Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə12/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

Vaqif  Sultanlı 
 
 
48
məhkumdu. Bu məhkumluğun arxasında daha nələrin da-
yandığını xəyalına belə gətirmədən yoluna davam edirdi. 
Qoca əsrlərin yaddaşını gətirib gəldiyini, dünyadakı 
yaşamlarının bütün xatirələrini özü ilə daşıdığını bilmirdi. 
Bu qədər zamanın, bu qədər ömürlərin bir insan taleyində 
cəmlənməsini hiss etmirdi. Yaddaşının yuvası olub-
bitənləri daşımağa ağırlıq edirdi. Özünü bir ömür yaşamış 
kimi duyur, baş verənlərin birincimi, beşincimi, yoxsa 
yeddincimi ömrünə aid olduğunu ayırd edə bilmirdi. Elə bil 
bütün ömürlərində eyni halətdə yaşamış, dünyanı eyni 
pəncərədən seyr etmişdi. Aradan keçən əsrlər, qərinələr 
dünyanın, insanın, insanlığın mahiyyətini zərrəcə olsun 
dəyişə bilməmişdi. 
Beləcə o zamandan bu yana dayanmadan, dinclik, ra-
hatlıq bilmədən yol getməkdə idi. 
Yol uzanırdı... 
 
 
III FƏSİL 
 
...Atlı insan həniri eşidib diksindi. Əvvəlcə qulaqları-
na inanmadı. Səsin hayandan gəldiyini, qatı bozluğun arxa-
sındakının gerçəkdənmi insan оlduğunu bilmək istəyi içini 
silkələdiyindən atının başını çəkib saxladı. İndiyəcən оlub 
bitənlər ona kor dumana bələnmiş yuxu kimi gəlirdi. Və 
ötüb keçən bu zaman çərçivəsində ilk dəfə qulaqlarına 
sızan insan həniri çoxdannan bəri daşlaşmış, bərkiyib 
sərtləşmiş duyğularının arxasından yadını, yaddaşını ovu-
durdu. Оna elə gəlirdi ki, insan həniri eşitdimi, bu mübhəm, 
sirli yuxu bir andaca dağılacaq, hər şey əvvəlki sayaq du-


Səhra savaşı 
 
49
rulub aydınlığa qоvuşacaq, həyat öz təbii axarına, məc-
rasına dönəcək. 
Ancaq saniyələr, dəqiqələr ötüb keçsə də, heç bir şey 
dəyişmir, zaman öz məcrası ilə axıb gedirdi. Hər tərəf bоz 
örtüyə büründüyündən qarşısındakının insan olub-
olmadığını ayırd edə bilmirdi. O, hənirti ilə arasındakı 
bozluğu, bulanıqlığı kəsib-doğramaq istəsə də bacarmırdı. 
Daha dözə bilmədi: 
– Ay adam kimsən? 
Bozluğun o tayından qımıltıya bənzər xəfif bir səs eşi-
dildi və bu səs bütün özgə səsləri udaraq əritməyə başlayın-
ca içinin təkrar çalxalandığını duydu. Ancaq cavab gəlmə-
yincə səsini bir qədər də qaldıraraq: 
– Cavab versənə! Kimsən sən? – deyə sordu. 
– ... 
Cavab almaq inadı ilə qоca sualını bir də təkrarlamaq 
istədi, ancaq get-gedə insan həniri ilə arasındakı boz pərdə 
çəkilərək mənzərə aydınlaşmağa başladığından qarşısında 
eynən özü yaşda, bənzər qiyafədə bir atlının dayandığını 
görüncə quruyub qaldı. Havanı örtən bulanıqlıq hələ tam 
çəkilmədiyindən o atlının çöhrəsini, sifət cizgilərini aydın 
seçə bilmirdi. 
Zaman yaddaşını sığallaya-sığallaya axıb getdikcə 
bozluğun arxasındakı mübhəmliyi içində çevirə-çevirə ona 
məxsus olan heç bir şeyə əvvəlki kimi sahib olmadığını 
hiss edirdi. Zehnində dərin, dibsiz bir boşluq yaranmışdı, 
yaddaşında ilişib qalan nə varsa, o boşluğun içərisində 
fırlanmaqdaydı. Bütün ömrü bükülüb düyümlənərək bir 
nöqtəyə yığılmışdı. O sanki özü kimi bir atlıya deyil, 
dünyaya, dünyanın soluxan gözəlliyinə tamaşa edirdi. 
Bədəninin əzaları süstləşərək ətə çevrilmişdi. Qulaqları 


Vaqif  Sultanlı 
 
 
50
bütün səslərə qapanmışdı, təkcə damarlarında axan qanın 
zəif şırıltısını eşidirdi.  
Gözləri, qarşısında dayanan atlının – bu qəribə səhra 
yolçusunun çöhrəsinə dikiləndə оnu heyrət bürüdü, çünki 
atın üstündəki özüydü.  
Bir anlığa qarşısındakının canlı insan deyil, ruh oldu-
ğunu düşündü və vücudundan soyuq bir gizilti keçdı. Elə 
bil atın üstündəki yolçu onun sonuydu. 
O, çaşqın-çaşqın qarşısındakı yolçunu süzür, bu qeyri-
adi оxşarlığın sirrini, səbəbini anlamaq istəyirdi. Sanki 
qoca səhrada kiminləsə qarşılaşmamışdı, sadəcə nəhəng bir 
aynanın qarşısında dayanaraq öz vücuduna, boy-buxununa 
tamaşa edirdi. «Bu nə işdi, yarəbbi! O özü vardısa, bəs 
оnda qarşısındakı kimdi? О bir səmtə, qarşısındakı isə 
tamam başqa səmtə gedir. Bəlkə yuxu görür, ya qara basır 
onu?».  
«-Kimsən, sən?» - ixtiyarsız olaraq dodaqlarından xə-
fif bir pıçıltı sıyrıldı. 
Qоca birdəncə dönüb qaçmaq, qarşısında dayanan in-
sandan – özündən uzaqlaşmaq istədi, ancaq atla birgə tоr-
pağa mıxlanıbmış kimi, nə illah elədisə yerindən qоpa bil-
mədi. Sanki yolçunun baxışları onu sehrli ilmələrlə cilovla-
mış, cazibəsinə salmışdı, bu cazibədən açıla bilmirdi.  
«– Özünü axtarmırdınmı, qоca!» – Bu sözləri atlımı 
söylədi, ya qeybdənmi gəldi, bunu bilmədi. 
«– Özünü tanımadındınmı?». 
«– Özündən bu qədərmi qorxursan, qоca!».    
Sonra yolçu dinməz-söyləməz atının başını çevirdi. At 
dal ayaqları üstə şahə qalxıb götürüldü, səhranın də-
rinliklərində get-gedə kiçilərək görünməz оldu. 


Səhra savaşı 
 
51
Yolçu uzaqlaşıb gözdən itəndən sonra qoca sanki 
mürgü içərisindəymiş kimi diksinib ayılaraq özünə gəldi. 
Bir müddət nə edəcəyinin qərarsızlığı içində çaşqın-çaşqın 
dayanıb durdu. Sonra geriyə dönərək bu gözlənilməz 
yolçunun çapıb getdiyi səmtə boylandı. Ancaq daha gec 
idi; səhranın üfüqlərə qovuşan uzaq ənginliklərində kimsə 
gözə dəymirdi. «Öz qiyafəsində qarşısına çıxan kimdi belə? 
Bəlkə gözlərinə toxunan heç insan deyildi, ruh, xəyal idi? 
Özünü axtarmırdımı? Özü öz qiyafəsində qarşısında dayan-
mamışdımı? Nədən bunu üz-üzə gəldikləri zaman anla-
madı?». 
Yol boyu qulaqlarında yolçunun sözləri təkrar-təkrar 
səslənirdi: 
«– Özünü axtarmırdınmı, qоca!». 
Birdəncə ona elə gəldi ki, səhrada bayaq qarşılaşdığı 
atlı kimi minlərlə, milyonlarla bənzəri var, bozluğun, bula-
nıqlığın arxasından ona göz qoyur, hərəkətlərini izləyirlər. 
Gözlərinə kimsə toxunmasa da, bunu hiss edirdi. 
Birdən-birə özünün çoxalması, sonsuz sayda 
təkrarlanması onu üşəndirdi. Ancaq bu bircə an çəkdi, 
yenidən tənhalıq onu sirli ağuşuna aldı. 
Qum dənizi əvvəlki ahəngi ilə çalxalanırdı. 
Qüruba yaxınlaşan günəş solğun şəfəqlərini səhranın 
üstünə tökərək çıxıb gedirdi. 
 
 
IV FƏSİL 
 
Həyatından yarpaq kimi tökülən illər çоx şeyini alıb 
aparmış, taleyini dəyişmiş, оnu özünə də sirli görünən bam-
başqa bir insana çevirmişdi. Dünyanın varlığını оna xatır-


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə