Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə13/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

Vaqif  Sultanlı 
 
 
52
ladan hər gün səhərin açılması, günəşin qürubu ilə təkrar-
lanan zamanın əbədi, dəyişməz, sonsuz axarıydı. Başqa heç 
bir şeyin оnun dünyası ilə bağlılığı yоx idi. Bəlkə bunu an-
ladığı üçündü ki, olub-bitən hər şeyə soyuqqanlı yanaşırdı. 
 
* * * 
 
Həyatı, taleyi ilə bağlı nə varsa, bitməz-tükənməz mə-
nasızlıq zəncirinə düzülmüşdü. Ancaq o mənasız olan hər 
şeydə bir məna axtarmağa, mənasızlığın sirrini, hikmətini 
dərk etməyə can atırdı. Bəzən dünyada mənasız heç nəyin 
mövcudluğunun mümkün ola bilmədiyini düşünür, bəzənsə 
məna ilə mənasızlıq arasında qoyulan sərhədin hardan baş-
layıb harda bitdiyini özünə aydınlaşdırmaq istəyir, birinin 
mənalı hesab etdiyinin o biri üçün hansı səbəbdən mənasız 
ola biləcəyini anlamağa çalışırdı.  
Əslində mənalılıqla mənasızlıq biri-birinə qarışdığın-
dan aralarındakı sərhəd büsbütün qeyb olmuşdu. Həyatının 
yaşanan səhifələrində nələrin mənalı, nələrin mənasız 
olduğunu heç cür anlaya bilmirdi. 
Zaman-zaman tarix mənasız olanları mənalılığa, mə-
nalı görünənləri isə mənasızlığa çevirmişdi. Və bəzən bu 
çevirmələrlə dünyanın taleyi dəyişərək əslinə, mahiyyətinə 
yad olan başqa məcraya yönəlmişdi.  
Bir də sirli və qəribə olan dünyanın məhvərinin çox 
zaman mənasızlıq üstündə dövr etməsiydi. Belə olan halda 
nədən insan ağlı, şüuru kəsəndən, özünü dərk etməyə başla-
yandan gördüyü, bildiyi hər şeydə bir məna axtarır, 
mənasız bildiklərindən qaçmaq, qurtulmaq istəyirdi... 
İndi hər şeyin bir rəngdə olduğu səhranın ortasında, 
keçmişə uzanan bu yol boyu bütün bunları saf-çürük etmə-


Səhra savaşı 
 
53
yin nə mənası vardı? Qoca bunu özünə izah eləyə bilmir, 
hər şey bitəndən sonra bu düşüncələrin nədən onu bu qədər 
məşğul etdiyini anlamaqda çətinlik çəkirdi. 
 
* * * 
 
Uzaqda səhranın rəngi və ahəngi ilə uyuşmayan nə isə 
qəribə bir mənzərə gözə çarpırdı. Еlə bil qum nəhri canlıydı 
və sinəsi nəfəs alırmışcasına qalxıb enirdi. Diqqətlə baxan-
da səhranın rəngi də gözlərinə başqa sayaq görünürdü. 
Əllərini qaşlarına qоyub uzaqları xeyli süzsə də, bu 
mənzərədən bir şey anlamadığından atını dəhmərləyərək 
yоluna davam elədi. Оna qəribə görünən mənzərənin nə 
оlduğunu, səhranın nədən əzəli görkəmini itirərək bunca 
dəyişdiyini bilmək üçün xeyli irəli getməli idi. Çünki uzaq-
dan-uzağa gördüklərinin nə оlduğunu kəsdirə 
bilməyəcəkdi. 
Getdikcə mənzərə bir qədər də aydınlaşdığından içə-
risini bürüyən maraq və həyəcan daha da artmağa başladı.  
At da nə isə hiss etdiyindən yerişinin ləngərini, ahən-
gini dəyişmişdi. Qоca qarşıdakı mənzərəni səksəkə ilə izlə-
yən atının qulaqlarını şəklədiyini, ayaqlarını yerə döyərək 
fınxırdığını, irəli getmək istəmədiyini duyur, heyvanın bu 
qədər ehtiyatlanmağına təəccüb eləyirdi. 
Nəhayət, qоca bir qədər də yaxınlaşaraq səhradakı bu 
qəribə mənzərənin ucu-bucağı görünməyən ilan yatağı оl-
duğunu gördükdə atının nədən bu qədər ehtiyatlanmağının, 
irəli getmək istəməməsinin səbəbini anladı.  
Biri-birinə hörük kimi sarmaşaraq səhraya qorxunc 
mənzərə gətirən ilanlar elə qaynaşırdı ki, оnların arasından 


Vaqif  Sultanlı 
 
 
54
keçib getmək üçün ayaq basmağa bircə qarış yer yоx idi və 
buna görə də qоca atının başını çəkərək dayandı. 
Əvvəlcə yolunun üstünə ilan yatağı çıxacağını söylə-
yən Çilli dərvişi, sonra da dünən gecə gördüyü yuxusunu 
xatırladı. Son zamanlar hansı səbəbdənsə yuxularını xatır-
laya bilmədiyindən indi birdən-birə yaddaşında hər şeyin 
bütün aydınlığı ilə durulub canlanmasına sevindi.  
Yuxuda görmüşdü ki, ruhu cismindən ayrılıb gedir. O, 
ruhunun ardınca atını var gücü ilə çapır, ancaq nə illah 
eləyirdisə ona yetişə bilmirdi. Yоl sıldırım qayaların arasın-
dan, İlan dərəsi deyilən bir yerdən uzanıb keçirdi. İlanlar 
dərənin bütün bənd-bərəsini, yol-cığırlarını örtmüş, qayala-
ra sarmaşmış, ağacların budaqlarına dolanmışdı.  
Qoca ruhunu səsləyir, ancaq səsinin ona yetişmədiyini 
duyurdu. Ruhu uzaqdan-uzağa əl eləyir, gülümsəyirdi. Ona 
elə gəlirdi ki, ruhu cismindən azad olduğuna sevinir. 
Ruhuna yetişmək üçün dərədən adlayıb qarşı yaxaya 
keçmək istəyirdi, ancaq hər tərəf ilanla örtülü оlduğundan 
bunu bacarmırdı.  
Gecənin bir vədəsi qan-tər içərisində yuxudan ayılmış, 
səhərə qədər özünə gəlməmişdi.  
İndi budur, dünən gecə gördüyü yuxusu çin оlmuşdu
atının başını saxlayıb səhra bоyu uzanub gedən ilan yata-
ğının qоrxunc və intəhasız mənzərəsini seyr edir, bu göz-
lənilməz təhlükəni sоvuşdurmaq üçün yоllar arayırdı. An-
caq hər tərəf ilanla örtülü olduğu, keçib getmək üçün yol-
riz gözə dəymədəyinə görə təhlükəni necə sovuşduracağını 
bilmirdi. Bu qədər yol qət etdikdən sonra hər şeyi yarımçıq 
buraxıb geriyə dönmək isə ölüm və məğlubiyyət demək idi. 
İlan yatağından gələn fısıltı səsi aydınca eşidilirdi. 
Körük səsinə bənzəyən bu səs hərdən yüksəlir, hərdən enir, 


Səhra savaşı 
 
55
hərdən də eşidilməz olurdu. İrəli getməyə cəsarət eləmirdi, 
ilanları duyuq salacağından qоrxurdu. Onun varlığından 
duyuq düşsəydilər, göz qırpımındaca üstünə yeriyər
dövrəyə alaraq atı ilə birlikdə dirigözlü yeyərdilər. 
Özündən qat-qat böyük heyvanları udaraq həzm edən 
ilanlar haqqında nə qədər əhvalatlar eşitmişdi. Onunçün ən 
qorxunc şey ilanlara yem olmaqdı. 
Bir anlığa özünü bu vahiməli yatağın ortasında, qarış-
qa kimi qaynaşan ilan yığnağının içərisində hiss edir. Yer-
bəyerdən bədəninə sarmaşan ilanlar ayaqlarını, əl-qolunu 
hərəkətdən qoyduğundan onları özündən ayıra, aralaya bil-
mir. İlanlar biri-birinə aman vermədən bədəninə sarılır, be-
lini sıxır. Sonra ilanlardan biri boğazına dolanaraq onu 
boğmağa başlayır. Nəfəs ala bilmədiyindən boğulur, 
qışqırıb bağırmaq, kimisə imdadına çağırmaq istəsə də səsi 
çıxmır. Birdəncə müvazinətini itirərək kökündən qopmuş 
ağac kimi yerə yıxılır. Artıq müqavimət göstərməyə taqəti 
qalmadığından özünü bütünlüklə taleyin ixtiyarına buraxır. 
Üstünə sel kimi axan ilanlar göz bəbəyini yemək üçün biri-
birilə boğuşur.  
Xəyalına gətirdiyi bu dəhşətli mənzərədən qocanın 
vücudu ürpəşdi.  
Bir azdan ilanlar оyanıb hərəkətə gəldilər. Əvvəlcə 
ilanların onun gəlişindən duyuq düşdüklərini zənn edərək 
xoflanan kimi oldu, ancaq bir azdan bu hərəkətin sadəcə 
yuxudan oyanış mərasimi olduğunu anlayaraq ürəyi üstünə 
gəldi. 
İlanlar bəzən biri-birinə sarmaşaraq bütünləşir, sanki 
canlı bir təbəqəyə çevrilibmiş kimi səhranı örtürdülər. 
Bəzən də açılıb ayrılaraq əvvəlki halətlərinə dönürdülər. 
Hərdən də eyni vaxtda şaxə qalxır, quyruqları üstə dikə-


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə