Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə108/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   103   104   105   106   107   108   109   110   111

 
180 
bilirdik  öz  fikrimizi  açıq  surətdə  deyək.  Cələsədə  iştirak  edən 
rəis  Dövlətşahı  isə  birinci  növbədə  bizim  fikrimizi  bilməyə 
çalışırdı.  Bunu  hiss  etdiyimizə  görə  biz  də  baltanı  dibdən 
vurub,  danışığa  hazır  olmadığımızısöyləməkdən  sonra  12 
şə
hrivər elamiyyəsi o vaxt intişar verdiyimiz rəsmi şüarlarımızı 
irəli  sürdük.  Azaldıgımızı  saxlamaq  üçün  təmin  (qarantiya) 
istədik.  Onlar  isə  qanun  əsasıyə  dayanaraq  hər  cümlədə  onun 
saxlanılması  lüzuymunu  təkrar  edir  və  bu  qanunun  milli 
muxtariyyətə müxalif olduğunu isbata çalışırdılar. Bəyatla uzun 
müzakirədən  sonra  biz  onları  əncumən  əyaləti  dil  məsəəlsi  və 
bizim aidatımızın yüzdə 75-ni öz daxili işlərimizə sərf edilməsi 
kimi məsələlərdə güzəşt etməyəcəyimizi bilirdik. Bunu nəzərdə 
tutmaqla  hər  cür  muvafiqətnamə  yazmağa  hazır  olduğumuzu 
elan etdik Bəyat isə şəxsən Azərbaycanın milli xüsusiyyətlərinə 
malik  olduğunu  irəli  sürməklə  mərkəzdən  məxsusən  onun 
nümayəndaşı  Bəyatdan  heç  qünə  qarardad  yazıb  imza  edə 
bilməyəcəyini, fəqət bizim fikrimizi öyrənib, və ya bizim kətbi 
pişnəhadımızı  alıb,  Tehrana  yetirməyə  məmur  olduğunu 
bildirdi.  Bu  isə  sadə  vaxt  qazanmaq  üçün  bizim  başımızı 
qatmaq  niyyətində  olduqlarını  göstərdi.  Danışıq  mülayim  və 
eyni  zamanda  çox  ciddi  bir  şəkildə  davam  edirdi.  Nəhayət 
Riştəni bir dəfəlik qırmaq məqsədilə qərar qoyduq, ikinci dəfə 
haman  məhəldə  mülaqat  etdik.  Bir  neçə  gündən  sonra  təşkil 
olunan  görüşdə  o  vaxtadək  firqə  tərəfindən  intişar  tapan  sitad 
və  mədrəkləri  onlara    verməklə  qənaətləndik.  Danışıq  isə 
aşağıdakı təfsil üzrə idi. Bu qismətdə çox müfəssəl olaraq,Izah 
edilməlidir Bu zaman milli heyətin rəisi Ağa Şəbüstəri danışığa 
başlayaraq,  dedilər  ki,  1320-ci  ilin  şəhrivər  ayından  bəri 
Azərbaycan  milləti  dəfələrlə  mərkəzi  hökumətə  müraciət 
edərək qanun əsasının unudulmuş maddələrinin icra edilməsini 
tələb  etmişdir.  Lakin  mərkəzi  hökumət  bu  tələbləri  heç  vaxt 
təvəccüh etməyibdir. Indi millət öz hüququndan müdafiə etmək 
üçün  şəxsən  qiyam  edərək,  Azərbaycan  Milli  Hökuməti  və 
Milli  Məclisi  təşkil  verməklə  öz  daxili  işlərini  demokratik 
 
193 
adamların atasını yandırın”. Ədliyyə məmurları isə dəstpərvə
(tərbiyyə  olunmuş)  də  simurq  olduqlarından  jandarmlardan 
ayaq  dalı  qoymurlar.  Bunların  biürzəliyi  (yaramaz)  və 
cinayətkarlığı  səbəb  ilə  canilər,  qatillər  öz  məqamından 
suiistifadə  edən  dövlət  məmurlarının  cinayətlərinə  baxan 
yoxdur. Onun əvəzində yüzlərcə kəndliləri əsir kimi dəstə-dəstə 
gətirib,  məhkəməsiz,  zindanlara  doldurub,  xalqın  rişəsini 
kəsməkdə  davam  edirlər.  Qoy  açıq  deyək,  indi  əmniyyətsizlik 
sərçeşməsi  ədliyədir.  Ədliyyə  məmurları  öz  vəzifələrini  əncam 
vermək  əvəzində  şərik  dozd  yari-qafilə  (oğrunun  şəriki 
karvanın köməkçisidir) roluoynayıb, əmniyyəti xələldar edirlər. 
Onların  pul  və  nüfuz  vasitəsilə  cinayətkarları  azad  qoyub, 
bigünah 
kəndliləri 
toqifdə 
saxlayırlar. 
Ə
mniyyələrin 
cinayətlərindən  göz  yumub,  onların  hüquqi  işlərə  müdaxələ 
etmələrinə  açıq  bir  surətdə  yol  verirlər.  Məzlumların  göz 
yaşları  ilə  yazdıqları  ərizə  və  şikayətləri  cavabsız  qoyub, 
haradan  mənfəət  gözlənirsə,  ora  qaçırlar.  Bunların  bu  kəsif 
hərəkətlərinin  nəticəsində  oğurluq,  rüşvətxorluq,  sui-istifadə
adi  və  təbii  bir  iş  olmuşdur.  Dövlətmizlərinin  başında 
oturanların  yuxarıdan  aşağıya,  yəni  vəzirdən  pişxidmətə 
(qulluqçu) qədər xalqı soymağı özləri üçün məşru haqqı-hesab 
edirdilər.  Ajan  və  jandarm  isə  müstəqimən  xalqla  mərbut 
olduğu  üçün  bu  kəsafətkarılğın  məzhəri  (nümunə)  hesab 
olunur.Bu  günün  əmniyyətsizliyi,  bu  günün  yüksəlliyinin  şəkli 
budur. Artıq heç bir qaçaq yer və heç bir pənah yoxdur. Firqə 
işçilərimiz  zülm  və  cinayətlərdən  qaçıb  firqə  qapısına 
pənahəndə  olan,  məzlumların  ah  və  naləsindən  sühutə 
gəlmişdilər.  Artıq  çarə  və  əlac  yolu  qalmamışdır.  Jandarm  və 
ə
dliyyə  baçşıları  görünür,  qəsdən  və  ümdə  bu  atəşə  ətə
vururlar,  bundan  sonra  xalq  öz  başına  çarə  etməlidir.  Qoy  
dünya  bilsin  ki,  5-3  nəfər  cinayətkarın  əlində  xalq  nə  günə 
qalmışdı. Qış gəlib qapını aldığı halda minlərcə kəndlilər ev və 
zindaganlıqlarını  tərk  edib,  dağlarda  yaşamağa  məcbur 
olmuşdular.  Dilənçiliyə  məcbur  olan  ortabab  əkinçilər  naçar    


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə