Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə26/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   22   23   24   25   26   27   28   29   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



88

Hay ver, İnam Ata! 

 

BİRLİYƏ  DOĞRU 

(Haray) 

 

En üstəgəl bir bərabərdir bir (N+1=1). 



*** 

Bütün başqa din, inanc və  təlimlərdən fərqli olaraq, İnamçılıqda (Asifçilikdə) 

insanı çaşdırma halı, məqamı, nöqtəsi yoxdur. 

*** 


İnsanın qəlbinə sevgi və sayğın, azacıq da bələdliyin olsa, İnamçı (Asifçi) ola 

bilərsən. 

*** 

Öz təriqətindən yüksəyə qalxsan — İnamçı ola bilərsən; öz dinindən yüksəyə 



qalxsan — İnamçı ola bilərsən. 

*** 


Soydaşının, yurddaşının, yarının, yoldaşının,  ərinin, arvadının, bacının, 

qardaşının, gəlininin, qaynananın, baldızının, iş yoldaşının, amaldaşının... 

arxasınca deyinməsən — İnamçı ola bilərsən. 

*** 


Buradakılar oradakılarçün darıxmırlarsa, burada Ocaqçı yoxdur, İnamçı 

yoxdur. Oradakılar buradakılarçün darıxmırlarsa, orada Ocaqçı yoxdur, İnamçı 

yoxdur. Ocaqçı, İnamçı olmayan yerdə Ocaq yoxdur, İnam yoxdur. 

*** 


Oradakılarla buradakılar bir-biri üçün darıxırlarsa, hər ikisi bir Ocaqdır, orda-

burdalıq önəmsiz bir anlaşılmazlıqdır və  hətta ola da bilər, zərurətdən  əmələ 

gəlib... 

*** 


Böyüyə (ata-anaya) qarşı sayğısızlıq elə də böyük yekəbaşlıq deyil; hələ qolu-

qıçı bərkiməmiş balaya qarşı sayğısızlıq Yer üzünün ən bağışlanılmaz suçudur. 

*** 

Ata-ana qocalıb  əldən düşənə  qədər sayğıya yararsız yaşamış ola bilərdilər; 



qolu-qıçı bərkiməmiş bala isə mütləq ilahi dəyərdir — gələcəyinin necəliyindən 

asılı olmayaraq. 

*** 

Beşikdəki, bələkdəki, qundaqdakı körpə  İnsan gözünü yumaraq, yüzə-yüz, 



bütünlüklə öz ixtiyarını verir sənə; o, sənin qarşında bir İnsan Mahiyyəti, Tanrı 

olaraq dayanır. Buna görə də körpələrə qıymaq ən azğın başkəsən üçün də asan 

başa gəlmir. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



89

Ölüyə sayğı da bunun kimidir — sağlığında necə yaşamış olur-olsun. İstənilən 

ölü də dirinin qarşısında mütləq bir İnsan Mahiyyəti kimi dayanır, öz Anlamı, 

Mahiyyətiylə necə rəftar eləməyi bütünlüklə dirinin ixtiyarına verir. 

*** 

          İnsanın tanrılığı, bircəliyi (milyardlarca olmaması) bax budur.  



*** 

Mahatma Qandi öz Hindistanını dişinə qədər yaraqlı İngiltərənin qarşısına belə 

bir Mahiyyətin təzahürü kimi çıxarmaq istəyirdi.  

*** 


Mahatma Qandinin ingilislərə qarşı döyüşündə ingilisə (insana) inam vardı. 

*** 


Mahatma Qandi — təməldə İnamçı idi... 

 

*** 



Atamız var olsun! 

19- ilin Sərt ayı. 

 

 

 



Hay ver, İnam Ata! 

 

SUÇUN  YAŞI 

(Haray) 

 

Suç insanda nə vaxtdan doğulur? Məsələn, 15 yaşlı  gəncin və ya 25 yaşlı 



cavanın suçu neçə yaşında olur? 

*** 


Öz yiyəsi — daşıyıcısı ilə birgə doğulan suç (canavar, ilan, tülkü) özü nə vaxt 

doğulur, oyanır? 

*** 

Ola bilərmi suç heç doğulmasın — oyanmasın? 



*** 

Özündən asılı olmayaraq, onunla qoşa doğulan (gələn) suça görə heç kəsi 

qınamaq olmaz. Qınamağa nə vaxtdan başlamalı? 

*** 


Gedənlərdə Safruha inam öləzik idi, qalanlarda Safruha inam öləzikdir 

(zəifdir). 

 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



90

Safruh — müqavimətsiz, iradəsiz, iddiasız olmaqla, tam bir Ocaq Mahiyyəti 

kimi dayanıb qarşınızda. Körpə uşaq yetkin yaşlı yadların qarşısında dayanan 

kimi; ölü bir kəs dirilərin qarşısında dayanan kimi. 

*** 

                 Gedənlər — inamsızlığa görə getdilər. 



*** 

Qalanlar — İnama görə qalmalıydılar, ancaq bunlar gedənlərə görə 



qalmışlardır. 

*** 


Biz — İnamçılarıq. İnam — bizə düşən (bizi açmağa yarayan) açardır və bizim 

əlimizdəki açardır — hər cür bağlıya düşən (onu aça bilən). 

*** 

Bizim qarşılıqlı inam və inamsızlığımızda, sevgi və sevgisizliyimizdə, sayğı və 



sayğısızlığımızda İnam Ataya inam, sevgi və sayğımızın dərəcəsi bilinir. 

*** 


İnam Ata: “Məni sevin. Bir-birinizi sevməsəniz də olar” deməmişdi. O 

demişdi: “Bir-birinizi sevin. Bu elə məni sevməyiniz deməkdir”.  

*** 

“Sizin bir-birinizə qarşılıqlı sevgilərinizə sizin ehtiyacınız var. Sizin sevginizə 



mənim ehtiyacım yoxdur o qədər”. Bu da İnam Atanın dediyidir. Onun ara-sıra 

dilinə  gətirdiyi: “Hamınız çıxıb getsəniz, yenə Ocaq qalacaq və yaşayacaq

özünüzü elə aparırsınız, hərdən özümü tamam yalqız hiss edirəm!” kimi sözləri 

bu anlamı daşıyırdı.  

*** 

...Suçun yaşını — onu doğan bilər. Suçu yaşatmaq da, yox etmək də onu 



doğandan asılıdır. 

*** 


Atamız var olsun! 

 

3 Qar (XI ay), 19- il. 



 

GƏRƏKƏN 

(Haray) 

 

Mənə bundan sonrakı ömür — iş görmək üçün “verilir”. “İş görmək” — yəni 



okul açmaq — insanlıq, insanilik okulu... 

*** 


İndiki bəşəriyyətin, indiki sayın — yarısı artıqdır; ola bilsin, dörddən üçü — 

artıqdır. 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə