Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə65/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

 
193
sağlamlığın, işə yarayan dostların, qohumların,  ərazinin 
əlverişliyi, ailən, arvadın, uşaqların, bağın, evinin yeri, savadın, 
peşən,  əl qabiliyyətlərin, ixtisasın, yolun,  suya yaxınlığın və 
sairədir. Elə bir üstünlyün, yəni yaxşı imkanların yoxdursa, onda 
onları yaratmağa çalış (öyrən, al, tik, qur, ağac ək, qohum ol, dost 
tap və s.) və sonra yaşa. 
37.
 
 Öz eyib cəhətlərinin də siyahısını tut və bu kağızı göz 
qabağında saxla, ki nəyi edə bilməzsən, nəyi necə etməlisən. 
İnsanlarla münasibət qurduqda bu eyiblərini nəzərə al və  səhv 
etmə.Yadında saxla, məhz sənin zəif cəhətlərin başqası üçün 
səndən yaxşı sui-istifadə imkanıdır. Sözə tez inanmaq, tələsmək, 
tez reaksiya vermək, kəskin hərəkət göstərmək , təmkinli 
olmamaq, nəyəsə-pula, vəzifəyə, maşına, sevgiyə, yeməyə  və s.  
hərisliyin, özündən tez çıxmaq, müdrik olmamaq, kənar hədlərdə 
davranmaq, olmaq  və s. – sənin zəif cəhətlərindir. 
38.
 
 İnsanlar arası  əlaqədə elə davran ki, həmişə kiməsə 
möhtac olmayasan və ya asılı olmayasan. Onların köməyinə, 
müdafiə etməsinə, sənin mənafeni qoruyacaqlarına  ümid  olub 
arxayın olsan, onlar imtina etsələr, nə edəcəksən? 
39.
 
Sənin hərəkətin  ətraf mühitə olan reaksiyadır. Sənin 
potensialın-gücün, ağlın, biliyin, pulun, sağlamlığın və s. artıq 
olsa sən tutduğun məqsədi  işi edir,  potensialın ətrafdan zəif olsa  
tabe olursan, ətraf mühitin səni yönəltdiyi –diqtə etdiyi hərəkəti 
edirsən. Potensiyalını artır. Bilik, qabiliyyət, sağlamliq və onun 
istifadəsi - birlikdə sənin potensialin deməkdir. 
40.
 
Hərəkət, davranış və sözlərində ədalətli ol, yanlışlığa yol 
vermə, səhvini tez başa düşüb, tez düzəlt. 
41.
 
 Səhv etdikdə başqalarını (həm öz ailə üzvlərini,  həm 
özgələrini) incitsən və ya zərər vursan üzr istə, səhvini 
bağışlamağı xahiş et, zərəri ödə, bu ən böyük ləyaqətdir. Düz söz 
danışmaq səhv etmək deyildir, lakin onu yerində de və demək 
formasını diqqətlə seç. 
42.
 
Başqasında səhv tutmağa çalışma, bu onun xoşuna 
gəlməz; adamlar öz səhvlərini adətən eşitmək istəmirlər. Səhvi 
desən, xəlvətdə və elə de ki, inciyən olmasın. Lakin  əgər o insan 
qanmazdırsa, ona heç vaxt qanmaz demə, səhvini də demə. 
43.
 
Danışanda ünsiyyət və nəzakət qaydalarına əməl et, dilini 
buna öyrət, nəzakətli sözləri tez - tez işlət (buyurun, sağ olun, 
salam, sabahınız xeyir, uğurlu günlər, zəhmət olmasa, dəyməz, nə 
zəhmətdir, çox razıyam, xeyirli olsun, salamat qalın, qadın və 


 
194 
qızlara tərif deməyi unutma: nə gözəlsən, qəşəng paltarın var, 
necə ağıllısan, əla yemək bişirirsən, əla zövqün var, işıq saçırsan, 
nə xoşdur sizinlə söhbət etmək, nə gözəl səsin var, səsini unuda 
bilmirəm, görən bir dəfə  də sizi görə bilərəm? Nə vaxt səsini 
yenə  eşidə bilərəm? Sözlərin necə gözəldir, sənin kimi gözəl, 
ağıllı görməmişəm, lap mələksən, nayrahat olmayın, 
qulluğunuzda hazıram, nə kömək desəniz hazıram, dilini yeyim, 
canını yeyim, canım necəsən,  şirinim,  dadlım  və digər təriflər 
yaradıb deməyi unutma). 
44.
 
Əgər bir şey – sosial, texniki, material, obyekt yaratmaq 
istəyirsənsə bu obyekti yazılı, rəqəmlərlə  və müxtəlif 
xüsusiyyətlərlə dəqiq təsvir et, habelə təsəvvür et və şəklini çək. 
Başqa sözlə, son əldə etməli olduğun  şeyin formasını , icra 
edəcəyi vəzifələri, miqdar və keyfiyyət ölçüləri ilə  təyin et. Bu 
obyektin vəzifəsini–funksiyalarını xasiyyətlərini formulə et. 
Sonra düşün ki  əsas funksiya  necə  əldə edilə bilərdi?  Cavab 
tapılmadısa onda bu məqsədi, obyekti elementlərə böl və yenidən 
hər elementi hissələrə-eleməntlərə böl; bu yol ilə sən tələb olunan 
obyekti təşkil edəcək bütün şeyləri , maddi vasitələri, formaları, 
hərəkətləri, zaman və  fəzada yerləşmə qaydasını,  maddələrin 
tərkibini , sosial sistem axtarırsansa bunu təşkil edəcək insanlar, 
xarakterləri , bilikləri, qarşılıqlı əlaqələri və s. tapılacaq. 
45.
 
Əgər bir şeyi dərk etmək istəyirsənsə,  əvvəl məntiqdən 
istifadə et və bu obyekti  təsvir et və hansı  səbəbə  və ya nəyin 
nəticəsində bu ola bilərdi sualına cavab axtar. Və  hər tapdığın 
elementi bir - birinə bağla, nəticə alınmırsa, demək, onu başa 
düşmək sənin keçmiş biliklərinin, düşünmə 
tərzinin 
çərçivəsindən kənardadır. Ona görə  də  məntiqdən imtina et və 
hər şeyin hər cürə ola biləcəyi fikrini qəbul et (ancaq müvəqqəti-
həlli tapmaq üçün). Yəni  “konkret mühit və zamanda  - dəqiq 
verilmiş parametrli funksiyanı  təmin edən  – icra edən element 
konkretdir - müəyyəndir “ prinsipindən  istifadə edərək sən 
həmin obyekti dərk edəcəksən. Yəni məntiqi pozaraq çatışmayan 
hissəni tapacaqsan. Qeyd: əslində hər şeyin hər cürə ola biləcəyi 
hər hansı baxılan zaman və mühit üçün düz deyil. Konkret zaman 
anında və mühütdə ancaq şey bir forma-vəziyyətdə  və bir cürə  
ola bilər.  Şeyləri başa dışmək üçün onları gerçəkdən və ya 
fikrində böl. Hər birinin digərilə  əlaqəsini,  asılılığını tap, bəs 
etmirsə, yenidən hər bir hissəni yeni elementlərə böl , bunu – 
bölməni tam başa düşənə  qədər et. Hər element necə yaşayır? 


 
195
əlaqələri necədir? Axı  məhz  əlaqələr vasitəsilə o həmin cürə 
yaşayır, həmin işi görür. Şeyin bütövlükdə və hissələrinin yaşama 
qanununu, prinsipini – üsulunu tap , yadında saxla, bunu  dəftərə 
qeyd et. Çox fikirləş, öyrəndiklərini  həmişə təkrar et 
46.
 
Məntiq nədir? Məntiq gördüyün eşitdiyin öyrəndiyin 
şeyin həmişə  həmin cürə eyni qaydada baş verə biləcəyi haqda 
inamdür – düşüncə tərzidir, yəni stereotip düşüncədir – ehkamdır, 
köhnə təcrübənin prinsipidir. Əslində hər şey elə formada  ancaq 
bir dəfə olur - təkrarlar eyni formada olmur. Hər yeni zamanda –
məkanda (mühitdə)  şeyin yeni dəyişilmiş  vəziyyəti - forması 
olur. Buradan o nəticə  çıxır ki,  yaddaşın köməyilə  məntiqü 
düşüncə fasiləsiz yaransa da, bu nisbidir - etibarlı deyil. 
Məntiqdən ancaq oxşar mühitlərdə  və zamanda istifadə xeyirli 
ola bilər. 
47.
 
 Gələcək haqda və yeni şeylər yaratmaq istədikdə 
məntiqdən istifadə etmə, məntiq yeniliyə  və yaratmağa mane 
olur. Məntiq yalnız  oturuşmuş sistemlər üçün yaxşı alətdir. 
48.
 
 Sən cəmiyyət piramidasının yuxarısında yer tutmaq üçün 
fasiləsiz öz potensialını artır və  ağılla istifadə et. Lakin nə çox 
yuxarıda, nə də aşağıda yer seçmə.  
49.
 
Statuslar, ehtiyaclar ierarxiyasını  və ya qradasiyasını   
yarpaq modelinə oxşatmaq olar. Yarpağın başlanğıcı  və sonu 
ərazisiində yer tutmaq məsləhət deyil. Bura etibarsızdır və rahat  
deyil, burada çox dura bilməzsən, yarpağın başlanğıcı dilənçilik, 
nökərçilik, qiymətləndirilməyən istismar, son kasıblıqdır, hansı ki 
əxlaq pozğunluğu yaradır.  Ən son hissəsi isə  həddən artıq 
varlılıq, böyük ictimai status- hakimiyyətdir ki, insanı bu pul və 
hakimiyyət qudurdur, nəticədə insan öz yerindən tez məhrum 
olur, yarpağın ortasına düşür. Demək, bütün fəaliyyətini əvvəldən 
elə planlaşdır ki, yarpağın ortasında olasan  
50.
 
  Müdriklərin dediyi kimi orta vəziyyəti seç. Nəyə görə? 
Çünki orta vəziyyət uzun ömürlüdür, müvazinətlidir, rahatdır, 
etibarlıdır. Orta vəziyyət  hər hansı bir maddi hissi, davranış, 
bilik sahəsində  iki son hədlər arasındakı ( kasıblıq – varlılıq “; 
tələsmək - gecikmək; aclıq –toxluq kəskinlik – yumşaqlıq;  
mehribanlıq – etinasızlıq, sevgi- nifrət  və s.) orta vəziyyəti 
deməkdir. Davranışda, fəaliyyətdə, idmanda və qidalanmaqda 
ortanı deyil, kənar hədləri seçənlərin ömrü qısa olur, 
xəstələnirlər, tez uğursuzluğa düçar olurlar. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə