Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə40/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   34   35   36   37   38   39   40   41   42

Səhra savaşı 
 
161
 
* * * 
 
Kəllə dığırlanıb qaranlığa qarışandan sonra qoca hey-
bəsini başının altına qoyaraq qumun üstünə uzansa da, xey-
laq gözlərinə yuxu getmədi. Bayaq eşitdiyi sözlər, səslər 
böyüyərək içinə sığmırdı. Kəllənin gecə yuxusuna haram 
qataraq ötəri anlatdıqları onun həyat, ölüm, dünya haqqında 
təsəvvürlərini alt-üst etmişdi. Artıq nə zamandan bəri qoy-
nunda at sürdüyü səhra gözlərində başqa bir mənzərə al-
mağa başlamışdı. Qocaya elə gəlirdi ki, kəllələr qaranlığın 
müxtəlif səmtlərindən dığırlana-dığırlana üstünə gəlir, bir 
azdan onların mühasirəsinə düşərək ölümə təslim olacaq.  
Yalnız səhər üzünün alatoranlığında bir qədər çimir 
eləyə bildi. Ancaq yuxusu uzun sürmədi; təzəcə huşa get-
mişdi ki, qəfil hay-küy və fəryad səsi duyaraq səksənib 
oyandı. Gecəylə gündüzün təmasında qopan hay-küyün 
kəllə yığnağından gəldiyinə qəti əmindi; çığırışa-çığırışa 
mübahisə edir, nəyisə aydınlaşdırmağa çalışırdılar. Ancaq 
bu vədə kəllələrin uyuyan zamanı idi və ilk dəfə idi ki
onların belə səs-küylə gecənin sükutunu pozduqlarını 
duyurdu.  
Onu kəllələrin hay-küyündən daha çox hay-küyün içə-
risində sıxılan, boğulan fəryad səsi narahat edirdi. 
Nə edəcəyini bilmədiyindən bitib yerindəcə qalmışdı. 
Handan-hana özünə dönərək gözləri ilə alatoranlığı ələk-
vələk eləsə də, səsin hayandan gəldiyini kəsdirə bilmədi. 
Ancaq bu fəryadın gecə görüşdüyü kəllənin səsi olduğuna 
şübhə etmirdi.  
Səsi bir də duyunca vücudu titrədi. Ancaq bu dəfə səs 
zəif, sıxılmış, heydən düşmüş kimi gəldi ona. Sanki səsi 


Vaqif  Sultanlı 
 
 
162
nəyinsə içərisinə salıb ağzını bağladılar. Boğuq bir fəryad-
dan sonra səs öləziyərək tamam kəsildi. 
Səhər üzünün alatoranlığı əriməyə başlayınca kəllələ-
rin yığışdığı səmt yavaş-yavaş aydınlaşdı. Qoca nə baş 
verdiyini bilmək üçün həmin səmtə sarı yönəldi. Uzaqdan 
onu görən kəllələr itələşə-itələşə dağılışıb uzaqlaşdılar. Bir 
qədər irəli gedərək həmin yerə yaxınlaşanda onu ziyarətə 
gəlmiş kəllənin – ilk ömrünün xıncım-xıncım edilərək qətlə 
yetirildiyini gördü. 
Qoca qətl edilmiş kəllənin önündə ayaq saxladı. Çö-
mələrək əllərilə qum üzərinə dağılmış sümük parçalarına 
sığal çəkdi. Gecə üz-üzə söhbət eləyərkən kəllədən axan 
istilik, mülayimlik qeyb olmuşdu. 
Birdəncə içərisində qeyri-adi bir boşluq kükrəyib 
qalxdı və boşluq vücudundan sıyrılıb çıxaraq bütün səhraya 
dağıldı.  
Elə bil qumun üstünə kəllənin sümüklərini deyil, onun 
ruhunu qırıb tökmüşdülər. 
Qoca son dəfə kəllənin qum üstünə dağılmış sümük-
lərini süzdü, süzdü, sonra qəti addımlarla atına sarı gedərək 
cəld yəhərin üstünə aşırıldı. Ancaq səmti qeyb edibmiş 
kimi bir müddət hayana gedəcəyini bilmədi. Atın başını 
havalı-havalı sağa-sola firlayır, hansı səmti tutacağını 
qərarlaşdırmaq istəyirdi. Handan-hana at səmt alaraq yola 
düzəldi. 
Ancaq yol getməyə əvvəlki kimi həvəsi qalmamışdı; 
tez-tez atının başını çəkib saxlayır, çevrilib arxaya, kəllənin 
qətl edildiyi səmtə baxırdı. Kəllənin qəfil, gözlənilməz qətli 
onu büsbütün sarsıtmışdı. 
Yol uzanırdı... 


Səhra savaşı 
 
163
Ancaq hər gün arxasınca düşərək dığırlana-dığırlana 
onu izləyən kəllələr daha gözə dəymirdi. 
«Görən niyə kəllələr onu öldürmək istəyirmiş? Niyə 
bunun səbəbini dünən gecə kəllədən soruşub öyrənmədi? 
Bəlkə israr etsəydi, kəllə söyləyəcəkdi. Bir də hardan bi-
ləydi ki, hər şey bu cür gözlənilmədən faciəvi şəkildə qur-
taracaq. Nə qədər soruşmalı, öyrənməli məsələlər vardı. 
Hər şey bir andaca məhv olub getdi». 
İndi atın üstündə həmişəki kimi yol gedə-gedə kəllə-
lərin onu qətlə yetirmək istəməsinin səbəbini özü üçün ay-
dınlaşdırmaq istəyirdi. «Bəlkə gəlişilə onların dünyasını 
dağıtmışdı? Bəlkə keçmişə qaytardığı üçün ondan intiqam 
almaq istəyirdilər? Yaxud da bu dönüşün arxasındakı sirri, 
müəmmanı anlamadıqları üçün onu öldürməyi düşünür-
dülər? Daha nələr, nələr ola bilərdi onların istəyinin ar-
xasında?».  
Təxminlər çox olduğundan qoca onların hansınasa 
ağırlıq verə bilmir, elə hey yeni səbəblər arayırdı. 
 
 
* * * 
 
Onun tənhalığını, kimsəsizliyini pozan bir də ölümdü 
və bu genişlikdə ölümün varlığını bütün ruhuyla hiss 
edirdi. 
Göyüzü əvvəlki kimi qaranlıq idi və göz-gözü seçmə-
yən bu qaranlıqda ölümün ona sarı gəldiyini hiss etdi. Üs-
tünə yeriyən ölümün qaranlıq boyda vücüdu gözlə sezil-
məsə də, onun sopsoyuq nəfəsi üz-gözünə yayıldığından ix-
tiyarsız olaraq dikəlib oturdu. 


Vaqif  Sultanlı 
 
 
164
Səhradan ölüm mehi əsirdi. Ölüm mehi onu vurduqca 
ruhuna, varlığına qəribə bir soyuqluq yayılırdı. 
Əslində ölüm haqqında illərlə düşünmüş, bu düşüncə-
lər heç bir zaman onu tənha buraxmamışdı. Ancaq bu yola 
qədəm qoyduğu gündən bəri ölümün varlığını bunca hiss 
etməmişdi. İndi bu uzun yol boyu öz ölümü barədə nara-
hatlıq keçirməməsi, başqaları kimi dünya ilə vidalaşacağını 
xəyalına belə gətirməməsi ona qəribə gəlirdi. Yol boyu gör-
düyü saysız-hesabsız mənzərələr – savaşların buraxdığı 
açıq məzarlıq, arxasınca dığırlanan kəllələr, insan sümüklə-
rindən hörülmüş asma körpü ölüm düşüncələrindən bir an 
belə olsun qopmasına, uzaqlaşmasına imkan verməmişdi. 
Ancaq indi ölüm hər zamankından daha yaxın idi; onu 
görür, duyur, hiss edirdi.  
Birdəncə ona elə gəldi ki, ölüm nə zamandan bəri 
onunla yanaşı addımlayır və geri qalmamaq üçün addım-
larını atın yerişinə uyğunlaşdırmağa çalışır; gecələr isə 
gözdən qoymamaq üçün onunla yanaşı uyuyur, daha istəsə 
belə ölümdən qopub ayrıla, uzaqlaşa bilməyəcək. Onu qo-
van, tələsdirən də bəlkə elə ölümdü... 
Bir zamanlar ölüm ona sadəcə gecə yatagına girərkən 
əbədi yuxuya getmək, sonra da qalxmamaq kimi gəlirdi. 
Hərdən də ölümün icra edilməsi gərəkən vacib bir mərasim 
olduğunu, bundan qaçıb qurtulmağın mümkünsüzlüyünü 
düşünürdü. 
İndi ona elə gəlirdi ki, ölümün nəfəsini duysa, atdan 
enib əllərilə özünə səhrada bir məzar yeri qazacaq və mə-
zarın içərisinə uzanaraq hər şeyin bitməsini gözləyəcək. 
Ölümündən sonra gecə başlayan xəfif rüzgar soyumuş cə-
sədini örtərək gizləyəcək, sonra da büsbütün məzarını iti-
rəcək. Səhər açılınca ucsuz-bucaqsız qum nəhrinin qoynun-


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə