Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə23/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   19   20   21   22   23   24   25   26   ...   111

 
46 
Necə  ki,  yuxarıda  dedik  12  şəhrivər  1945-ci  ildən,  yəni 
məruf  (məşhur)  elamiyəmizin  intişarından  qabaq  Azərbaycan 
xalqını öz dalınca aparıb, bütün təbəqələrə rəhbərlik edən milli 
bir  təşkilat  yox  idi.  Zəhmətkeşlər,  Tudə,  Azərbaycan  və  sair 
ünvanlar  altında  parlayıb  (aradan  gedən)  təşkilatlardan  qalan 
mənfi və müsbət xatirələrə baxmayaraq, onlardan güclü bir əsər 
baqi  (iz)  qalmışdır.  Hizbi-Tudeyi- ran,  Kanuni-Demokrası, 
Ziddi-Faşist Cəmiyyəti və Ittihadiyyə isə, necə ki, şərh verdik. 
Fəqət  zəhmətkeşlərin  həssas  bir  qismini  cəlb  edə  bilmişdilər. 
Bu  təbəqə  isə  sazimanlardan  gördükləri  fəri  işlərə  qənaət 
etməyib,  ciddi  fəaliyyət  və  böyük  qədəmlər  gözlədiklərindən 
onlardan  çox  da  razı  deyildilər.  Mitinqlər,  nümayişlər, 
konfranslar  dövlət  məmurları  barəsində  yazılan  acı  tənqidlər 
artıq  xalqı  doyura  bilməzdi.  Təşkilatlara  daxil  olan  fədakər 
insanlar  onlardan  ciddi  və  əsas  qədəmlər  götürmək  intizarında 
idilər.  Biz  isə  yuxarıda  qeyd  etdiyimiz  səhvlərə  görə  olası 
deyildi.  Hətta  onların  götürdüyü  bəzi  ciddi  qədəmlər  də 
nəqşəsiz,  hədəfsiz  olub,  hissiyat  üzərində  qurulduğundan  əks 
nəticələr verirdi. Nehzətimizdə müsbət və faydalı işlər görülüb 
nüfuz  qazanan  cavanlar  isə  başçılarının  götürdükləri  qələt 
(səhv) 
qədəmlər 
nəticəsində 
bədnam 
olub, 
öz 
fədakarlıqlarından  xalqın  nifrətini  qazanmaqdan  başqa  bir 
nəticə  ala  bilməzdilər.  Misal  üçün  Liqvan  hadisəsini  götürə 
bilərik:  1945-ci  il  mehr  ayının  11-də  ittifaq  düşən  bu  hadisə 
Hizbi-Tudənin  Azərbaycan  təşkilatını  şədid  surətdə  bədnam 
edən əsl idi. Ogünlərdə Tehrandan Təbrizə gəlib, orada hay-küy 
salan  Artaşis  Ovanesyan  Lahican  vəkili  doktor  (radmaneşin) 
parlaman  nitqindən  alıb,  meydana  atdığı  “qana-qan,  yumruqa-
yumruq”  şüarı  Azərbaycan  üçün  olduqca  yersiz  və  bimövqe 
(mövqesiz) bir şüar idi. Bu şüar Hizbi ağır və qaba vəziyyətinə 
ducar  etmişdi.  Elani-cəng  (müharibəyə  çağırmaq)  mənasında 
olan  belə  şüar  xalqı  qorxudub,  Hizbdən  uzaqlaşdırmaq,  dövlət 
və  jandarm  qüvvələrini  ayıq  salmaqdan  başqa  bir  nəticə  verə 
bilməzdi. 
 
327 
Məhəmməd  Hüseyn  Təhmasibi,  Mirzə  Ələkbər  Səyyadi, 
Məşədihüseyn  Dunabi,  Əli  Şəmşiri,  Məşədinəcəf  lxıcılı, 
Kərim  Xosrovşahı,  Yusif  və  Mirəli  Mənafi  Xosrovşahi  öz 
dəstələrinin  başında  durdular.  Adları  aparılan  fədai  başçıları 
artıq dərəcədə öz fədailərini yaxşıca hazırlamışdılar. Sərdsəhra 
fədailərinin  başçısı  mən,  smayıl  Pişnəmazi,  Məhəmməd 
Iftixari,  brahim  Xəbbazi,  Məhəmməd  Tağı  Kərbasi,  Hüseyn 
Ə
zimi,  Kərbəlayi  Tağı  Kuhəng  və  Izzət  Sarıxanı  ilə  bərabər, 
idarə edirdik. 20 azər günü laliyə tərəf hərəkət etdik və 21 Azər 
günü  bütün  fədailər  Təbrizin  4  kilometrliyində  toplaşdıq.  21 
Azər  gecəsi  Yədulla  Kələntəri,  General  Kəbiri  və  mən  tənzim 
olunmuş nəqşə üzrə Sarıdağı tutmağa əhərəkət etdim və bizim 
ş
imal  tərəfimizi  Səmsamın  başçılığı  ilə  hərəkət  edən  Basminc 
və  mehranlı  fədailəri  tutacaqdılar.  Gecə  saat  4-də  Sarıdağa 
yetişdik.  (Səmsam  Neymədabadının)  öz  yerini  tutduğunu 
gördük. Səhər saat 5-də biz sərbazxanaya həmləyə başlamışdıq. 
Təbrizin içində də güllə səsi eşidilirdi. Saat 7-də sərbazxanaya 
daxil olduq. Oranın gecə ilə təslim olmasın gördük. Dəstə-dəstə 
fədailər  hər  4  tərəfdən  sərbazxanaya  həmlə  etməyə  başlamışdı 
və  bu  mövqedə  Cəbbar  Zare  və  Mirqasım  Çeşmazər  dövləti 
ə
nvalı  (ləvazimatı)  mühafizə  etməyə  məsul  idi.  Xəlil 
Azərbadiqan,  Bilal  Azad,  Əbdulla  Sərangi,Kərim  Hacızadə  və 
bir  neçə  alayları  silah  anbarlarını  mühafizə  edirdilər.  Qapını 
(dərvaza) mühasirə etməyi Cabbar Zare mənə tapşırdı. Mən iki 
nəfər  avtomatçı  fədai  ilə  sərbazxana  qapısını  kəsdim  və  bəzi 
sui-istifadə edənlərin qarşısını alıb və dövləti ənvalı saxlamağla 
məşğul  oldum.  Fədailər  irtica  hökumətinin  devrilməsinə 
sevinərək, havaya güllə atmağa başladılar. Amma bu iş tezliklə 
sakit oldu. Ona görə ki, bu iş şəhər əhalisinin qorxusuna səbəb 
olurdu.......  Bu  vaxt  ADF-nin  rəhbəri  Pişəvəri,  general 
Danişiyan,  Firidun  brahimi  və  neçə  nəfər  sərbazxanaya 
gəldilər.....  Ağa  Pişəvəri  məni  çağırıb,  30  nəfər  mənim 
ixtiyarıma  fədailərdən  qoyduqdan  sonra  sərbazxananın  dövlət 
ə
mval  və  silahlarının  saxlamasını  mənə  tapşırdı.  Fədailərdən 


 
326 
jandarm  qovub,kəndlini  əzməyə  çalışırdılar.  Vanevcanda 
Böyükağa  Şalçı,  Zəncanda  Əskər  Baqqar,  Ləvəsan  kəndində 
Hacı  Əli  sədəqyanlı  o  qədər  faciə  törətdilər  ki,  həddi  yox  idi. 
Döymək, qaər tetmək son həddə çatmışdı. Hər gün dəstə-dəstə 
kəndlilər  firqəyə  gəlib,  jandarmların  zülmündən  şikayət  edib, 
özlərindən müdafiyə etməyə icazə istəyirdilər. Mən və  smayıl 
Pişnəmazı  jandarm  idarəsinə  gedib,  kəndlilərin  şikayətlərini 
onlara  yetirdikdə  mənfi  cavaba  rast  gəlirdi.  Heç  yadımdan 
çıxmaz  ki,  bir  gün  sərhəng  Hümayuninin  yanına  getdik  və 
jandarmların  törətdiyi  faciədən  şikayət  elədik.  Cavabımızda 
dedi:  “Biz  heç  bir  jandarmın  zülmünün  qabağını  almayacağıq. 
Get  Şəbüstəriyə  denən  nə  qədər  ki,  jandarmların  öldürdüyü 
adamlarının şəklini ruznaməyə salırlar, cavabını kəndlilər özləri 
versinlər”.  mən  kor  və  peşman  qayıtdım.  Bu  vaxtlar  bütün 
Azərbaycan  kəndlərini  dəhşət  bürümüşdü.  ADF-nin  Mərkəzi 
təşkilatı  həmişə  bizə  səbr  etməyi  tapşırırdı.  Vəli  daha 
kəndlilərin  səbr  kasası  dolmuşdur.  Zülm  və  işgəncə  onları 
bezdirmişdir. Onlar fürsət axtarırdılar. Elə ki, Miyana, Sərab və 
Ş
işəvan  kəndlilərinin  üsyanını  eşitdilər.  Artıq  onların  qarşısını 
almaq  mümkün  olmadı.  Təbrizdə  böyük  xalq  konqrəsi  təşkil 
olandan bir gün sonra gecə Sərdsəhra kəndliləri Milli Hökuməti 
qurmaq  fikri  ilə  Üskü  partizanları  birlikdə  Sərdrud  jandarm 
idarəsinin  dövrəsini  mühasirə  edərək,  onların  yanına 
ağsaqqallar  göndərdilər  ki,  təslim  olsunlar.  Jandarmlardan  isə 
bir  neçəsi  qaçıb,  və  bir  iddəsi  silahların  təhvil  verib,  təslim 
oldular.  Sabahdan  Sərdrud  hökumət  fədailərin  əlin  keçidi. 
Səhəri  ngilis  konsulu  Sərdruddan  keçəndə  bu  hərəkətin 
səbəbini  bizdən  sual  edib,  biz  jandarmların  cinayətlərini  və 
hökumət  məmurlarının  zülmlərini  saymaqla  ona  cavab  verdik. 
O,  özü  jandarmların  faciəsini  təsdiq  etdi.  20  azər  (11  dekabr) 
günü  Marağa,  Şişəvan,  Üskü,  lxıçı  və  Xosrovşah  fədailəri 
general  Kəbirinin  rəhbərliyi  altında  Sərdrudda  cəm  olduq. 
Bunların  başçılarından  Heydərqulu  xan  Afaqi,  Səfərəli  (Səfər 
Qəhrəmaniyan),  Nuri,  Yədulla  Kəlantəri,  Əli  Miyari, 
 
47 
Düşmənlərinə  Elani-Cəng  edən  bir  Hizb  əvvəldən  onun 
vəsailini  hazırlamalı  idi.  Mütəəssifanə  o  vaxt  Hizbi-Tudə 
ixtiyarında belə bir vəsail yox idi. Onun ətrafina toplananlardan 
beş-üç  nəfərin  əlində  olan  sadə,  kiçik  əsləhə  (silah),  dişdən 
dırnağa  qədər  müsəlləh  (silahlı)  olan  dövlət  qüvvəsilə 
Elanihərb  dağılmağa  məhkum  olmaq  deməkdir.  Bütün  randa 
hayküya  səbəb  olan  Liqvan  hadisəsi  isə  bu  şüarın  üzərində 
meydana çixdığından Hizbi-Tudənin rəhbərliyi böyük zərbə və 
xətərə  məruz  qalmışdı.  Doğrudur,  bu  hadisə  jandarm  başçısı 
Şə
qaqi  və  Əmir  Pərviz  və  sairlərin  {gördüyü}  tədbirlərindən 
{büruz} etmişdi, çünkü onlar ehqaqi-haqq edib, Hizbi-Tudənin 
təqazalarına  istəklərinə  qulaq  asmadıqlarına  görə  tudəcilər 
müstəqimən  öz  müxaliflərini  əzməyə  iqdam  etmişdilər. 
Bununla belə xalq kütlərini işlərə hazırlaya bilən hər təşkilatın 
kiçik  bir  kəndə  həmlə  edib,  orada  silah  gücü  ilə  məsələni  həll 
etməsi, doğru bir siyasət ola bilməzdi. Bu məsələni həll etmirdi 
ki,  bəlkə  də  Hizb  üçün  yeni  macəranı  müşkülat  (çətinliklər) 
meydanına çıxarır. Onun zəif və bacarıqsızlığını açıb göstərirdi. 
Çəkib apara bilmədiyini isə şərh verdiyimiz vəziyyət aydın bir 
surətdə  isbat  etməkdədir.  O  günlərdə  Azərbaycan  xalqının 
müxtəlif  təbəqələri  isə  müharibənin  xatəməsi  və  demokratik 
qüvvələrin  ranı  tərk  edib  getməyə  hazırlanması  münasibətilə 
səxt  (bərk)  nigaran  və  müztərib  (narahat)  bir  halda  idi.  14-cü 
məclis özünün irtica simasını tamamilə aşkara çıxarmışdır. Bir-
birinin dalınca iş başına keçən mürtəce dövlət başçıları azadlığı 
pozmaq  və  ranı  tamamilə  xarici  istismarçıların  nüfuzlarına 
təslim  etmək  siyasəti  üzərində  çalışdıqlarını  əmələn  isbat 
etməkdə  idilər.  Bu  cəhətdən  Azərbaycan  kəndli,  fəhlə  və  sair 
zəhmətkeşləri  irticanın  qələbəsindən  artıq  dərəcə  qorxuya 
düşmüşdülər.  Azadixahlar  isə  daha  artıq  nigaranlıq  çəkirdilər 
Tehranda  və  başqa  şəhərlərdə  azadixah  ruznamələrin  töqifi  və 
demokratik sazimanların əzilib sıxıntı altına alınması məclisdə 
Hizbi-Tudə  nümayəndələrinin  danışığından  fəaliyyətindən 
qadağan  olunmaları,  həmçinin  Azərbaycan  şəhər  və 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə