Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə106/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   103   104   105   106   107   108   109   110   111

 
196 
S: Ərbab daha nə istəyirdi? 
C: Otlarımızdan də bəhrə çıxacağam dedi. 
S: Siz nə dediniz? 
C: Bizim sözümüz yoxdur. 
S: Siz ərbabla harada danışırdınız? 
C: Biz 9 nəfər rəiyyəərbabın evində idik. 
S: Ərbabın yanında kimləri var idi? 
C:  Ərbabın  yanında  bir  nəfər  baş  qulaqlı  Mirzə  Qulam,  iki 
nəfəəmniyə, bir nəfər hökumət məmur Əbülhəsən, iki nəfərdə 
öz  nökərləri  olan  Əbdülhüseyn  Sasani  və  ərbabın  mehtəri 
Orucəli  idi.  S:  Ərbab  sizə  daha  nə  dedi?  C:  Ərbab  dedi  ki, 
köpək uşaqları arvadları yox necə ki, indiyə qədər mənim üçün 
müftə  biyara  (pulsuz  işləmisiniz)  getmişsiniz,  gərək  bu  gündə
etibarən  mənim  nökərlərim  üçün  də  biyarə  gedəsiz.  S:  Siz  nə 
dediniz? C: Biz dedik: “Başınıza dönüm ərbab, bizim taqətimiz 
yoxdur, biz sizin üçün biyara gedirik. Sizin nökərlərinizə müftə 
işləmirik”. 
S: Ərbab nə elədi? 
C: Ərbab o dəqiqə nökəri Əbdülhüseynə əmr etdi ki, vur bu 
köpək oğlanlarını. 
S: Sizlərdən kimi vurdular? 
C:  Əvvəl  ərbabın  nökəri  Əbdülhüseyn  öz  nağanı  ilə  mənim 
çiynimdən güllə ilə vurdu. Mən də yıxıldım. 
S: Sonra nə cür oldu. 
C:  Sonra  ərbab  öz  əlindəki  tüfənglə  qardaşım  Qulamı  da 
vurub orada, öldürdü. 
S: O biri kəndlilər nə elədilər? 
 
177 
zahirdə  təqribən  bizim  xalq  konqrəsinin  çıxardığı  qərar  və 
dövlətə  etdiyi  müraciətnamənin  cavabı  idi.  Vəli  çox  gec 
olmuşdu. O vaxt biz dövlətin oynadığı oyunlar nəticəsində biz 
çox  irəli  gedib,  bizə  cavab  vermək  əvəzində  bir  tərəfdən 
Tağızadə  vasitəsilə  Londonda  və  sair  xarici  ölkələrdə  bizim 
ə
leyhimizə  apardığı  fitnətamiz  fəaliyyəti  artırıb,  özünün 
xəttihərəkətini  təqib  etdiyini  açıb  meydana  qoymuşdu.  Digər 
tərəfdən  əleyhimizə  müsəlləh  qüvvə  hazırlayıb,  məhəlli 
qüvvələri təqviyət etməklə iş qəhr və qələbə  yolu ilə getməyə, 
hazırlanırdı, bunu da biz ehsas edirdik. Həqiqətən jandarmların 
vəhşiyanə hərəkəti azadlığı bir an əvvəl əldə etmək üçün şədid 
bir surətdə fəaliyyət göstərməkdə idi. Biz bilirdik Həkimi oyun 
oynamaq istəyir və Bayat bizim istədiyimizi təmin etmək üçün 
heç  günə  ixtiyarata  malik  deyildir.  Bununla  belə  onun 
bəhanəsini  kəsib  söhbət  etmək  və  xalqı  mürtəcelərin  həqiqi 
məqsədini  anlamaq  üçün  belə  bir  danışıq  başlanmasına 
müxalifət  göstərəmədik.  Milli  heyət  tərəfindən  şəxsən  mənim 
məsuliyyətim  ilə  Şəbüstəri,  Biriya  və  Firudin  brahimidən 
mürəkkəb  bir  heyət  Bəyat  və  Dövlətşahdan  ibarət  olan 
nümayəndələri ilə danışığ aparmağa intixab olunduq. Danışıq o 
zaman  bitərəf  tanınan  Sərrac  Mirzənin  evində  təşkil  olundu. 
Çünki Bəyat rəsmi dövlət nümayəndəsi olduğunu nəzərdə tutub 
bizim firqə və ya milli təşkilatımızın binasına gəlmək istəmirdi. 
Bizim  də  əleyhimizə  ciddi  surətdə  mübarizə  aparan  dövlət 
nümayəndəsinin  hüzuruna  getməyi  xalqımız  üçün  tuhin  hesab 
edirdik. Ona görə bizim təklifimiz üzrə Sərrac Mirzənin evi bu 
iş  üçün  məsləhət  görüldü.  Bu  görüşün  tarixi  əhəmiyyətini 
nəzərdə  tutub,  vaxtında  o  xüsusda  intişar  verdiyimiz  rəsmi 
xəbərləri eynən buraya nəql etməliyik. Bizcə, hətta bu xüsusda 
“Azərbaycan”  ruznaməsinin  yazdığı  baş  məqalənin  də 
ə
həmiyyəti az deyildi. Azər ayının 17-də Ağa Sərrac Mirzənin 
mənzilində  heyət  milli  nümayəndələri  və  Ağa  Bəyat  arasında 
mülaqat  əmələ  gəlmişdi.  Bu  mülaqatın  zəminində  heyət-illi 
nümayəndələri  ilə  mərkəzi  hökumət  nümayəndəsi  Ağa  Bəyat 


 
178 
arasında  bir  silsilə  rəsmi  müzakirə  olmuşdu  ki,  bu  müzakirə 
günortadan  bir  saat  sonraya  kimi  idamə  (davam)  tapmamışdır. 
Aban  ayının  29  və  30-da  Azərbaycan  müəssisən  məxlisinin 
təsvib  etdiyi  Azərbaycan  millətinin  təqazasını  (istəyini)  heyət 
milli  nümayəndələri  mərkəzi  hökumət  nümayəndəsi  Ağa 
Bəyata yetirib, ona təzəkkür vermişlər ki, əgər mərkəz bu əsası 
təqaza  ila  müvafiqət  göstərsə  cuzi  məsələlər  ətrafında 
müvaffiqət hasil etmək,  sonra əsas məsələlərə keçmək. Biz bu 
müzakiratın təfsilini gələcəkdə oxucularımızın nəzəri-diqqətinə 
yetirəcəyik.  Mərkəzi  hökumət  nümayəndəsi  ilə  aparılan 
danışıqlar  haqqında  Tehran  hökuməti  əcib  bir  mövcuddur.  Bir 
tərəfdən məsələni  yerində həll etmək məqsədilə  şəhərimizə ali 
rütbə  məmur  göndərib,  milli  heyətimiz  ilə  rəsmən  müzakirəyə 
girir.  O  biri  tərəfdən  məcalis  və  mətbuatda  bizim  milli 
hərəkatımızın  əleyhinə  şədid  həyahu  qaldırıb,  başımızın 
üstündə xarici ölkələrə əl uzadır, biganələrdən istimdad etməklə 
ran  camaatının  haqq  və  hakimiyyətini  ixlal  edir.  Biz  mərkəzi 
hökumət  nümayəndəsi  Ağa  Bəyata  çox  açıq  surətdə 
millətimizin  əzm  və  iradəsi  sayəsində  milli  məclis 
müəssisamızın  xiləlnapəzir  qərarını  və  onun  bütün  dünyaya 
elan  etdiyi  elamiyyəsini  şərh  verib  dedik.  Ancaq  bizim  milli 
muxtariyyatımızı  təmin  etdiyi  halda.  Dövlət  nümayəndəsi  ilə 
danışığa  girişib,  mərkəzlə  irtibatımızın  hüdudunu  təyin  edə 
bilirik. Bu əsası qəbul etmədən əvvəl danışılan sözlər və edilən 
müzakirələrin  qaydası  ola  bilməz.  Ağa  Bəyat  şəxsən  bizim 
haqqımıza  etiraf  edib,  əsl  fikrimizin  və  prinsiplərimizin  səhih 
olduğunu  qeyd  etdiyi  halda,  onun  ətrafında  aydın  və  açıq  bir 
söz  deyə  bilmirdi.  O  istəyiridi  söz  ilə  bizim  əsl  məqsədimizi 
yuyub,  təmizləyib,  milli  muxtariyyat  ünvanını  aradan  aparsın. 
Onun danışıqları qətiyyən öz vicdanın sədası deyidli. Ixtiyaratı 
məhdud.  əl  və  ayağı  bağlı  bir  adam  kimi  çabalıyıb,  durduğu 
yerdə  qalır.  Vaxtı  tələf  etmək  üçün  cuziyyat  üzərində  uzun-
uzadı  mübarizəyə  girişirdi.  Nəhayət  nümayəndələrimiz  ona 
vəziyyəti  olduğu  kimi  təsvir  edib,  aydın  bir  lisan  (dil)  ilə 
 
195 
3-də  Sərənd  qəriyəsində  jandarm  məmuru  Xacə  Qurbanəli 
haman  kəndin  ağsaqqalı  Izzət  adlı  kəndlinin  azadlıq  üstündə 
ə
llərini  baslamış  (əzmiş)  üzünü  və  saqqallarını    yandırmışlar. 
“Azərbaycan” ruznaməsi müxbirinin yaralanmış kəndli Zülfəli 
ilə müsahibəsi 
“Sual: - Adın nədir? 
Cavab: - Məşədi Zülfəli. 
S: Hansı yerlisən? 
C: Həştərudun Əcəm kəndlisi. 
S: Ərbabınız kimdir? 
C: Məmməd Sadıq xan Müctəhidi. 
S: Səni kim yaralamışdır. 
C: Mənim qolumu Məmməd Sadıq xanın nökəri Əbülhəsə
Sasani öz nağanı ilə yaralamışdır. 
S: Nə üçün səni güllə ilə vurdular? 
C: Mənə əmniyyə gəlib dedi ki, səni ərbab çağırır. 
S: Siz getdinizmi? 
C: Bəli. Məndən başqa da ərbabın evində 8 nəfər rəiyyə
hazır idilər. 
S: Ərbab sizi nə məqsəd üçün çağırmışdı? 
C: Ərbab dedi buğda və arpa bəhrəsinə nə deyirsiniz və 
necə verəcəksiz. 
S: Siz nə dediniz? 
C: Bizim bəhrəyə sösümüz yoxdur dedik. Hər il nə cürdür, 
o cür də olacaqdır. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə