Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə20/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

Vaqif  Sultanlı 
 
 
80
– Özgə qövmlər irəli gedəndə biz yuxuda olmuşuq
xəbər tutmamışıq. Sonra da öz soyumuzdan olanlar kimlər-
ləsə əlbir olub əlimizi-qolumuzu, yolumuzu bağlayıblar, 
hərəkət etməyə, irəli getməyə qoymayıblar. O qədər 
qəflətdə saxlanmışıq ki, gecə-gündüz yol getsək də, bir 
yana çıxa bilmirik. Bu fəlakətin toxumları min illərlə qabaq 
atılıb... 
Qoca heyrətlə sürü başçısını dinləyir, nə cavab verə-
cəyini bilmirdi. 
Sürü başçısı: 
– Tanrı eşqinə, bizə bir yol göstər, qoca!- dedi və ar-
xaya çevrilərək əllərilə səhrada yatışan insan sürüsünə işarə 
ilə: - Bu biçarələrə rəhmin gəlsin. Yollardaca qırılıb qurta-
rıblar, bütöv bir qövmdən qalan gördüyün bu tör-
töküntüdü. Belə davam edərsə, bunlar da mənzil başına 
yetişməmiş qırılacaqlar. 
Sürü başçısının səsindən, davranışından, dodaqların-
dan qopan sözlərin deyiliş tərzindən itirilmiş əzəmətin ağrı-
sı, həsrəti boylanırdı. Üzündə bıçaq yarası kimi açılmış qı-
rışların arasında ömrünün erkən illərinə məxsus hansısa 
əzik, kədərli bir təbəssümün işartıları oynaşırdı. Baxışı, du-
ruşu, davranışı ilə ümidsizlik və çarəsizlik içərisində qov-
rulduğunu duymamaq mümkün deyildi. 
Qoca: 
– Diliniz mənə doğma gəlir, hansı soydansınız? 
– Soyumuz bəlli deyil. 
– Soysuz da insan olarmı? 
– Çox-çox əvvəllər hansı soydan olduğumuzu bilmi-
şik, ancaq əsrlər, qərinələr keçdikcə zaman-zaman hər şeyi 
unutmuşuq. İndi gördüyün bu biçarələrdən nə yazıq ki, bir 
kimsə soyunu-uruğunu bilmir. 


Səhra savaşı 
 
81
Qoca çarəsiz-çarəsiz: 
– Mən nə kömək edə bilərəm sizə? Soyunu-uruğunu 
bilməyən kütləyə kömək etməkmi olar? 
Sürü başçısı: 
– Doğru sözdü, soyunu-uruğunu itirən toplumun xilas 
olması müşkül işdi. Ona görə də nicat tapmağımız üçün bi-
zim bələdçiyə, yol göstərənə, məsləhət sahibinə ehtiyacımız 
var. Nə gizləyək, o qədər gecikmişik ki, bundan belə vaxt 
itirməyimiz ölümə bərabərdi. 
– Yox, mən sizə bələdçilik edə bilmərəm. 
Sürü başçısı səsinə yalvarış ahəngi qataraq: 

 Bizə rəhmin gəlsin, qoca, - dedi. 
Qoca başını buladı. 
– Gəl, gördüyün bu sürüyə sahib ol, səni özümüzə 
başçı seçək, başımızın tacına çevirək. Nəyimiz varsa, sənin 
yolunda qurban verək. Apar bizi gələcəyə... Qurtar bizi bu 
bəladan... 
– Yox, mənim yolum keşmişə sarıdı, gələcəyə dönə 
bilmərəm. 
– Bu qədər inad etmə, qoca? 
– Üz vurmayın, geriyə dönüşüm əsla mümkün deyil. 
– Sənin üçün hər şey edərik... 
– ...  
Qoca cavab vermədikdə sürü başçısı daha qətiyyətlə: 
– Getmə, - dedi. 
Qoca təəccüblə: 
– Nə səbəbə?- deyə soruşdu. 
Sürü başçısı: 
– Sənin ora gedib çıxmağa ömrün yetməz, qoca – 
dedi.  
– ... 


Vaqif  Sultanlı 
 
 
82
– Geridə bir kəs qalmayıb, sən orda təkbaşına necə 
baş çıxaracaqsan?  
– ... 
– Söylə, fikrin nədi, niyə susursan? 
Ancaq sürü başçısı qocanın onun sorğu-suallarına qə-
tiyyən məhəl qoymadığını gördükdə hirslə:  
– Özün bilərsən, - deyə əlavə etdi. 
Sonra o sürünü yol hazırlığına gətirmək üçün müha-
fizə başçısına əlilə işarə verdi. Əli şallaqlı mühafizəçilər 
yaranmış fürsətdən istifadə edərək dincini almaq üçün necə 
gəldi uzanıb yatışmış insan sürüsünü haray-həşirlə ayağa 
qaldırmağa başladılar. Çox keçmədi ki, sürü ayağa qaldı-
rılaraq yola düşmək üçün hazır vəziyyətə gətirildi. 
Sonra sürü vəhşi nərə səsinə bənzər hərəkət əmrilə ar-
xasınca bomboz toz dumanı qaldıraraq uzaqlaşdı. Qoca yə-
hərin üstündə göy üzünü örtən bu qatı, bulanıq toz duma-
nını xeyli süzdü və qorxunc bir yuxudan oyanıbmış kimi 
ətrafına göz gəzdirərək ehtiyatla yoluna davam etdi. 
Bir qədər gedəndən sonra təkrar geriyə boylandı; ba-
yaq sürünün arxasınca qalxan toz dumanı səngimiş, səhra 
əzəli rənginə dönmüşdü. Uzaqda üfüqlərin nazilib bitdiyi 
yerdə xala bənzər qara bir ləkə görünməkdə idi. 
Bir anlığa qocaya elə gəldi ki, tarixə, keçmişə aparan 
yol burdan, bu vəhşi, əcaib insan sürüsünə rast gəldiyi, sor-
ğu-suala çəkildiyi yerdən başlayır və artıq tarixin içərilərinə 
qədəm qoymaqdadı. 
 
* * * 
 
Qarşıda yоl-riz gözə dəymirdi, hər şey çalxalanan 
qum dənizinin kоr dalğalarında qərq оlmuşdu, ancaq 


Səhra savaşı 
 
83
qоcaya elə gəlirdi ki, səhranın qоynu ilə yalnız оnun gedə 
biləcəyi, yönü, səmti bəlli bir yоl uzanır; buna о qədər əmin 
idi ki, atının başını saxlamır, elə hey sürür, sürürdü. 
Yоl uzandıqca uzanır, bitmək, tükənmək bilmirdi. 
Səhranın içərilərinə doğru irəlilədikcə ruhunun üfüq-
ləri açılır, genişlənirdi. O, qəlbinin dərinliklərində nəyinsə 
dəyişdiyini, özgələşdiyini duyaraq özünü büsbütün başqa 
bir aləmdə hiss edirdi.  
Qoca ömrünü yollara tökərək gedirdi və hərdən çev-
rilib arxaya baxarkən ömrünü-gününü yeyib bitirən 
yollarda qoyub getdiklərinin izlərini, nişanələrini axtarırdı. 
Ancaq nə qədər boylanırdısa arxada qalan günlərini 
xatırlada biləcək heç bir şey gözlərinə toxunmurdu. 
Atını sürdükcə sanki yollar ayağa duraraq onu qarşıla-
yır və üz tutduğu uzaq mənzilə yola saldıqdan sonra təkrar 
torpağa sərilirdi. Və bütün bunlar elə bir nizamla təkrar 
olunurdu ki, o düşündüklərinin başqa cür ola biləcəyini xə-
yalına belə gətirə bilmirdi. Bəzən də ixtiyarsız olaraq yolla 
söhbətləşir, tənhalığını, kimsəsizliyini bölüşməklə təskinlik 
tapırdı. 
Səhraya qəriblik çökmüşdü. 
Yol uzanırdı. 
 
VII FƏSİL 
 
Aradan bunca zaman keçəndən sonra qoca yola 
qədəm qoyduğu günün həyəcanını xəyalından çıxara 
bilmir, bu qərara necə gəldiyini düşünür, onu gələcəkdən 
biryolluq ayıran bu dönüşün ruhunda yaratdığı təlatümü 
təkrar yaşayırdı. 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə