Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə109/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   103   104   105   106   107   108   109   110   111

 
192 
duranların  işarəsini  görən  jandarmlar  həbs,  rüşvət  almaq, 
qonaqlıq və cürbəcür yollarla qarətkarlıqlarına idamə verməklə 
bərabər,  axır  zamanlarda  onları  döyüb  öldürmək  və  ya  namus 
və  heysiyyətlərinə  təcavüz  etməkdən  belə  geri  durmurdular. 
Onlar  dəxi  bəzi  yerlərdə  ərbabların  xəbəri  olmadan  özləri 
müstəqimən  kəndə  gedib,  ərbabın  bəhrəsini  artırmaqla  vüsul 
edərək,  öz  ciblərinə  tökür,  eyni  zamandan  ərbabdan  dəxi  iş 
xərci  almağa  çalışırdılar.    Misal  üçün  “Azərbaycan” 
ruznaməsinin  56-cı  nömrəsində  yazılan  baş  məqalə  ilə  orada 
dərc edilən xəbərlərin bəzisini  burada nəql edirik.  
Cinayətlərin mənşə
Əmniyyətdən  danışdıqda  nəzərə  dərin  və  xəlvət  yollar  və 
dərin  dərələr,  uzaq  dağlar  gəlir  və  oxucu  elə  xiyal  edir  ki, 
ə
mniyyətsizlik fəqət bu yerlərdə yol kəsənlər vasitəsilə ola bilər. 
Müruri-zaman ilə çox ibarətlər həqiqi mənasını itirdiyi kimi, bu 
ibarətdə  indi  öz  mənasını  verə  bilməz.  Əminyyətsizlik  uca 
dağlar,  xəlvət  dərələrdən  kəndlərə  və  şəhərlərə  çəkib  ac, 
çılpaq,  yoxsul  və  binəva  xalqın  verdiyi  ağır  maliyatlarla 
saxlanılan dövlət məmurları həramilər və yol kəsənlərin işini öz 
öhdələrinə götürmüşlər. Indi ölkəmizdə heç kəs üçün əmniyyə
yoxdur.  Dövlət  silahı  ilə  mücəhhəz  olan  jandarm  özünü 
kəndlərdə  hakim  mütləq  bilir.  Kəndlinin  çörəyini,  toyuğunu, 
yumurtasını,  yağını  zəhrimar  elədikdən  sonra  onun  namusuna 
və canınına təcavüz etməkdən çəkinmir. Bir vaxt babi adı xalqı 
soymaq üçün bir bəhanə idi. Hər kəsin bir parça çörəyi var idi, 
onun  üstünə  bir  ad  qoyub,  ayaqdan  salırdılar.  Indi  də 
azadixahlıq  və  firqə  üzvlüyünü  cənab  vəkil  baş  babilik  kimi 
töhmət vasitəsi qərar verib, bu ünvan ilə göz çıxarır, baş kəsir, 
gön soyur, dodaq kəsdirir, ev qarət edir, öküz və inək aparılır. 
Indinin əmniyyətsizliyinə bir qədər diqqət olunursa, bərbəriyyə
(quldarlıq)  dövrəsində  nəzəri  olmadığı  gözə  çarpar.  Səədi 
demişkən:  “Xalqın  əl-ayağını  bağlayaraq,  boynuyoğun  oğru, 
qatil  və  yolkəsəni  “Berno”  tüfəngi  ilə  silahlandırıraq  belə 
göstəriş  vermişdilər:  vurun,  döyün,  nəfəsi  gələn  bütün 
 
181 
üsullar  üzrə  idarə  etmək  istəyir.  Ağa  Dövlətşahi  dəstgahının 
fəsadi onun islah olunmasnın qəti lüzumu xüsusunda danışaraq 
dedilər  ki,  siz  qanun  əsasilə  qeyd  olunmuş  həmin  əyaləti  və 
vilayəti  əncumənlər  vasitəsilə  dövlət  məmurlarının  işlərini 
kontrol  edə  bilərsiniz.  Ağa  Pişəvəri  cavab  verdilər  ki,  qanun 
ə
sasının  maddələrindən  bir  çoxu  bu  axırıncı  25  ilin  içərisində 
dəyişilmişdir.  Məsələn,  Rza  şah  Qacar  ailəsinin  şahlığına  aid 
olan  maddəni  ləğv  edərək,  onun  yerinə  öz  padşahlığını 
yerləşdirmişdir. Ya qanun əsasının mövcibincə  ranın mələkəsi 
(şah  arvadı)  ranlı  olmalı  idi.  Halbuki  indiki  mələksi  qanun 
ə
sasının  əksinə  olaraq  misirlidir.  Bu  müddət  içərisində  qanun 
ə
sasinin  üsulu  ayaq  altında  tapdalanmış  və  ondan  bir  zad 
qalmamışdır.  Əyaləti  əncumənin  müqəddəratı  mərkəzi 
təsmimlərə  bağlıdır,  indiki  şəraitdə  əyalətlərdə  dövlət  işlərini 
kontrol  edə  bilən  elə  qüdrətli  bir  qaranti  ola  bilməz.  Lakin 
Azərbaycan  Müəssisan-Məclisini  əyaləti  əncumən  təşkilatını 
biraz genişləndirib, mərkəzi hökumətin təcavüzlərinin qarşısını 
almaq və yerli ehtiyacları milli tələblərə əsasən rəf etmək üçün 
onu bir daxili milli məclis şəklində saxlamağı səlah gördü. Ağa 
Bəyat  isə  yersiz  sizin  muxtariyyatınız  hansı  hüdudda  olsun, 
deyə  sual  etdilər.  Ağa  Pişəvəri  cavab  verdilər  ki,  biz  heç  vaxt 
ayrılmaq  fikrində  deyilik.  Biz  ran  sərhədləri  içərisində  ran 
bayrağı  və  ümumi  adilanə  qanunların  altında  öz  daxili 
işlərimizdə  ixtiyarlı  olmağımızı  istəyirik.  Bizim  pulumuz 
haman 
ran  puludur.  Məclisi-Şurayi-Milliyə  nümayəndə 
göndərəcəyik  və  malımızdan  bir  hissəsini  qoşun  saxlamaq,  ya 
xaricdə olan siyasi nümayəndələr və sair ümumi məxaric üçün 
mərkəzi dövlətə verəcəyik. Lakin biz istəyirik ki, öz məsuliyyət 
daşıyan  daxili  hökumətimizin  əlilə  maliyyətin  qalmasını 
maarif-səhiyyə və başqa ictimai və iqtisadi işlərimizin inkişafı 
üçün  məsrəf  etməyə  haqlı  olaq.  Azərbaycan  nümayəndə 
heyətinin Ağa  Bəyat ilə  apardıqları danışıqlar Keçən səhşənbə 
günü  saat  10-da  əvvəlcədən  açılan  qərara  görə  Ağa  Pişəvəri, 
Şə
bütəri,  Biriya  və  brahimidən  ibarət  olan  Azərbaycan  milli 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə