Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə8/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

Vaqif  Sultanlı 
 
 
32
xatirələrə çevrilərək zaman-zaman içini qovuran ötən illəri
o illərin təlatümlü anlarını təkrar yaşadıqca özündən, 
varlığından qopub ayrılmaq istəyirdi. Həmişə həsrətlə xatır-
ladığı, haçansa dönülə biləcəyinə ümid etmədiyi o günlərin 
xatirələri yarpaq-yarpaq qopub axarı dəyişmiş zamanın 
boşluqlarına tökülür, soluxaraq ətrini, təravətini qeyb edir-
di.  
Onu keçmişə səsləyən yalnız ayaqları deyildi; içərisin-
də hansı bir gizli qüvvəsə inadla geriyə, tarixin içərilərinə 
doğru sürükləyir, çəkib ardınca aparırdı. Ancaq zamanın 
tərs axını elə sürətlə aparırdı ki, o bu sürətin ahənginə uyu-
şa bilmir, bircə anlıq dayanıb düşünməyə, illərin xatirəyə 
çevirdiklərinin təkrar gerçəkliyə dönüşünün içəri dünyasın-
dakı yaşantılarını çək-çevir etməyə imkan tapmırdı. O, 
içindəki müqavimətə təslim olmuş halda seçim im-
kanlarının bitdiyini, tükəndiyini, taleyinə boyun əyməkdən 
savayı çarəsi qalmadığını anlayırdı.  
Yaşadığı ömürdə qarşılaşdığı xəyanətlər, özünün atdı-
ğı, sonralar peşmanlıq içərisində qovrulduğu yanlış addım-
ları təkrar yaşadığı anlar onu hər şeydən çox həyəcanlan-
dırırdı. Həyatına rəng qata biləcək, xoşbəxtliyə uzanan yol-
ların ayrıcında buraxdığı səhvləri anlayır, onu uğursuzluğa 
aparan sadəlövhlüyünü, dərrakəsizliyini həzm edə bilmirdi. 
Ancaq indi hər şeyə kor itaətlə tabe olmaqdan savayı yolu 
qalmadığından olub-bitənləri acı təəssüflə seyr edirdi. Zən-
cir həlqələri kimi iç-içə bənd olan kədərli səhifələr biri-bi-
rini əvəz elədiyindən bəzən təəssüflənməyə də zamanı qal-
mırdı. 
Beləcə zaman geriyə fırlandıqca o, sezilmədən qoca-
lıqdan gəncliyə qədəm qoydu, sonra balaca uşağa, daha 
sonra körpəyə çevrildi və ana bətninə sovrularaq yox oldu.  


Səhra savaşı 
 
33
Ana bətnində baş gicəlləndirən zamansızlıq boşluğuna 
enərək yaddaşını büsbütün itirdi. Qıpqırmızı dərinlikdən 
savayı heç bir şeyin gözə dəymədiyi bu boşluqda sərhədsiz 
vaxt axarının səmtini itirməklə qalmadı, həm də ona bəlli 
olan vaxt anlayışını qeyb etdi. Sonra qırmızı dərinlik boz-
luğa, daha sonra isə dupduru şəffaflığa çevrilərək görün-
məzlikdə əriyib itdi. 
 
* * * 
Səhrada ilk qarşısına çıxan cır-cındıra bürünmüş sir-
sifəti çilli qoca dərviş oldu. Dərviş əlindəki dəmir əsa ilə 
qumun üzərində qəribə cızıqlar çəkir, sonra dizləri üstə çö-
kərək bu cızıqlarla söhbət edirmiş kimi dodağının altında 
mızıldanırdı. Bir az sonra qum üzərindəki cızıqları pozur, 
yenisini çəkirdi. Dərvişin hərəkətləri sirli bir ayini xatır-
ladırdı. 
Dərvişə yaxınlaşaraq: 
– Gün aydın! – deyə salam verdi.  
Ancaq dərvişdən səs çıxmadı. 
Qoca gerçəkdən dərvişin onu eşitmədiyini düşünərək 
bir qədər ucadan: 
– Gün aydın, baba dərviş! – deyə salamını təkrarladı. 
Dərvişdən bu dəfə də səs çıxmayanda qoca atını lap 
yaxına sürərək onun hərəkətlərinə tamaşa eləməyə başladı. 
Ancaq dərviş başını qaldırıb bir anlığa da olsun yan-yö-
rəsinə nəzər salmırdı. Sanki onu görmür, duymur, hiss et-
mirdi. 
Əslində qocanı dərvişin qum üzərində cızdığı qarma-
qarışıq təsvirlərin sirrini anlamaqdan daha çox ucsuz-bu-
caqsız səhrada qarşısına çıxan bu insandan üz tutub getdiyi 
yolla, sonuna varmaq istədiyi mənzillə bağlı nə isə soruşub 


Vaqif  Sultanlı 
 
 
34
öyrənmək niyyəti düşündürürdü. Səbrini basaraq dərvişin 
bu sirli ayini bitirməsini gözləməkdən savayı bir çarəsi ol-
madığından atdan yerə endi. 
Ancaq çox gözləmədi; bir azdan dərviş qum üzərində 
çızdığı sonuncu təsviri nazik, uzun barmaqları ilə qarışdırıb 
pozaraq ayağa durdu, heç bir şey olmamış kimi ehtiramla 
onun salamını aldı. 
Qoca səksəndi. Dərvişin batıq uğultuya bənzər səsi 
içindən, vücudundan deyil, çox-çox uzaqlardan, vaxtın, za-
manın təkindən gəlirdi. Köhnəlib əprimiş səs dərvişin 
boyu-buxunu, qaməti ilə uyuşmadığından ona ağırlıq 
edirdi. 
– Sənə cavab verməməyimi sayğısızlıq kimi anlama, 
yarımçıq bitirə bilməzdim ayini. 
– Bu ayin dediyinin sirri nədi, baba dərviş? 
– Sənin taleyini oxumaq istəyirdim. 
Qoca qulaqlarına inanmadı: 
– Mənim? Mənimmi söylədin? 
– Hə, sənin... 
– Bilirdinmi mənim burdan gəlib keçəcəyimi? 
Dərviş başını buladı və dərindən ah çəkərək: 
– Zamanın çatlaması xatırındadımı? O vaxtdan bu ya-
na gözlərim yollarda, qulağım səsdə, sənin sorağındayam, - 
dedi. 
Qulaqları dərvişin sözlərini yemədi.  
– Oxuya bildinmi taleyimi? 
– Oxudum, əlbəttə...  
– Çox maraq edirəm. Nə yazılıb taleyimə? 
Dərviş bir anlığa baxışlarının ucuyla səhranın genişli-
yini süzərək: 


Səhra savaşı 
 
35
– Hələ yolun başlanğıcındasan. Bir şey söyləyə bilmə-
rəm, - dedi. 
Qocanın çöhrəsində maraq oynayırdı. 
– Hayana baxıramsa, hər şey sirr içində görünür 
gözlərimə... Heç nədən baş aça bilmirəm. Tanrı eşqinə, 
söylə, nə gözləyir məni bu yolda? 
Dərviş bir müddət susdu, sonra nəzərlərini qocanın su-
alla yanaşı qorxu, həyəcan, ümidsizlik və peşmanlıq yığılan 
baxışlarına dikərək: 
– İlk rastına çıxan vaxt bazarı olacaq, - dedi və bir 
anlığa düşüncələrə dalaraq, - bunu unutma, - deyə əlavə 
etdi. 
– Bildim, sonrasını söylə. 
– Ardınca ilan yatağı ilə qarşılaşacaq, xaraba dəyir-
manda sınağa çəkiləcəksən... 
– Bəs sonra?  
– Sonra qabağına lilli-lehməli bir nəhr çıxacaq, onun 
üstündən adlayıb keçməli olacaqsan. Daha sonra ruh dərga-
hına baş vuracaqsan. Bir də kəllələrin əhatəsinə düşəcək, 
onların müqaviməti ilə üzləşəcəksən. – Dərviş nəyi isə 
yadına salmaq istəyirmiş kimi bir qədər fikrə gedərək: - 
Bundan artıq bir şey söyləyə bilmərəm, - dedi. 
–...  
– İndisə yubanma, yoluna davam et, qabaqda böyük 
sınaqlar gözləyir səni. 
Qoca dərvişdən yenə nə isə soruşmaq istədi, ancaq nə 
soruşacağını unutduğundan susdu. 
Dərvişin söylədikləri qocanın zehnini durulaşdırmaq 
əvəzinə bir az da bulandırdığından o nə edəcəyini bilmədən 
mat-məəttəl dayanıb dururdu. Bəlkə dərvişə rast gəlməsəy-
di, heç nə olmayıbmış kimi yoluna davam edəcək, bunca 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə