Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə19/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

Vaqif  Sultanlı 
 
 
76
dən qaçıb qurtarmaq mümkün olmayacaq, ona görə də atı-
nın başını saxlayıb izdihamdan ayrılaraq əcayib səslər çı-
xara-çıxara üstünə gələn əli şallaqlı mühafizəçiləri gözlə-
məyə başladı. 
Birdən-birə vücudundan soyuq bir gizilti keçdi. «Sən 
özün kömək ol, yarəbbi, bu nə sürüdü belə?! Bu nəhənglik-
də də yığnaq olardımı? Hardan gəlir, hayana baş alıb gedir 
bu insan axını? İnsan xilqətidimi bu, yoxsa hansısa başqa 
bir canlı növüdü? İnsan xilqətidisə, bu nə səs, nə hərəkət-
di?».  
Mühafizəçilər bir andaca qocanı atı ilə birgə dövrəyə 
aldılar, yalnız iri cüssəli sürü başçısı yaxınlaşanda onlar 
geri çəkilərək yol verdilər.    
İzdihamın hay-küyü düzü-dünyanı başına götür-
müşdü. Sürü başçısının bircə işarəsilə mühafizəçilərin 
süngüləri qəribə tərzdə qalxıb endi və dərhal da hay-küy 
kəsilərək ətrafa ölü bir səssizlik çökdü. 
Mühafizəçilərdən iki nəfəri qocanı çəkib atdan endi-
rərək sürü başçısı ilə üzbəüz qoydu. Adamların arasından 
bütün bədəni qəhvəyi rəngli tüklə örtülmüş saqqallı, çəlim-
siz cüssəli bir kişi irəli yeridi. Duruşundan, davranışından 
dilmanc olduğu anlaşılan bu adam sürü başçısının qaba-
ğında ikiqat bükülərək təzim etdi. Sürü başçısı ona işarə ilə 
nə isə söylədi. Saqqallı adam salamsız-kəlamsız qocaya 
müraciət edərək sorğu-suala başlamazdan öncə: 
– Başçı sənin kimliyinlə maraqlanır, - dedi - onun bü-
tün sorularına cavab verməyini tələb edir. 
Qocanın başı ilə razılığını bildirməsi ilə dərhal sorğu-
sual başladı: 
– Kimsən, nəçisən, qoca? 


Səhra savaşı 
 
77
Sualın deyiliş tərzindən bir anlığa duruxan və nə 
cavab verəcəyini bilməyən qoca: 
– Adımımı soruşursunuz?-deyə sordu. 
– Adını deyil, kim olduğunu soruşuram. 
– İnsan oğluyam. 
– İnsan oğlu olmağın zatən bəllidi. Biz də insan övla-
dıyıq. 
– ... 
Qoca nə cavab verəcəyini bilmədiyindən bir anlığa 
duruxan kimi oldu. Boyu-buxunu, üzü-gözü, baxışları, 
təbəssümləri ilə doğma görünən bu canlılar onun irqindən 
idi. Səhraya nizamsız halda səpələnmiş sürüyə baxdıqca 
özünün, insanlığın, dünyanın taleyinə acıyır, onu dəhşət 
bürüyürdü. 
Qarşısındakı mənzərə əcdadı haqqında təsəvvürlərini 
büsbütün dəyişmişdi. Bir vaxtlar keçmişi ilə bağlı zehnini 
məşğul edən, ona cazibədar görünən düşüncələr indi tamam 
boş, mənasız gəlirdi.  
– Yolun, səmtin hayanadı, qoca? 
Sürü başçısının təkrar ünvanladığı sual onu xəyallar 
aləmindən çəkib qopararaq özünə qaytardı. Səs elə bil yerin 
təkindən, quyunun dərinliyindən gəlirdi. 
– Keçmişə doğru gedirəm. - dedi.  
– Gələcəkdənmi gəlirsən? 
– Hə, gələcəkdən vaz keçdim. 
– Məramın nədi, qoca? 
– Keçmişə dönüb insan oğlunun miras qoyduqlarını 
öz gözlərimlə görmək istəyirəm. 
Qoca hər dəfə ona ünvanlanan suala cavab verdikdən 
sonra ixtiyarsız olaraq gözlərini sürü başçısının çöhrəsinə 
zilləyirdi. Dilmanc tərcümə etdikcə cavablarının sürü başçı-


Vaqif  Sultanlı 
 
 
78
sının sifət cizgilərini dəyişdiyini, üz-gözünün qəribə rəng 
aldığını görürdü. Cavab bitdikdən sonra başçı qeyri-adi ma-
raqla onun növbəti suala nə cavab verəcəyini səbirsizliklə 
gözləyirdi. Və verilən cavaba uyğun şəkildə yenidən üzü-
nün ifadələri dəyişir, haldan-hala düşürdü. 
– İnsan oğlunun keçmişdə nə isə qoyub getdiyinimi 
düşünürsən? 
– Mən tarixin içərilərinə getmək, sadəcə onun nə 
olduğunu bilmək istəyirəm. 
Sürü başçısı susdu; üz-gözünün ifadəsindən aldığı ca-
vabların onu qane etmədiyi açıq-aşkar hiss olunurdu. Sual 
dolu baxışlarla qocanı başdan-ayağa süzərək bir söz söy-
ləmədi. Sanki o qocanın dediklərindən çox düşündüklərini 
oxumağa can atır, içinin gizlinlərini açıb tökməsinə çalı-
şırdı. Qoca baxışlarını yayındırmağa çalışsa da, sürü baş-
çısının gözlərindəki cazibədən qopa bilmirdi. Təkrar göz-
gözə gəldilər; qoca sürü başçısının gözlərindəki boşluğu 
gördü. Boşluqdan axan soyuqluq onu vurdu. 
Araya ani sükut çökdü. 
Yaranmış sükutdan cürətlənən qoca dilmanca müra-
ciətlə sürü başçısından hardan gəlib hara getdiyini soruşdu. 
O: 
– Gələcəyə doğru gedirik, - dedi. 
Qoca: 
– Bu halınızla gələcəyə gedib çıxmağımı düşünürsü-
nüz? 
Sürü başçısı: 
– Dərdimizi təzələmə, qoca!- dedi. 
Qoca nə isə demək istəyirdi ki, sürü başçısı sərt şəkil-
də onun sözünü kəsdi: 


Səhra savaşı 
 
79
– Sənə asan gəlməsin, indiyə qədər yolumuzun üstə 
bir bəni-adəm çıxmayıb ki, heç olmasa yolu-rizi soruşaq, 
getdiyimiz səmtin doğru olub-olmadığını öyrənib bilək.  
– Soruşub öyrənmək istədiyiniz bir şey varsa, söyləyə 
bilərəm. 
– Bilmək istədiyimiz o qədər şeylər var ki, saymaqla
söyləməklə bitməz. Bizə dünyada baş verənlərdən, olub-
keçənlərdən, qoyub gəldiyin yerlərdən xəbər ver. Heç bir 
şey bilmirik, dünyadan tamam xəbərsizik. - Sürü başçısı bir 
qədər susaraq yenidən sözünə davam etdi: - Yəqin çox irəli 
gediblər. Gələcəyə, insanlara yetişməyimizə çoxmu var? 
– Çox getməlisiniz hələ... 
– Səncə, nə qədər çəkər bu yolçuluq, qoca? 
– Bunu deyə bilmərəm. 
Sürü başçısı başını təəssüflə yellədərək: 
– Biz indi dünyanın hansı səmtindəyik, söylərmisən, 
qoca?- sordu. 
Qoca bir anlığa yaddaşını ələk-vələk elədi, ancaq xati-
rinə nə isə sala bilmədiyindən başını bulayaraq: 
– Bunu da bilməm, - dedi. 
Sürü başçısı: 
– Demək, yolu yarı eləməmişik hələ... 
– Belə olsun gərək... 
Sonra sürü başçısı qüssəli halda arxaya çevrildi, 
gözlərini səhra ilə səmanın kəsişdiyi uzaq üfüqlər boyunca 
gəzdirərək keçib gəldikləri yola nəzər saldı və dərindən 
köks ötürərək alçaq səslə: 
–  Min illərdi dinclik nə olduğunu bilmədən yol gəli-
rik, ancaq bəşəriyyətə çata bilmirik, - dedi.  
– Niyə dünyadan bu qədər geri qalmısınız? 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə