Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə17/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

Vaqif  Sultanlı 
 
 
68
səbəbi vardımı görən? Əyinlərindəki paltarların köhnəlib 
çürüyərək parça-parça yerə töküldüyü skeletlərlərin bu halı 
nəyi göstərir, nədən xəbər verirdi? Qoca dəyirmana deyil, 
sanki tilsimli bir dünyaya düşübmüş kimi bu qeyri-adi 
mənzərəni seyr edir, gördüklərinin məğzini, mənasını 
anlaya bilmirdi. 
Divara söykənərək qarşılarında yastı gil tabaq olan bu 
skeletlərə tamaşa eləyə-eləyə içərisində gəzən qorxunun 
get-gedə artaraq bütün vücuduna yayıldığını hiss eləyirdi.  
Bir azdan bayırda nə isə qeyri-adi səslər eşidilməyə 
başlayanda o, bu qorxunun səbəbini anladı. Səsin hardan 
gəldiyini, nəyin səsi olduğunu seçmək mümkün deyildi və 
get-gedə artan bu səslər içinə dolur, canına vahimə, üşütmə 
salırdı. Bu hansısa ona məlum olmayan bir sirdən xəbər ve-
rirdi. Hiss elədi ki, dəyirmanı dərhal tərk etməli, bu yerdən 
bacardığı qədər tez uzaqlaşmalıdı. Varlığını saran hansı bir 
duyğusa onu yubanmadan bayıra çıxmağa tələsdirirdi. 
Bayırda nə isə təhlükəli bir hadisə ilə üzləşə biləcəyi 
ürəyinə damdığından dəyirmandan çıxmağa da ehtiyatlanır-
dı. Ancaq nə qədər ehtiyatlansa da, bayıra çıxmaqdan başqa 
çarəsi yoxdu, atına süvar olaraq vaxt itirmədən yoluna 
davam etməliydi. 
 
* * * 
 
Bayıra çıxanda halı özündə deyildi; bütün vücudu tir-
tir titrəyirdi.  
Dəyirmanın qapısı ağzında daş tutacağa bağladığı atı 
yerində deyildi. Həyəcan içərisində o yan-bu yana göz gəz-
dirdi. At dəyirmandan bir qədər kənardakı qurumuş çayın 
yaxasında yıxılmış ağac gövdəsinə bağlanmışdı. Ürəyi 


Səhra savaşı 
 
69
üstünə gəlsə də, qorxu və həyəcanı daha da artmağa 
başladı. «Bu necə ola bilərdi, axı o, atını dəyirmana 
girməzdən öncə qapının ağzına yaxın yerdə daş parçasına 
bənd etmişdi. Atı daş parçasından açaraq ağac kötüyə kim 
bağlamışdı? Burda kim ola bilərdi? Axı, ətrafda bir kimsə 
gözə dəymirdi». 
 O bir an öncə bu yerlərdən uzaqlaşmaq istəyi ilə 
vahimə içərisində atına sarı yüyürdü. Ancaq vaxt o qədər 
ağır gedirdi ki, atına qədər olan məsafə ona bir il qədər 
uzun gəldi. Sanki kimsə ayaqlarından çəkərək yerişinə ma-
ne olur və onu yolundan eləmək istəyirdi. 
At ayaqlarını yerə döyür, yüyəni kötükdən qopararaq 
azad olmaq istəyirdi. Atın hərəkətlərindən təhlükə hiss et-
diyini duymamaq mümkün deyildi. Elə bil heyvancığaz 
onun görmədiyi, görə bilmədiyi nəyi isə görür və sahibinə 
bu təhlükə barədə xəbərdarlıq etmək istəyirdi. 
İçərisindəki təlaş getdikcə artır, hansısa bir qüvvə dər-
hal bu yerlərdən uzaqlaşmağa səsləyir, nə isə gözlənilməz 
hadisə ilə qarşılaşacağından xəbər verirdi; elə bil ki, dəyir-
manla bağlı onun bilmədiyi, anlamadığı sirrin içində həyatı, 
taleyi üçün təhlükəli olan nələrsə gizlənmişdi. 
Yəhərin üstünə qalxanda son dəfə dönüb bir az öncə 
tərk etdiyi xaraba dəyirmana sarı baxdı. İndi deyə bilməzdi, 
gözlərinəmi görünmüşdü, ya həqiqətənmi görmüşdü, içəri-
dən çıxan qara-qara kölgələr dəyirmanın böyür-başında 
təşviş içərisində o yan-bu yana vurnuxurdular. Sanki dəyir-
manın sükutunun pozulmasından rahatsız olmuşdular və nə 
yolla olursa-olsun bunun qisasını almaqla bağlı yollar ara-
yırdılar.  
Get-gedə artıb çoxalan kölgələr dəyirmanı həlqə kimi 
dövrəyə almış, onların insan səsinə bənzəməyən qəribə 


Vaqif  Sultanlı 
 
 
70
hay-küyü ətrafı bürümüşdü. Kölgələrin birdən-birə hardan 
peyda olduğunu bilmirdi.  
Atının başını buraxdı. 
Qarşıda ucsuz-bucaqsız qum nəhri dalğalanırdı. 
 
* * * 
 
Dəyirmandan xeyli aralansa da, həyəcanı səngiməmiş-
di. Hansı bir duyğu iləsə hiss edirdi ki, kimsə yel atına mi-
nərək ona yetişmək üçün sürətlə arxasınca çapır. Arxasınca 
gələn o məchul çaparın kürəyini deşən baxışlarını, boynunu 
yandırıb-yaxan nəfəsini hiss edirdi. 
Ancaq dönüb arxaya baxmağa cürət eləmirdi. Ona elə 
gəlirdi ki, bircə anlığa çevrilib arxaya baxsa, gördüyü mən-
zərədən ağlını, huşunu itirəcək. Ona görə də dönüb geriyə 
baxmadan atını var gücü ilə qırmanclayır, arxasınca gələn 
bu təhlükədən nə yolla olursa-olsun qaçıb qurtulmaq istə-
yirdi. Əslində atı qırmanclamağa ehtiyac yox idi, çünki 
heyvan görünməmiş həyəcan və təşviş içərisində çapırdı. 
Atın həyəcanı ağız-burnunun köpüklənməsindən, boyun 
damarlarının gərilib qalxmasından və bədəninin titrəyişin-
dən hiss olunurdu. 
Yola çıxandan ta bu günə kimi atını belə təşviş içəri-
sində çapdığını xatırlamırdı. Heyvan elə bil qanad çıxar-
mışdı, ayaqları yerə dəymirdi, dərə-təpə, dağ-daş bilmədən, 
günəşin yandırıb-yaxan hərarətinə məhəl qoymadan 
uçurdu. Ancaq ona elə gəlirdi ki, arxasınca yetişməkdə olan 
hansı bir qüvvəsə atın ayaqlarından tutub saxlamaq istəyir. 
Birdən qoca arxada başının üstündə tor kəməndin fır-
landığını, onu atdan salmaq üçün fürsət gəzildiyini hiss et-
di. Kəmənddən yayınmaq üçün dərhal yəhərin qaşına yatdı 


Səhra savaşı 
 
71
və onsuz da var gücü ilə çapan atının sürətini bir az da ar-
tırmaq üçün heyvanı haray-həşirlə dəhmərləməyə başladı. 
 
* * * 
 
Aradan nə qədər zaman keçdiyini xatırlamırdı. Gözlə-
rini açanda özünü arxası üstə qumun üzərinə sərilmiş 
gördü. Əvvəlcə harda olduğunu kəsdirə bilmədi, handan-
hana özünə gələndə dəyirmanda gördükləri, sonra isə təşviş 
içərisində atına minərək var gücü ilə səhranın içərilərinə 
doğru çapması yadına düşdü. Ancaq nə qədər fikirləşdisə 
sonrasını xatırlaya bilmədi; sanki hər şey yuxuda, xəyal 
aləmində baş vermişdi. 
Başını ehmalca qumun üstündən qaldıraraq donuq nə-
zərlərlə ətrafına boylandı. Səhranın rəngi qaçmışdı. Göz-
lərinə toxunan heç bir şey ona tanış gəlmirdi. Səhra əvvəlki 
səhra deyildi elə bil, tamam başqa bir örtüyə bürünmüşdü. 
Böyür-başına göz gəzdirəndə atının bir qədər aralıda qımıl-
danmadan mürgü döydüyünü gördü. 
Qalxıb atına sarı getdi; heyvanın boynunu qucaqlaya-
raq bir müddət beləcə dayanıb durdu. Vücuduna çökmüş 
vahimə duyğusu səhranın qəribə səssizliyi içərisində əriyib 
itdikcə gücünün, ehtirasının tədricən özünə qayıtdığını hiss 
edir, yaddaşı ilmə-ilmə oyanırdı. 
Sonra qoca dəyirmanda baş verənlərin – yuxudamı, 
yoxsa gerçəklikdəmi olduğunu sona qədər anlayıb dərk edə 
bilmədiyi o məşum hadisənin üzücü ağırlığı altında atına 
minərək yola düzəldi.  
Yol uzanırdı... 
Yol uzandıqca dağınıq xəyallarının tədricən sahmana 
düşdüyünü hiss edir, bir qədər rahatlanan kimi olurdu. Bu 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə