Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə33/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   29   30   31   32   33   34   35   36   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



112

*** 


Suçu göyərtmək — suçu yaşatmaqdır. Göyərən yaşayır. (Bax: Atamızın 

“Kamilləşmə əməli” Kitabına). 

*** 

Aradakı məsafə qısalmırsa, Yolu gedən yoxdur. 



*** 

Tikanlı Ocaq yaşatmaq — bəşəri, insanı qurtuluşa çağırmaq, çatdırmaq deyil, 

aldatmaqdır. 

*** 


Fərəh üstə yeriməmək — Tikan üstə yeriməkdir. 

*** 


Yanılmanı yanılanın üzünə vurmaq — Öyrətmənin yanlışıdır; yanılmanı 

yanılanın başına çırpmaq —— Öyrətmənlikdə naşılıqdır; yanılmanı 

göyərtməkdənsə, Okulu tərk etmək yaxşıdır. 

*** 


...Mən sizi ya səmimiliyimlə yenəcəyəm və bununla da sizi Ruhaniyyat Yoluna 

qaytaracağam, ya sizdən  əlimi üzəcəyəm və bununla da sizin Ruhaniyyat 

Yolçuları olmadığınızı sübut edəcəyəm. 

*** 


Bu kimi harayların çəkilməsi gərəkibsə — gəl Ocağımızın halına ağlayaq, 

İnamım!.. 

*** 

Atamız var olsun! 

 

15 Köçəri ay, 22- il. 



 

 

ÇİÇƏYƏ  DOĞRU 

(İçsəs) 

 

Tikan üstə yeriyə-yeriyə Çiçəyə doğru gedirəm. 

*** 

Dəqiqini bilmirəm, bəlkə bunların hər ikisi (Tikan da, Çiçək də) öz içimdə bitir, 



öz içmdən bitir? 

*** 


Burasını dəqiq bilirəm ki, bütün insanlara Çiçək sunmaq istəyirəm; Tikan yox, 

Tikanı — heç kəsə yox! 

*** 

Və bu zaman aşırı insançılıqdan hüşənənləri də (onların baxışlarını da), 



dünyada insançılığın yox, canavarçılığın hökm sürdüyünü düşünənləri də 

(onların baxışlarını da) unutmuram, sayğacdan atmıram. 




_________________Milli Kitabxana

________________ 

 

 



113

*** 


(Burada “hökm sürdüyü” əvəzinə “çiçəkləndiyi” yazmaq istədim, ancaq 

gördüm ki, insançılıq çiçəkləyir, canavarçılıq tikanlayır — hökm sürür). 

*** 

Sevgilim insanlar! Sizin başınıza nə  gətirdilər?! Siz bir-birinizin başına nə 



gətirdiniz?! Siz mənim başıma nələr gətirdiniz?! Mən sizin başınıza nə 

gətirirəm?! 

 

*** 


(Burada mən özümü böyütmək, “Mən və Siz”, “Mən və Bəşəriyyət” söyləmək 

istəmirəm, “Tək və Toplum” (“Fərd və Cəm”) nisbətindən danışıram). 

*** 

Mən sizə olan sevgimi itirmədim, sizin bu sevgiyə olan inamınızı və sayğınızı 



itirdim. İtirdimmi doğrudan?! İtirdimsə — suç özümdə! 

*** 


Gərək Tikanı döyüş  cəbbəxanama yerli-dibli götürməyəydim, sizin də 

tikanlarınızı görməyəydim, görməməyi bacaraydım!.. 

*** 

Sevgimə inamınızı itirdim — mədəniyyətimin yox, məharətimin 



yetərsizliyindən. 

*** 


Sevgilim insanlar! Bəs siz sevginizi nədən itirdiniz, sizdə yetərsizlik nədəydi? 

*** 


Unutmayın ki, Həqiqətin Tikan sayıldığı yer — Ruhaniyyat Ocağı sayıla 

bilməz. 


*** 

...Mən Soylunu sevirəm! Soylunu sevmək — qeyrəti sevməkdir, qətiyyəti 

sevməkdir, döyüşü sevməkdir, qələbəni sevməkdir; Soylunu sevmək — alovlu 

idrakla zəngin əməl birliyini sevməkdir! 

*** 

Mən Ötkünü sevirəm! Ötkünü sevmək — qanadlı  zəkanı sevməkdir, azadlığı 



sevməkdir, bənzərsizliyi sevməkdir, ruhani ömür şeriyyətini sevməkdir! 

*** 


Soylunun yönü — duyğusal, ehtiraslara söykənən idrak — din, inanc, car, 

haray (və bu Yolda dünyaya Türk Sözünü demək); Ötkünün yönü — etidala 

söykənən, həm də  hərarətli, dərinlərə  işləyən — Asif Ata İnamçılığını 

duyğuların aşırılığından qorumaq, onun dinləşib  əhkamlaşmasına qarşı 

dayanmaq (və bu Yolda öz sözünü demək). 

*** 


İnsani sevgiyə  sərhəd qoymaq — böyüklükdən ayrılmaqdır, qəlbi sərhədsiz 

saya-saya qəlbə sərhəd qoymaqdır. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



114

Sən də aydınlaş ki, mənim dumanlıqdakı sevgilim, görüm səni sevməklə mən 

nəyi sevirəm, kimi sevirəm. Yəni ötəriliyindən, keçiciliyindən, sonluluğundan, 

kamilsizliyindən  əzəli,  əbədi, sonsuz, kamil bir səmtə  çıx! Yəni yoxluğundan 

keç — var ol! 

 

*** 



Yoxluğu sevmirlər, varlığı sevirlər axı sevənlər! “Məcnun da Leyli şəxsində 

Mütləqi sevmədimi”?! 

*** 

...Sevilmək istəyəni həsrətli qoydunuz, barı sevəni həsrətdə qoymayın, 



sevgililərim! 

*** 


Atamız var olsun! 

 

16 Köçəri ay, 22- il. 

 

 

 

 

 

 



 

QƏLBİNDƏN  ÖPÜRƏM 

(İçsəs) 

 

          İnsan sevdiyi Şəxsin qəlbindən öpməlidir, əlindən yox. 



*** 

Qəlbdən öpmək insanın Allahlığına xələl gətirməz, əldən öpmək — gətirər. 

*** 

Bu anlamdakı öpmə — ruhanilik içsəsidir (izharıdır), əl isə nə qədər təmiz və 



düz olur-olsun, ruhanilik ifadəçisi deyil. 

*** 


Nə baba-nənənin, nə ata-ananın, nə də hər hansı bir başqa şəxsin əlini öpməyə 

heç bir insani-ruhani zərurət yoxdur. 

*** 

Əl öpmək — hərdənbir olar — vəcd halında. Vəcdsə — gələnəkləşməz. 



*** 

Mənim baxışımda:  Əlöpməni kütləvi gələnəyə çevirmək — insana zərər 

verməkdir və ona inanmamaqdan irəli gəlir: dikbaş olar, qələt elər... 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə