Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə6/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   2   3   4   5   6   7   8   9   ...   111

 
12 
məcburiyyətində  qoyur.  O,  həmin  dövrü  belə  təsvir  etmişdir
“Rzaxanın meydana atılması ilə bizim döyüş cərəyanımız başqa 
yola  düşdü.Rəhmsiz  edamlar,  həbs  və  sürgünlərin  başlanması 
ilə  əlaqədar  olaraq  biz  taktikamızı  dəyişmək  məcburiyyətində 
qaldıq. Həbslər və basqınlar yolu ilə gizli fəaliyyət mərkəzimizi 
dörd dəfə dağıtdılar.Lakin azadlıq yolunun əsgərləri olan bizlə
öz  postlarımızı  tərk  etmədən  beşinci  mərkəzi  təşkil  etdik.Öz 
mətbuat fəaliyyətimizi Avropaya köçürtdük. Bu zaman müxtəlif 
yollarla  qazet  və  jurnallarımızı  Rzaxan  polisinin 
ran 
sərhəddlərinə  çəkdiyi  Çin  divarından  keçərək  ölkənin  daxilinə 
atdırdıq...  Həmin  illərdə  gizli  surətdə  nəşr  olunmuş 
şə
bnamələr,  elamiyyələr,  kitab  və  məcmuələr  bizim  ictimai 
həyatımızın  və  gizli  fəaliyyətimizin  ən  parlaq  nümunələrini 
təşkil edir.” 
Nəhayət Rzaxan polisi 1309 il dey ayında (dekabr 
1930) 
ran  Kommunist  Firqəsinin  bir  sıra  qabaqcıl 
nümayəndələri  ilə  birlikdə  S.C.Pişəvərini  də  həbsə  almışdır. 
Həmin  tarixdən  etibarən  tam  11  il  müddətində  onu  həbsdə 
saxlamışlar.  Lakin  Qəsri-Qacar  adlanan  dəhşətli  zindanın  uca 
divarları  və  qalın  qapıları  mübariz  S.C.Pişəvərinin  iradəsini 
qırmağa qadir olmur. O, ən ağır polis təzyiqi və olmazın əzab-
işgəncələri  qarşısında  öz  polad  iradəsilə  müqavimət  göstərir. 
Ə
n  təhlükəli  şəraitdə  belə  mübarizədən  geri  çəkilmir. 
S.C.Pişəvəri  öz  həyatının  o  dövrundən  bəhs  edərək  belə 
yazmışdır:“...Nəhayət  1309-ci  ildə  həbsə  alındıq.  ddəmiz 
(sayimiz)  çox  idi.  Yoldaşlarımızın  əksəri  zindanda  öyük 
müqavimət  və  mətanət  göstərdilər.Biz  dayandıq,  vuruşduq, 
həftələrlə  xorək  (yemək)  yemədik,  haqq  sözlərimizi  dedik.  Adi 
adamlardan  sadə  siyasi  mövzular  haqqında  öz  imzalarıla 
yazmağa  cəsarət  etmədikləri  günlərdə  bizim  səsimiz  həmişə 
ucalırdı.  Rzaxan  polisi  bizimlə  hesablaşırdı.  Səkkiz  il 
müddətində  qəsrdə(Qəsri-Qacar)  bizlərdən  başqa  siyasi 
məhbus  yox  idi.  Rzaxanın  bütün  cəlladlıq  dəstgahı  tam 
mənasında  bizim  əleyhimizə  yönəlmişdi.  Tədrici  ölümlə  bizi 
məhv  etmək  istəyirdilər.  Ən  yaxşı  dostlarımızı  itirdik. 
 
361 
Nur saçıldı bu məclisin şöləsindən, 
Muxtariyyət eşqilə yananlara, 
Qoy ar olsun!!! Uca səslə deyir vətə
Bu tarixi, bu varlığı dananlara. 
Böhtan demək bir nehzətə asan deyir, 
Səsimizə səs veribdir xalqın səsi. 
Qoy eşidsin bütün aləm: şayan deyir, 
Firqəmizə təcziyəlik əfsanəsi. 
El yapışdı bu məclisin ətəyindən, 
Güldü solan qəlbində ki, muradları. 
Üfüqlərdəəsən bahar küləyində
lham aldı könüllərin qanadları. 
Bu baharın keşikçisi, milli qoşun, 
Ə
lə aldı Səttarxanın tüfəngini. 
Səngər etdi ana yurdun dağın-daşın, 
Ə
dalət də tapdı burda öz rəngini. 
Ə
vəz oldu təməlindən qədim nizam, 
Çırmalandı yeni dünya yaradanlar. 
Ana vətən öz qoynunu açıb, tamam 
Dedi: gəlin ürəyimdə çox yaram var. 
Səttarxanda baş qovzayıb, məzarından 
Gileyləndi bu ellərin şan, şəfəri. 
Dedi: mənim adım ilə bir Xiyaban 
Yaraşarmı tozlu qala hər tərəfi? 


 
360 
Dar çəkildi şəhərlərə, obalara, 
Səs verildi elin sevən vəkillərə
Milli məclis şəfəq saçdı bu diyara, 
Arxalandı Azər adlı nəsillərə
Qədəm qoydu igid olan bu məclisə
Vətən deyə and içdilər bu torpağa; 
Koroğlu təəclafları kəsə-kəsə 
Loğman kimi girəcəyik hər otağa. 
Nitqə gəldi bu məclisdə Pişəvəri, 
El dərdiylə alovlana fərzanəmiz. 
Mən də gördüm danışan da O rəhbəri, 
Dedim: “Təzə Babək doğub zəmanəmiz” 
Dedi: Dostlar! Qulaq verin sözüm çoxdur 
Yurdumuzun köz bağlayıb, yaraları. 
Bundən artıq xalqımızda dözüm yoxdur, 
Adam saysın Fironları, Baraları. 
Nəsil-nəsil sürülmüşük bu ölkədə
Haq sözümüz xoş gəlməyib, hakimlərə
Cəllad kimi addımlayan hər kölgədə 
Rast gəlmişik fərmanlara, təhkimlərə
Hər kim yalan uydurmalar yaxsa bizə 
ran ilə qırılmazdır ilqarımız. 
Ə
gər Tehran bir qul kimi baxsa bizə 
Bu məclisin qüdrəti şüarımız. 
 
13 
Özümüzdə  fiziki  cəhətdən  ayaqdan  düşdük.  Lakin  əhval-
ruhiyyəmiz  qüvvətli  olduğu  üçün  mübarizəni  davam  etdirdik. 
Nəhayət  8  ildən  sonra  53  nəfəri  bizim  yanımıza  gətirdilər.” 
Azərbaycan  xalqının  qəhrəman  oğlu, 
ran  Kommunist 
Firqəsinin  görkəmli  xadimi  Tağı  Əbülfət  oğlu  Ərani  başda 
olmaqla 1316-cı ilin ordibehişt ayında (aprel 1937) 53 nəfərin 
zindana gətirilməsi S.C.Pişəvərini məyus etmir.” 
O,  bu  hadisəni  ran  azadxahları  daxilində  mübarizə  əhval 
ruhiyyəsinin  canlanması  rəmzi  kimi  kütlələrin  siyasi  şüur 
səviyyəsinin  yüksəlməsi  və  Rzaxan  diktatorluğunun  acizliyi 
ə
laməti kimi qimətləndirir. O, gənc mübarizlərə öz təcrübələrini 
öyrədir. Polisin hiylələrindən danışır. Gizli dərs keçir, zindanda 
necə fəaliyyət etmək yolunu göstərir. 
S.C.Pişəvəri həmin dövrü xatırlayaraq belə yazmışdır: “8, 9, 
hətta  10  il  zindanda  qalmağımıza  baxmayaraq,  ruhdan 
şmədiyimizi  görən  bu  gənclər  (53  nəfər)  ruhlandılar,  bizdə
mənəvi  qıda  aldılar.  ran  tarixində  qızıl  hərflərlə  yazılması 
zəruri  olan  şəhamət  və  fədakarlıqlar  göstərdilər.  ran 
ziyalılarının  gözü  və  çırağı  hesab  olunan  doktorlar  və 
professorlar  yetgin  siyasi  mübarizlər  kimi  aclıq  elan  etdilər, 
döyüşdülər, döyüldülər, polisin təhqirlərini acı gülüş və istehza 
ilə  qarşıladılar.  Böyük  qurbanlar  onlari  qorxutmayıb,  daha 
həyəcanlandırırdı və cəsarətləndirirdi.” 
1319-ci  ildə  (1940)  S.C.Pişəvəri  qəsr  zindanından  buraxılır. 
Lakin Rzaxan polisi dərhal onu Kaşan şəhərinə sürgün edir və 
orada  qıssa  müddət  nəzarət  altında  saxladıqdan  sonra  yenidən 
həbsə  alır.  Məlum  olduğu  kimi  ikinci  dünya  müharibəsinin 
başlanması,  Rzaxanın  randa  alman  faşistləri  üçün  geniş 
fəaliyyət  meydanı  yaratması  və  alman  faşızminin  ölkə 
daxilində  ki,  təxribatçılığı  1320-ci  ildə  dözülməz  vəziyyət 
törətmişdi.  randa  yuva  salmış  alman  faşistlərinin  təhlükəsini 
ləğv  etmək,  ziddifaşist  ittifaqi  üçün  təxirə  salınmaz  zərurətə 
çevrilmişdi.  Buna  görədə  1320-ci  il  şəhrivər  ayının  3-də  (25 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə