Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə64/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

 
190 
lazımdır. Bunlar köhnə, qeyri -rasional dünyanın (yəni məmurla 
idarə edilən dünyanın) prinsipləridir 
23.
 
 Dünyada  hər bir şey, hər sistem, hər varlıq yalnız 
müəyyən hədlər daxilində mövcud ola bilər. İnsanlar yaratdıqları 
cəmiyyətə, demokratiyaya, sözə, fikrə, qidalanmağa, adətlərə, 
mədəniyyətə  hədlər qoymasalar, bu anormal və dayanıqsız olar, 
tez məhv olar. Məsələn, kapitalizmə onun nəzəriyyəçiləri hədləri 
olmayan cəmiyyət kimi qələmə verirlər və reallıqda bunu həyata 
keçirməyə çalışırlar, bu isə krizislərə, zərərlərə gətirir.  
24.
 
 Arvad hədlərini bilməsə, onun davranışı səni çox narahat 
edər və ailən dağılar. Ailə qurarkən  əvvəl arvada hədləri 
(elə)göstər ki, yadında qalsın, onu pozmağa ehtimal, şübhəsi 
qalmasın. Bu məsləhəti Abbasqulu ağa Bakıxanov da vermişdir. 
25.
 
 Arvad ərə gedəndə bilsin ki, kişi evin böyüyü və son söz 
- qərar onundur, çünki o məsuliyyət daşıyır, ona inansın, etibar 
etsin və hörmət etsin. Əgər inanmırsa, hər hərəkətinə və sözünə 
şübhə edirsə, özünü ağıllı sayırsa, ona hörmət etməyə özünü 
borclui saymırsa – onda ərə getməsin, otursun evdə. Birlik, 
hörmət olmayan yerdə ailə olmaz. Əgər arabaya qoşulan iki at və 
ya öküz hərəsi bir tərəfə getsə və ya biri getmək istəməsə, onda 
araba getməz. 
26.
 
 Qoy  hər kəs  azad prinsip - azad razılaşma  əsasında 
ailə qursun. İnsanı  digəri qarşısında məcbur edən heç bir 
öhdəçilik - paltar, ev, yaşayış  şəraiti təminatı, hədiyyə vermək 
öhdəçiliyi; geyim, qida, davranış tərzini müstəqil seçmək şərtilə, 
hökmən əbədi birgə yaşamaq öhdəçiliyi - qəbul etmədən , ancaq 
nəyə ürəyi istəyirsə, razılaşma olursa, həmin müqavilə  əsasında 
evlənsin. Yəni heç kəs ailə qurandan sonra digərindən ev, paltar, 
tabeçilik tələb etməsin. Ailədə yalnız bərabər hüquqlar və yalnız 
könüllü münasibət, könüllü qayğı qəbul edilsin. Yəni çətinlik baş 
verəndə heç kəs digərindən hərəkət etməyi, pul gətirməyi, onu 
saxlamağı tələb etməsin - özü bu çətinliyi birgə dəf etsin.Yalnız 
azad prinsipə razı olanlar ailə qursunlar. Ayrılanda da gülə - gülə 
razılıqla, hörmət edərək ayrılsınlar. 
 Uşaqlar . Ailə qurarkən müqavilədə  uşaqlar olduğu tərzdə 
onların tam mənafeyinin təminatını tam həcmdə, lakin  imkanlara 
görə proporsional iştirakla təminatını yazsınlar. Onlardan biri ya 
hər ikisi öldükdə  uşaqlara- tam oxuyub, peşə alıb işləyəcəyi 
sərbəst dövrə qədər  qəyyum - qadın və kişini də əvvəldən təyin 
etsinlər.  Bir kiçik şərtə  əməl etsinlər - hər kəs yalnız digərini 


 
191
razılaşmadan çıxması haqda məlumat verəndən sonra (bu, yazılı 
olmalıdır) sərbəst, istədiyi kimi başqa adamla görüşə  və evlənə 
bilməsi qəbul edilsin. Bu halda həmin adam  tərəfdaşının evində 
yaşayırsa, oranı  tərk etməlidir - heç bir iddia irəli sürmədən. 
Hesab edilir ki, hər kəs digərinə  nə  hədiyyə etmişsə, könüllü 
etmişdir, qaytarıla bilməz,  yalnız hədiyyə alan özü istəsə könüllü 
qaytara bilər. Xəbər vermədən başqası ilə görüşmək və ya  
evlənmək xəyanət hesab edilərək cəzalandırılmağa  əsasdır. 
Evlənməni dövlət orqanında qeyd etdirilməsi  məsləhət deyildir, 
çünki dövlət müqaviləsi məcburiyyəti, azadlığın pozulmasını 
müdafiə edir. Məcburi şərtlərlə yaşamaq isə cəhənnəmdir. 
Tərbiyə. Ər və arvad və uşaqlar heç biri digərinin mülkiyyəti 
deyil və bir - birinə tabe deyil. Lakin uşaqları valideynlər tərbiyə 
etməli, savad, bilik, davranış qaydalarını, etiket və  əxlaq 
kodeksini  öyrətməlidir, qarşılıqlı münasibətlər tabeçiliyə  və 
kiminsə üstünlüyünə deyil, yalnız hörmətə  və könüllü qayğı 
göstərməyə əsaslanmalıdır. 
Əmlak. Ayrıldıqda hər kəsə yalnız öz pulu ilə aldığı  əmlak 
çatır.  Ümumi ev, maşın, torpaq, biznes,  onu almaq üçün pul 
qoyulmamışsa yoxdur. Əmlaka pul qoyulmuşsa, hər tərəf 
proporsional müqdarda yeni qiymətlə onun sahibidir. Qadın 
kişinin evinə getmişsə  və ayrılmaq istəyirsə    və yaxud kişini 
saymır və hörmət etmirsə, kişi onunla yaşamaq istəmir və ona 
getmək təklif edirsə  könüllü çıxır, ona kişinin evindən heç nə 
düşmür. 
27.
 
  Evlənmək və evlilikdə daim yaşamaq üçün gənclikdə 
çoxlu qızla tanış olmağa, dostluq etyməyə çalış. Hamısına 
yaxşılıq elə  və salam ver, bu sənin qız seçməyinə kömək edər, 
aldığın pis çıxsa, başqasını seçməyə  və ya onlardan kömək 
almağa xeyri dəyər. Xüsuysilə yaşın 50-ni keçəndən sonra 
arvadın yaşı 45-i keçəndən sonra onda sevgi itəcək, bu zaman 
sənə sevmək üçün yeni qadın lazım olacaq. Çünki sevgisiz 
yaşamaq çox çətindir. Arvadı boşamadan da sevgi üçün başqa 
qadınla dostluq edə bilərsən, başqa rasional yol yoxdur. 
28.
 
 Evli olduqda da başqa qadınlardan qaçma, özünü elə 
aparma ki, guya onları görmürsən. Daim onlarla salamlaş. 
Problemlərini həll etməyə çalış, dərdlərinə  şərik çıx, onlara 
avtobusda, metroda yer ver. Onların yadlarında qalmağa çalış, bu 
sənə sonra çox xeyirli olacaq. Həyatın hamısını  əvəldən bilmək 
olmaz, öz qadının qəfil ölə bilər, ayrıla bilər, xəstələnə bilər, 


 
192 
sonsuz ola bilər- bu zaman tanış  qızlar və qadınlar  lazım olar, 
kömək edər.   
29.
 
İnsanlar arasında haqq- ədalət axtarma, tapmayacaqsan. 
İnsanlar arasında da, fiziki cisimlər arasında da eyni qanun 
işləyir: Hər adamın və ya canlının, fiziki obyektin vəziyyəti 
onların yaşamaq uğrunda qarşılıqlı-  əlaqəli çalışmaqları, 
mübarizəsi və əməkdaşlıqları nəticəsidir. Hər birinin yaşamaqda 
istifadə etdiyi fəaliyyət onun üçün haqq və ədalətdir
30.
 
Zərdüşt peyğəmbərin məsləhət gördüyü: “Düz fikir, düz 
məqsəd,  düz əməl,” qaydasını öyrən və əməl et 
31.
 
 Eşitdiyin, gördüyün sözlərə,  şeylərə  əvvəl  şübhə et. 
Çünki hər şey nisbidir, hər şey dəyişiləndir, yəni eyni cür qalmır. 
Hər şey yalnız həmin baxılan anda elə görünür, başqa anda başqa 
cür görünür. Hər şey göründüyü kimi deyil. İnsan ancaq şeylərin 
bir hissəsini - gözü qarşısında olan şeyləri və ya görmək istədiyi 
şeyi görə bilər.  Hər  şeyi dəqiq tam görmək üçün o şeyin özü 
olmaq gərəkdir. Bu isə həmişə mümkün deyildir. 
32.
 
 Uğurlu yaşamaq və düzgün məqsəd seçmək üçün 
fasiləsiz özünü, ətraf mühiti - təbiəti, cəmiyyəti, ictimai sistemi  
dərk et-öyrən. O dəyişdikcə  sən də fikrini ona uyğun dəyişdir. 
Güclü və  zəyif cəhətlərini; yaxşı  və pis cəhətləri; keçmiş  və 
indini; düz və  səhv hərəkətləri; hadisələri, gələcək təhlükələri 
araşdır. Və yaddaş üçün yaz, tez - tez yadına sal. Sənin üçün 
başqalarını  dərk etmək asandır, nəinki özünü. Özün haqda 
başqalarının fikrini soruş. 
33.
 
Fəaliyyətini planlaşdır, uzun dövr və yaxın zaman üçün 
məqsədlər seç, prioritet məqsədləri–ən vaciblərini ayır və 
siyahısını tut. Məqsədlərə necə çatmaq üçün  plan qur və izahatla 
birlikdə yaz. 
34.
 
Elmləri öyrən. Xüsusilə 
fəlsəfəni, sosiologiya, 
psixologiya, iqtisadi qanunları  və dəqiq elmləri. 
35.
 
Başqa insanlarla( işdə, bazarda, biznesdə, yaradıcılıqda, 
şərikli işdə) münasibət qurduqda elə et ki, üstün maddi, hüquqi, 
bacarıq  şansları, vasitələri,  yaxşı kartlar  sənin  əlində olsun. 
Bunlar olmasa asılı olacaqsan, hara sürsələr, ora getməyə məcbur 
olacaqsan. Yəni öz üstünlüyün olan məsələni, fəaliyyəti seç, 
onunla məşğul ol, ona güvən, onunla yaşa.      
36.
 
Gələcəyini yaxşı qurmaq üçün öz üstünlüklərinin 
siyahısını tut və  məhz onlardan istifadə et. Bunlar cavanlıq, 
evinin olması, yaxşı  və  əlverişli yerdə torpağının olması, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə