Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə2/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   2   3   4   5   6   7   8   9   ...   111

 

Fars  dilində  həmin  cəmiyyətin  orqanı  olan  “Azərbaycan” 
qəzetinin nəşr edilməsində geniş yer vermişdir. 
S.C.Pişəvərinin  xatirəsində  “Azadlıq  Cəbhəsi”  adlanan 
təşkilata da geniş yer verilir. “Azadlıq Cəbhəsi” onun təşəbbüsü 
ilə  yaranmışdır.  Qırxdan  artıq  Tehranda  və  Təbrizdə  çıxan 
qəzetlər  həmin  cəbhə  ətrafında  birləşmişdir.  “Azadlıq 
Cəbhəsində”  qəzet  redaktorlarından  başqa,  tanınmış  milli 
şə
xsiyyətlər də iştirak edirdilər. 
S.C.Pişəvəri  Hizbi-Tudeyi- ranın  Azərbaycan  təşkilatının 
fəaliyyəti  ilə  əlaqədar  öz  düşüncə  və  mülahizələrini  geniş 
formada  izah  etmişdi.  O,  Hizbi-Tudənin  nümayəndələrinin 
Azərbaycan mühitinə uyğun gəlməyən radikal çıxışlarını mənfi 
qiymətləndirir.  Tehrandan  Təbrizə  gələn  nümayəndələrin  o 
cümlədən  Ərdəşir  Avanesyanın  hərəkətləri,  xüsusilə  Liqvan 
hadisəsində  Hacı  Ehtişamın  öldürülməsi,  eyni  zamanda  bu 
hadisədə  Hizb  üzvlərinin  həlak  olması,  günün  tələbatına  zidd 
olan sol radikal hərəkət adlandırır.  
S.C.Pişəvəri  1944-cü  ildə  Təbriz  əhalisinin  böyük 
ə
ksəriyyətinin  azad  seçki  yolu  ilə  inamını  qazandı.  14-cü 
məclisə  nümayəndə  seçildi.  Lakin  məclisin  mürtəce 
nümayəndələri onun etibarnaməsini ləğv etdilər. O, bununla da 
deputatlıq  hüququndan  məhrum  edildi.  Beləliklə  S.C.Pişəvəri 
Təbriz əhalisinin tanınmış və inanılmış rəhbərlərindən biri idi.  
S.C.Pişəvərinin  1945-ci  ilin  başlanğıcında  Təbrizə  gəlməsi 
və  Azərbaycanın  görkəmli  ziyalıları  ilə  görüş  keçirməsi,  onun 
müasir  ran  tarixində  başladığı  fəaliyyətin  parlaq  səhifələrini 
təşkil edir. 
Yuxarıda qeyd olunan  ogünkü ictimai-siyasi şəraiti və orada 
olan  bütün  təşkilatların  fəaliyyətini  nəzərə  aldıqda  bir  önəmli 
məsələni 
oxucuların 
diqqətinə 
çatdırmaq 
istərdik. 
Azərbaycanda  fəaliyyət  göstərən  bu  təşkilatların  heç  birisi 
xalqın  milli  azadlıq  mübarizəsinə  rəhbərlik  etmək  məqamına 
 
369 
Yenə böhtan, yenə daş qalağıdır Firqəmiz 
Enişlərdə bərkimiş, yoxuşlarda vüqarlı 
Bir qocaman çinarın budaqıdır Firqəmiz 
*** 
Mən aşıqam səslənən,əlimdəki bu rübab 
Səadıtin marşidir.nə röyadır nə də xab 
Bir qəhrəman millətin övladıdır inqilab 
nqilabın bükülməz dayağidir Firqəmiz 
*** 
nqilabın hüsnünə toxunmasin şər dedim 
Ə
lvan qanadlarindan ayrilmasin pər dedim 
Ürəyimin başinda balam kimi bəslədim 
Ona işıq,nur verən çırağıdır Firqəmiz 
*** 
Belin bükəşübhəsiz səslənəndə hər Kaman 
Bükülməsə bəllidir ox ayrilmaz kamandan 
Sədaqətim ucundan məm olsam da bağri qan 
Bağrimdaki lalənin yanağidir Firqəmiz 
*** 
Duman kimi firqələr gəlib-gedib,mən varam 
Pərvazlanib küləkdən,səmən kimi mən varam 
Ruyin-təni dövran kimi mən varam 
Demə beş gün ömrün qonağıdır Firqəmiz 
*** 


 
368 
O dövranı, o günləri gördün özün 
Car eylərəm bu dünyada sözün düzün: 
Vətən yanır şəhidlərin fərağında... 
***** 
Ş
air nə çün dayanmısan? Yaz! Qələmin. 
Carçı olsun öz gördüyün şad günlərə
Ş
ah əli ilə pərdələnmiş o aləmin, 
Həqiqətin, tarix diyə yazar dəftərə 
Yaz sözlərin dönsün durna qatarına, 
Ə
lin sıxsın hicrandakı könüllərin 
Qədəm qoysun Pişəvəri məzarına 
Alqış desin, haq sayına o rəhbərin. 
llər ötüb, calandıqca əsillərə 
Yaşamışam öz evimdə qonaq kimi 
Məğlub təkin bənzəmişəəmirlərə 
Dar gözlərə görünmüşəm yamaq kimi. 
Qoy sanmasın dünya məni lal olmuşam; 
Yaxud Əli Şəmşirliyə baş əymişəm. 
Mən tufanlar qucağında doğulmuşam. 
Mən üsyünüm ,mən vulakanam, budur peşəm. 
1358-ci (1980) il Tehran 
Haşim Tərlan 
Firqəmiz 
Məşrutə tək inqilab, əridikcə şam kimi 
 

nail  ola  bilmədi.  Bunun  səbəbi  isə  onların  xalqı  düzgün 
mübarizəyə  səfərbər  edə  bilməməsi  idi.  Məhz  belə  olan  yerdə 
S.C.Pişəvəri  kimi  bir  təcrübəli  mübariz  şəxsiyyətin  olması 
labüd  və  zəruridir  ki,  bu  təşkilatları  düzgün  şüarlarla  bir  firqə 
ə
trafında toplayıb, səfərbər etsin. 
Beləliklə  Azərbaycanda  S.C.Pişəvərinin  fəaliyyətinin  yeni 
dövrü  başlandı.  Müttəfiqlərin  randan  çıxması  ərəfəsində 
mürtəce  qüvvələrin  fəallaşmasına  qarşı  çıxaraq,  yeni  güclü  və 
geniş  xalq  kütləsinə  arxalanan  partiyanın  yaranması  zərurətini 
dərk  etdi,  belə  bir  partiyanın  əsasını  qoydu.  12  Şəhrivər 
bəyannaməsi həmin partiyanın yaranmasını bütün dünyaya elan 
etdi. 
Bu bəyannamə təkcə  randa deyil, bəlkə Qərb dünyasında da 
həyəcan siqnalı oldu. 
S.C.Pişəvərinin  xatirələrinin  böyük  hissəsi  bu  dövrə,  yəni 
Şə
hrivər  1324,  Azər  1325-ci  illərə  (sentyabr  1945,  dekabr 
1946) təsadüf edir. 
Oxucu S.C.Pişəvərinin xatirələrində bu illərdə Azərbaycanda 
baş  verən  milli  demokratik  azadlıqların  həyata  keçirilməsi, 
xalqın  bu  hərəkatı  inamla  müdafiə  etməsi  və  bu  yolda  çoxlu 
qurbanlar verməsi ilə tanış olacaqlar. Oxucuya səbir və hövsələ 
ilə  S.C.Pişəvərinin  düşüncə  və  xatirələrində  əks  olunan 
hadisələrin gedişini izləməyi, həmçinin belə bir əvəzsiz əsərdən 
bu günkü və gələcək mübarizədə dərs ala biləcəyini arzu edirik. 
Ə
mirəli Lahrudi 
Tərcümeyi-hal 
S.C.Pişəvəri  (Cavadzadə  Xalxalı)  1326-1272  (1893-1947) 
Azərbaycan  xalqının  Sədaqətli  və  fədakar  oğlu  S.C.Pişəvəri 
(Xalxalı)  özünün  bütün  həyatını  ran  zəhmətkeş  kütlələrinin 
nicatı  yolunda  gedən  böyük  mübarizə  işinə  həsr  etmiş, 
görkəmli inqilabçı,  ran kommunist firqəsinin banilərindən biri, 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə