Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə111/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   103   104   105   106   107   108   109   110   111

 
184 
etmək  barəsində  danışıq  əmələ  gəlməsi  ətrafında  olan 
nəzəriyyələr  xüsusunda  mübahisələr  oldu.  Mərkəzi  Hökumət 
nümayəndələrinin  nəzərini  qəbul  etdirmək  üçün  etdikləri 
təkidlər,  mərkəzin  heç  vəchlə  Azərbaycan  millətinin  əsas 
tələbləri ilə razılaşma fikrində olmadığının və yenə də vədə və 
vəid  və  iğfal  siyasəti  ilə  Xiyabani,  Qiyami  və  mşrutiyyət 
inqilabının  ozaini  (vəziyyətini)  təkrar  etmək  üçün  fürsət  əldə 
etməyi  aydıncasına  göstərirdi.  Lakin  bu  kimi  fikirlərin 
qarşısında lap aşgarcasına cavab verildi ki, keçmiş iştibahlar bir 
daha  təkrar  olmayacaq  və  Azərbaycan  milləti  konqrənin 
təsmimlərini  yerinə  yetirəcəkdir.  Mərkəz  müvafiqdə  belə 
buyurub,  zor  və  islah  ilə  öz  arzusuna  yetişmək  uğrunda  xalqı 
öldürsün.  Mərkəz  nümayəndələrindən  milli  muxtariyyət  və 
milli  konqrənin  təsmimlərini  kənara  qoymaq  xususunda  öz 
nəzərlərini  belə  dedi  və  təzədən  müfəssəl  bəhs  olundu.  Ağa 
Biriya  cavab  verdi  ki,  milli  konqrənin  təsmimlərini  də 
genişləndirməyə  bizim  haqqımız  yoxdur  və  bu  iş  bizim 
səlahiyyətimizdən  xaricdir.  Biz  nə  qiymətə  olursa-olsun  öz 
milli  muxtariyyatımızı  əldə  etməyəcəyik.  Lakin  mərkəzi 
nümayəndələr bizim konqrəmizə və Azərbaycan millətinin əsas 
tələblərinə  əlaqədar  olduqlarını  deməklə  bərabər  hazırda  öz 
nəzəriyyələrindən  əl  çəkməyi  bildilər.  Buna  görə  bu  xüsusda 
müfəssəl  danışıqlar  getdi  və  razılaşmanın  çətin  və  çox  bir  iş 
olduğundan  sonra  Ağa  Bəyat  dedilər  ki,  mən  şəxsən  Tehrana 
gedib, ağaların nəzərlərini əlahəzrət humüuyni və dövlətə itlaa 
verəcəyəm.  Milli  heyət  nümayəndələri  ilə  mərkəzi  hökumət 
nümayəndələrinin  danışığı  təqribən  bir  saat  günortadan  sonra 
bir  nəticə  alınmadan  sonra  çatdı.  20  azər  1324  il  tarix.  Bu 
müzakirədən  sonra  Ağa  Bayatın  Təbrizdə  ustandar  sifətilə 
qalmasının  heç  bir  mənası  yox  idi.  Əgərçi  (baxmayaraq  ki,) 
onun vücudu qəti mərhələyə  yetişmiş nehzətin pişrəftinə mane 
ola  bilməzdi.  Lakin  onu  ləkədar  edə  bilərdi.  Biz  istəyirdik  ki, 
qansız  nehzət  başa  gəlsin,  ölkənin  əmniyyəti  xəlaldar 
edilməsin.  Bayatın  Təbrizdə  rəsmən  hökumət  olaraq,  qalması 
 
189 
ə
rbab  da  onu  icra  etmək  istəmirdilər.  Bir  tərəfdən  ərbabların 
ə
ksəri məxsusən müharibə nəticəsində varlanıb, maliklər sırasın 
keçən bazar dəllalları kənd məhsulunun baha qiymətə getməyi 
hesaba  alıb  bir  qədəm  də  olsa  dala  çəkilmək  istəmirdilər. 
Onların fikri-zikri kəndlinin dərisini soyub, qanını içərək sərvət 
toplamaq  və  yeni  kəndlər  ələ  keçirmək  olduğundan  gözlərini 
açıb,  mühiti  və  gündəngünə  şiddətlənməkdə  olan  xalq 
hərəkatını  görə  bilmirdilər.  Ona  görə  bacardıqları  yerlərdə 
müstəqimən  öz  qollarının  gücü  ilə  bacarmadıqları  yerlərdə 
jandarmlar  və  ədliyyə  məmurları  kənd  xuda,  dəhdarlar  və 
baxşdarlar  köməyi  ilə  hər  il  aldıqları  vergilərdən  daha  artıq 
vergi  almaq,  daha  yeni  bədədlər  ixtira  etməyə  çalışırdılar.  
Digər  tərəfdən  özünün  arxasını  möhkəm  hiss  edib  firqəmizin 
qüdrətinin  artmasına  görə  kəndlilər  isə  baltanı  dibdən  vurub 
ə
rbabı  yaxına  qoymaq  belə  istəmirdilər.  Yüzlərcə  Azərbaycan 
kəndlərində yaşayan kəndlilərin böyüklü kiçikli,  arvadlı-kişili, 
ümumiyyətlə  firqəmizə  yazıldıqlarının  bir  böyük  səbəbi  də  bu 
idi.  Firqə  isə  milli  demokratik  hərəkat  etdiyindən,  malik  və 
rəiyyətin hər ikisinin əməliyyatını yumşatmağa çalışırdı. Daxili, 
milli mübarizə və vətəndaş müharibəsinə dönmək istəmirdi. O 
gün bizim üçün ərbabı  əzib ortadan çıxarmaq şüarilə çalışmaq 
nehzətin  irəli  gəlməsindən  sərfi-nəzər  etmək  demək 
olduğundan  kəndli  və  ərbab  münasibəti  mövzusunda  çox 
ehtiyatlı  bir  surətdə  hərəkat  etmək  lazım  idi.  Kəndliyə 
ehtiyacımız var idi. Çünki firqəmizin arxası və qolunun qüvvəsi 
ondan  ibarət  idi.  Onu  məyus  edib,  yerində  oturmaq  olmazdı. 
Ə
rbabların  mütərəqqi  qismi  isə  bizimlə  həmkarlıq  edib,  milli 
ş
üarlarımızın  icrasında  fədakarlıq  göstərdiklərinə  görə  onların 
nehzətindən  uzaq  qalmağı  dəxi  düzgün  ola  bilməzdi.  Əgərçi 
bizim  əqidəmizcə  nehzətin  eyni  zamanda  təbəqati  cənbəsi  var 
idi.  Vəli  onu  bir  şüar  olaraq  meydana  atmaqla  Azərbaycanda 
ə
ksəriyyəti 
təşkil 
edən 
xırda 
malikləri 
özümüzdən 
uzaqlaşdırmış  olurduq.  Məsələ  olduqca  incə  idi.  Hətta 
firqəmizin  içərisində  bu  xüsusda  narazılıq  hiss  olunurdu. 


 
188 
inandıqlarından  biri  və  onu  ləkələndirmək  üçün  zəminə 
hazırlanmışdı.  Işin  gedişi  bizim  bu  iddiamızı  tamamilə  isbat 
etdi.  Bəyat  onunla  apardığımız  danışıqlarda  özünün  heç  bir 
ixtiyara malik olmadığını isbat etməklə istər-istəməz həkiminin 
siyasətini  bizim  nəzərimizdə  aşkara  çıxarmaqdan  özünü 
saxlamağa  müvəffəq  olmadı.  Həkiminin  bizi  hiylə  yolu  ilə 
ə
zmək  tədbirlərindən  birisi  də    onun  əyalət  və  vilayyət 
ə
ncümənləri barəsindəki tədbirlərdən ibarət idi. O Sədrül-Əşraf 
kimi  bu  əncümənlərin  qabağını  almaq  üçün  gülünc  dəlil  və 
sübutlar  gətirməyib  sadə  bir  surətdə  onların  dəvət  və  təşkil 
edilməsi lüzumunu elan etdi. O bu vasitə ilə öz yanında bizim 
təbliğat bəhanələrimizi əlimizdən almış olduğunu düşünürdü. O 
fikir  edirdi  ki,  Məclisi-Şurayi-Milli  kimi  əncümənləri  də    elə 
təşkil  etmək  olar  ki,  xalq  hakimiyyətinin  əsasını  təşkil  etmək 
ə
vəzində xalqın azadlıq hüququnu tapdalamaq üçün qauuni bir 
vasitə ola bilsin. Onun niyyəti bu idi. Sadə bir surətdə bir ox ilə 
iki  nişan  vurmaq  istəyirdi.  Həkiminin  tədbirlərindən  birisi  də 
bizimlə  saziş  danışıqlarına  başlanmaqdan  ibarət  idi.  Qısa  bir 
müddət  minlərcə  teleqraflara  cavab  verməyə  bir  mütəqabil 
(qarşılıqlı)  müvafiqətnamə  ərbabların  maliyat  haqqı  təsdiq 
edilməklə  bərabər,  vergi  müəyyən  bir  hüdudla  məhdud  olar. 
Ə
rbabların  o  günədək  kəndlilərdən  aldıqları  izafi  vergilər  və 
bədətləri  götürməklə  kəndlilər  hər  bir  qərara  görə  o  günədək 
vergidən əlavə alınan xərmənçilik, döşək pulu, yağ, yumurta və 
sair  qeyri-rəsmi  vergilər  tamamilə  ləğv  edilmiş  sulu  yerlərdən 
yetişdirib  bir  və  dəmi  yerlərdən  isə  doqquzda  iki  maliyyət 
haqqı verilməsi  qərara alınmış, bu yol ilə məsələ sadələşdirilib 
hər  iki  tərəfin  təklifi  aydınlaşdırılmışdır  Yerli  firqə 
təşkilatlarında  kəndli  ilə  malik  arasında  çıxan  ixtilafların  bu 
qərar  üzrə  həll  edilməsi  tapşırılmışdı.  Hətta  vaxtında  Ağa 
Nikcu vali vəzifəsindən yox olaraq, izah edərkən o bizim təşkil 
etdiyimiz  komisyonun  qərarını  rəsmi  olaraq  bəxşdar  və 
Şə
hridara  belə  elan  etmişdi.  Bu  işin  zahiri  tərəfi  idi,  həm  də 
aqilanə bir surətdə düzülmüş bir iş idi. Lakin əməldə kəndli də, 
 
185 
ilə əmniyyət pozula bilər və iş qanlı mübarizəyə dəxi müntəhi 
ola  (sona  çata)  bilərdi.  Bir  də  Milli  Məclis,  Milli  Hökumət, 
milli  muxtariyyətlə  düz  gəlməyəcək  idi.  Onsuz  da  bu  iş 
Azərbaycanda  iki  ay  tamam  idi  ki,  iki  hökumətlik  dövrəsi 
keçirirdi.  Artıq  bu  vəz  davam  edə  bilməzdi.  Ona  görə 
Azərbaycanda  milli  heyətin  qərarı  üzrə  Ağa  Bayatın  yanına 
rəsmi bir heyət göndərib, onun Azərbaycanı tərk edib, getməsi 
lüzumunu  bildirdik.  O  isə  heç  bir  qüdrət  və  köməyə  dayana 
bilmədiyi  halda  özünün  orada  qalması  üçün  israr  etməsini 
zərərli hesab etməsinə görə bizim pişnəhadımızı qəbul etdiyini 
bilirdik.  Bayat  əgərçi  bizim  ilə  aparılan  danışıqları  özünün 
məsələnin  həlli  üçün  Tehrana  getməyi  hazırlandığını 
bildirmişdi.  Lakin  bu  getmək  rəsmən  bizim  pişnəhadımızın 
hesabına yazılan bir iş idi. Aşağıdakı tozihatı milli azadlığımız 
yolunda  faciəli  bir  surətdə  edam  edilən  Firidun  brahiminin 
qələmilə  farsca  yazıdıb  “Azərbaycan”  ruznaməsinin  76 
ş
umarəsində  dərc  edilmişdir.  Biz  bu  məqalənin  tərcüməsini 
tamamilə burada dərc etməklə o gün bizim öz şüarlarımıza olan 
ə
laqəmiz  və  Tehran  hökumət  nümayəndəsinin  bizim 
nehzətimizə  nə  gözlə  baxdığını  oxucu  şəxsən  biqərəzlik 
göstərdiyinə  görə  Azərbaycanda  istər  nehzətdə  şirkət  edənlər, 
istərsə,  xalq  tərəfindən  məhrəmanə  (gizli)  bir  surətdə  qəbul 
edilib, kamali nəzakət və ehtiram ilə  yola salındı. Biz kamilən 
(küllü)  biqərəz  (qərəzsiz)  olduğumuzu  isbat  etmək  üçün  onu 
təyyarə  meydanınadək  müsaiyət  etdik.  Mən  şəxsən  təyyarə 
meydanında  ona  tələbatımızı  qəbul  etmək  şərtilə  Tehran 
hökuməti ilə hər gün müzakirəyə hazır olduğumuzu bildirdim. 
Ona dövlətin silah gücü ilə Azərbaycan nehzətini yaratmağının 
zərərlərini  sayıb,  göstərdim.  Əlbəttə,  o  gün  Tehran 
hökumətində  belə  bir  qüdrət  yox  idi.  “Fərz  mahal  –  mahal 
deyil”  məsələsi  mövcibincə  mən  ona  dedim:  “Əgər  Tehran 
xarici imperialistlərin göstərişi və köməyi ilə bizim nehzətimizi 
üzməyə  müvəffəq  olsa  belə  xalqımızın  haqqını  əbədi  olaraq 
ğə
sb  edə  bilməyəcəkdir.  Tez  ya  gec  azərbaycanlı  öz  istədiyini 


 
186 
alacaq, öz müqəddəratını özü təyin edəcəkdir. Tehran əgər sülh 
və  saziş  yolu  ilə  irəliyə  gələrsə,  ortada  pərdə  yırtılmaz  və 
faydasız  qanlar  tökülməyəcəkdi,  düşmənlik  yaradmaz,  Tehran 
və nə qədər əhəmiyyətsiz hesab etsə belə, bu məsələ Tehran ilə 
Təbriz  arasında  bir  cığır  hadisəsinin  açılmasına  səbəb 
olmuşdur.  Sabah  təzahür  edilmiş  qanlı  bir  hadisə  qabağa 
çıxarsa,  bu  cığır  dərinləşib,  keçilməz  bir  vəziyyət  kəsb  edə 
bilər. Tehranın səlahı millətini və dilini rəsmi tanımaqdadır”. O 
mənə  bu  sözlərin  rəsmi  məqama  yetirəcəyinə  söz  verdi. 
Istədiyimizə 
görə 
Bayat 
Tehrana 
müraciət 
etdikdəAzərbaycanda  həqiqətən  böyük  bir  nehzətin  başlandığı 
barəsində rəsmi məqamlarda və xüsusən Məclisi-Millidə etdiyi 
bəyanatında  olduğca  bitərəf  bir  ləhnlə  izhəri-əqidə  etmişdir. 
Ə
ksəri  mürtəcelərdən  olan  məclsin  nümayəndələri  xarici 
imperialistlərin oynayan Həkimül-mülk və ümumiyyətlə  ngilis 
və 
Amerika 
sərmayədarlığının 
quyruğunda 
Tehran 
heyətihakiməsi  isə  öz  tutduğunu  buraxmaq  fikrində 
olmadığından  onun  nisbətən  bitərəf  sözlərinin  belə  xalq 
içərisində intişar tapmasına mane oldular. Bu bəyanatdan sonra 
Tehranın  mürtəce  ruznamələri  məxsusən  Seyid  Ziya  və  onun 
ə
vvan  və  ənsari  tərəfindən  qaldırılan  hay-küy  daha  da 
ş
iddətlənməklə  danışıq  emidinə  xatimə  verildi.  Azərbaycanda 
iş  gözlənilmiş  surətlə  yox  nehzət  çərçivəsindən  qırağa  çıxıb 
qüvvətlə  hərbi  şəkil  aldı.  Gələcək  qismətdə  göstərəcəyimiz 
təfsil  üzrə  Azərbaycanda  iki  hökumətlik  dövrəsi xatəmə  tapıb, 
iş  xalqın  intixab  etdiyi  Milli  Hökumət  əlinə  keçməklə  nə  tək 
Azərbaycan, bəlkə bütün  randa yeni bir dövr başlandı. Kəndli 
21  Azər  günlərində  Azərbaycan  kəndlisinin  qərzlər  boyu  ağır 
və  taqət  fərsa  zülüm  və  əsarətə  məruz  qalıb,  qullar  və  əsirlər 
kimi  maliklərin  keyf  mayəşalərinə  qurban  olduğlurını  qeyd 
etmişdik.  Xalqın  əksəriyyətini  təşkil  edən  bu  zəhmətkeş 
camaatın  cahan  müharibəsi  başlanmasının  süqutu  ilə  dil, 
mətbuat  və  ictimayyətin  müvəqqəti  olaraq,  azad  elan  edilməsi 
nəticəsində ağır yuxudan oyanıb, özünün insanlıq haqqını tələb 
 
187 
etməyə  yoluna  qədəm  qoymuşdu.  Hələ  müttəfiqlərin  vürudilə 
1941  və  1942-ci  illərdə  Azərbaycanın  bəzi  kəndlərində  təbii 
olaraq  və  təşkilatsız  bir  şəkildə  kəndli  üsyanlarının  baş 
qaldırmağını  yazmışıq.  Onların  müsbət  bir  nəticəyə 
yetişmədiklərinin  illət  və  səbəblərini  göstərmişdik.  Firqəmiz 
təşkil tapdıqdan sonra nə tək Azərbaycanda, bəlkə bütün  randa 
demək  olar  ki,  şərait  dəyişmişdi.  Kəndli  istər-istəməz  özünün 
arxasında  böyük  bir  qüdrət  hiss  etməkdə  idi.  Doğru,  biz  öz 
məramnaməmizdə malikiyyət haqqına etiraf etmiş (xalisən  və 
xalq düşmənləri sırasına keçən böyük mülkədarlar olmaq üzrə) 
yerlərin maliklər əlində  qalmasını təsdiq edib, fəqəd kəndli ilə 
ə
rbab  arsında    adilanə  bir  qərar  düzəldilməsini  lazım 
görmüşdük.  Buna  baxmayaraq,  kəndli  bizim  nehzətimizdən 
böyük  ümüdlər  gözləyir.  Tez  ya  gec  ərbabın  şərrini  öz 
başlarından  qəti  və  əbədi  olaraq  rədd  etmək  ümidində  idi. 
Bununla  belə  günün  şəraitini  nəzərdə  tutmayıb,  sabiqki,  kimi 
vəhşiyanə  hərəkatında  davam  edən  ərbablar  kəndlinin  şədid 
müqavimətinə  təsadüf  edərək  bir  həyacana  dönmüş  öz 
istədiklərini  zorla  almağa  çalışırdılar.  Hətta  bu  səbəb 
nehzətimizin başlandığı günlərdən kəndli ilə ərbab məsələsinin 
həlli  firqəmizin  qarşısında  duran  ən  mühüm  məsələlərdən  biri 
hesab  olunmağa  başlamışdı.  Bu  məsələnin  adilanə  bir  surətdə 
həll  etmək  üçün  hələ  Bayat  Azərbaycanda  olduğu  vaxt  firqə 
tərəfindən malik ilə kəndli nümayəndələrindən ibarət bir heyat 
intixab edilib hər iki tərəfin pişnəhadlarını kağız üzərinə gətirib 
firqənin  mərkəzi  komitəsinə  təqdim  etmişdi.  Müfəssəl 
müzakirədən  sonra  qəbul  edilən  və  nədə  bir  nüfuza  malik  idi. 
Eyni  zamanda  özü  böyük  maliklərdən,  maliklərin  və  şahın 
tərəfi-etimadı  (inamlı)    hesab  olunurdu.  Onun  Təbrizə 
göndərilməsi  çox  hiylə  və  şeytənətamiz  bir  məsələ  idi. 
Hakimül-Mülki,  yuxarıda  tanıdığımız  adamı  bu  işə  təyin 
etməklə,  əvvəla  ciddi  bir  rəqibi  mərkəzdən  uzaqlaşdırır. 
Saniyən  (ani)  onun  tərəfdarlarının  ağızlarına  sümük  atmış, 
üçüncü  isə  onun  bizimlə  saziş  edə  bilməyəcəyinə 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə