184
edirsiniz? Açıq görsənir ki, ümumi xalq mənafeyi vəzifəli şəxslərin
kaprizlərinə, şıltaqlığına, zəif ağlına qurban verilir. Qeyd etməliyəm
ki, insanların özləri heç də pis adam deyillər, onları belə hərəkət
etməyə yaratdığınız ictimai sistem yönəldir, şərait yaradır, harada ki
məmurların fəaliyyəti nəzarət olunmur, istədiyini edə bilir, insanlar
isə etiraz edə bilmir və eşidilmir. Digər tərəfdən, bu şərait insanın
təbii olaraq şəxsi mənafe güdməsi xassəsilə birləşdikdə həmin ayıb
hadisələr baş verir. Demək, bu cümlədən siz, istəsəniz, səbəbləri və
ölkənin səmərələşmə istiqamətlərini başa düşə bilərsiniz.
Heç nə gizli deyil, heç nə gizli qalmır, hər fakt insanların
yaddaşlarında qalır, danışılır, anekdotlara, hekaylərə, şerlərə,
mövqelərə çevrilir. Bu kompleks taktika, varlanma və özünü
müdafiə etmək üçün (vəzifədə qalmaq üçün) sosial baza
yaratmaqdan ibarət gizli strategiyanı reallaşdırmaq üçündür. Bu
strategiya eyni zamanda quldarlığın (ailə üçün böyük miqdarda
nökərlər, xidmətçilər yaradılması); kənddə feodalizmin (torpaqların
yeni məmur - feodalların, əlinə keçirilməsi); şəhərdə kapitalizmin
(ağa və proletarların) yaradılmasından ibarətdir. Axırı nə olsun?
İctimai rasionallıqdan və ağıldan imtina etməyin, xudpəsəndlik və
hər şeyi qamarlamağın, məmur acgözlüyünün və məsuliyyətsizliyinin
böyük mənfi nəticələri çox olacaqdır. Artıq bir çoxu vardır:
torpaqların qəsbi, kasıblıq, işsizlik, didərginlik, mühacirlik və s.,
lakin yeni növ bəlalar gəlməkdədir. Gənclər avara qalır, əxlaq məhv
olur. Göstərilən xarakterili idarə mühitində yaşamaq üçün insanların
yeganə istifadə etdiyi üsullar: dostbazlıq, yeliçilik, qohumbazlıq,
rüşvət, tanışlıqdır,qeyri-əxlaqi davranışlardır. Başqa cürə mümkün
deyildir. Allah Marksa rəhmət etsin. Tam doğru olaraq demişdi ki,
dövlət bir sinfin başqası üzərində zorakılığıdır. Əlavə edim ki,
istismarı, istifadəsidir, onları zəif hala salmaq, iqtisadi imkanlar
verməməsidir. Doğrudan da siz düşünürsünüz ki, onlar iqtisadi
imkanlara malik olsalar, gəlib sizin yerinizi tuta bilərlər. Axı
hakimiyyət, vəzifələr, deputat olmaq Sovet dövründən fərqli olaraq
indi pullu olmaqdan asılıdır. Göstərilən bütün eyiblər məhz qrup
hakimiyyətinin nəticəsidir. Yaratdığınız ictimai sistemin yer üzündə
analoqu yoxdur, bu sistemin adını Feokapiqul (feodalizm,
kapitalizm və quldarlığın yeni sintezi) qoymaq olar. Bu sistem 120-
150 il əvvəlki Avropaya oxşayır, o zaman orada da belə idi, lakin
onlar ağıl yolunu tutdular, Marksın verdiyi izahatları, proqnozları,
ideyaları diqqətlə öyrəndilər və xilas oldular. Lakin müəyyən
müddətə. Tapılmış ictimai sistem yenə də ciddi çatışmazlıqlara
185
malikdir və insanlar üçün bu ciddi nayrahatçılıq doğurur. Yalnız
birbaşa demokratiya idarəsinə keçdikdə-hamının mənafeyi bərabər
güdüldükdə- bu çatışmazlıqlar həll oluna bilər.
Nəyi etmək lazımdır?:
Hər yerdə olduqda, vətəndə və yad ölkələrdə bir - birinizi sevin
və hörmət edin, lazımı kömək edin. Daim biliklərinizi artırın və
öyrənin. Öz hərəkətlərinizlə başqasına zərər vurmayın. Təsadüfən
belə etsəniz, üzr istəyin və onu razı salın. Həqiqəti hər yerdə, harada
olsanız müdafiə edin və deyin. Düz adamı müdafiə edin. Rasional
həyat tərzi ilə yaşayın. Bu həyat tərzi həm rasional qidalanmanı,
rasional işləməyi, əxlaqi, aktiv, şən həyatı, ictimai işdə, idarə və
qanunvericilikdə iştirakı, humanizmi, rasional ədəbli ünsiyyəti,
nəzakəti, xoş münasibətləri, əməkdaşlığı nəzərdə tutur. Köməyə
ehtiyacı olana kömək edin, maddi yardım edin, məsləhət verin.
Başqasına da özünüzə istədiyiniz kimi münasibət saxlayın - bu fikir
bütün bəşəriyyətin tarix ərzində yaratdığı ən böyük müdrik dəyərdir.
Daha çox ünsiyyətdə olun, ümumi problemləriniz müzakirə edin,
birllikdə onun həllini axtarın.
Nəyi etmək olmaz?:
Düz yolla, əxlaqla yaşayıb və çalışıb irəli getmək istəyənə mane
olmayın, onun əməyinə özünüzü şərik etməyin. Yad ölkələrdə
olduqda bir - birinizə xəyanət etməyin. Nədən belə yerdə öz
millətinizdən olan adama rast gəldikdə aldatmaq instiktləriniz işə
düşür və onun başına oyun açırsınız? Aldatmayın, yalnız öz
çörəyinizi yeyin, başqasının əmlakına və ya həyatına gözünüzü
salmayın. Başqasına öz hərəkətinizlə zərər vurmayın. Vəzifəlilər,
rüşvət almayın və tələb də etməyin, öz işinizi görün, xalqın hesabına
yaşamaqdan imtina edin. Elə yaşayın, işləyin ki, sizin haqda
deməsinlər: “bu dələduzdur”. Sizin necə işlədiyinizi, nə etdiyinizi
cəmiyyət bilir, onu gizlədə bilməzsiniz. Həqiqətən, özünüzə nüfuz və
hörmət qazanın. Elə idarə edin, insanlarla elə davranın ki, sizi
görmək, sizinlə söhbət etməyi onlar xoşbəxtlik saysın, sizi böyük,
əsil nümunəvi insan hesab etsinlər, sizinlə fəxr etsinlər. Ehkamları
qəbul etməyin, hər fikir yalnız öz vaxtında, yerində doğrudur.
Dəyişməz, universal həqiqətlər yoxdur,onlar öz yeri və zamanı ilə
sərhədlənirlər. Öz fikrinizi başqasına zorla qəbul etdirməyin.
186
Son söz. Azərbaycan haqda bu araşdırma nəticələrini, ssenari və
strategiyaları məhz xalqın xeyrinə, onun problemlərinin həll
olunması və inkişafı üçün humanizm pinsipini rəhbər tutaraq təklif
edirəm. Təriflər qulaqda yaxşı səslənsə də inkişafa kömək etməyən
metoddur və səbəbsiz, qərəzsiz olmur. Tülkü də qarğanın gözəl
mahnı oxumasını tərifləyərək onun ağzından düşən pendiri alıb
yemişdi. Ona görə də mən bu kitabda səhvlərin, problemlərin
araşdırılmasına və onların səbəblərinin tapılmasına və düzgün yolu
göstərməyə çalışdım. Yadınızda saxlayın, inkişafın əsas yolu yaxşı
meylləri davam etdirmək, səhvləri tapıb onları düzəltmək, gələcəyi
bilmək, arzu edilən gələcəyi müəyyən edib bu məqsədə gətirən
planlar və tədbirlər, fəaliyyət layihələndirib həyata keçirməkdir.
Burada biz səhvləri- keçmiş və indiki - hələ az hissəsini - tapdıq,
gələcəyin təhlükələrini və obrazını aşkar etdik, sizə isə səhvləri
düzəltmək və irəliyə - düzgün məqsədə doğru addımlamaq qalır.
Rasional qərar qəbulu prosedurlarını və kriteriyalarını və
kollektiv qərar qəbulu metodunu bütün dövlət idarələrində qəbul
etməklə və əməl etməklə - ölkə səhvlərdən xilas olar və sürətlə
rasional inkişaf edər, hər adam xoşbəxtliyə çatar (bax
http://rational.sayt.ws). Burada təqdim edilən hər təklif Azərbaycan
xalqının bütövlükdə xeyrinə yönəlmişdir və dərhal həyata keçirilməsi
lazımdır. Ən təxirəsalınmaz addım dövlət neft pulları hesabına çoxlu
ictimai istehsal müəsisələri tikilməsi, dövlət istehsal sektorunun
bərpa edilməsi, şəxsi istehsala mane olmadan; azad bazardan imtina
edilməsi, rasional idarə olunan bazara keçilməsi; yeni təhsili -elmi -
sənayeni - mədəniyyəti birləşdirən ən son dünya biliklərinə uyğun
bir neçə yeni şəhərlərin layihələndirlib tikilməsidir, hər dövlət
orqanında və ictimai idarə yerlərində (kənd, rayon, şəhər) elmi
fururoloji ictimai şuraların təsis edilməsi, ictimai təşkilatlara
dövlətə nəzarət imkanlarının verilməsi, yeni rasional azərbaycanlı
yetişdirilməsi və bir çox digər təkliflərdir.
Burada hər hansı bir ifadə, fikir kimlərinsə xoşuna gəlməsə,
demək bu adamların çörəyi yalnız ictimai sistemin nasazlığından, pis
qurulmuş ictimai və iqtisadi sistemdən çıxır, hansı ki sistem məhz
onlara xüsusi privilegiyalar verir, eyni imkanları başqalarına da
verməkdən imtina edərək. Burada, habelə təqdim edilən elmi
dünyabaxışlar cəmiyyətdə dini fanatizmi və xurufatı yayanlar,
cəmiyyəti avam, suever və qula çevirmək istəyənlərin də xoşuna gələ
bilməz, onların da çörəyi məhz belə fəaliyyətdən çıxır.
Dostları ilə paylaş: |