Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə105/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   101   102   103   104   105   106   107   108   ...   111

 
198 
S: Yaralılar necə oldu? 
C: Hər kəsin adamları gəlib onları evlərinə apardılar. 
S: Yaralılardan kimlər öldü? 
C:  Yaralılardan  Məşədi  Abdulla  Nemət  oğlu,  Fətəli  Mirzəli 
oğlu, yaraları bərk olduqları üçün öldülər. 
S: O biri yaralılar haradadırlar və adları nədir? 
C:  Onların  yaraları  çox  olduqdan  indi  Əcəmi  kəndində 
evlərində  yatırlar.  Birinci  smayıl  Məmmədəli  oğlu,  ikinci 
Heydər  oğlu,  üçüncü  Orucəli  Məşədi  Əmir  oğlu,  dördüncü 
Məşədi Bağır Zeynalabdin oğlu. 
S: Bu ölənlərə kimlər gəlib, baxdı və dəfn etdi? 
C:  Sərvan  dəbiri  18  əmniyyə  və  hökumət  baxşdarı  ilə 
xalqdan şallaq gücü ilə tozihat (izahat) aldılar. 
S: Onlar daha nə etdilər? 
C:  Kəndlərdən  Əjdər  Əli  və  Həsənəli  Əli  oğlunu  tutub 
apardılar, hal-hazırdada zindandadır. 
S:  ndi əsl qatillər haradadır? 
C:  Qatillərimiz  azad  surətdə  şəhərdə  gəzirlər.”  Mürtəce 
jandarmlar Rzaqulunu necə öldürdülə
“Yoldaşlarımızdan  biri  mənzilimizə  gəlib  məni  çağırdı  və 
dedi  ki,  cənazəni  gətirdilər.  Mən  onunla  bərabər  getdim. 
Cənazəni  qaraja  gətirmişdilər.  Marağanın  fərmandarı 
Dadistan  bazirəş  (yoxlama)  rəisi  nəzmiyyə  və  kələntəri  rəis 
jandarmeri  orada  bir  iddə  ayrı  adamlarla  durmuşdular.  Ağ
Doktor  Astani  cənazəni  müayinə  edirdi.  Orada  ruhsuz  cavan 
bir  cəsəd  görsənirdi.  Onu  loxt  etmişdilər.  Mən  ona  baxanda 
ürək  yandırıcı  bir  mənzərə  gördüm.  Bədəni  qaralmışdı. 
Başında  böyük  bir  yara  görünürdü.  Onun  bədənini  sərnizə  ilə 
surax-surax etmişdilər. Tüfəng qondaqlarının zərbələrinin əsəri 
 
175 
atılan məsələlərini genişləndirməklə iki tərəfin və heç bir dil ilə 
anlaşa  bilməyəcəklərini  aşkara  çıxmışdı.  Bizim  tərəfdən  Ağa 
Rəfii,  Ağa  Şəbüstəri  və  qeyriləri  kinayə,  işarə  və  üstörtülü 
cümlələrlə  onlara  hali  etmişdilər  (aydınlaşdırmışdılar)  ki, 
məsələ  bu  sadəliklə  həll  oluna  bilməz.  Ağalar  cələsəni 
toplamaqla fəqət Tehran irticai hökümətinin mənzurunu əncam 
verməkdən  başqa  Azərbaycan  xalqına  heç  növ  kömək  edə 
bilməyəcəklər.  Biriya  isə  məsələni  daha  açıq,  daha  aydın  bir 
surətdə  ortalığa  atmaqla  məclisin  nəticəsiz  qurtarmasını  təmin 
etmişdi.  Ağa  Siqətül-Islamın  mənzilində  olan  xüsusi 
müzakirənin  cərəyanı  Ağa  Siqətül-Islam  və  möhtərəm  ağalar, 
mən  firqəmiz  tərəfindən  çox  iftixar  edirdim  ki,  bıçaq  bəndə 
(dayanan)  gün  siz  bizi  bu  məclisə  dəvət  etmisiniz.  Neçə  ki, 
ağalar  bilirlər,  biz  Azərbaycan  xalqı  ranın  istiqlaliyyətini 
bugünkü  günə  qədər  zəmanət  etmişik.  Yenə  edəcəyik.  Biz 
firqəmiz  tərəfindən  verilən  dəsturlara  (əmrlərə)  həmişə  itaət 
edib  dönməz  bir  iradə  ilə  qabayımızda  duran  məsələlərin 
həllinə 
ə
yaləti 
və 
vilayyəti 
ə
ncümənlərin 
qurulub, 
muxtariyyatın alınmasına qəti surətdə iqdam edəcəyik. Biz tarix 
boyunca ki sabit etmişik və  yenə də lazım olsa sabət edəcəyik 
ki,  Azərbaycanlılar  vətənimizə  və  məmləkətimizin  istiqlalına 
ə
laqəməndik.  əgər  icab  eləsə  bir  sərbaz  kimi  məmləkətin 
cənubundan  sərhədddimizi  müdafiə  etmək  üçün  bia  qarış 
torpağımızdan  əcnəbilərə  verməyib  bir  sərbaz  kimi  sinəmizi 
gerib  mücahit  və  fədakarlıqlan  çəkinməyəcəyik.  Qaldı 
ə
mniyyət  və  onun  pozulması  haqqında  demək  istəyirəm  ki, 
buna bais rəhimsiz və ləyaqətsiz qan içən dövlət məmurlarının 
sui-rəftarı  olmuşdur.  Xüsusilə  mərkəzi  hökümətin  axırıncı 
ə
rmağını  olan  Səddər  kabinəsi  ki,  Tehranda  azadxahlıq 
cərəyanını  boğub  təşkilatları  bağlatdırıb  məhrəmanə  dəsturlar 
vasitəsilə  jandarmeri  dəstgahın  məzlum  və  bicarə  kəndlilərin 
ə
leyhinə  təhrik  etdirdi.  Həmin  bu  müamələnin  nəticəsində 
dodaqları  kəsilən  şallaqları  altında  vücuda  qaralan  arvadın  örz 
və  namusu    tapdalanan  kəndci  daha  səbr  edə  bilməyib 


 
176 
yetişdiyimiz  kimi  əmniyyələrin  qollarını  bağlayıb  silahlarını 
ə
llərindən  aldılar.  Ağa  Siqqətül- slam,  sizdən  xəbər  alıram, 
ə
mniyyənin  (polisin)  nə  haqqı  var  biçarə  kəndçinin  namusuna 
təcavüz  eləsin.  əmniyyənin  nə  haqqı  var  kəndlinin  dodaqlarını 
kəsib və ya balaca uşaqların sərnizədən keçirsin. Qaldı şəhərdə 
ə
mniyyət  məsələsinə  gəlincə  və  xalqda  olan  iztirab  və 
heysiyyətin  baisini  məndən  xəbər  alsalar  deyərəm  Sərtib 
Dirəxşanidir. Sərtib nə səbəb və nə illətə görə şəhrdarı idarəsini 
ki,  milli  bir  müəssisədir,  işğal  edib,  ora  sərbaz  gətirib  və 
müsəlsəl qoyubdur. Ağa Sərtib Dirəxşani verdiyi elamiyədə nə 
demək  istəyirdi,  mütəmərrid  kimlərə  deyirdi.  Bir  fərd 
mütəmərrid  ola  bilər,  amma  bir  təşkilat  ki,  qanun  əsası 
mövcəbincə  onun  qurulasına  imkan  verilir,  heç  bir  vaxt  ona 
mütəmərrid  adı  verə  bilməz.  Ağa  sərtəb  Dəraxşani  nəşr  etdiyi 
elamiyyədə  güya  deyirdi  ki,  vurram-öldürərəm  kimi  öldürmək 
istəyir.  Nə  haqq  ilə  öldürmək  istəyir  kimə  qarşı  dayanmaq 
fikrindədir. Qoy Ağa Sərtib Dirəxşani bilsin ki, millətin iradəsi 
müqabilində  o  heç  bir  vaxt  məğruriyyət  (özünəqüvənmə) 
göstərə bilməz. Biz, necə ki, dedim Şəhrivər hadisəsindən sonra 
Tehrana minlərlə ərizələr, şikayətlər, teleqraflar vurmuşuq, bəli 
bu  günkü  günə  qədər  çox  təəssüflər  olsun  ki,  bir  nəticə  ala 
bilməmişik,  ona  görə  də  mən  açıq  deyirəm.  Biz  mərkəzi 
hökumətdən  məyus  olmuşuq  və  Tehrana  heyət  göndərməyə 
lüzum  yoxdur.  Əgər  mərkəzi  hökumətin  bizə  fərmayişi 
(buyruq)  varsa,  buyursun  təşrif  gətirsin  bizə.  Siqqətül-Islamın 
mənzilində  təşkil  olunan  cələsə  demək  olar  ki,  Hakimül-Mülk 
hökumətinin  birinci  manevri  idi.  Nehzətimizi  silah  gücü  ilə 
boğmaq üçün hazırlanmaqda olduğu qəhr və qələbə nəqşəsinin 
üstünü  örtmək  üçün  Dövlətşahı  və  sair  idarə  başçılarının 
köməyilə bu oyunu düzəltmiş, yazıq Hacı Əzəm xanın adından 
istifadə  etmişdi.  Eyni  zamanda  bu  vasitə  ilə  bizim  fikrimizi 
bilmək və əlimizi dəxi oxumaq istəmişdilər. Nəticəsiz qurtaran 
bu  təşəbbüsdən  sonra  bəzilərini  iğfal  etmək  üçün  ciddi  bir 
qədər götürüb, rəsmən danışığa girişməyə təşəbbüs etdi. Bu isə 
 
197 
C:  Onların  birisi  Xanəli  oğlu  əmniyyənin  tüfəngində
yapışşdı ki, onu öldürməsin. 
S: Bəs o vaxt nə oldu? 
C:  Ərbab  Xanəliyə  qışqırdı  ki,  köpək  oğlu  əmniyyənin 
tüfəngini boşla. 
S: Xanəli nə deyirdi? 
C: Xanəli deyirdi, axı ərbab əmniyyə məni öldürür. 
S: Bu mövqedə ərbab nə etdi? 
C:  Ərbab  Xanəlinin  əmniyyənin  tüfəngini  boşlamaq  üçün 
tüfənginin gülləsini açdı. 
S: Güllə kimə dəydi? 
C:  Güllə  Xanəliyə  dəyməyib  əmniyyə  Orduxana  dəydi  və 
orada öldü. 
S: Bəs, qalan kəndlilər nə etdilər? 
C:  Bu  vaxt  o  biri  kəndlilər  evdən  qaçaraq  çıxdılar.  Onlar 
canlarını 
qurtarmaq 
istəyiridi, 
lakin 
həyat 
qapısını 
basdırmışdılar. Onlar qaça bilmədilər. 
S: Onlar necə oldu7 
C:  Ərbab,  əmniyyə,  nökəri  Əbdülhüseyn  və  Hüseynqulu  o 
kəndliləri tira-baran etdilər və onlarda iki nəfəri öldürdülər. 
S: Onlar kimlərdir? 
C: Həsənağa, Yusif Əli, Fətəli Mirzəli oğlu. 
S: Qalanları necə oldu? 
C: Yaralanmış surətdə yıxılıb, qaldılar. 
S: Bəərbab və onun nökərləri hara getdilər? 
C: Onlar qapını açıb atlarına minib getdilər. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə