Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə20/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   16   17   18   19   20   21   22   23   ...   111

 
40 
arasında  da  varmış.  Təbriz  {onlara  güzəşt  edib}  və  axırda 
çəkib,  ortada  bir  neçə  nəfəri  öldürdükdən  sonra  oranın 
azadxahları  tərəfindən  islah  edilmiş  və  tamamilə  ortadan 
qaldırmış  idi.  1941-ci  il  3  Şəhrivərdən  sonra  həmin  köhnə 
mühacir ünvanı altında daha geniş, daha dərin bir surətdə zahirə 
çıxıb,  Azərbaycan  xalqının  Sərneveştində  mühüm  yer 
tutmaqdaydı.  Mühacirlər  ümumiyyətlə  Sovet  Azərbaycanında 
və  Şuralar  ttifaqının  başqa  cümhuriyyətlərində  bir  müddət 
yaşayıb öz vətənlərinə müraciət edən  azərbaycanlılar olduqları 
halda, yerli mürtəcelər və dövlət məmurları tərəfindən mühacir 
adlandırılıb,  Azərbaycandan  xaricə  çıxdıqları  ilə  onların 
arasında şədid bir surətdə ikitirəlik yaratmışdılar. Mühacirlərin 
çoxlusu  uzun  müddət  Şuralar  ttifaqında  yaşayıb  siyasi 
məsələlərdə  aşna  olduqların  məhəlli  adamlara  nisbətən  ictimai 
mübarizədə daha ciddi rəftar edirlər. Bir də bu camaat Pəhləvi 
dövrəsində  böyük  azar  və  əziyyətlərə  məruz  qaldıqlarından  o 
rejimin bir daha təkrarından həmişə vahimədə idilər. Çünki Rza 
xan  dövründə  onlar  öz  vətənlərində  müharibədə  əsir  düşən 
sərbazlardan  daha  pis  halda  yaşamağa  məcbur  idilər.  O  vaxt 
mühacir adı daşıyan bu adama müəyyən kənara çıxmağa icazə 
verilmirdi.  Onların  dövlət  idarəsində  işləməyə  haqları  yox  idi. 
Hər  gün  gərək  gəlib  özlərini  polis  idarəsinə  nişan  verib, 
hazırqayıb  dəftərini  imza  edirdilər.  Bunların  mal  və  can,  hətta 
heysiyət  və  namusu  daima  polis  və  jandarmların  təərrüzünə 
(təcavüzünə)  məruz  idi.  Əksəri  yaxşı  tərbiyə  və  təhsil  görmüş 
olan  bu  camaatın  çoxusu  ranın  mərkəzi  şəhərlərində  və 
cənubun  zəhərli  ab-havası  olan  yerlərinə  sürgün  eləyib,  orada 
ağır  və  dözülməz  şərait  altında  saxlanırdılar.  Kaşan  şəhərində 
mən  şəxsən  təbid  (sürgün)  olduğum  günlərdə  elə  famillərə 
təsadüf etdim ki, bir parça çörək üçün hər bir işə hazır olduqları 
halda,  onlara  işləmək  imkanı  vermirdilər.  Mühacir  ilə 
danışmaq, onlara kömək etmək cürm hesab olunurdu. Biçarələr 
hətta  alt  paltarlarını  satıb,  xərcləyib,  qurtarmışdılar.  Bunların 
 
333 
etdiyi layihəni nəzərdən keçirtmək üçün 20 azər günün axşamı 
saat 
.... 
mənə 
göstərdilər. 
Milli 
Ş
ura 
Məclisinin 
nizamnaməsindən  iqtibaz  etmişdilər.  Cümlələr  o  qədər 
namərdburd  (qarışıq)  və  qəliz  idi  ki,  onlardan  heç  bir  məna 
çıxartmaq  olmurdu.  stər-istəməz  onu  kənara  qoyub,  1  saatın 
ə
rzində  məclisimizin  vəziyyətinə  uyğun  və  xalqın  anlayacağı 
bir dildə nizamnamə layihəsi yazmağa məcbur oldum. Bundan 
ə
lavə məclisin bərnaməsi və orada müzakirə olunan məsələləri 
təhiyyə edilib, (dünya bəyənən) bir hala salınması üçün bir neçə 
saatdan  artıq  vaxt  qalmamışdır.  Bununla  belə  mərkəzi  komitə 
binasında  hazır  olan  yoldaşların  məşvərəti  (məsləhət)  ilə 
abrumənd bir halda tənzim etməyə müvəffəq oldum. Hərəkatin 
müvəffəqiyyətlə  irəli  getməsi  bizdə  belə  qüdrət  və  bacarıq 
yaratmışdı  ki,  yorulmaq,  yuxusuzluq  (hiss  etmədən),  işləri  bir 
neçə  saatın  ərzində  əncam  verib,  qurtardıq.  Bilaxirə  böyük 
fəaliyyət,  şiddətli  intizar  gecəsi  istədiyimiz  halda  xatəmə 
tapmaqla  müəyyən  saatda  101  nəfərdən  ibarət  olan 
nümayəndələrin  hamısı  məclisi  salonunda  oldular.  Hətta 
Ə
rdəbil nümayəndələri də gəlib yetişə bilmişdilər. Təbriz o gün 
çox  əzəmətli  bir  hal  almışdır.  Xalq  dəstədəstə  Səttarxan 
xiyabanına axıb, gələrək, nümayəndələrini görmək, və məclisin 
qərarlarından  xəbər  tutmaq  istəyirdilər.  Quşə  kənarda  silahlı 
fədai dəstələri nəzəri cəlb etməkdə idi. O gün mənim boynuma 
çox  ağır  vəzifə  düşmüşdü.  Məclisi  təşkil  etməklə  bərabər, 
Təbrizdə  olan  dövlət  qüvvəsinin  vəzifəsini  aydınlaşdırmalı 
idim.  Bu  axırıncı  vəzifə  məclis  təşkilindən  daha  ağır,  daha  da 
məsuliyyətli  idi.  Kiçik  bir  xəta,  sadə  bir  ehtiyatsızlıq  10 
minlərlə  gunahsız  insanın  qanının  tökülməsinə  səbəb  ola 
bilərdi.  Hətta  deyə  bilərəm  nehzətin  sərniveştini  də  diqqət, 
mətanət,  eyni  zamanda  ciddi  və  möhkəm  təsmim  üzərində 
aparılması idi. Yeri gəldikdə bu xüsusda geniş məlumat vermək 
olduğundan  burada  cuziyyata  daxil  olmaq  istəyirəm. 
Nümayəndələr,  qonaqlar  və  xarici  nümatyəndələrin  gəlib, 
çıxması  saat  10-na  çəkdi.  Mən  şəxsən  məclisə  nisbət  öz 


 
332 
halında  idi.  Dövlət  işçiləri  əmniyyətin  pozulmasından 
qorxurdular.  Bizim  tapşırığımız  üzrə  demokratlar  bazarı  və 
şə
hərin  müxtəlif  yerlərini  mühasirə  etməkdə  idilər.  Xalqın 
hamısı gecənin vəzihəml (doğuş) halında olduğunu hiss edir və 
onun  günəş  ilə  bərabər,  bir  növzat  (körpə)  doğmağını  yəqin 
düşünürdü. Bu növzadın (doğulan) oğlan və  ya qız, sağlam və 
ya əlil olacağını ancaq biz firqə siyasətini idarə edənlər bilirdik. 
Hələ  biz  gecənin  daşıdığı  növzadın  həyata  qədəm  qoymadan 
ə
vvəl  onun  vəzifəsini  öz  beynimizdə  müəyyən  etmişdik. 
Bununla belə iş tariximizdə təzə bir iş olduğu üçün çox diqqət 
və ehtiyac tələb edirdi. Səhər saat 10-da hər qiymətə olur-olsun 
məclisi  açmağa  qərar  vermişdik.  Bu  o  günkü  şəraitdə  elə  də 
asan bir iş deyildir. Sadə bina məsələsi böyük zəhmətə tamam 
olmuşdur. Biz istəyirdik millət məclisi tam mənası ilə müstəqil 
və  bitərəf  şəraitdə  iftitah  açılsın  olsun.  Ona  görə  firqəmizin 
ixtiyarında  olan  binalardan  onun  təşkili  üçün  istifadə  edə 
bilmirdik.  Çox  zəhmətdən  sonra  bilaxirə  “Didəban” 
sinəmasının intizar salonunu bu iş üçün intixab, oranı abrumən 
bir hala salmağa müvəffəq olduq. Bu iş bir günün müddətində 
ə
ncam verilmişdir. Məclis tam mənası ilə milli bir məclis halına 
salmaq üçün əldə olan və əldə olmayan insanların  hamısından 
istifadə  olunmuşdur.  Hətta  Təbrizdə  olan  xarici  konsulları  da 
unutmayıb, cələsədə qonaq sifəti ilə şirkət etməyə çağırmışdıq. 
Şə
hərin  üləma  (ruhani),  tüccar,  əəyan,  maliklər  və  sair 
təbəqələrində  də  rəsmi  surətdə  dəvətnamə  göndərmişdik. 
Tehran  mətbuat  nümayəndələri  də  teleqram  vasitəsilə  dəvət 
olunmuşdur  ki,  gəlib  xalqımızın  gördüyü  tarixi  işlərin  şahidi 
olsunlar.  şin  əvvəli  olduqca  müşkül  idi.  Milli  Məclisimizi 
təşkil  edən  nümayəndələrdən  5-3  nəfərdən  başqa  hamısı  milli 
məclisi    hətta  tamaşaçı  sifətilə  də  görməmişdilər.  Təcrübəli 
nümayəndələr  isə  fars  dili  ilə  yazmağa  adət  etdiklərindən 
onların  hazırladığı  layihələrdən  bir  məna  çıxmırdı.  Ona  görə 
hər  bir  işə  özüm  şəxsən  yetişməyə  məcbur  olurdum.  Məsələn 
məclisin daxili nizamnaməsi üçün təyin olunan heyətin təhiyyə 
 
41 
içərisində olan ali məktəb qurtarmış mühəndis və təbiblərə qara 
fəhləlik və torpaq qazmaq imkanı vermirdilər. 
Ümumiyyətlə  Təbriz,  Ərdəbil,  Sarab,  Gərmdud  və  sair 
Azərbaycan  kəndlilərindən  ibarət  olan  bu  adamlar  mühacir 
ünvanı  olub,  öz  vətənində  sadə  yaşamaq  vəsailindən  məhrum 
olduqda  sonra  nagihani  (təsadüfən)  olaraq  əldə  etdiyi  azadlığa 
təbiidir ki, xunsərdliklə (soyuqqanlıq) sakit dura bilməzdi. Ona 
görə də Hizbi-Tudə təşkil olan kimi onun ətrafına toplanan və 
onu  qüvvətləndirən  camaat,  yəni  mühacirlər  olmuşdu.  Yerli 
camaat  isə  irticai  dövrənin  təlim  etdiyi  adət  üzrə  mühaciri 
bəyənib  onunla  bir  Hizbdə  çalışmaqda  tənəffür  (nifrət)  etirdi. 
Orta  ziyalıların  Kanun-Demokrası  ətrafına  toplanmalarının 
səbəbi də bu idi. Vəli firqə başçıları da onu elə açıq söyləməyə 
curət  etmirdilər.  Çünki,  Kanun-Demokrası  təşkilatın  üzərində 
belə  mühacir  tipləri  az  deyidi.  Məsələn  Xəlil  Azərbadkan, 
Hüseyn  Rizvan,  Şamil  və  qeyriləri  mühacir  adlanan 
azərbaycanlıların  lap  ciddilərindən  sayılırdılar.  Bu  təşkilata 
girən  adamların  arasında  Hizbi-Tudə  ilə  muxalifət  edən  qeyri-
azadxah  ünsürlərə  də  təsadüf  edilirdi.  Bunlar  Kanun-
Demokrası,  üzvlərini  Hizbi-Tudə  əleyhinə  qurub  təqviyyat 
etməklə  azadixahlıq  cəbhəsinə  ixtilaf  salmaq  istəyən  adamlar 
idi.  Xətib  Şəhidi  və  Hacı  xan  Təlai  və  qeyrilərinin  məqsədləri 
fəqət  və  fəqət  bundan  ibarət  idi.  Tamam  mənfi  və  müsbət 
cəhətlərilə  bərabər,  Kanuni-Demokrasi  Azərbaycan  milli 
nehzətinə  mütəmayil  (meyilli)  bir  ocaq  hesab  etmək 
mümkündür.  Onun  başçıları  heç  vəchlə  Tehranı  tanımaq 
istəməyib,  onunüçün  mərkəziyyət  qail  deyildilər.  Bunlar 
özlərini  müstəqil  bir  Azərbaycan  təşkilatı  hesab  edib,  mərkəzi 
komitələri  isə  Təbrizdə  idi.  Bu  cəhətdən  Kanun-Demokrası 
Hizbi-Tudə  təşkilatından  daha  doğru  xətti-hərəkət  təqib 
edirdilər.  Bildiyimizə  görə  Hizbi-Tudə  əmələn  və  nəzərən  öz 
məramnaməsinə  kəndli  təbəqəsini  tamamilə  kölgədə  qoyub, 
ona  bir  şey  verəməmişdi.  Halbuki,  Kanuni-Demokrasi  öz 
məramnaməsində torpağı pulsuz olaraq kəndliyə verməsini irəli 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə