Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə104/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   100   101   102   103   104   105   106   107   ...   111

 
174 
nehzətdən  qabaq  demək  olar  ki,  Azərbaycanın  nüfuz 
sahiblərinin  ən  əhəmiyyətli  şəxsləri  hesab  olunurdular. 
Dövlətşahı  maliyyə  rəisi  ustandarlardan  sonra  ən  ali  dövlət 
məqamı, Təbatəbai, məmurlardan başqa şəxsən  randa adlısanlı 
və  nüfuzlu  adamlardan  idi.  Noyani  və  başqa  dövlət  idarə 
başcıları  da  adi  mövqelərdə  və  mühüm  adamlar  cərgəsində 
hesab  olunmaqda  idilər.  Bir  sözlə  demək  olar  ki,  onların 
nöqteyi-nəzərindən  cələsə  olduqca  mühüm  bir  cələsəni  (iclası) 
toplamaq özü bu sadəliklə başa gəlməzdi. Çünki Azərbaycanın 
bütün  şəhər  və  kəndlərində  fədailər  baş  qaldırıb,  böyük  xalq 
yığıncaqları  vasitəsilə  camaat  milli  məclis  seçkilərini  Tehrana  
müntəzir  olmadan  milli  azadlıq  və  milli  muxtariyyət  şüarının 
icrasını  tələb  edirdilər.  Belə  bir  zamanda  vali  bir  yerə  bağlı 
olmayıb,  dövlət  tərəfindən  və  xarici  məqamlardan  xəbərsiz 
olaraq  bu  işi  görməyə  Siqətül- slam  kimi  ehtiyatkar  bir  adam 
qətiyyən iqdam etməzdi. Siqətül-Islamın bəyanatı: 
“Ağalar,  zəhmət  verib,  dəvət  etməkdən  məqsəd  arada  bir 
hüsni-təfahüm  (hüsni-niyyət)  icad  edib,  əmniyyət  və  aramiş
bərqərar  etməkdədir.  Ətrafda  olan  əməliyyət  camaatın  vəhşə
və iztirabına səbəb olur. Niyyət budur ki, hər iki tərəfdən təşrif 
gətirən aqalar Feli vəziyyəti nəzərdə tutub, ya burada bir heyə
əyyən  buyursunlar  ki,  Tehrana  təşrif  aparıb,  Dövləti-
mətbuat  ilə  vəziyyət  müzakirə  olsun.  Mərkəzdən  dövlə
tərəfindən bir iddə aqalardan təşrif gətirib, bizim dediklərimizə 
rəsidəlik  edib,  adilanə  bir  surətdə  nəzarət  etsinlər.  Bunu 
nəzərdə tutmaq lazımdır ki, burada biqanələrin qoşunu var. Elə 
ə
məl  baş  verməsin  ki,  dünya  Pişvaləri  (rəhbərləri)  Tehrana 
təşrif  gətirdiyi  zaman  müsəlmanlar  üçün  baisi-nəng  olsun 
(müsəlmanlara  irad  tutması).  Xüsusən  hamıya  məlumdur  ki, 
dünya  Pişvaləri  Tehrana  təşrif  gətirdikləri  zaman  ranın 
istiqlaliyyəti  təsvib  və  təsminini  buyurdular.  Ümüdvaram  bu 
məsələlərin haqqında qəti bir nəticəyə gələcəkdir.” 
Siqətül-Islamın nitqi ilə təqribən müxalif dəstənin sözlərinin 
ə
sası  ortalığa  qoyulmuşdu.  Bununla  belə  başqalarının  ortaya 
 
199 
bilinirdi.  Rzaqulu  xan  Iydəli  kəndinin  komitəsinin  üzvü, 
Marağada  mitinqdə  şirkət  etməkdən  ötrü  bir  iddə  ilə 
kəndlərindən  çıxardılar.  Hava  soyuq  olduğu  üçün  gecə  Qulu 
kəndində qəhvəxanada (çayxanada) qalırdılar. Gecə yarısı Əziz 
Mükri binanın rəis jandarmeri bir iddə əmniyyə ilə ki, onların 3 
nəfərinə də kürd libası geydirmişdilər, oranı mühasirə edirlər. 
Bir  iddə  qaçır  və  13  nəfərinin  tutub  Marağaya  gətirirlər, 
Rzaqulu  xanı  da  orada  tutub  qolların  bağlayırlar.  Sonra 
karvansaranın  divarının  dibində  onun  tüfəng  sərnizə  və  at 
noxtəsinin zənciri ilə vurmağa başlayırlar. O qədər vururlar ki, 
ölür. Ondan sonra onu soyundururlar. Sərnizə ilə başından bir 
zərbə  vururlar.  Parçalanır.  Zəncirin  halqalarının  yeri  eynə
onun  bədənində  qalırdı.  Qabırğaları  əzilmişdi.  Bədəni 
suraxsurax olmuşdu. Bu faciəli mənzərəni tərif etmək mümkün 
deyil.  Onun  əksləri  jandarmların  etdikləri  cinayətinin  tərzini 
bizə  güstərir.  Murad  əmniyyə  indiyə  kimi  20  nəfərdən  artıq 
adam öldürübdür. Yenə də bu biçarə cavanı bu cür birəhmanə 
öldürüb.  Indiyə  kimi  dövləti  məqamatə  Murad  əmniyyənin 
indiki  işlərin  güzarişini  veriblər  və  o  cinayətkarı  öz  qanuni 
cəzasına yetirməyib və mövzunu rakid qoyublar. Sərvan Abdini 
Marağanın  jandarmeri  rəisi  istəyridi.  Orada  Rzaqulunun 
ölməyi bir ayrı cür cilvə versin. O xiyal edirdi ki, marağa xalqı 
onu  binabdan  Əziz  Mükrini  çağırıb  və  xüsusi  bir  dəstur  ilə 
Qulu  kəndinə  yollamağın  bilmirlər.  Əziz  Mükri  nahardan 
qabaq motosikletlə Marağaya gəlib və Sərvan Abdinidən dəstur 
alandan sonra oraya getmişlər. Jandarmlar tamam kəndərdə öz 
vəhşi  hərəkətlərinə  və  əmllərinə  idamə  verirlər.  Biçarə 
kəndlilər  indi  bu  soyuq  havada  evlərində  yata  bilmirlər. 
Jandarmlar  edən  cinayətlərin  daha  həddi-hesabı  yoxdur.  Heç 
bir  məmləkətə  indiyə  kimi  bu  cür  cinayətlərin  sabiqəsi 
olmamışdı.  Aya,  harada  indiyə  kimi  zəncir  zərbəsilə  adam 
öldürüblər?  Faşizmin  Rusiya  ölkələrində  etdikləri  cinayətlə
eynən jandarm vasitəsilə Azərbaycanda təkrar və təqlid olunur. 
Bu  gün  Azərbaycan  xalqı  hər  cür  tədiyyata  bir  dünyada  ki, 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə