Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə16/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

Vaqif  Sultanlı 
 
 
64
cərə, yaxud dəlik tapmadığı üçün təkrar qapının önünə dön-
dü. 
Qoca qəribə, anlaşılmaz hisslər keçirirdi. Qapı bağlı 
olsa da, o, dəyirmanın içərisini aydınca görür, hətta içəridə 
başqa bir qapı da olduğunu və həmin qapının hansı səmtdə 
yerləşdiyini hiss edirdi. 
Düzün-dünyanın bu səmtində, insan ayağının çoxdan 
kəsildiyi bir məkanda, xaraba dəyirmanda kiminsə olduğu-
nu düşünmək ağlasığmazdı, ancaq qənaətlərinə əmin olmaq 
üçün çiyni ilə qapını itələdi. Qapı rəzəsindən qoparaq gu-
rultu ilə aşdı və aşan qapının qopardığı qatı toz dumanı bir 
müddət içərini görməyə imkan vermədi. 
Toz dumanının yatması üçün bir qədər gözlədi və son-
ra yıxılmış ağac qapının üzərindən adlayaraq içəri girdi. 
Dəyirman bomboş idi və buraya uzun müddət ayaq basıl-
madığını divarları örtən çirkli, pırtlaşıq hörümçək torların-
dan, döşəməyə çökmüş qalın toz yığınından hiss etmək 
mümkün idi. 
Sanki ayaqlarının altından yer çəkiləcəkmiş kimi 
qorxaq addımlarla irəli yeriyərək dəyirman daşlarına yaxın-
laşdı. Daşlar nə zamandan bəri fırlanmadığından üstü tozla, 
qumla, quş peyinilə örtülmüşdü. Dəyirmanın çalovu ya-
nında yerdə bir insan skeleti düşüb qalmışdı. Skeletin əy-
nindəki paltar çürümüş, parça-parça daş döşəməyə tökül-
müşdü. Qoca bunun dəyirmançı olduğunu düşündü. Bir 
müddət dayanıb onun skeletinə tamaşa elədi. 
 
* * * 
 
Gözləri dəyirmanın divarları boyu gəzdi. Düz irəlidə, 
dəyirman daşlarının sağ səmtində balaca, ensiz bir qapı 


Səhra savaşı 
 
65
gözə dəyirdi. Bu, dəyirmanın içərisinə girmədən, hələ ba-
yırda ikən hissləri, duyğuları ilə qavradığı həmin qapıydı; 
qapının o üzündə nə olduğunu bir an öncə bilmək üçün hə-
yəcanla irəli yeridi. Elə bil içərisində hansı bir qüvvəsə 
inadla, ehtirasla onu irəli, qapının o biri üzünə itələyirdi. 
Qapını açanda qəfildən qara, tükləri tökülmüş bir qar-
ğa pırıltı ilə pəncərə yerindən uçub getdi. Qarğa havaya 
qalxandan sonra dəyirmanın üstündə dövrə vuraraq 
həyəcanlı səslə bir neçə dəfə qarıldadı, sonra elə qarıldaya-
qarıldaya  uçub gözdən itdi.  
Gördüyü mənzərədən çaşıb qalmış, qəfil yuxudan 
oyanaraq acı gerçəkliyə yuvarlanan insan kimi özünü 
itirmişdi. İndiyəcən yaşamadığı bambaşqa bir dünya ilə üz-
üzə qalıbmış kimi gözlərinə toxunan hər şeyə heyrətlə 
baxır, yaddaşında dəyişən, başqalaşan dünyanın məğzini, 
mənasını anlamağa çalışırdı. 
Pırıltı ilə uçub gedən qarğanın ardınca baxarkən göz-
ləri divardakı qəribə bir mozaikaya sataşdı. Divar boyu lay 
daş lövhə üzərində oyma üsulu ilə işlənmiş, hər şeyin boz 
rəngə çaldığı mozaikada yolayrıcı təsvir olunmuşdu. Dörd 
tərəfə uzanan yolların ayrıcında hansı səmtə gedəcəyini 
müəyyənləşdirə bilməyən, atının yüyənini çəkib saxlamış 
qoca bir süvari canlandırılmışdı. Yolların dördü də tutqun 
rəngdə çəkilmişdi. Bütün yolların başlanğıcında ayaq, so-
nunda isə insan kəlləsi təsvir olunmuşdu.  
Qarşı tərəfə çevrilərkən bu divarda da enli daş lövhədə 
eynən buna bənzər yolayrıcı təsvir olunduğunu görəndə bir 
anlığa duruxan kimi oldu. Hər iki mənzərəyə təkrar-təkrar 
göz gəzdirdi. Oyma təsvirlərdə fərq sadəcə atlının duruşun-
da idi. Hər şəkildə atlı bir yola sarı boylanırdı. 


Vaqif  Sultanlı 
 
 
66
 Sonra qoca otağa başdan-başa göz gəzdirərək bütün 
divarlarda eyni təsvirin işləndyini gördü. Hamısında da yol-
ayrıcı təsvir olunur, bütün yolların sonu eyni cür tamamla-
nırdı. Hər bir təsvirdə atlı üzünü bir yola dikib dayanmışdı 
və təsvirləri fərqləndirən cəhət də yalnız bundan ibarət idi. 
Oyma təsvirlər o qədər təbii idi ki, qoca bunun canlı 
lövhə deyil, hansısa sənət əsəri olduğuna inana bilmirdi. 
Naxışlar son dərəcə zərif cizgilərlə işləndiyindən tamaşa et-
dikcə onu yaradanın qüdrətinə heyran olmamaq mümkün 
deyildi. Burada sadəlik mühafizə olunmaqla yanaşı, həm də 
insanı özünə cəlb edən qeyri-adi nə isə gizlənirdi. Həm də 
oyma naxışlar hansı tənasübləsə biri-birinə elə bağlanmışdı 
ki, onları gözdən keçirərkən daş ilmələrin cazibəsindən 
qopmaq olmurdu.  
Oyma təsvirləri seyr etdikcə dünyanın başdan-başa 
sirr içində olduğu bir daha zehnindən axıb keçirdi. Elə bil 
oymaçı usta yaratdığı bu əsərlə kainatın böyüklüyünü, hü-
dudsuzluğunu, ya bəlkə zamanların yolayrıcı fonunda in-
sanın xoşbəxtlik axtarışlarının səmərəsizliyini əks etdirmək 
niyyəti izləmişdi. Ancaq sadəcə bunumu canlandırmaq istə-
mişdi?.. 
Qoca divarlara həkk olunan mənzərənin hansı mənalar 
kəsb etdiyini anlamaq üçün oyma təsvirlərə müxtəlif səmt-
lərdən dönə-dönə baxır, onların arasındakı bağlılığın sirrini 
bilmək istəyirdi. 
Döşəməsi, divarları və tavanı biri-birinə bənzəyən ya-
rımqaranlıq hücrədə divar boyu qabaqlarında tabaq olan 
insan skeletləri sıralanmışdı. Gildən bişirilmiş, yastı, dayaz 
tabaqların içərisində hərəsi bir rəngə çalan yumru çay 
daşları qəribə bir simmetriya ilə düzülmüşdü. Ancaq gil 
tabaqlardakı daşların düzülüşü eyni cür deyildi, biri-birin-


Səhra savaşı 
 
67
dən xeyli seçilirdi. Lap yuxarı başda, iki sıranın ortasında 
skeleti düşüb qalmış şəxs çox güman ki, məclisin aparıcı-
sıydı. 
Qoca sanki tilsimə düşübmüş kimi ətrafı heyrət içəri-
sində gözdən keçirirdi. O, döşəmədən tutmuş tavana qədər 
gözlərinə toxunan hər nişanədə gördüyü bu mənzərənin ar-
xasında gizlənən sirri, müəmmanı anlamağa, özü üçün 
açıb-aydınlaşdırmağa çalışırdı. «Görəsən, ondan öncə 
dəyirmanın qapısını bir kimsə açaraq bu otağın sirri ilə 
maraqlanmışdımı? Yoxsa, buraya ilk dəfə qədəm qoyan, bu 
sirrlə, müəmma ilə üz-üzə qalan o idi?». 
O, dönə-dönə yastı gil tabaqlardakı daşların nizamına 
tamaşa edir, onların nə üçün məhz bu cür düzüldüyünü an-
lamağa çalışırdı. Daşların düzülüşü ona o qədər sirli gəlirdi 
ki, sanki naməlum bir əlifbada, anlamadığı dildə yazılmış 
hansısa daş kitabədəki mətni oxumaq istəyirdi. Ona elə gə-
lirdi ki, dəyirmanın yuxarı başındakı bu uzunsov hücrədə 
baş verənlərin, olub-bitənlərin sirri, müəmması 
tabaqlardakı daşların simmetriyasında gizlənir. 
Qabaqlarında gil tabaq divar boyu sıra ilə oturduqları 
yerdəcə dünya ilə vidalaşaraq skeletə çevrilmiş bu insanlar 
nədən dəyirmanın içərisindəki hücrəyə sığınmışdılar? Bu 
insanların, burda olub bitənlərin dəyirmanla nə əlaqəsi ola 
bilərdi? Qəribədir, görən indi quruca skeletlərə çevrilmiş 
bu insanlar son dəfə nəyi müzakirə etmiş, hansı məsələ ilə 
bağlı fikir mübadiləsi aparmış, sonda nə qərara gəlmişdilər? 
Başladıqları müzakirələri sona catdıra bilmişdilərmi? Yox-
sa, hər şey sona varmadan, tamamlanmadan, yarımçıqmı 
bitmişdi? Onları narahat edən, bir yerə yığışaraq yastı gil 
tabaqların ətrafında götür-qoy etməyə sövq edən nə idi be-
lə? Bəs eynı vaxtda dünyanı tərk etmələrinin bəlli bir 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə