməkdir ki, sənə lazım olan arvadı almamısan. 
Hələ ki qocalmamısan - bu məsələni  təcili həll et, ayrıl və 
etibarlı və ağıllı  arvad al. Dözüb qocalana qədər bu gün, sabah 
deyib, gözləsən, vaxtın boş keçəcək, o səni axmaq yerinə 
qoyacaq, at kimi minib çapacaq, sən isə evdən, minimal şəraitdən 
də  məhrum olmaq təhlükəsi qarşısında arvaddan ayrıla 
bilməyəcəksən. Qoca vəziyyətdə isə heç bir dul və ya boşanmış 
arvada lazım deyilsən. 
15.
 
 Həyatının qoca vəziyyətinə  həmişə hazırlaş. O zaman 
xəstəliklər artacaq, yaddaşın zəyifləyəcək, rahat həyat lazım 
olacaq, yaxşı dost, yaxşı  tərbiyəli övlada və arvada ehtiyacın 
olacaq. Zəif olduğun üçün güclü  ətraf mühit sənin üzərində 
üstünlüyə malik olmağa çalışacaq, səndən sui - istifadə etməyə, 
malına sahib olmağa, aldatmağa, ələ salmağa  çalışacaq və bunu 
ilk imkanda edəcəklər. Vaxtında, ağlın başında olanda öz 
əmlakın və digər məsələlər barədə vəsiyyətini yaz. Səndən sonra 
dalaşmağa, ədalətsizliyə səbəb qoyma. 


 
189
16.
 
 Dünya  və onu qaydası onun üzvlərinin  mübarizəsi və 
əməkdaşlığı, yarışı   nəticəsidir. Başqa sözlə,  üzvlərin sevgi və 
nifrəti və ya mənfi və müsbət qüvvələrin qarşılıqlı  əlaqələri 
nəticəsidir. Dünyada yaşamaq çoxluq içində mübarizədən, 
sıxlıqdan, ətrafın çoxlu təsiri altında sağ qalaraq sivişib  çıxmaq 
prosesidir. 
17.
 
 Ölkədə nayrazılıqların, dövlətlərin bir - birini əvəz 
etməsinin, inqilabların səbəbi dövlətin özüdür. Onların 
danqalıqlarının, ritmə, ahəngə, ictimai ağıla uyğun dəyişmək 
istəməməsinin nəticəsidir. 
18.
 
 Fiziki sistem ritmik olaraq böyük sistemlərin ahənginə 
uyğun eyni tempdə dəyişir, problemlər olmur. Lakin insan məhz 
ağıllı olduğu üçün inersiyaya malikdir, onun öyrəndikləri və 
təcrübəsi yadında qalır, həmişə köhnə  təcrübə  və  ağıl sayəsində 
və onları istifadə edərək yaşayır. Ona görə  də  təbii ritmlərə, 
inkişafa eyni ritmdə dəyişmir(əvvəl yenini anlamalıdır - buna çox 
vaxt lazımdır və köhnədən də, mövcud statusundan, adətindən də 
imtina etmək istəmir), nəticədə konfliktlər, müharibələr, 
inqilablar yaranır və bundan sonra o, ritmə, ümumi inkişafa 
uyğun dəyişməyə məcbur olur. 
19.
 
 Söz və  əməl.  İnsanların söz və  əməlləri heç zaman düz 
gəlmir.  İnsanlar yalnız real münasibətlər aləmində  və onun 
nəticəsi olaraq yaşaya bilirlər, demək, əməlləri əvvəl dedikləri ilə 
düz gəlməməsi təbiidir. 
20.
 
 Həqiqət  əbədi və  keçici (müvəqqəti) olur – həqiqət 
yalnız  insanın yaratdığı anlayışdır. 
21.
 
 Həyatın  hər bir sahəsində adətən inkişaf paralel və 
uyğun gedir (uyğun olmağa çalışır) bir yerdə, məsələdə bir az 
geridə qalma və ya irəli qaçma olduqda digər sahələr tez 
müvazinətləşməyə, bərabərləşməyə başlayır. Yəni bir işdə inkişaf 
olduqda, digərində reqres olur. Ona görə  də diqqətlə hansı 
imkanların yaranması  və özün də hansı imkanlara gücün 
çatmasını daim izlə və yeni imkanlardan istifadə et. Həyat məhz 
imkanlardan istifadə etməklə baş verir. İmkanlar tapmayanda 
canlılar imkana uyğunlaşmaqla onu əldə etməyə qabil olur və 
istifadə edir. 
22.
 
 Qanun  o zaman işləyir ki, o hakim sinfə( məmura) 
lazımdır, qanun o zaman pozulur ki, o hakim sinfə (məmura) 
lazımdır; qanun o zaman yazılır ki, o hakim sinfə (məmura) 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə