Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə24/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

Vaqif  Sultanlı 
 
 
96
seyr etməkdən özünü saxlaya bilmirdi. Quşların vəhşi çığır-
tıları, didib parçaladıqları cəmdəyin üfunət qоxusu istər-
istəməz zehnini məşğul edir, mənzil başına aparan yоlun 
оnu gözləyəcək mübhəm çətinliklərindən sоraq verirdi. 
Ancaq indi hər şeydən imtina edərək keçmişə aparan 
yоla çıxdığından bütün bu çətinlik və mübhəmliklərin оnun 
üçün zərrə qədər fərqi yоx idi. Bundan belə оnu narahat 
edə biləcək hər şeyin yalnız keçmişə, tarixin içərilərinə 
aparan yоlla bağlı оlacağını anladığından heç nəyə 
təəccüblənmirdi. 
 
* * * 
 
Günlər biri-birindən cansıxıcı və rəngsizdi. Təkcə 
günlərin deyil, əhatə edildiyi hər şeyin yorucu olması, həd-
siz dərəcədə biri-birinə bənzəməsi onu darıxdırır, səbrini, 
hövsələsini daraldırdı. Elə səhranın özündə, göz işlədikcə 
uzanan ənginliyin arxasında da rəngsizlik dururdu. Bəzən o 
artıq dünyada boz rəngdən savayı rəngin olmadığına inan-
mağa başlayırdı. «Rəngsiz günlər nə qədər sürəcəkdi? Nə 
vaxta qədər bozluğun açdığı bu sonsuzluq içərisində çırpı-
nacaq, çabalayacaqdı?». O bu suallara cavab tapmaq 
ümidilə yaddaşının ən uzaq hücrələrini silkələyib oyatmaq 
istəyirdi.  
Günlər biri-birini əvəzlədikcə, boz rəngin xam torpağa 
yağan narın yagış kimi ruhuna, varlığına hopduğunu hiss 
edirdi. Hiss etdikcə də ixtiyarsız olaraq dünyanın o biri 
rənglərinin zehnindən, xəyalından çıxıb getdiyini duyurdu. 
Bir zamanlar dünyanı rənglərin gözəlləşdirdiyini bun-
ca hiss etməmişdi. Rənglərin əlvanlığı sadəcə gözlərini de-
yil, həyatını oxşayanda bunun elə də fərqinə varmamışdı. 


Səhra savaşı 
 
97
İndi isə səhrada, həyatın bütün əlvanlığının bitdiyi, tükən-
diyi bir məkanda rənglərin inanılmaz dərəcədə sirli, sehrli 
bir gücə malik olduğunu anlayırdı. Həyatı gözəlləşdirən, 
süsləyən rənglərin yoxluğunu duyur və bu natamamlığın 
ruhunda yaratdığı boşluqla barışa bilmirdi. 
Boz rəng səhra kimi uzandıqca uzanıb gedir, yer üzü-
nü büsbütün örtürdü. 
Yuxuları da rəngini, ruhunu, təravətini itirməkdəydi. 
Bir zamanlar yaşadığı həyatın rəngbərəng səhifələri boz 
rəngdə yuxularına gəlirdi. 
Gecələr bu ümidlə yuxuya gedirdi ki, səhər açılanda 
hər şey dəyişərək əvvəlki halına dönəcək və bu dönüşlə 
dünya alayı bir örtüyə bürünəcək. Ancaq günlər ötüb keçsə 
də, heç bir şey dəyişmir və bu dəyişməzlik məcrasında 
ümidləri, xəyalları uçulub dağılırdı. Hər doğan gün bir az 
da bozlaşan dünyanın qoynunda əzabları artır, bundan nə 
zamansa xilas ola bilməyəcəyini sinirə bilmirdi. 
Boz rəng axdıqca axır, bitmək, tükənmək bilmirdi. 
Onu ən çox darıxdıran da boz rəngin sonunun, hüdudunun, 
sərhədinin olmamasıydı. Bu darıxmaqlığın arxasında boz 
rənglə örtülü əngin və nəhayətsiz bir dünya dayandığını 
düşündükcə girovuna çevrildiyi çarəsizliyin ruhunu sardı-
ğını anlayır, nə edəcəyini bilməyən insanlar kimi çarpaz 
fikirlər içərisində qovrulurdu. 
 
* * * 
 
Qоcaya elə gəlirdi ki, yuxu görür, zaman keçəcək, bu 
mübhəm röyadan ayılaraq ucsuz-bucaqsız səhradan, səhra-
nın intəhasız bоzluğundan xilas оlacaq. Ancaq zaman hiss 
оlunmadan axıb keçir, heç bir şey dəyişmirdi. О baş verən-


Vaqif  Sultanlı 
 
 
98
lərin yuxudamı, gerçəklikdəmi оlduğunu ayırd etmək istəsə 
də bir şey anlaya bilmirdi. 
Qоca hərdən bu yоldaca dünyaya gəldiyini, gözlərini 
açandan bu atın üstündə yоlunu-səmtini bilmədiyi mənzilə 
dоğru getməkdə оlduğunu və gedəcəyi ünvana heç bir za-
man yetişə bilməyəcəyini düşünürdü. Bəzənsə ona elə 
gəlirdi ki, bu yolçuluq onun taleyidi, alın yazısıdı, nə za-
mansa özü istəsə belə bundan xilas ola bilməyəcək.  
Yol uzanırdı...  
 
* * * 
 
Bulanıb duruluğunu itirmiş göy üzü bir azdan qiya-
mətin qopacağı, dünyanın yerlə-yeksan olacağı təsəvvürü 
yaradırdı. Havadan tufanqabağı hiss olunan qəribə bir qoxu 
gəlirdi. İndiyə qədər səhrada belə bir qoxunu duymadığın-
dan içərisinə anlaşılmaz bir narahatlıq yayılmaqdaydı. 
Birdəncə qalxan külək qum dənizini çalxalayanda ixti-
yarsız olaraq yəhərin qaşına yatdı. Artıq qasırğa başlamışdı. 
Biri-birini itələyə-itələyə böyüyən dalğalar qarşıdakı təpə-
lərin üzərindən aşaraq görünməz olurdu.  Bir dalğanın ar-
dınca ondan daha böyük dalğa gəlir və sürətlə əvəzlənən 
dalğalar səhranın görkəmini tanınmaz şəklə salırdı. Dalğa-
ların havaya sovurduğu qum zərrələri təpələrə boy verir, 
onları keçilməz yüksəkliklərə çevirirdi.  
Sonra dəli bir təkan qum təpələrini süpürüb yerlə-
yeksan edəndə qocanın vücudu titrədi; burdan xilas olması 
yalnız bir möcüzə sayəsində baş verə bilərdi. 
Qasırğa səngiyənə bənzəmirdi, əksinə daha da güclə-
nir, səhranı beşik kimi yırğalayırdı. Özünü bu nəhəng beşi-


Səhra savaşı 
 
99
yin içərisində hiss etdiyindən başı gicəllənir, gözləri axır, 
ürəyi bulanırdı. 
Səhrada yerbəyerdən baş qaldıran burulğanlar vəhşi 
bir ehtirasla çağlayırdı. Burula-burula yeriyən qum 
sütunları səma-nın dərinliklərinə millənir, sanki göy qübbə-
sinə dayaq olacaqmış kimi inadla müqavimət göstərir, 
ancaq ağırlığa tab gətirə bilməyərək dağılırdı. 
Qasırğanın çalxaladığı səhranın dərinliklərindən axıb 
gələn boğuq bir uğultu əks-səda vermədən genişliyə, intə-
hasızlığa dağılaraq itirdi. Uğultu səsində bir dözülməzlik və 
çarəsizlik ovqatı vardı. Qocaya elə gəlirdi ki, uğultu onun 
içərisindən keçərək səhraya dağılır. 
Səmanı bürüyən bozumtul qum dumanı yerlə göyü 
biri-birinə qovuşdurduğundan ətrafda nəyi isə seçmək 
mümkün deyildi. Hər şey qum selinin altında görünməz 
olduğundan yolun səmti, istiqaməti də itmişdi.  
Tufanın yaratdığı burulğan sanki səhranı əbədi yuxu-
sundan oyadaraq ayaq üstə qaldırmışdı. Səhranın oyaq 
olduğu ətrafda gözə toxunan hər şeydə aşkarca duyulurdu. 
Qoca yəhərin üstündən enmədən sol əlilə yüyəndən 
tutaraq sağ qolunu atın boynuna dolamışdı. Təhlükə duyan 
heyvan da qulaqlarını sallayaraq sahibinin iradəsinə tabe 
olmuşdu.  
O, nəhəng qum nəhrinin ayaqları altında sel kimi ax-
dığını hiss edir, müvazinətini güclə saxlayırdı. 
Qasırğanın nə zaman bitəcəyini bilmədiyindən gözlə-
məkdən savayı çarəsi yox idi. 
Küləyə, tufana baxmayaraq havada bir soyuqluq, 
yaxud da rütubət hiss olunmurdu, səhra adi günlərdə 
olduğu kimi bürkü idi. Ancaq bayaq, qasırğadan öncə 
duyulan qəribə qoxu bir qədər də artmışdı. 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə