Müasir Azərbaycan dili
289
Bədii ədəbiyyatda daha çox
ki bağlayıcılı məqsəd
budaq cümlələrindən istifadə edilir. Belə cümlələrin özünü də
baş cümlədə budaq cümlənin yerliyinin, qəlibinin olub-
olmamasına görə iki növə ayırmaq olar:
1. Baş cümlədə budaq cümlənin qəlibi kimi
ona
görə, ondan ötrü, o məqsədlə, onun üçün, bunun üçün bəzən
o məqsədlə mənasında
o səbəbə sözləri işlənir və budaq
cümlə vasitəsilə izah edilir, aydınlaşdırılır. Məsələn,
Onunçün öyrətdim ki, əlimi bu sənətə, Bir gün sənə əl açıb
düşməyim xəcalətə. (N.Gəncəvi) Ona görə gəlmişəm ki, bir
qədər açıq danışaq. (S.Rəhimov) Buna görə çalışmalısınız ki,
azərbaycanlılar ərəblərin onlara qəbul etdirdiyi dini geri
qaytarmasın. (M.S.Ordubadi)
2. Baş cümlədə qəlib söz olmur, budaq cümlə baş
cümlədən sonra gələrək ona
ki bağlayıcısı ilə bağlanır.
Məsələn,
Yığışmışıq ki, deyib-gülüb şənlənək, zarafatlarla,
məzəli söhbətlərlə vaxtımızı keçirək. (V.Babanlı) Arvad hazırlıq
görüb ki, sabah səni qonaq çağırsın. (M.Süleymanlı) Atdı ki,
sərçə kürkün altında qalsın. (C.Əlibəyov)
Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrdə
baş cümlənin xəbəri əksər halda feli xəbərdən ibarət olur
və
felin əmr, arzu formalarında işlənərək arzu mənası ifadə
edir.
II tip. Məqsəd budaq cümləsinin bu tipində budaq
cümlə baş cümlədən əvvəl gəlir və ona
nə məqsədlə, nə
üçün, nədən ötrü bağlayıcı sözləri ilə bağlanır. Həmin
bağlayıcı sözlərlə yanaşı,
ki ədatı və
-sa, -sə şəkilçilərindən
də istifadə olunur. Baş cümlədə
o məqsədlə, onun üçün,
ondan ötrü və s. qarşılıq bildirən sözlər olur və budaq
cümlə onların mənasını aydınlaşdırır. Məsələn,
Nə üçün
çağırmısınız, onun üçün də gəlmişəm. Nə məqsədlə dəvət
etmişsinizsə, o məqsədlə də gəlmişəm.
Bu tip daha çox canlı danışıq dilində işlənir.
Gülarə Abdullayeva
290
Şərt budaq cümləsi. Şərt budaq cümləsi baş
cümlədəki hərəkət və ya əlamətin şərtini bildirir. Məsələn,
Əgər qızı Güləsər olmasaydı, heç evə qayıtmazdı. (İ.Şıxlı) Əgər
dallarınca çörək gətirən olmasaydı, burada yeməyə bir şey də
tapmazdılar. (İ.Şıxlı)
Baş və budaq cümlənin yerinə görə şərt budaq
cümləsinin iki tipi vardır.
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir,
budaq cümlə baş cümləyə əksər halda
ki bağlayıcısı, bəzən
də yalnız intonasiya ilə bağlanır. Baş cümlədə
bu şərtlə,
o şərtlə, bir şərtlə, həmin şərtlə və s. qəlib sözlər işlənir,
budaq cümlə vasitəsilə aydınlaşdırılır, konkretləşdirilir.
Məsələn,
Səninlə o şərtlə bir yerdə işləyərəm ki, qazancımızı
yarı bölək.
“Şərt budaq cümləsinın bu tipi birözəkli cümlə
tiplərindən olub, nisbətən az işlənir və özünü daha çox
canlı danışıq dilində göstərir”. (6. səh. 391)
II tip. Bu tipdə budaq cümlə əvvəl, baş cümlə sonra
gəlir. Belə tabeli mürəkkəb cümlələr dilimizdə çox işlənir
və onları bağlayıcı vasitələrə görə aşağıdakı növlərə ayırmaq
olar:
1. Şərt budaq cümlələrinin bir qismi baş cümləyə heç bir
başqa vasitə olmadan, yalnız intonasiya ilə bağlanır. Məsələn,
Getmək meylin yoxdur, açıq de. (İ.Şıxlı) Quru paltarın var, ver
dəyişsin. (İ.Şıxlı) Bir az da burda qaldı, başımıza minəcək.
(İ.Şıxlı) İstəyirsən, qotazlı kəmər də alım. (İ.Şıxlı)
2. Şərt budaq cümlələrinin bir qismi baş cümləyə
-sa, -sə şəkilçisi ilə bağlanır. Bu şəkilçi budaq cümlənin
əksər
halda feli, bəzən də ismi xəbərinə artırılır. Məsələn,
Lazım gəlsə, onu padşahın oturduğu şəhərə də göndərərəm.
(İ.Şıxlı) Müsəlman olmadığını bilsəydim, heç içəri
buraxmazdım. (İ.Şıxlı) Xanımların əlacı olsaydı, adama bir cüt
göz də borc alardılar. (C.Bərgüşad) Oxumaq dinsizlik olsaydı,
Tiflis şeyxi hamıdan qabaq bu işə etiraz edərdi. (İ.Şıxlı) Onun
Müasir Azərbaycan dili
291
yoldaşlarından beş-altı nəfəri oxumağa getsə, lap qiyamət olar.
(İ.Şıxlı)
Az hallarda şərt budaq cümləsinin
-mı, -mi, -mu, -mü
şəkilçisi ilə baş cümləyə bağlanması da müşahidə edilir.
Məsələn,
İkicə addım qabağa getdimi, ayağının altında torpaq
ovxalanıb töküləcək. (İ.Şıxlı)
3. Şərt budaq cümlələrinin bir qismi baş cümləyə
əgər, madam ki, indi ki, vaxta ki, bir halda ki
bağlayıcıları ilə bağlanır.
Məsələn,
Əgər hünərin var, get
atanla haqq-hesab çək. (İ.Şıxlı) Əgər getmək meylin yoxdur,
açıq danış. (İ.Şıxlı) Madam ki sağdır, gərək ona hörmət edək.
(Anar) Madam ki qadın açıq olduqda onun gözəlliyi və ədəbini
daha tez təyin etmək olur, nə üçün cənab müctəhid qadınların
açıq gəzməsinə icazə vermir? (M.S.Ordubadi)
4. Şərt budaq cümləsinin bir qismi baş cümləyə
əgər,
hərgah bağlayıcıları ilə bağlanır, budaq cümlənin sonunda
-sa,
-sə şəkilçisi işlənir.
Məsələn,
Əgər onun belə paltarı olsa,
gündəliyə geyinib onu bu kökə salmazdı. (İ.Şıxlı) Əgər nökər
əliboş qayıtsa, sabah o biri sahili də gəzərəm. (İ.Şıxlı) Hərgah
onları oxutsaq, əməlli-başlı adam olarlar. (İ.Şıxlı) Hərgah
anası onu səsləməsəydi, bəlkə də axşama qədər beləcə
dayanacaqdı. (İ.Şıxlı) Hərgah bir az da belə sürsəm, atı
çatladaram. (İ.Şıxlı)
5. Şərt budaq cümlələrinin bir qismi baş cümləyə
intonasiya ilə bağlanır, budaq cümlənin tərkibində
ki ədatı
işlənir. Məsələn,
Sən ki son sözünü demirsən qəti, güman var
eşqimə qovuşum, çatım. (T.Bayram)
Belə cümlələrin
bir qismində baş cümlədə onda, o vaxt
sözləri də işlənə bilir. Məsələn,
Əgər gedibsə, onda bəs niyə
evinə qayıtmır? (İ.Şıxlı) Əgər çıxıb əmisigilə gedibsə, onda
özündən küssün. (İ.Şıxlı) Əgər qızı qaytarsa, o vaxt şenliyin
arasında gəzə bilməzdi. (İ.Şıxlı)
Bəzən canlı danışıq dilində, poetik dildə şərt budaq
cümləsinin II tipində budaq cümlə baş cümlədən sonra da
Gülarə Abdullayeva
292
işlədilir və şərt məzmunu daha qabarıq nəzərə çatdırılır.
Məsələn,
Mir İsmayıl yaxşı işçidir, şorgözlüyü olmasa. (Anar)
Bəşərin qapısından vaxtsız ölüm gen düşər, İnsanın saçlarına
yüz yaşında dən düşər, Müharibə olmasa! (M.Araz)
Qarşılaşdırma budaq cümləsi. Qarşılaşdırma budaq
cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin
məzmunu bir-biri ilə qarşılaşdırılır, müqayisə edilir,
fərqləndirilir
və ya biri digərinə güzəştə gedir
. Məsələn,
Danışmaq istədisə də, bacarmadı. (İ.Şıxlı) Allahyar nə qədər
çalışsa da, sirr açılmamışdı. (İ.Şıxlı) Ürək çırpıntılarını
duydusa belə, özünü o yerə qoymadı. (İ.Şıxlı)
Nümunələrin hamısında budaq cümlə əvvəl, baş cümlə
sonra işlənmişdir. Birinci cümlədə budaq cümlə baş cümləyə
-sə də şəkilçi və ədatı, ikincidə
nəqədər başlayıcı sözü,
-sa da
şəkilçi və ədatı, üçüncüdə isə
-sa belə şəkilçi və ədatı ilə
bağlanmışdır.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb
cümlələrin dilimizdə “budaq cümlə+ baş cümlə” formalıları
çox işlənir. Prof. Q.Ş.Kazımov Azərbaycan dilində
qarşılaşdırma budaq cümləsinin də iki tipi olduğunu
göstərmişdir.
I tip. Budaq cümlənin baş cümlədən sonra işlənərək
ona
ki bağlayıcısı ilə bağlanır:
Onların qılınc – tüfəngi o
qədər məni qorxutmur ki, silistinin apar–gətiri canıma
vəlvələ salır. (M.F.Axundov) Özümü öldürərəm ki, onu
yaman işə qoymaram. (M.F.Axundov). (6, səh. 397)
II tip. Bu tipdə budaq cümlə baş cümlədən əvvəl
gələrək ona rəngarəng bağlayıcı vasitələrlə bağlanır. Bağlayıcı
vasitələrə görə bu tipin özünü də aşağıdakı kimi qruplaşdırmaq
olar:
1. Qarşılaşdırma budaq cümləsinin ikinci tipində
bəzən budaq cümlə baş cümləyə
-sa da, -sə də şəkilçi və ədatı
ilə bağlanır. Məsələn,
Yumruqlar kürəyinə dəysə də, diz çöküb
kişinin ayaqlarını qucaqladı. (İ.Şıxlı) Dövləti varsa da, arvad