Müasir Azərbaycan dili
293
saxlayan deyil. (İ.Şıxlı) Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır. (B.Vahabzadə) Kişi
hirsindən boğulsa da, heç nə deməmişdi. (İ.Şıxlı) Gözlərinin
oynadığını görsə də, dinmədi. (İ.Şıxlı) Salatın anasının
vəziyyətini duysa da, bir şey deyə bilmirdi. (İ.Şıxlı)
2. Budaq cümlə baş cümləyə
-sa belə, -sə belə şəkilçi və
ədatı ilə bağlanır. Məsələn,
O buraya gəlin gələndə ərinin var-
dövləti olsa belə, əməlli-başlı bir otağı da yox idi. (İ.Şıxlı) Ürək
çırpıntılarını duydusa belə, özünü o yerə qoymadı. (İ.Şıxlı) O,
Mələyi vurduğuna peşman olsa belə, sevinirdi.(İ.Şıxlı) Döyülsə
belə, xatadan qurtarmışdı. (İ.Şıxlı)
3. Budaq cümlə baş cümləyə
-sa da belə, -sə də belə
şəkilçi və ədatı ilə bağlanır. Məsələn,
O, üzdə bir söz deməsə
də belə, bunu etiraf etməyə məcbur olurdu. (İ.Şıxlı) Ərinin
yatmadığını bilsə də belə, səsini çıxartmırdı. (İ.Şıxlı) Qapıya
yaxınlaşdısa da belə, ürəyinin çırpındığını hiss edib geri
qayıtdı. (İ.Şıxlı) O cana doysa da belə, hələ qəti qərara gələ
bilmirdi. (İ.Şıxlı)
4. Budaq cümlə baş cümləyə
nə qədər, hər nə qədər
bağlayıcı sözləri,
-sa da, -sə də şəkilçi və ədatı ilə bağlanır.
Məsələn,
Nə qədər çalışırdısa da, yata bilmirdi. (İ.Şıxlı) Qız
nə qədər çalışdısa da, müvazinətini saxlaya bilmədi. (İ.Şıxlı)
Salatın nə qədər yalvardısa da, arvad inadından dönmədi.
(İ.Şıxlı) Əhməd nə qədər çalışsa da, müsəlmanlığını sübut edə
bilmirdi. (İ.Şıxlı) O nə qədər Mələyə susmağı əmr etsə də,
haqsızlığını duyurdu. (İ.Şıxlı)
5.Bəzən budaq cümlənin
əvvəlində
hərçənd,
komponentlər arasında isə
amma, ancaq, lakin, fəqət
bağlayıcılarından biri işlənir:
Hərçənd əskik bir işinizi
görməmişəm, amma mən belə hesab edirəm. (Elçin)
6
.Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb
cümlələrin bir qismində bağlayıcı söz işlənməklə bərabər,
budaq cümlənin sonuna
-sa, -sə şəkilçisi artırılır,
da də ədatı
isə badaq cümlənin daxilində işlənir. Məsələn,
Özünü nə qədər
Gülarə Abdullayeva
294
sərbəst də aparsa, Şamxalla açıq danışa bilmirdi.
(İ.Şıxlı) Şəhərdən nə qədər uzaqda da olsa, otaqlarım rahat idi.
(İ.Əfəndiyev)
7. Bəzən budaq cümlədə müxtəlif bağlayıcı sözlər
işlənir, budaq cümlənin xəbəri təkrarlanır, təkrarlanan
xəbərlərdən biri felin xəbər, ikincisi isə əmr şəklində işlənir. Bu
zaman birincinin sonuna
-sa, -sə şəkilçi-ədatı da artırıla bilər.
Məsələn,
O nə qədər bezir-bezsin, yenə də qəti qərara gələ
bilmirdi. (İ.Şıxlı) Nə qədər danışır-danışsın heç kəs ona məhəl
qoymurdu. və s.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb
cümlələrdə əsas məna olan qarşılaşdırma mənası aşağıdakı
kimi müxtəlif çalarlarda özünü göstərir:
1.
G ü z ə ş t l i qarşılaşdırma. Belə cümlələrdə baş
cümlədəki fikir budaq cümlədəki fikrə güzəştə gedir.
Məsələn,
O cana doysa da, hələ qəti qərara gələ bilmirdi.
(İ.Şıxlı) Qapıya yaxınlaşdısa da, ürəyinin çırpıntısını eşidib
geri qayıtdı. (İ.Şıxlı) Döyülən uşaq ağrıdan qıvrılsa da, səsini
çıxartmırdı. (İ.Şıxlı)
2. Z i d d i y y ə t l i qarşılaşdırma. Bəzən baş və
budaq cümlədəki fikirlər ziddiyyətli şəkildə qarşılaşdırılır.
Məsələn,
Katib onun səsində bir tənə, bir giley hiss etsə
də, fikrindən dönüb yumşalmadı. (M.İbrahimov).
3. M ü q a y i s ə l i qarşılaşdırma. Baş və budaq
cümlənin məzmunu müqayisəli şəkildə qarşılaşdırılır.
Məsələn,
Kamil bir palançı olsa da insan, yaxşıdır
yarımçıq papaqçılıqdan. (N.Gəncəvi)
4. F ə r q l ə n d i r i c i qarşılaşdırma. Baş cümlədəki
fikir qarşılaşdırma yolu ilə budaq cümlədəki fikirdən
fərqləndirilir. Məsələn,
İmdad qardaşım da olsa, çürük
adamdır. (Ə.Vəliyev).
5. Ş ə r t l i qarşılaşdırma. Bu növ budaq cümlələrdə
budaq cümlə həm də şərt məzmununa mülik olur. Lakin əsas
məna qarşılaşdırma olduğundan, belə cümlələr qarşılaşdırma
Müasir Azərbaycan dili
295
budaq cümləsi hesab edilir. Bu cümlələr əksər halda
əgər,
hərgah bağlayıcıları və
-sa, -sə şəkilçisi ilə formalaşır,
-sa,
-sə şəkilçisindən sonra
da, də ədatı da işlənir. Məsələn,
Hərgan başım çox bəla çəksə də, yenə səni tək qoymayacağam.
Nəticə budaq cümləsi.
Nəticə budaq cümləsi baş
cümlədən doğan nəticəni bildirir. Səbəb və nəticə budaq
cümləli tabeli mürəkkəb cümlələr tərkib hissələri arasında
səbəb-nəticə münasibətinə görə bir-birinə bənzəyir. Lakin
səbəb budaq cümləli tabeli mürəkkəb cümlələrdə budaq
cümlə səbəbi, baş cümlə nəticəni bildirirsə, nəticə budaq
cümləli tabeli mürəkkəb cümlələrdə bunun əksi müşahidə
olunur. Yəni, budaq cümlə səbəbi deyil, baş cümlədən yaranan
nəticəni bildirir. Məsələn,
Elə şey nədir ki, sən ondan ötrü fikir
edirsən? (İ.Şıxlı) Gör nə günə qalmışam ki, mənim döydüyüm
adam mənə qahmar çıxır? (İ.Şıxlı)
Hər iki misalda budaq cümlə baş cümlədən sonra
işlənərək ona
ki bağlayıcısı ilə bağlanmışdır.
“Başqa budaq cümlə növlərindən fərqli olaraq, sadə
cümlədə cümlə üzvü qarşılığı olmadığı üçün nəticə budaq
cümləsinin baş cümlədə yerliyi qəlibi olmur və budaq cümlə
heç bir suala cavab vermir”. (4, səh. 397)
Budaq cümlənin müstəqil nəticə mənası ifadə
etdiyini yoxlamaq üçün onun əvvəlinə
nəticədə, bunun
nəticəsində sözlərini də artırmaq olar.
Başqa tabeli mürəkkəb cümlələrdən fərqli olaraq,
nəticə budaq cümləli tabeli mürəkkəb cümlələr sadələşdikdə
budaq cümlə predikat –
xəbər yerində, baş cümlə isə səbəb
zərfliyi yerində durur. Yalnız bu cür sadələşdirmə apardıqda
cümlənin mənasını əvvəlki kimi saxlamaq olur. sadələşdirmək
üçün əksinə əməliyyat aparmaq lazım gəlir.
Nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrin
dilimizdə yalnız bir tipi mövcuddur: bir qayda olaraq, həmişə
baş cümlə əvvəl, budaq cümlə isə sonra işlənir. Lakin bu bir
Gülarə Abdullayeva
296
tipin özünü də budaq cümləni baş cümləyə bağlayan vasitələrə
görə aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Nəticə budaq cümləsinin ən çox işlənən növü
ona
görə də, buna görə də, onun üçün də, bunun üçün də tipli nəticə
bağlayıcılarının iştirakı ilə yaranan növüdür. Məsələn,
Sadıq
onu qorxudub, ona görə də Qəşəm razılıq verib. (Q.İsmayılov)
2. Budaq cümlə baş cümləyə
odur ki bağlayıcısı ilə
bağlanır. Məsələn,
Sultanın qəfil gəlişi onu həm sevindirdi, həm
də qorxutdu, odur ki, ayağa qalxıb baş əydi. (F.Kərimzadə)
Amma daha heç yerə yolu olmadığını bilirdi, odur ki, özü ilə
gətirdiyi qaravaşla öz dillərində danışır, öz mahnılarını
oxuyurdular. (F.Kərimzadə)
3. Baş cümlədə
necə, nə, kim və s.
sual əvəzlikləri
işlənir, budaq cümlə baş cümləyə əksər hallarda
ki bağlayıcısı,
bəzən də imtonasiya ilə bağlanır. Məsələn,
Bəs necə oldu ki,
Mələk sağ qaldı? (İ.Şıxlı) Sənə nə düşüb ki, özünü öldürürsən?
(İ.Şıxlı) Amma neyləyim ki, mənim bəxtim gətirmədi? (İ.Şıxlı)
Neçə olub ki, bu mənim ağlıma gəlməyib?(İ.Şıxlı) Sən kimsən
ki, mənimlə belə danışırsan?
4.
Baş cümlədə -mı
4
ədatı işlənir, budaq cümlə baş
cümləyə
ki bağlayıcısı ilə bağlanır. Məsələn,
Açıb-ağardası
dərddirmi ki, deyəsən? (İ.Şıxlı) Mən yadammı ki, belə söz
danışırsan? (İ.Şıxlı)
5. Budaq cümlə baş cümləyə intonasiya və
ki bağlayıcısı
ilə bağlanır. Məsələn,
Hələ ölməmişəm ki, malımı dövlətimi
dağıdırsan. (İ.Şıxlı) Məni sən gətirməyibsən ki, evdən
qovursan? (İ.Şıxlı)
Belə cümlələrdə, adətən, baş cümlənin xəbəri inkar
formada olsa da, sual intonasiyası ilə tələffüz edilərək təsdiq
formanı bildirir.
6. Baş cümlənin daxilində
elə, elə bir, bir sözləri işlənir,
budaq cümlə baş cümləyə
ki bağlayıcısı ilə bağlanır. Məsələn,
Boyu elə uca idi ki, səmanın bir parçasından başqa heç nə