208
və s. geniş məlumat verilmişdir. Aşağıda isə yalnız ruhi dünya haqda
söhbət aparılır.
Yeni Rasionalist elmi dünyabaxış və teizmin fərqli mövqeləri
Ruhi aləm anlayışı :1. İnsanın şəxsi şüuru və ya ruhu : hissləri
və düşüncələrini, daim yaddaşında saxladığı ətraf mühitin obrazını,
bilik formasında mədəniyyəti, əxlaq və davranış prinsiplərini, dünya
və öz ətraf mühiti haqda görüşlərini və 2. Obrazlar dünyası,
görünməyən xəyali surət varlıqları, onların fenomenlərini əhatə edir.
Şüurlu fəaliyyəti yer üzündə insanlar və yüksək inkişaf etmiş
heyvanlar icra edirlər. Obrazlar dünyasını təşkil edən elementlər
yalnız şüurların kompleks formada daşıdığı biliklərə, hisslərə,
məqsədlərə malik olan müəyyən müddətə dayanıqlı olan, bəzən
görsənən canlı aləm varlıqlarının surətləridir, material bədəni
olmayan obrazlardır-formalardır. Demək yerinə düşər ki, materializm
fəlsəfəsi formanın materiyadan kənarda olmasını qəbul etmir.
Rasional elmi nəzəriyyə dünyanın dərk edilə bilən olduğunu,
ruhi aləmi aktiv öyrənməyi və insanlara mümkün faydasını müəyyən
etməyi və ondan istifadə etməyi öz vəzifəsi hesab edir. İnsana
münasibətdə həmin ruhi aləm varlıqları həmin adamın xasiyyət və
parametrlərindən asılı olaraq müəyyən anlarda aşkar olur və əlaqəyə
girə bilirlər. Nəticədə bəzən müxtəlif xarakterli görünməz varlıqlarla
müəyyən uyğun adamlar arasında əlaqə baş verir. Onların
məqsədlərini isə dayanıqlı və birmənalı olaraq nə yaxşı, nə pis hesab
etmək olar. Bunu əlaqədə olan adam bilmək və müəyyən etmək
qabiliyyətinə malik deyildir. Alınan məlumatlar və ya göstərişlər
müəyyən yerdə və zamanda faydalı, digər zamanda isə zərərli ola
bilər, habelə bir adama şəxsən xeyirli, digərinə zərərli ola bilər.
Bunun səbəbi odur ki, bu məlumat mənbəyi eyni vahid bir mənbə
deyil. Tanrı anlayışını yaratmış 3 teist dinin öz terminləri ilə ifadə
etsək şeytan da, tanrı da insana intuisiya ilə tapşırıq verə bilər, lakin
insanın bunu hansının dediyini müəyyən etməyə bir metodu yoxdur.
Teizmin tanrı haqda fərqli fikri . Teizm tək tanrı anlayışı
üzərində qurulmuş ilahiyyat nəzəriyyəsidir. Onun son fikri belədir:
“dünya dərk edilə bilməz, material dünya ondan kənarda olan və onu
yaradan ruhi dünya tərəfindən idarə olunur ki, onun da başında Tanrı
durmuşdur”; ruhi dünya üç hissədən : 1) Tanrıdan və onun
köməkçiləri - mələklərdən, 2) Şeytandan və onun köməkçiləri
iblislərdən, cinlərdən 3) insan ruhlarından ibarətdir.
209
Teizm tanrının nə olmasını demədən ona xassələr yazır və onun
olması barədə 4 sübut -kosmoloji, teleoloji, ontoloji, və əxlaqi -irəli
sürür. Keşiş Foma Akvinski isə (Xİİİ əsr) onun olması haqda 5 sübut
irəli sürmüşdür. Lakin tanrının nə olduğunu müəyyən etmədən onun
olmasından necə danışmaq olar? Teismin müxtəlif cərəyanları tanrını
səhv etməyən, daha kamil və dünyanı yaradan və idarə edən,
xüsusilə, insanla əlaqəli olan ən ağıllı və şəxsiyyətə malik ruhi
varlıq hesab edir. Tanrı haqda müxtəlif filosofların - Anaksaqor,
Platon, Hegel, Kantın çox halda bir- birinə zidd olan müxtəlif
konsepsiyaları vardır.
Müsbət dini təlimlər insanların bilməməsindən bu günə qədər
sui-istifadə etmiş və öz mənafelərini təmin edən formada ruhi dünya
haqda nəzəriyyə qurmuşlar. Yəni onlar Tanrı tərəfindən maddi
dünyanın və heç anlamadıqları ruhi aləmin idarə edildiyi (şeytandan
başqa) və yerdə xüsusi adamlar seçərək onlar vasitəsilə insanları
idarə etməyini onun adına yazmışlar. Mənfi dini təlim olan şeytanın
tərəfdarları olan (Satanist) adamlar isə, dünyanın şeytan idarə
etdiyini hesab edir və ona uyğun sitayiş prosesi yaratmışlar. Sonralar
isə dini təşkilatlar – kilsə, sinaqoq və islam idarəsi yaradaraq bu
təşkilatın Allahın adından idarə etdiyini və insanların onlara xidmət
göstərməli və tabe olmalı olduğu ideyasını yaymışlar.. Dini təlim
yaradıcıları, beləliklə, Tanrıdan (şeytançılar isə şeytandan) səlahiyyət
almalarını sözlə və ya zorakılıqla insanlara qəbul etdirməklə konkret
məqsədləri güdmüşlər. Bu məqsədlərin içərisində özlərinin və
davamçılarının başqalarının hesabına müftə yaşamaq və hakim
olmaq məqsədləri əsas yer tutur. Qeyd edilməlidir ki, şeytana
sitayişin də tarixi ilk danışan insanların meydana gəlməsindən
başlayır. Hətta daha ehtimallı belə fərziyyə vardır ki, insanlar əvvəl
yalnız şeytanı tanımış və ona sitayiş etmişlər. Elmin qarşısında
hazırda şeytan haqda da nəzəriyyə yaratmaq ehtiyacı vardır. Çox
güman ki, tanrı və şeytan hər ikisi insanların şüurunda yalnız psixi
inam rolunu oynayaraq baxışların və seçimlərin iki kənar hədlərini
(yaxşı və pis) əks etdirir. Qeyd edirldiyi kimi gerçəklikdə isə onlar
insan təsəvvüründən fərqlidir.
Yeni Rasionalist fəlsəfənin Tanrıya baxışları
1. Allahın tarixi mənası
İlk insan tarixində əvvəl şər qüvvələrin - demonların olmasına və
onların dünyanı idarə etməsinə inam və onlara sitayiş yaranmışdır.
210
Sonra isə onlara əks xeyir qüvvəsi –müxtəlif dillərdə anoloqu olan
Allah ifadəsi ixtira edilmişdir. Allah -Tanrı-Xuda-Boq -God -
müxtəlif dillərdə olan bu ifadələr ən qədim zamanlarda biliklərin cüzi
olduğu və elmin ayrıca sahə kimi yaranmadığı dövrdə insanlar
tərəfindən yaradılmışdır. Bu söz o zaman naməlum olan təbiət
qüvvəsini, hadisələrin səbəbini işarə etmək ehtiyacından yaranmışdır.
Təbii evolyusiya prosesində əvvəl Fiziki Tanrı anlayışı yaranmışdır -
Günəş, Ay və ulduzlar tanrı hesab edilmiş və onlara sitayiş
edilmişdir. Onların Yeri və insanları idarə edən, ən güclü
ilahi(fövqaladə qüvvə) olması qəbul olunmuşdur, sonra isə sitayişin
obyekti - material göy cisimləri Allah, Zevs, Qod , Xuda və s. adı
ilə əvəz olunmuşdur. Əvvəl ona insani xassələr (görən, eşidən, rəhm
edən, danışan) aid edilmiş və onu insan sifətli təsəvvür etmişlər.
Belə düşüncələrə , digər tərəfdən, hələ ilk insanların gözünə
görsənən, insana oxşar surətlər də -indiki mənada ruhlar da - səbəb
olmuşdur. XX əsrdə isə o naməlum, bilinməz elan edilmişdir.
Düşüncələrin evolyusiyası ilə sonra ona müxtəlif funksiyalar,
xassələr (millətləri və bəzi insanları vəkil seçən, qoruyan, qanun,
əxlaq yaradan) əlavə etmişlər. Araşdırma göstərmişdir ki, bu xassələr
kortəbii olmuş, insanlar əsasən müşahidə edilən reallığı, ailə və icma
sistemini, arzularını Allah anlayışına köçürtmüşlər. Ona verilən bir
çox xassələr ziddiyətli və səhvdir - subyektiv fikirlərdir, sui -
istifadə məqsədi daşıyır.
Onun adından istifadə edilərək inandırmaq , qorxu və ondan
hakimiyyət almaq vasitəsilə cəmiyyətdə qayda yaratmaq və milli
faydalı strateji məqsədləri, habelə şəxsi eqoist məqsədləri həyata
keçirmək üçün istifadə olunmuşdur.
Yeni rasionalist baxışın rasional Tanrı anlayışı
Qısa ifadə edilsə, Allah mühit, mühiti formalaşdıran müxtəlif
elementlər onların qanun və qanunauyğunluqları, səbəb - nəticə
asılılığı, inam, olmaq (существование), sonsuzluq, davamiyyətdir.
Tanrının formulu sadə formada
∑Ni = 0 qəbul oluna bilər. Bu
o deməkdir ki, dünya müvazinətdə olan və ya müvazintələşməyə
doğru daim dəyişən çoxluqdur. Onun nəticəsi abstrakt sıfırdır,
gerçəklikdə isə 0 +1 və ya 0-1 dir. Yəni dünya ya bir tərəf, ya digər
tərəf istiqamətində və sonra işarələrini dəyişməklə çoxluqun fasiləsiz
müvazinətləşmə prosesidir. Tanrı iki hissədən ibarət hesab edilə
bilər 1) dünya material çoxluğu və bu çoxluğun daim daşıdığı, malik
olduğu 2) məlumat kompleksi. Material çoxluq daim fasiləsiz
Dostları ilə paylaş: |