|
Microsoft Word sahib eliyev doc
Müasir Azərbaycan dili
285
Lakin bu sözlər həmişə deyil, yalnız üç halda– yönlük, yerlik
və çıxışlıq hallarında olduqda yer budaq cümləsi əmələ
gətirir, qalan hallarda başqa budaq cümlələrin: mübtəda,
tamamlıq, xəbər budaq cümlələrinin yaranmasına səbəb olur.
Məsələn, Hardan işıq gəlsə, ora güllə atəşinə tutulurdu.
(mübtəda budaq cümləsi), Hardan işıq gəlsə, oranı güllə
atəşinə tuturdu. (tamamlıq budaq cümləsi).
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə,
dilimizdə yer budaq cümləsinin də iki tipi vardır.
I tip. Budaq cümlə baş cümlədən sonra işlənərək
ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə oraya, orada,
oradan, o yerə, o yerdə, o yerdən, həmin yerə, həmin
yerdə, həmin yerdən kimi qəlib sözlər işlənir. Məsələn, O
yerlərdə suyun şaqqıltısından durmaq olmur ki, orda qar əriyir.
Dilimizdə yer budaq cümləsinin bu tipi olduqca az
işlənir.
II tip. Budaq cümlə əvvəl, baş cümlə sonra işlənir
və budaq cümlə baş cümləyə hara (ki), haranın (ki), haraya
(ki), harada (ki), haradan (ki), o yerə ki, o yerdə ki, o yerdən ki,
bir yer ki, bir yerə ki, bir yerdə ki, bir yerdən ki kimi bağlayıcı
sözlərlə bağlanır. Bağlayıcı sözdən sonra ki ədatı, budaq
cümlənin sonunda -sa, -sə, şəkilçisi ola da bilər, olmaya
da. Məsələn, İtiyini harda itirmisən, orda axtar.
(M.Süleymanlı) Sən məni hara çağırımışdınsa, ora gedirəm.
(Ə.Mustafayev) O yerdə ki təmizlik var, orda xəstəlik olmaz.
(M.Hüseyn) Bir evdə ki könül ağlar, toy-düyündən söz açılmaz.
(B.Vahabzadə)
Yer budaq cümləsinin bu tipində baş cümlədə qarşılıq
bildirən söz işlənməyə də bilər, lakin təsəvvür edilməlidir.
Məsələn, İndi mən haraya istəsəm, (oraya) çapacağam (İ. Şıxlı)
Kəmiyyət budaq cümləsi. Kəmiyyət budaq cümləsi
baş cümlədəki hərəkət və ya əlamətin kəmiyyətini bildirir.
Məsələn, Ona nə qədər qayğışeşliklə yanaşsaq, bir o qədər
yaxşıdır. (H.Abbaszadə)
Gülarə Abdullayeva
286
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə,
kəmiyyət budaq cümləsinin də dilimizdə iki tipi vardır.
I tip. Budaq cümlə baş cümlədən sonra işlənərək
ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə budaq
cümlənin o qədər, o kəmiyyətdə, o miqdarda kimi qəlib
sözü , yerliyi işlənir və budaq cümlə vasitəsilə izah edilir.
Məsələn, İndi Bayramın həyəcanı o qədər artdı ki, az qala
özünü itirib görüşü təxirə salacaqdı. (M.Hüseyn)
Prof. Q.Ş.Kazımov dilimizdə kəmiyyət və dərəcə
budaq cümləli tabeli mürəkkəb cümlələrin həm quruluşuna,
bağlayıcı vasitələrinə, həm də qrammatik semantikasına
görə bir-birinə çox oxşar olduğunu qeyd edərək onları
aşağıdakı kimi fərqləndirir: “Dərəcə budaq cümləsi baş
cümlədə əlamətin dərəcəsini bildirir, buna görə də sifət və
zərflə ifadə olunan üzvlərə aid olur. Kəmiyyət budaq
cümləsi isə baş cümlədə əşya bildirən üzvün
kəmiyyətini bildirir. Məsələn, Həyətin içi o qədər
qaranlıq idi ki, evlər çətin seçilirdi. (Mir Cəlal). Bu
cümlədə o qədər sözü sifətlə ifadə olunmuş qaranlıq idi
xəbərinə aiddir və əlamətin dərəcəsini bildirir. O qədər
qoyun – quzu, o qədər mal –qara, o qədər at vardır ki,
saymaqla qurtarmaq olmazdı. (Ə.Vəliyev). Burada o
qədər sözü qoyun –quzu, mal – qara, at sözlərinə aiddir
və əşyanın kəmiyyətini bildirir. Birinci misalda o qədər
sözünü elə sözü ilə, ikinci misalda o miqdarda sözü ilə
də əvəz etmək olar. Ona görə də birinci cümlə dərəcə, ikinci
cümlə kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlədir”.
(6, səh. 380-381)
II tip. Bu tipdə budaq cümlə əvvəl, baş cümlə
sonra işlənir, budaq cümlə baş cümləyə nə qədər, hər nə
qədər bağlayıcı sözləri ilə bağlanır. Bağlayıcı sözdə ki
ədatı budaq cümlənin sonunda -sa, -sə şəkilçisi işlənə də
bilər, işlənməyə də. Baş cümlədə qarşılıq bildirən o qədər, o
qədər də, bir o qədər, bir o qədər də sözləri işlənir və
Müasir Azərbaycan dili
287
budaq cümlə vasitəsilə izah edilir, aydınlaşdırılır. Məsələn,
Nə qədər bacarırsan, o qədər verərsən. (M.İbrahimov) Nə
qədər istəyirsiniz, götürün. (C.Cabbarlı) Qurban qağa nə
qədər tapşırmışdı, o qədər də gətirmişəm. (İ.Şıxlı)
Baş cümlədə qarşılıq bildirən eləcə, bir elə, beş o qədər,
yüz o qədər, min o qədər, min qat və s. sözlər işlənir və
budaq cümlə vasitəsilə izah edilir. Məsələn, Nə qədər
istəyirsə, min o qədər fırlana.(B.Vahabzadə) Nə qədər
tapşırmışdınız, beş o qədər gətirmişəm.
Səbəb budaq cümləsi. Səbəb budaq cümləsi baş
cümlədəki hərəkət və ya əlamətin səbəbini bildirir, nə
üçün? niyə? nə səbəbə? nəyə görə? nədən ötrü? suallarına
cavab verir. Məsələn, Üzr istəyirəm ki, mən bunu sizə indi
söyləyə bilməyəcəyəm. (İ.Əfəndiyev) Rüstəm kişi sevinirdi,
çünki bunların hamısını özü tikdirmişdi. (M.İbrahimov)
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə
görə səbəb budaq cümləsinin iki tipi vardır.
I tip. Budaq cümlə baş cümlədən sonra işlənərək,
ona çünki bağlayıcısı ilə bağlanır. Məsələn, Xeyr, məni
saymayın, çünki mən belə işlərə qarışmaram. (C.Cabbarlı)
Budaq cümlə baş cümləyə ki, ona görə ki, ondan
ötrü ki, o səbəbə ki, onun üçün ki bağlayıcıları ilə bağlanır.
Budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlandıqda baş
cümlədə çox zaman ona görə, ondan ötrü, onun üçün, o
səbəbə, bu səbəbə, buna görə, bundan ötrü və s. qəlib
sözlər işlənir və budaq cümlə vasitəsilə izah edilir. Məsələn,
Uşaqlar bir də ona görə sevinirdilər ki, Kipiani gəlmişdi.
(İ.Şıxlı) Bu zəhməti ona görə çəkirik ki, əsl insan kimi yaşayaq.
(S.Rəhimov) Arvad inanmadı, ona görə ki, o hələ oxuyacaqdı.
(İ.Şıxlı) Bu çiçəklər onun üçün gözəldir ki, onu sənin kimi
çiçək bəsləmiş. (C.Cabbarlı) Baxa bilmirəm, ona görə ki, bu
gerilik onlara da dərd olur. (M.Hüseyn)
Bəzən baş cümlədə qəlib söz olmadan da budaq
cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanır. Məsələn,
Gülarə Abdullayeva
288
Günah məndə oldu ki, sənin şikarını əlindən çıxartdım.
(F.Kərimzadə)
II tip. Bu tipdə budaq cümlə baş cümlədən əvvəl
işlənir və bu növ mürəkkəb cümlələr iki yolla əmələ gəlir:
1. Budaq cümlə baş cümləyə intonasiya ilə bağlanır,
budaq cümlənin daxilində ki ədatı işlənir, bu ədatdan əvvəlki
söz məntiqi vurğu altına düşür. Məsələn, Mən ki dəliləri,
xanımları özümdən elə incitdim, onlar day bir də mənim üzümə
baxmazlar. (“Koroğlu”) Rüstəm dayı, sən ki məni belə
ucaltdın, sağ ol. (M.İbrahimov)
2. Budaq cümlə baş cümləyə nə bağlayıcı sözü və
-sa, -sə şəkilçisi ilə bağlanır. Məsələn, Nə düşündüsə, əlini
havada yellədi. (İ.Şıxlı) Birdən nə baş verdisə, hamı qaçmağa
başladı. (“Koroğlu”)
Məqsəd budaq cümləsi. Məqsəd budaq cümləsi
baş cümlədəki hal-hərəkətin məqsədini bildirir, baş
cümlədən çıxan nə məqsədlə? nə üçün? nədən ötrü? niyə?
suallarına budaq cümlə cavab verir. Məsələn, Gəlmişəm,
səndən icazə alım. (İ.Şıxlı) Bu qədər atlı kazak tökülüb gəlib ki,
onu aparsın. (İ.Şıxlı)
Hər iki cümlədə baş cümlə əvvəl, budaq cümlə sonra
işlənmiş, budaq cümlə baş cümləyə birinci nümunədə yalnız
intonasiya ilə, ikincidə isə ki bağlayıcısı ilə bağlanmışdır.
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə
məqsəd budaq cümləsinın də iki tipi vardır:
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir.
Budaq cümlə baş cümləyə əksər halda ki bağlayıcısı,
bəzən də yalnız intonasiya ilə bağlanır. Məsələn, Mən
gəlmişəm ki, köməkləşək. (İ.Şıxlı) Əsmərin anası ağacın
gövdəsini
əhəngləyirdi
ki, qurd dırmaşa bilməsin.
(M.Süleymanlı) Sula, bağban, bu bağçanı, toz olmasın.
(S.Vurğun) Yuxarıdan düşək ki, birbaş adamın üstünə çıxaq.
(İ.Şıxlı) Bütün günü küçələri gəzdi ki, özünə bir iş tapsın.
(Mir Cəlal)
Dostları ilə paylaş: |
|
|