Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə39/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   34   35   36   37   38   39   40   41   42

Səhra savaşı 
 
157
Söylə görüm axi, nə demək istəyirsən? - Qoca əsəbi 
şəkildə dilləndi. 
– Lütfən, əsəbiləşmə. 
Kəllənin bu sözü onsuz da əsəblərini cilovlaya bilmə-
yən qocanı özündən çıxardı: 
– Niyə məni gecənin bu vədəsi yuxudan eləyirsən? 
– Özgə vaxt mümkün deyil. Bunu özün də bilirsən... 
– Açıq söylə, səni onlarmı göndərib məndən söz al-
mağa? 
– Yox, yox, gizlincə gəlmişəm, heç kəs bilmir mənim 
bura gəlməyimi, - kəllə cavab verdi, - sənə söyləyəcəyim 
vacib bir məsələ var. 
– Nədir o vacib məsələ? Söyləsənə, niyə bu qədər uza-
dırsan?- Qocanı əsəb qarışıq maraq bürüdü. 
– Çoxdannan bəri təklikdə görüşmək üçün fürsət gə-
zirdim, ancaq heç cür alınmırdı. Doğrusu, bir az da çəkinir-
dim səndən. Görüşünə gəlməyimin yubanmasına səbəb də 
elə buydu. Nəhayət, görüşməyə qərar verdim. Sonra gec 
olacağından qorxdum. Kəllələrin içində məni fərq 
etdiyinizi duyurdum. Bu bir qədər cəsarət verdi mənə.   
Bayaqdan bəri söhbət etsələr də, qoca kəllə ilə arala-
rında dil maneəsi olmadığının fərqinə varmamışdı. 
Qəfildən bunu duyunca çöhrəsinin qırışlarına ilıq bir 
təbəssüm axdı, çünki bu uzun yol boyu ilk dəfə idi ki, 
qarşısına çıxan kəllələrdən birinin dilini, danışığını anlayır, 
onunla rahat söhbət edirdi. 
– Mənim dilimi hardan bilirsən, anlatsana?.. 
– Hələ anlamadınmı bunun sirrini?  
– Yox, agah elə... 
– Gecənin bu vədəsi səni aramağımın əsil səbəbi elə 
bununla bağlıdı. 


Vaqif  Sultanlı 
 
 
158
– Necə yəni? 
– Mən sənin ilk ömrünəm.  
– … 
– Bir-birimizin dilini anlamağımıza səbəb budur... 
Qoca heyrət içərisində baxışlarından «özünü ələ al», 
«toxdaq ol», «həyəcanlanma» kimi ifadələr oxunan kəlləni 
süzür, ancaq içindəki çalxantını heç cür ovuda bilmirdi. 
– Sən məndən çox-çox sonra dünyaya gəlmisən. Mən 
öləndən sonra ruhum sənin cisminə sığınıb...  İndi cismində 
mənim ruhumu daşıyırsan. 
– ... 
– Sənin ilk həyatın mən olmuşam, anladınmı? 
– ... 
– Gələcəyini bilirdim. Min ildi ki, yolunu 
gözləyirdim. Dəqiq vaxtını bilməsəm də, bir gün mütləq 
gələcəyinə inanırdım. Axır ki, gəldin. İlk dəfə uzaqdan-
uzağa at ayaqlarının tappıltısını duyanda ürəyim titrədi. 
Ruhumun mənə sarı addımladığını hiss etməmək 
mümkündümü? 
– ... 
– O zamandan bəri arxanca dığırlanan kəllələrin 
içində sənə göz qoyurdum. Ancaq qorxurdum ki, günlərin 
bir günü məndən xəbərsiz atını çapıb gedəsən, bütün 
bunları sənə anlatmağım mümkün olmaya. 
– ... 
– Əvvəlcə elə bilirdim ki, məni görən kimi tanıya-
caqsan. Ancaq az sonra bunun belə olmadığını anladım. 
Kəllə sözlərinə davam etsə də, qoca artıq onu eşitmir-
di. İçərisini bürüyən heyrətdən ağlı, idrakı kilidlənmişdi. O, 
indiyədək ilk ömrü ilə qarşılaşa biləcəyini xəyalına belə gə-
tirməmişdi. «Demək, nə zamandan bəri arxasınca dığırla-


Səhra savaşı 
 
159
nan, uzaqdan-uzağa onu izləyən bu kəllə ilk ömrü, ilk 
taleyi idi. Kim bilir, aralarında neçə əsrlik zaman məsafəsi 
uzanırdı. Bu necə ola bilərdi, fələk? Bu boyda məsafəni 
necə qət eləmişdi? Bəlkə taleyi bu uzun yola ilk ömrü ilə 
qarşılaşması üçün çıxarmışdı onu?». 
Eşitdiklərinin gözlənilməzliyi və ağlagəlməzliyindən 
quruyub qalmış qoca baxışlarını qaranlıqda ağaran kəllədən 
çəkə bilmirdi. Qarşısındakı kəllə ilə özünün bir ömür yaşa-
dığını, ortaq ruh daşıdığını düşünmək ona inanılmaz dərə-
cədə qəribə gəlirdi. Xəyalında kəlləni canlı insana çevirir, 
onun boy-buxununa, uca qamətinə, gücünə, qüdrətinə ta-
maşa edirdi. Ancaq bu bir anlıq çəkir, yenidən qaranlıqda 
ağaran kəllə yaddaşının gerçəkliyində düyünlənirdi. 
Qoca ilk ömrünün quru kəlləyə çevrilərək dünyanın 
zamansızlığı içində yer almasını, rüzgarın ahənginə təslim 
olaraq səhranın qoynunda belədən-belə dığırlanmasını dü-
şündükcə yaddaşı ürpəşirdi. Kəlləyə illər boyu içində gəz-
dirə-gəzdirə bu günəcən gətirdiyi, bilməsi, öyrənməsi gərə-
kən sualları vardı. Ancaq suallar o qədər çox idi ki, onları 
sormaq üçün zehnində sahmaha sala bilmirdi. Kəllənin də 
ona sualları olduğunu hiss edirdi.  
O, qaranlıqda ağaran kəlləni süzdükcə, eyni anda özü-
nün həm dünənini, həm bu gününü, həm də gələcəyini gö-
rürdü. Bir zaman gələcək, onun da həyatı eynən bu cür ola-
caqdı. Hər şey bitəcək, sonra beləcə səhranın ahənginə tabe 
olacaqdı. Ömürlərin eyni zaman nöqtəsində qoşalaşması 
ağlın hüdudlarına sığmayan bir şeydi. 
– Hara getdiyini, məqsədini, məramını bilirəm. Sənin 
içini, qəlbini özümünkü kimi hiss edirəm. Söyləməyinə eh-
tiyac yoxdu. Çünki söyləmədiklərini də bilirəm. Məndən 
heç bir şeyin gizlin deyil. Sən mənim üçün sirr deyilsən. 


Vaqif  Sultanlı 
 
 
160
– ... 
Qoca kəllənin söylədiklərinin cazibəsindən açılma-
mışdı. Bayaq gəlişindən narahat olsa da, indi ondan ayrıl-
maq istəmirdi. Ancaq hiss edirdi ki, kəllə öz yoldaşlarının 
duyuq düşməsindən ehtiyatlandığı üçün getmək istəyir.  
Qoca kəllədən axan istiliyi, məhrəmliyi sığallaya-sı-
ğallaya: 
– Səni də özümlə aparmaq istəyirəm, - dedi, - qal, get-
mə, səhər erkəndən yola çıxarıq. 
Kəllə: 
– Aramızdakı münasibətləri, sənin ilk ömrün olduğu-
mu kəllələrə hiss etdirməməlisən. Bu, hər ikimiz üçün təh-
lükəlidi. 
Qoca təəccüblə: 
– Nə səbəbə? 
– Səni öldürmək istəyirlər. Qorxuram ki, xətər yetir-
məyincə əl çəkməyələr... Dillərini itirdiklərindən biri o bi-
rinin dediyini anlamır, buna görə də sözü bir yerə qoya 
bilmirlər. Ayrı-ayrılıqda gücləri çatmaz sənə, ancaq sözləri 
bir olsa, canını qurtara bilməzsən. Bacardıqca ehtiyatlı ol 
onlardan... 
– Niyə öldürmək istəyirlər məni? 
– Bu saat anladaram sənə...  
Qəfildən qaranlığın içərisindən, kəllə yığnağının uyu-
duğu səmtdən nə isə qəribə səslər eşidilməyə başlayınca 
sözü ağzında qaldı. 
– Daha gecdi. Sabah hər şeyi anladaram, -dedi. 
Kəllə bir az öncə gəldiyi kimi hiss olunmadan dığır-
lana-dığırlana qaranlığa qarışaraq gözdən itdi. 
Qoca bir müddət kəllənin getdiyi səmtdən gözlərini 
çəkə bilmədi. 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə