Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə25/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   21   22   23   24   25   26   27   28   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



84

üçün, ibrət üçündür; faktın baş verdiyi məqama, faktın hüquqi cəhətinə onun 

dəxli olmaya bilər. 

*** 


Asif Atanın Mütləqə  İnam Ocağındakı qiyam faktı barədə. Bunun anlamı 

nəydi? Bu qiyam kimə qarşıydı, nəyin uğrundaydı? 

*** 

...YOS-da Quran’ın 33-cü surəsi Məhəmmədin dili ilə belə açıqlanır: “Mənim 



Allahım baş tutmadı, başınıza çarə qılın!” 

*** 


Bəlkə bu qiyam faktının içində də Asif Atanın Mütləqə İnam Ocağı üçün belə 

bir “SOS” harayı var? 

*** 

Bu qiyam Əsilin Ocaqdan dönməsi zamanı baş verməliydi. Ancaq Əsilin bəxti 



onda gətirmədi və Ocağın bəxti onda gətirdi ki, bu zaman Asif Ata sağ idi.  

*** 


Mənim bəxtim onda yatdı ki, bu qiyam Asif Atanın ölümündən sonra qalxdı. 

“Hay ver, İnam Ata!” harayı bundan yarandı. 

*** 

Bu yeni qiyamçılar yaxşı (saydığın) işdəklə  də pislik törətməyin mümkün 



olduğunu anlamadılar, çünki faktın içinə girmədilər; girsəydilər, faktın 

içərisindəki insana inamsızlıq insansızlığını görərdilər. 

*** 

Beləliklə, bu qiyam kimə qarşıydı? Asif Ataya qarşı! Axı Asif Ata insançıydı... 



*** 

Bu olay Asifçiliklə mövcud Ocaqçılığın “eyni şey” olmadığını göstərir — Ocaq 

Evladlarının bütün and-amanına baxmayaraq. 

*** 


İnamçılıq nədir? Mütləqə, başqa sözlə,  İnsana  İnam! Mütləq nədir? Bax: 

Mütləqin tərifinə. Bunda parçalanma yoxdur. 

*** 

İnamçılıq həm də Altı Müqəddəs  İdeyanın birliyidir. Bunda da parçalanma 



yoxdur! 

*** 


...Ocaqdaysa — var! Deməli, türk idrakını hünərli elan edib, onun təəssübünü 

çəkənlər burada diksinib ayılmalıdırlar. 

*** 

Çünki türkü sevən kəs bu qiyamı türkün idrakı saya bilməz; bu — idrak 



çolaqlığıdır; naqislikdir — xalisindən! 

*** 


...Yəqin Krşnanı, ağzına su alan “sədaqətli xidmətçi”, Məhəmmədi ağzı dualı 

bəndə axtarmağa vadar edən bu cür qiyamçılıqlarmış. 




_________________Milli Kitabxana

________________ 

 

 



85

*** 


...Bu harayların mövzusu yalnız Asif Atanın Mütləqə  İnam Ocağıyla deyil, 

bütün insanlıqla bağlı bir mövzudur. 

*** 

Bunlar baştutmaz sevda ardınca qoşmaq Məcnunluğudur; cikkədir, fəryaddır. 



*** 

Belə  səslər “mərdin qovula-qovula diktatora çevrilmək” zorunda qaldığı 

məqam və zamanlarda qopur mərdin sinəsindən: Hay ver, İnam Ata! 

*** 


Atamız var olsun! 

 

Köçəri (XII ay) 19-il. Atakənd. 



(Fevral 1998. Bakı). 

 

 

GERÇƏYİ  DEMƏK 

(Haray) 

 

Ocaqçılar gerçəkliyi ilə Ocaq işi (ideya yayıcılığı) arasından su da 



keçməməlidir! Bu — Asif Atanın arasıkəsilməz harayıydı. 

*** 


Mən “Ocaqçılar gerçəkliyi” deyəndə ayrı-ayrılıqda hər bir Ocaqçı  fərdin 

insanlaşmasını göz önündə tuturam; özünütanımadakı, özünüyaratmadakı uğur 

və ya uğursuzluqlarını. 

*** 


Bu — sırf Ocaq işidir; bizim başlıca işimiz budur: — İn-san-laş-maq. Nidasız. 

*** 


Yayıcılıq — bizim ikinci qayğımız olub, əsasən  İnsanlaşdırmaq məqsədi 

daşıyır. 

*** 

Birinci işimizdə köməkçimiz yoxdur, əksinə,  əl-ayağımıza dolaşan çoxdur. 



İkincidə köməkçimiz çox olacaq — həm yalançı, həm doğruçu.  

*** 


Burada özünü göstərmək, sınamaq, təsdiq etmək istəyən çox olacaq — kəsilmiş 

insan, ölkə və millət başlarından Xilafət imperiyası yapanlar “ən göyçək dinin” 

birinci  şəxsləriydi; inkvizisiya tonqallarında öz dindaşlarını diri-diri yaxanlar 

“ən fağır dinin” öndərləriydi. 

*** 

Mütləqə  İnam Ocağında — Asif Ata Amalının bu canlı timsalında — ideya 



canlı olaraq daim yaşamalıdır Ocaqçı fərdlərin ömürlərində. Canlı və ideya. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



86

Bu birlik (birləşmə yox, birlik!) olmasa — zirəklik, natiqlik, istedad, varidat, 

savad, qüvvət, bilik, biclik, bəzək... yenə girəcək insanla ideya arasına. Sizifin 

daşı yenə dərənin dibinə qayıdacaq. 

*** 

Mənim “azarım”, axtarışım rahiblik, tərki-dünyalıq deyil; Vişavamitralıq, 



Sergiy Atalıq deyil. Mən “səhv” adı verilən addımın mütləqləşdirilməməsini 

istəyirəm; nəyin həqiqətən səhv olduğunun düzgün müəyyənləşdirilməsini 

istəyirəm; bu sahədə “iqtidar-müxalifət” oyununu rədd eləyirəm. 

*** 


Mən Vişavamitranın Menakaya, Sergiyin Maryaya qədərki ömrünü yanlış 

sayıram. 

*** 

Məncə, bu qadınlar o kişiləri yoldan çıxarmamış, onları doğru yola çəkmək 



istəmişlər. 

*** 


Bu mövqe mənim təzad söyləmək azarımdan irəli gəlmir: axı  həyat ideyaya 

sığmır; öyrənciyə hər şeyi öyrətmən öyrətmir axı!.. 

 

*** 


Atamız var olsun! 

 

22 Köçəri (XII ay), 19- il. 




_________________Milli Kitabxana

________________ 

 

 



87

Hay ver, İnam Ata! 

 

QAYA  və  QƏLPƏ 

(Haray) 

 

“İnam Ata Ocağının Evladı Safruhun, mənim Amal qardaşımın iki kitabından 



birini belə, heç bir dinçi peyğəmbər yaratmamış, heç bir şübhəçi “peyğəmbər” 

yaza bilməz. 

*** 

Yeni Oğuz Sözü — qardaşımızın Saz musiqisi, Xalq Rəqsləridir; Oğuz yönü — 



onun 15 simfoniyası, 15 muğamıdır — hər biri Mayədən Mənsuriyyəyədək”... 

*** 


Mənim Ocaqdaşlarım bunu deməliykən, məndə kamilsizlik axtardılar, idrak 

zəifliyi kəşf etdilər. Unutdular ki, kamil olmayan kamil Yön yarada bilməz. 

*** 

Bununla da “qardaşınız Safruhun... Kitabını öyrənin, öyrədin, Sabaha çatdırın” 



deyən Atalarının Hökmünə arxa çevirmiş oldular. 

*** 


Sən nə  qədər ki Qaya ilə bir idin, mən sənə Qaya deyirdim; sən Qayadan 

qopanda — qəlpə oldun, mən də sənə qəlpə dedim. 

*** 

Mən sənin Qayalığını qorumağa çalışırdım, sən bunu anlamadın. 



*** 

Sən — mənim içimdə — özünü qına; səni içimə almaqla — mən də özümü 

qınayıram — “Oğuz yönü”nün “Daşıyıcı  və  Təmsilçi” harayında deyildiyi 

kimi. 


*** 

        “Uman yerdən küsərlər” demişlər. Mən səndən küsmüşəm. 

 

*** 


Atamız var olsun! 

 

15 Sərt (X ay), 19- il. 



 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə