172
nə bilirsə, hamısını uşağın beyninə yığır. Demək, uşaq ailədə qadının
məhsuludur, ondan gördükləini, eşitdiyini mənimsəyir.
Beləliklə, insan yetişdirmək üçün rasional cəmiyyətdə əvvəl
qadını yetişdirmək lazımdır. Bu qadın intellektual, əxlaq və etik
qaydalarını bilən, rasional tərbiyə metodunu bilən, ailədə davranış və
üzvlərlə münasibət qaydalarını, hüquqları, qadınlıq funksiyasını icra
edə bilən, ailəni dağılmaqdan qoruyub saxlaya bilən olmalıdır.
Qadından sonra məktəb və ictimai mühit tərbiyəçi rolunu oynayır.
Aşağıdakı qadının hazırlanması proqramı məsləhət görülür:
- ümumi orta təhsil
- orta məktəbdə tərbiyəçi müəllim təlim dərsləri ,
- evdarlıq işləri dərsləri,
- tərbiyə və təlimdə pedaqogika dərsləri ,
- əxlaq və etika, xüsusi etiket qaydaları, bütün yerlərdə əxlaq
və davranış qaydaları təlimi,
- cəmiyyətin quruluşu və qanunları və nəzarət sistemi təlimi,
- ailə və onun saxlanması adlı ictimai institutlar yaradılır və
qızlar ərə getməzdən əvvəl (habelə oğlanlar) burada təlim
keçirlər. Ailə qurmağa səlahiyyətlilik haqda sertifikat alırlar.
Burada : hər adam üçün spesifik yoldaş seçmək və ailə qurmaq
haqda metod, tibbi , xarakter, dəyərlər haqda məlumatlar,
tərbiyəsi, əxlaqı, məqsədləri, qanunlar-məsuliyyətlər , hansı
xarakterli kişi ilə uyğunluq təyini haqda qiymətləndirmələri
göstərilir(imtahan və yoxlamadan sonra),
- insanlar arası düzgün ünsiyyət təlimi
Rasional ailə. Rasional ailə qurmaq iki əks cinsdən olan insan
xarakteri və dəyərlərinin, mədəniyyətinin, düşüncə tərzinin optimal
kombinasiyasıdır. Ailə qurmağa qədər iki tərəf ailə qurmağın nəzəri
mərhələsindən keçməli, xüsusi kursda təlim almalıdır. Bundan əvvəl
hər bir insan rasional insan kimi yetişdirilməlidir. Əvvəldə göstərilən
qaydada təlim aldıqdan və optimal parametrləri uyğun seçildikdən
sonra ailə qurula bilər. İnsanlar sevməzdən əvvəl bu təlim və
yoxlamadan, sertifikatlaşdırmadan keçməlidirlər. Əvvəl seçimin
düzgünlüyü , uyğunluğu və təhlükələri müəyyən edildikdən sonra
insanlar sevməyə başlaya, davranışlarına ciddlik verə bilərlər. Ailə
qurulduqda, göstərildiyi kimi, bu yalnız bütün gələcək ehtimalları,
təhlükələri, gözlənilməz hadisələri nəzər alan və cavab verən dəqiq
hazırlanmış müqavilə ilə ola bilər. Ailə qurulduqdan sonra iki il
ərzində rəsmi dövlət ictimai sosial psixoloji və futuroloji xidmət
173
müşahidlər aparır, qonaq gedir, ünsiyyət saxlayır və baş verən
problem və yanlışlıqları, toqquşmaları öyrənir və ailəni saxlamaq
üçün ən optimal məsləhət verir. Uşaqlar olduqda da müşahidə edir,
tərbiynin düzgünlüyünə, problemlərin olmadığına nəzarət edir.
Sonralar müəyyən dəqiq müəyyən edilən hallarda - uşaq böyüyüb
müxtəlif dövrlərə qədəm qoyduqda, əsgərliyə getdikdə , ali təhsil və
ya peşə aldıqda, işlədikdə dövlət xidməti daim məsləhətçi
funksiyasını yerinə yetirir. Nəticədə kamil insan yetişdirilir,
cinayətlərin və kiçik pozuntuların, pis işlərin qarşısı alınır. Və gəncin
özünə də yeni ailə qurmaq üçün təlim vermə başlanır.
Dinin rolu. Ailə qurmaq üçün qəti şəkildə dini kəbindən istifadə
etmək olmaz, bu ancaq zərər verə bilər.Ailə quran hər insana dini
xürufatdan və mövhumatdan uzaq durmaq, dini dəyərlərdən öz ağlını
təmizləmək lazımdır. Çünki dini şüur ağıllı və möhkəm ailə
qurmağa kömək etmir, qadını kişinin quluna çevirir və qadın özünü
qul kimi aparır. Kişi isə dini tələbləri bildiyi üçün qadına qul kimi
baxır, hər addımın razılaşdırılmasını qəbul etmir, yalnız əmr verməyi
öz səlahiyyəti sayır. Yalnız azad insanların qurduğu ailə ağıllı
rasional insan yetişdirməyə kömək edir, əks təqdirdə dini olan ailə
özü kimi yeni gənc qullar yetişdirir. Belə qullar isə nəticədə ictimai
inkişafa, icmanın – dövlətin dünyada layiqli yer tutmağına, özünü
başqa dövlətlərdən qorumağa, azad yaşamğa səbəb olmur.
Vətəndaşları belə olan dövlət dünya kapitalist hegemonları
tərəfindən daim istismar olmağa, ölkədə böyük ədalətsizliyə səbəb
olur. Bütün teokratik dövlətlər belədir.
ƏHVALI - RUHIYYƏNIN IDARƏ EDILMƏSI
Öz əhvalınızı yaxşı saxlamaq üçün bu qaydalara əməl edin:
1. İnsanlara qarşı xoş ürəkli olun, üzünüzdə təbəssüm olmasına
çalışın.(Yapon və Çin mədəniyyəti)
2. Düzgün ünsiyyət qaydalarına əməl edin: salamlaşın, aşağı
səslə danışın, gülümsəyin, əmr formasında danışmayın, məqsədinizi
və fikrinizi aydın deyin, diqqətlə və sona qədər dinləyin, başa
düşmədən cavab verməyin və s.
3. Pislik etməyə çalışmayın, sözü elə deyin ki, eşidənin acığı
gəlməsin.
4. Xırda məsələlər üçün acıq saxlamayın, sözü eşib sözdən söz
çıxarmayın, xoş gəlməyən sözə qarşı eşitməmış kimi davranın; sizi
əzəni, təhqir edəni, hüquqlarınızı pozanları unuda bilmirsiniz, qəzəb
174
sizə güc gəlir. Lakin bu məsələdən xilas olmaq üçün həmin
insanlardan, ərazidən uzaqlaşın və bu barədə düşünməməyə çalışın.
Bağışlana bilən insanları - əgər onlar üzr istəyir, səhvlərini başa
düşüblərsə, bağışlamağa çalışın.
5. Danışarkən, söz soruşarkən heç kəs bilə bilməz birinin sözünü
digəri necə qəbul edəcək, ona görə tez - tez üzr istəyin və öz fikrinizi
aydın, dəqiq cümlə formasına salın, digərinə zorla qəbul etdirməyə
çalışmayın. Onun fikri onsuzda fərqlidir. Az danışıb, eşitməyə
çalışın.
6. Doğmalarınızın, sevdiklərinizin itkisi olduqda bunu təbii
qarşılayın; fikir və əlinizi məşğul edən digər məşğuliyyət tapın və
boş qalmayın. Mühitinizi – yaşayış , iş yerinizi, ətraf insanları
dəyişin.
7.Yaxınların xəyanəti, satqınlığı ümumi əmlakın hamısını
mənimsəməsi , paxıllıq və digərinin yaxşı həyatını da pisləşdirmək
arzusu xüsusilə pis təsir edir. Bu məsələlərin həllinə diqqət verilməli,
toplaşaraq oraya psixiloq və vəkil məsləhətçilər çağırmaq, fikirləri
aydın deyilməsi və əsaslandırılması və yazılması lazımdır. Adətən,
insanlar hələ tanışları içində kimin xəyanətkar olduğunu bilmirlər.
Xəyanətkar bütün sözün gizli qalmasını, digər qohumlara, tanışlara
deməməyi məsləhət görür. Bu sizdən ehtiyatlı olmağı tələb edir və
gizlilik həmin insanın xəbis məqsədi olmasını sübut edir. Bu halda
öz mövqenizi açıq müdafiə etməniz və üstündə durmanız lazımdır.
8. Rəhmdil və xoşxasiyyətlilik göstərin. Qaba rəftar etməyin.
Kimin köməyə ehtiyacı olsa, ona hərtərəfli kömək edin. Kömək
etməyi özünüzə birinci şərəf sayın.
9. Nayrazı qaldığınız adamdan dava - dalaşla deyil, xoşluqla
ayrılın, sizə edilmiş pisliyə eyni kəskinliyilə cavab verməyin. Elə
davranın, xoş üz görsədin ki, həmin adam sonra tez peşman olsun,
səhvini anlasın, lakin sözlə öz fikrinizi, düşündüyünüzü sakit deyin,
deməsəniz, sonra peşman olacaqsınız və o sizi axmaq sayacaq.
Barışmağa yer qoymağı yaddan çıxarmayın.
10. Paxıllar, xainlər, sizə mane olanlar, sizə qarşı olan bütün
təbiət, ictimai, insani müqavimət sizin həyatınızın zəruri hissəsidir.
Onlarsız siz yaşaya bilməzsiniz, onları təbii, olmalı şey kimi
qarşılayın, bundan əhvalınızı pozmayın, onlarla dinc yaşamağı,
uyğunlaşmağı və qalib gəlməyi bacarın. Sizin məhz nəticələriniz,
onlarla mübarizə, əməkdaşlıq və neytrallıq (əlaqə) nəticəsidir. İsa
peyğəmbər təsadüfən demirdi ki, “düşmənlərinizi sevin”, onlar sizə
düzgün yol seçməyə stimul verir.
Dostları ilə paylaş: |