Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə34/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   30   31   32   33   34   35   36   37   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



115

Kütləvi əlöpmə gələnəyindən iyrənirəm və onu insana qəsd sanıram. 

*** 

Mən Asif Atanın  əlini öpməklə  özümün Zəruri  Əsarətimi  ifadə elədim. 



Vəcdli hallarımı çıxmaqla — mən o əməli heç vaxt tam nuşcanlıqla eləmədim 

(ancaq candərdi də eləmədim — öz Zəruri  Əsarətimin böyük anlamını gözəl 

anlayırdım). 

*** 


Mən Asif Atanın (daha doğrusu  İnam Atanın) daim qəlbindən öpmüşəm 

nüşcanlıqla, daim də öpəcəyəm. 

*** 

Üz-üzə toxunmanı qarşılıqlı vəcdli anlaşma məqamlarının üzərdəki ən dolğun 



ifadəsi sayıram. 

*** 


Qarşılıqlı  vəcdli anlaşmanın bundan da yüksək ifadəsi — şəxslərin yana 

çevrilib ağlamaları,  ən yüksək, son yüksək ifadəsi isə — bir səmtə baxaraq 

ölümə getmələridir. Mən Asif Ataya bu məqsədlə qovuşmuşam. 

*** 


...Atadan ötrü alışıb-yanıram! Ataya sevgilərimlə dolub-daşıram, şair demişkən 

“get-gedə qocalmır, cavanlaşıram”! 

 

*** 


Atamız var olsun! 

 

17 Köçəri (XII ay) 22- il. Atakənd.  



(Fevral 2001. Bakı). 

 

 

BİLİK  və  MÖVQE 

(İçsəs) 

 

Dartışma mövzuları: 1) Aşırı insansevərlik son ucda insana zərər verir; 2) Aşırı 



insansevərliyi harada görmüsən? (Yəni o – yoxdur); 3) Doğrudanmı yoxdur?.. 

*** 


Bu döngəli–dönümlü baxışların birincisini deyirsən – dinləyici odası 

(auditoriya) ona inanır; ikincisini deyirsən – birincidən soyuyub ikinciyə 

meyllənir; üçüncünü deyirsən – birinciyə qayıtmaq istəyir... 

*** 


Bu – çoxölçülü dünya və çoxölçülü fikir deməkdir və bu, Deyəndən vicdan 

istəyir, Dinləyəndən ağıl və ayıqlıq. 

*** 

Bilik Mövqeyə nisbətən nə  qədər dəqiq və  nə  qədər müəyyən olur-olsun, öz 



bitkinliyinə Mövqedə çatır. 


_________________Milli Kitabxana

________________ 

 

 



116

*** 


Son ucda: Bilik – dəyişilir, Mövqe – dəyişilmir, sabit qalır, yiyəsiylə birlikdə 

“olur”. 


*** 

Birisi mənim “Bilik” deyə sunduğumu alt-üst eləyə bilər: məsələn, Yer 

mərkəzçi sistemini təkzib edib, özünün Günəş mərkəzçi sistemini təsdiq eləyə 

bilər. Ancaq məni heç kəs, məsələn, “Könül sevən – göyçəkdir” Mövqeyindən 

daşındıra bilməz və bunun əksini sübut eləyə bilməz; olsa-olsa o da öz  

mövqeyini söyləyər. 

*** 

...Bəşər  İstedadın nazıyla oynayır,  İstedad bəşəri barmağına dolayır; ona əsl 



dəyərləri – əzəli, əbədi, sonsuz, kamil dəyərləri unutdurur. 

*** 


Məsələn,  İstedad adamları  məharətlə lütləndirir, bunun böyük gəlişmə 

olduğuna onları inandırır və  həm də  ər-arvad sədaqətindən, ailə 

müqəddəsliyindən,  İsadan, Musadan dərin bələdliklə, coşğun ilhamla, 

istedadlılar demiş, virtuozcasına danışır. 

*** 

İstedad Allah dilini, Lenin dilini, Beynəlxalq biznes dilini, Kafe-Şantan dilini, 



Tartan-Partan dilini hər vasitə ilə yayır, uğurla yayır və  həm də dirigözlü 

torpağa gömdüyü doğma dilə, dil doğmalığına öygülər (mədhiyyələr) oxuyur, 

onun müdafiəsi üzrə komitələr yaradır! Doğmalığı öyə-öyə öldürməklə, yadlığı 

məharətlə yeridib, qaldırır, yayır. 

*** 

İstedadın oyunları sayəsində adam istədiyini, istəməli olduğunu – istəmir, 



istəmədiyini – istəyir!.. 

*** 


Bəşər İstedadın nazıyla oynayır. Ona görə də mənim Mövqeyim belədir: bəşərə 

bilikdən, istedaddan öncə, bunlardan qat-qat artıq dərəcədə inam gərəkdir – 

inanc, ruhani haray anlamında İnam. 

*** 


Ocaqlıq – Asif Ata İrsinin Mövqeyidir – Ocağın “Bakı Qolu”nun qismən, 

“Saray-Soylu”nun mütləq şəkildə yaşatdığı; Mütləqə İnam fəlsəfəsi – Asif Ata 

İrsinin Biliyidir – “Yanar Zəka”nın yaşatdığı. 

*** 


Bilik – Mövqesiz deyil, Mövqe – Biliksiz deyil. Ancaq bununla belə, Mövqeyi 

baş üzərində Bayraq kimi uca tutmadan Asif Ata Harayının bütövlüyünə 

yetmək olmaz. 

*** 


“Asif Ata Harayının bütövlüyünə yetmək” – “İnsana Mütləq anlamda yaramaq” 

anlamı daşıyır – Bayrağımızdakı yazıya. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



117

Bilik – sarsılandır, o cümlədən fənalıqlar, naqisliklər qarşısında; Mövqe – 

sarsıdandır fənalıqları, naqislikləri. 

*** 


İnsanın insanda iştirakı olmalıdır – o cümlədən, din yaradan, inam yaradan

fəlsəfə yaradan, sənət yaradan, mədəniyyət yaradan insanın, bu cür yaradıcılıq 

iştahında olan insanın. 

*** 


Mənim Mövqeyimcə amaclar amacı (məqsədlər məqsədi) budur; bu – Mütləqə 

mütləq xidmətdir. 

 

*** 


İnam – ən böyük, ən sarsılmaz, ən sarsıdıcı Mövqedir. 

 

*** 



Atamız var olsun! 

 

3 Murad günü, Günəş ayı 



(I ay), 23- il. Atakənd. 

(03.III.2001. Bakı). 

 

 

İNAM  İRSİ 



(Haray) 

 

“Asif Atanın Mütləqə  İnam Ocağı”nı bir sözlə “Ocaqlıq” adlandırmaq olar. 



(Müqayisə et: “Dünya – Dünyalıq”). 

 

*** 



“Asif Atanın Mütləqə İnam Fəlsəfəsi”ni bir sözlə “İdraklıq” adlandırmaq olar. 

*** 


Ocaqlıq üstəgəl İdraklıq bərabərdir – İnamlıq. 

*** 


Ən qısa ömürlüsü – Ocaqlıq ola bilər, ən uzun ömürlüsü – İdraklıqdır. 

*** 


İrsin uğuru – İnamlıqdan asılıdır, onun uğuruyla ölçülür, onun cövhərləriylə 

təsdiqlənir. 

*** 

Atanın, Ata Əməyinin, Ata Qurbanının (Ömrün) Amacı, Məqsədi O idi. 



*** 

Atanın  İnsanlığa verdiyi Xeyir onda tapa bilər özünün dolğun ifadəsini – 

İnamlığın Təsdiqində. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə