Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə16/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   12   13   14   15   16   17   18   19   ...   111

 
32 
hazırlıq  aparıldı.  Sərləşkər  Müqəddəm  müəyyən  adamlardan 
intixab komesiyonu dəvət etmişdi. O məmul (adət) olduğu üzrə 
bu  işdən  böyük  pullar  qazanmaqda  idi.  Onlar  müxalif 
adamlardan  təşkil  olduğunu  hiss  etməklə,  Müqəddəmin  şədid 
surətdə muxalifətinə girişmişdilər. Yusif özünün və yoldaşların 
intixab  ola  bilməyəcəklərinə  yəgin  etdiyi  işin  bu  şəkildə 
meydana çıxmasından razı qalmayıb, daha ciddi surətdə əksül-
ə
məl  (reaksiya)  göstərdi.  Sərləşkər  Müqəddəmin  o  günlərdə 
mərkəzi hökumət ilə arası yaxşı deyildi. 
Azərbaycan  da  küllü  miqdarda  böyük  pul  qoparıb  tək  öz 
cibinə doldurmuşdur. Bu müamilədə (Alış-veriş) pay gözləyən 
Mehdi Fərrux hətta Söhilinin özü və məclis nümayəndələrindən 
bir  neçəsinin  payları  yetişmədiyinə  görə  onun  əleyhinə 
mübarizə  edirdilər.  Yusif  ftixarı  mərbut  (bağlı)  olduğu  irticai 
məqamlar vasitəsi ilə Müqəddəmin əleyhinə böyük nümayişlər 
təşkil  edərək,  işi  ciddiləşdirmək  istədi.  Onsuzda  dövlət 
məmurları təşkilatlardan nigaran olaraq fürsətdən istifadə edib, 
nümayişləri  yatırmaq  üçün  silah  işlətməyə  təşəbbüs  etdilər. 
Nəticədə  kargərlərdən  bir  nəfər  öldürülüb,  neçə  nəfər 
yaraladıqdan  sonra  Yusif  də  nqilab  kimi  Təbrizi  tərk  etməyə 
məcbur oldu. Xəlil Inqilab ilə Yusif  ftixarının Təbrizdə böyük 
və  mühüm  bir  təşkilata  rəhbərlik  etmələri  Hizbi-Tudənin 
başçılarının  xoşuna  gələn  bir  iş  deyil  idi.  ttihadiyyə 
başçılarının  əksəri  fabrika  və  sair  müəssisələrdə  Hizbi-Tudə 
ə
leyhinə  ciddi  surətdə  mübarizə  apardılar.  Hizbi-Tudənin 
başçıları  isə  ittihadiyyəni  dağıtmaq,  yeni  bir  ittihadiyyə 
düzəltmək  və  ya  onu  tamamilə  öz  əllərinə  keçirməyə 
çalışırdılar.  Xəlil  və  Yusif  Iftixari  qələt  hərəkət  edib, 
kargərlərin qüdrətindən şəxsi istifadə fikrində olmamaları Hizb 
üçün  bəzən  müsaid  (münasib)  şəraiti  gətirdi.  Mütəəsifanə 
Tehranda  Hizbin  mərkəzi  komitəsinin  başında  duranlar 
Azərbaycan  zəhmətkeşlərinin  və  Təbrizdə  olan  Hizb 
rəhbərlərinin  yaxşı  hərəkətləri  bu  fürsətdən  layiqincə  istifadə 
etməyə  imkan  vermirdi.  Ittihadiyyə  kargərinə  soxulan 
 
341 
Bu mövzuya əsasən ölkənin aidatının 25 % mərkəzi dövlətə 
verilməlidir”.  
Atəşxan Bəyat Maku: “Biz Ağa Pişəvərinin dediyi kimi  ran 
dövlətinin  istiqlalına  (Azərbaycan)  yüzdə  25  %  aidatını  gərək 
Tehrana  göndərsin.  Zira  əlavə  əz  məxarici  daxili  (daxili 
xərclərdən  əlavə)  xaricdəki  diplomatiyanı  idarə  etməyə  çox 
büdcə  lazımdır  və  yenə  də  bizim  Tehrandakı  nümayəndəmizə.  
Orada hüquq verəcəkdir”. 
Məclisin  daxili  nizamnaməsi  əksəriyyətlə  təsdiq  olduqdan 
sonra  Ağa  Pişəvəri  dedi:  “Bu  nizamnamənin  ola  bilər  çox 
nöqsanları  olsun.  Buna  görə  də  hər  kəsin  təklifi  və  ya  iradı 
varsa  rəyasət  heyətinə  yazıb,  versin.  Ta  onu  oxuyub, 
nizamnaməni  icra  etsinlər.  əlbətdə  nizamnamə  sonra  bir  də 
məclisə gətiriləcək. Ta dübarə təsvib olsun”. 
Ağa  Müəyyir:  “Ərzim  yoxdur.  Fəqət  budur  ki,  onu 
(nizamnaməni)  bir  neçə  dəfə  yazıb,  nümayəndələrə  versinlər”. 
Ağa  Pişəvəri:  “Bu  nizamnamədən  bir  nüsxə  hər  vəkilə 
veriləcəkdir.  ndi  biz  nizamnamə  mocibincə  daimi  rəyasət 
heyəti  seçməliyik.  Ağalar  hər  kəsi  məsləhət  görsələr  bu 
məqama namizəd etsinlər. Mənim əqidəncə Ağa Şəbüstərini ki, 
ə
ziz  və  fəal  dostumuzdur,  bu  məqama  namizədliyə  layiqdir. 
Ağalar yenə də öz əqidələrində azaddırlar”. 
Ağa Şəbüstəri 69 məxfi rəy ilə Azərbaycan Milli Məclisinin 
rəyasətinə  intixab  oldular.  Sonra  ağalar  Rəfii  (68  rəy  ilə), 
Badiqan  (70  rəy  ilə),  Covdət  (63  rəy  ilə)  müavinət  rəyasəti 
məclisə  intixab  oldular  (məclis  rəisinin  müavinləri  seçildilər). 
Ağa  Məhəmməd  Əzima  (59  rəy)  və  Mirrəhim  Vilayi  (54  rəy) 
məxfi  rəy  ilə  münşiliyə  (katibliyə)  intixab  oldular.  Ağalar 
Dilmuğani  (56),  Muradəli  Teymuri  (55),  Əskər  Dibaiyan  (57) 
məxfi  rəy  ilə  məclisin  rəyasət  heyətinin  üzvlüyünə  intixab 
oldular.  Ağa  Piəvəri:  “Mən  Ağa  Şəbüstərinin  rəyasəti  daimi 
məclisə  (məclisin  daimi  sədrliyinə)  intixab  olmağını  təbrik 
edirəm.  Indi  bizim  vəzifəmiz  qurtardı.  Ağa  Şəbüstəri 


 
340 
nizamnaməsini 
kamilən 
müraat 
edək”. 
Ağa 
Vilayi 
nizamnaməni oxumağa başladı. Nizamnamə oxunduqdan sonra 
Ağa  Pişəvəri  onun  hər  maddəsinin  ətrafında  geniş  surətdə 
izahat  verdilər.  Bəzi  maddələr  barəsində  aşağıda  qeyd  olunan 
şə
kildə nümayəndələr tərəfindən təzəkürlər verildi. 
Ağa  Haşimniya:  “Vəzir  və  rəis  qəziyəsi  (məsələsi)  nə  cür 
olmalıdır?  Aya  vəzir  həmin  rəislərin  işin  görəcək  ya  ayrı  işə 
məmurdur.” Ağa Pişəvəri: “Xeyir!  cra edici hakimiyyət təşkil 
tapdıqdan  sonra  rəyasət  olmayacaq.  Fəqət  Azərbaycanın  ətraf 
şə
hərlərində  və  aşağı  idarələrində  rəis  olacaqdır.  Böyük  işlərə 
vəzir yetişəcəkdir ”.  
Ağa  Müəyyiri:  “Ərz  edirəm  vizarəti  xarici  (xarici  işlər 
nazirliyi)  əgər  Tehranda  bir  müahidə  ya  qərarlar  bağlaya  ki, 
bizim  zərərimizə  ola  onda  nə  etməliyik?”  Ağa  Pişəvəri:  “Ağa 
Müəyyirinin  dediyindən  belə  anlaşılır  ki,  biz  gərək  bu  barədə 
çox  dəqiq  olaq.  Hələ  Tehran  məlum  deyil  bizim 
muxtariyyətimizə nə cür baxır. Əgər o bu barədə aqilanə rəftar 
etsə o mövqedə bu qəziyyəni də həll etmək olar. Əgər aqilanə 
rəftar etməsə onlar Tehranın münasibəti bu məclisin öz əmrinə 
bağlıdır”.  Babkin  Qoruqçiyan:  “Azərbaycanda  vəzarəti  xaricə 
də olmalıdır. Zira (ona görə) dövlət bu günə qədər Azərbaycanı 
hər  cəhətdən  xaraba  qoyub,  ona  bir  maşın  karxanası  təhiyyə 
etməyibdir. Ona görə də bizim gərək xarici vizərətimizdə olsun. 
Ta  onun  mocibincə  xarici  dövlətlərlə  daxili  müzakirə  olub 
(müzakirəyə girək) karxana və sair sənəti şeylər varid edək”. 
Ağa  lhami:  “Ağa  Babkin  gərək  təvəccüh  etsinlər  ki, 
iqtisadiyyat  ilə  siyasəti  xaricinin  çox  fərqi  vardır.  Vəzarəti 
xarici ölkələr ilə siyasi münasibət saxlamaq üçün nəinki ticarət 
etmək  üçün.  Buna  görə  bizim  xarici  siyasətimizi  ran  dövləti 
özü  idarə  edəcəkdir.  Sadiratımızı  əlbətdə  özümüz  idarə  edə 
bilərik”.  11-ci  maddə  oxundu.  Ağa  Şahin  dedi:  “Yüzdə  25  % 
vergi verməyə əqidəm yoxdur. 
 
33 
macəracular  arasında  Alman  cəsusları  və  irticai  məqamların 
möhkəm  olmaqları  da  çox  müəssər  bir  amil  idi.  Hizbi-Tudə 
içərisində  yüzdə  yüz  azadlıq  tərəfdarı  olub,  demokratizm  yolu 
ilə  getdiyi  halda  ittihadiyyədə  demokratizm,  hətta  Sovet 
dövlətinin  dostluğuna  müxalif  olan  ünsürlər  də  az  deyildi. 
Gərək  etiraf  edək  ki,  Xəlil  Inqilab  ilə  Yusif  ftixari  və 
başqalarının  kargərlərinin  nüfuz  qazanmalarında  onların 
azərbaycanlı  olmaları  artıq  dərəcə  müəssir  olurdu.  Yusifin 
Təbrizdən  getməsi  Hizbi-Tudə  üçün  qabağa  çıxan  fürsətlərin 
hamısından əlverişli idi. O günlərdə mövqeyini güdən sərləşkər 
Müqəddəm onları razı salmaqla Təbrizdə özünə arxa qazanmaq 
istəyirdi.  O  hətta  batan  azadixahları  birləşdirmək  üçün 
Ə
bülqasım  Müsavi,  Cəfər  Said  vasitəsilə  onlara  maddi  şərait 
yaratmağa  başlamışdı.  Sərləşkər  ittihadiyyəni  Hizbi-Tudənin 
rəhbərliyi  altına  keçməsinə  ürəkdən  razı  deyildisə,  zahirdə  bu 
işə görə onlara kömək etməkdən başqa çarəsi yox idi. Iş o vaxt 
Təbrizdə Hizbi-Tudəsinin başında duranlarından asılı idi. Onlar 
gərək  əvvəlxaricdə  nümayəndələrini  bir-bir  görüb  danışıb, 
onların nəzərini cəlb etdikdən sonra təşkilat yolu ilə daxil olub, 
ittihadiyyə  şurasının  qərarı  üzrə  işi  istədikləri  əşxasın  əlinə 
tapşıraydılar.  Bunun  əvəzinə  Ağa  Əmir  Xizi  ilə  Ərdaşis 
Ovanesyan  Müqəddəməsiz  və  hazırlıqsız  olaraq,  özləri 
ittihadiyə binasına  gedib, oranı işğal etməklə işi bir dəfəlik öz 
ə
llərinə almaq istəyirdilər. Yusif Iftixarinin getməsilə acıqlanıb, 
şə
did surətdə mübarizə etməyə hazırlanan kargərlər isə onların 
belə bir mövqedə gəlib binanı tutmaq istəmədiklərini gördükdə 
təhəmmül  edə  bilməyib,  hər  ikisini  ciddi  surətdə  döydükdən 
sonra binanın pillələrindən yuvarlatmaqla, onları oradan tamah 
dişlərini  çəkməyə  məcbur  etdilər.  Ondan  sonra  müəyyən  bir 
vaxta  dək  Hizbi-Tudə  başçıları  ittihadiyyənin  rəhbərliyindən 
sərfi-nəzər  edib,  Israfil  Qadirinin  rəhbərliyi  ilə  ayrı  bir 
ittihaliyyə  təşkil  etməylə  təşəbbüs  etdilər.  Məlum  olduğu  üzrə 
kargərlər  arasında  nifaq  və  ikitirləlik  yaratmaqdan  başqa  bir 
nəticə  verə  bilməz  idi.  Əmir  Xizi  ilə  Ərdaşis  Ovanesyan 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə