199
onlar səndən qeyri - əxlaqi, qeyri - qanuni hərəkət etməyi tələb
edərlər. Özün isə əvəzsis yaxşılıq et, əvəzində heç nə istəmə,
adını və kimliyini demə.
72.
Sənə edilən köməyin , yaxşılığın əvəzini həmişə
artıqlaması ilə ödə, bu sənə daim mənəvi üstünlük hissi gətirəcək
ləzzət alacaqsan. Bununla sən şəxsiyyətini, mərifətini sübut
edirsən.
73.
Həmişə öz çörəyini ye,çörəyini özün qazan. Sakit yaşaya
bilirsənsə, münaqişəyə girmə.
74.
Rasional həyat tərzi ilə yaşa. Bu - Rasional sağlam həyat,
qidalanma; rasional əxlaq və davranış; ictimai qanun və qərar
hazırlanmasında iştirak; öz rasional ağlınla yaşamaq; məmurları
müşahidə və qiymətləndirmək; Rasional ünsiyyət, nəzakət ;
düzlük və həqiqəti müdafiə-etməkdir.
75.
Rasional qidalanma rejiminə, sanitariya, gigiena
tələblərinə əməl et, sağlam həyat tərzi yaşa və həmişə təmiz ol.
76.
Günəşin Yer kürəsində yaratdığı ritmə uyqun bioloji ritm
- yəni gündəlik yatmaq, durmaq, idman, yuyunmaq, qida-rejimi,
sağlamlığın təmin edilməsi prosedurları; iş, bilik və beyin
qabiliyyətlərinin artırılması; dincəlmək, ünsiyyət, yaradıcılıq,
yuxu; habelə illik belə fəslə uyğun qida, səyatət , fəslin
nemətlərindən istifadə, bayram etmək vaxtları, ardıcıllığı və
müddətini seç və bu ritmə əməl et.
77.
Hər bir işi görmək üçün öz düzgün vaxtını seç. Istənilən iş
istənilən zaman başlasa uğurlu ola bilməz. Hər işin, yəni yazmaq,
danışmaq, tikmək, düzəltmək, dincəlmək, müzakirə, işləmək,
qonaq getmək, qonaq qəbul etmək və s. öz vaxtını düzgün seç.
Başqa sözlə, hər şeyin öz yeri, öz zamanı var. Bu, dünya və
şeylərin, hadisələrin ümumi qarşılıqlı asılılığı və uyğunluğu
qanunudan (həm statikada, həm dinamikada) çıxan nəticədir.
78.
Digər xalqların adət - ənənəsinə hörmət et. Onlarınm
içində olduqda bunlara əməl et. Dəyərlər dəyişgəndir. Xoşun
gələn dəyərləri, adətləri qəbul et. Xoşun gəlməyən və sənə zərər
verən adətləri, ənənələri, habelə məntiqi zəruriyyət - əsas
görmədiyin adətləri at. Dini dəyərləri və adətləri qəbul etmə,
onlar sənin xalqının deyil, zorla qəbul etdirilmişdir. Sən azadsan.
Zorakılıqla yayılan dinlərin sənə təklif etdiyi dəyərlərin ictimai
olanlarını xalqın özü yaratmışdır və hər gün onları yenidən öz
fəaliyyətində yaradırsan və onlar sənindir. Bu dəyərlərin müəllifi
həmin dinlər deyil.
200
79.
Ümumi rasional əxlaqdan kənar, elə iş görmə ki, sonra
cəmiyyət eşidəndə utanasan. Güman etmə ki, nə isə gizli qala
bilər.
80.
Elə düşünmə ki, nə isə gizli qala bilər, daim ürəyini sakit
yerdə ağaca, quşa və bitkilərə boşalt, bu daha yaxşıdır, nəinki
kənar bir adama. Etibarlı dostlar və müdrik məsləhətçilərlə
bölüşmək xeyirlidir , lakin onlar kimdir, bunu tapmaq lazımdır..
İş yerində heç bir adam haqda bir söz demə, gedib çatdıracaqlar.
81.
Ümumi rasional əxlaqa əməl etməlisən, lakin dünya–
görüşün, şeylərə hadisələrə baxışın sənin şəxsi mülkiyyətindir,
heç kəsə ixtiyar vermə, sənə onu dəyişdirməyə təkid etsin, öz
dünya-görüşünü, aldığın və yoxladığın biliklərə uyğun
səmərələşdirə bilərsən.
82.
Gözləmə ki, kimsə sənin eybini, səhv danışdığını aşkar
edib sənə desin və ya cəmiyyət içində səni pis etmək üçün
istifadə etsin. Sən hamıdan qabaq öz hərəkətini, sözünü,
davranışını rasional əxlaq və davranış normaları və elmi biliklər
xəzinəsi ilə fasiləsiz müqayisə et, səhvlərini tap, düzəlt və özünü
kamilləşdir. Sən axı anadan gəlmə belə deyilsən, yalnız öyrənmə
və özünü tərbiyə ilə mühitlə əlaqədə sən kamilləşirsən.
83.
Dini möizələrə qulaq asma və dini icmalara üzv olma, öz
ağlınla, idrakınla yaşa. Əgər dini xadim yalan danışırsa, bunu ona
de, sübutlar tələb et. Yadında saxla, onun təbliğat məqsədi
həqiqəti sənə açmaq deyil, o həqiqəti bilmir, özünün nüfuzunu
avam adamlar qarşısında qaldıraraq gəlirini artırmaqdır. Sən özün
həqiqəti tapmağa qabilsən, sən ondan çox bilirsən, ona ehtiyacın
yoxdur.
84.
Cəmiyyətdə
fəaliyyət sahələrində - siyasətdə,
mədəniyyətdə, elmdə, musiqidə, söhbətlərdə, iqtisadiyyatda
həmişə müəyyən zaman davam edən üstün ideyalar, istiqamət,
dəb, meyllər, düşüncə tərzi vardır. Çalış, onların qulu olmayasan
və müstəqil düşüncədən əl çəkmə və öz fikrini özün müəyyən et,
siyasət adamlarının dediyinə inanma və qulaq asma.
85.
Başqalarını düz başa düş. Hər kəsin fikri onun maddi,
sosial, siyasi vəziyyətinin, emosiyalarının, mənafeyinin,
dəyərlərinin, gəlir mənbəyinin nəticəsidir və onu əks etdirir, yəni
çox zaman həqiqəti əks etdirmək üçün deyilmir. Bu amilləri
nəzərə alsan, həm fikir söyləyənin kim olduğunu, niyə belə
danışdığını və əsil məqsədini anlayarsan, həm də qurduğu
tələdən xilas olarsan və düz anlayarsan.
201
86.
Özünə xoş gəlməyən hərəkəti başqasına etmə. Və
başqasına, özünə və özününkünə saxladığın münasıbət kimi
münasibət bəslə. Bu iki fikir oxşar olsa da müxtəlif tələblərdir.
87.
Pozitiv əhvalda olmağa çalış.
88.
Söz və fikir birləşməsindən (müəyyən özünü təlqin edici
cümlələrdən-duadan) həmişə istifadə et. Bu sənin effektiv,
uğurlu və təhlükələrdən qorunan həyatın üçün zəruridir. Sözün
fikirlə verilməsi böyük gücə malikdir: İşə başlayanda fikrini
topla və mərkəzləşdir, digər şeylər haqda düşünmə və ürəyində
de- “Qoy işim uğurlu olsun, pis gözlər uzaq olsun” və həmin sahə
üzərində əlinlə işarələ, nəfəsinlə pülə.
89.
Ancaq bir halda fikrini gizlət – əgər onu eşidənlər sənə tor
qura bilərlərsə, düşmənlərin , gözü götürməyənlərin sənin əksinə
istifadə edə bilərsə. Lakin bu fikri digər təhlükəsiz formada qurub
deyə bilərsən.
90.
Sübutları olmayan şeyə, fikrə, ehkamlara, miflərə inanma.
Bunlar avamlıq –elmin olmadığı zaman insanları idarə etmək
məqsədilə, ideoloji təsir vasitəsi kimi uydurulmuşdur. Lakin indi
uydurma danışanların məqsədləri yalan dünyagörüş yaratmaqla
öz ciblərini doldurmaq, layiq olmadaqları sosial hörmət
qazanmaq, hakimiyyətə gəlməkdir. İnsanları isə uydurmalar yox,
elm, ağıl, idrak, ümumbəşəri əxlaq və qanunlar və ictimai nəzarət
- reaksiya və mühit idarə edir.
91.
Öz haqlı mənafeyini, yəni heç kəsin sənin əlindən almaq
ixtiyarı olmadığı yaşamaq, yaratmaq, təhsil, müalicə, mədəni
həyat, şəxsi mülkiyyətin, sevmək , ailə qurmaq, varislik və s.
mənafeyini heç vaxt başqalarına güzəştə getmə. Yalnız
mənafeyini qoruduğun – addımlar atdığın halda həqiqət, ədalət,
düzgünlük tapılacaq və qorunacaq.
92.
Cəmiyyət içərisində sən ancaq qarşılıqlı əlaqələr
nəticəsində inkişaf edirsən, yəni kiməsə fayda verib fayda alırsan,
kimsə sənin hesabına varlanır, sən də kimin hesabınasa
varlanırsan və ya yaşayırsan, kiməsə xidmət edirsən, kimsə sənə
xidmət edir. Heç kəs tək başına qazanmır, hər şeyi başqalarının
iştirakı ilə qazanır. Bu qazanana məsuliyyət qoyur.
93.
Qazandığını tək yemə, bu mümkün deyil, həm də ədalətli
deyil. Sənə elə gəlir ki, təkbaşına özün qazanmısan, lakin belə
deyil. Burada xeyli iştirakçılar var ki, sən onları görmürsən.
94.
Kimsə sənin üçün vasitədir, sən da kim üçünsə vasitəsən;
kimdənsə artıqsan, kimdənsə zəifsən, bunu anla.
Dostları ilə paylaş: |