Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə33/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

Vaqif  Sultanlı 
 
 
132
Növbəsiz keçmək olmaz, - dedi. 
Qoca: 
– Mən Sarı dərvişin əmanətini gətirmişəm. Şəxsən 
özüm təqdim etməliyəm, - dedi. 
Sarı dərvişin adını eşidincə mühafizəçilərdən biri ça-
dırların arasında gözdən itdi. Xeyli keçəndən sonra qayı-
daraq qocaya Ağ dərvişin ruhlarla təmasda olduğunu və 
mərasim bitənə qədər gözləməyi bildirdi. 
Qoca mühafizəçinin göstərdiyi ağ, yastı daşın üstündə 
oturub gözləməyə başladı. 
Bir azdan mühafizəçi təkrar Ağ dərvişin çadırına baş 
vuraraq qayıtdı və qocaya ardınca gəlməsini söylədi. Qövs 
şəklində sıralanmış alaçıqların arasından keçərək qübbəli 
çadıra yaxınlaşdılar. 
Ağ dərviş qocanı gülərüzlə qarşıladı. 
Qoca: 
– Sizə Sarı dərvişin əmanətini gətirmişəm, - dedi. 
– Sarı dərvişdən soraq gələcəyi dünən gecə yuxuda 
ayan olmuşdu mənə, - deyincə qoca təəccübləndi, ancaq bir 
söz söyləmədi. 
Qoca Sarı dərvişin verdiyi düyünçəni ona uzatdı. 
Ağ dərviş düyünçəyə gözünün ucu ilə belə baxmadan 
onu bayaqdan bəri başının üstündə müntəzir dayanan, saq-
qalı az qala dizlərinə qədər uzanmış arıq, şümərək bir 
kişiyə ötürdü. 
Qoca: 
– Mən gələcəkdən imtina etdim, keçmişə sarı 
gedirəm. 
Ağ dərviş: 


Səhra savaşı 
 
133
– Hər şeyi bilirəm, söyləmənə ehtiyac yoxdu, - dedi 
və sonra qocanı başdan-ayağa süzərək: - Sən vücudunda 
ölü ruh gəzdirirsən. Ruhunu diriltmək lazımdı, - əlavə etdi. 
– Bu, mümkün olacaqmı? 
– Qabaqcadan söyləmək olmaz. 
– Nə qədər zaman aparacaq sizcə? 
– Bunu da bilmək olmaz. 
– ...  
– Öncə ruhunu vücudundan çıxarıb müayinə edəcə-
yəm. Yalnız bundan sonra dəqiq vaxtı söyləmək olar. 
Qoca mərasimdən qabaq ruh bazarını gəzib dolaşmaq 
istəyirdi. Bayaqdan bəri dərgahın bazara çevrilməsi ilə 
bağlı eşitdikləri zehnini məşğul etməkdəydi. Ona görə də 
Ağ dərvişdən icazə istədi. 
– Sizdən bir ricam var, baba dərviş. Rüsxət 
verərsəniz, bir neçə saatlığa bazarı gəzib dolaşmaq 
istəyirəm. 
Ağ dərviş: 
– Peşman olacaqsan, - dedi. 
Ancaq qoca içini bürüyən maraq duyğusunu boğa bil-
mədiyindən bir daha üz vurdu: 
– Bunca ağır yolçuluqdan sonra ruh bazarını görmə-
dən getməyimi özümə bağışlaya bilmərəm. Sizdən israrla 
icazə vermənizi rica edirəm. 
Ağ dərviş: 

 Bu qədər təkid edirsənsə, yoluna sədd çəkməyim in-
safdan olmaz, - dedi. 
Dərvişin sözlərindən qocanın çöhrəsinə ilıq bir təbəs-
süm yayıldı. 
Sonra dərviş çadıra keçərək bir azdan əlində gümüş 
sini geri döndü və sinidən dolu kasanı alaraq qocaya uzatdı: 


Vaqif  Sultanlı 
 
 
134
– Əvvəlcə bunu iç, - dedi. 
Qoca təəccüb dolu nəzərlərlə dərvişi süzərək: 
Bu nədir belə, baba dərviş? - sordu.  
– Qorxa, iç, - dedi. - İksirdi, öz əllərimlə hazırlamı-
şam. 
Qoca kasanı ağzına apararaq bir-iki qurtum uddu, an-
caq maye dadsız və ürəkbulandırıcı olduğundan ögüdü, içə 
bilmədi. 
Ağ dərviş: 
– Saxlama, sona qədər iç.  
– İçə bilmirəm, ürəyim ağzıma gəlir. 
– İçməsən, bazara getməyinin bir faydası olmayacaq. 
– Nə səbəbə? 
– Çünki iksiri içməsən ruhları görə bilməzsən. 
Dərvişin sözləri sanki təkan oldu, qoca iradəsini top-
layaraq kasanı başına çəkib son qətrəsinə qədər içdi. 
Kasanı əlindən yerə qoymamış bədəninin sürətlə sus-
taldığını, canından nəyinsə qopub ayrıldığını, havasız mə-
kandaymış kimi çəkisizləşdiyini duydu. Vücudu o qədər 
yüngülləşmişdi ki, indicə ayaqlarının yerdən üzüləcəyini, 
quş kimi səmaya qalxacağını hiss edirdi. Başı hərləndiyin-
dən müvazinətini saxlamaq üçün gözlərini yumdu. 
Ağ dərviş: 
– Özünü necə hiss edirsən? 
– Yer ayaqlarımın altından qaçır, qanadlanıb uçmaq 
istəyirəm. 
– İndi bazara gedə bilərsən. 
Ağ dərviş çadırın ətrafında dolaşan mühafizəçilərdən 
birini səslədi. Mühafizəçi gəlincə: 


Səhra savaşı 
 
135
– Qonağı apar, bazarı görsün. Tələsdirmə, qoy ürəyi 
istəyən qədər gəzib dolaşsın. Ancaq yanından ayrılma, gö-
zün üstündə olsun. 
Bazara girəndə vücudunda bir əsinti, çalxantı duyma-
ğa başladı. Özünü tanıya bilmirdi, sanki əvvəlki adam de-
yildi, dönüb bambaşqa bir canlıya çevrilmişdi. Ruhların 
çevrəsində olduğundanmı, ya ilk dəfə belə bir bazara düş-
düyündənmi özünü, sözünü bilmirdi.  
Bu gördüyü, gəzdiyi bütün bazarlardan, hətta bundan 
xeyli öncə qədəm qoyduğu vaxt bazarından da seçilirdi. 
Vaxt bazarı ilk baxışda nə qədər qəribə görünsə belə, orda 
bunca həyəcanlandığını xatırlamırdı. 
Bazar qarışqa yuvası kimi qaynayır, insan selinin ucu-
bucağı görünmürdü. O qədər nəhəng idi ki, günlərlə gəzil-
səydi belə bazarın sonuna varmaq mümkün deyildi.   
Qoca mühafizəçinin ardınca tələsmədən, ehtiyatla, bö-
yür-başına göz gəzdirə-gəzdirə addımlayır, içərisi ilə keçib 
getdiyi bazarın cikini-bikini, sirrini, incəliklərini öyrənmək 
istəyirdi. 
Bazarda kimi satır, kimi alır, kimisi isə nə istədiyi 
bəlli olmadan eləcə aşağı-yuxarı gəzib dolaşırdı. Ancaq ba-
zar əhlinin sir-sifəti, çöhrəsi ona son dərəcə qəribə gəlirdi. 
İndiyədək bu çöhrədə, bu sir-sifətdə insanlarla üzləşdiyini 
xatırlamırdı. 
Bazarın bir tərəfində sıra ilə qəfəslər düzülmişdi. Qo-
ca mühafizəçidən bunun nə olduğunu soruşdu. Mühafizəçi 
dərindən köks ötürərək: 
– Bunlar əsir ruhlardı, - dedi. 

  Əsir ruhlarmı? 
Mühafizəçi başı ilə təsdiq etdi. 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə