Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə17/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   13   14   15   16   17   18   19   20   ...   111

 
34 
iftizahamız  (biabırcasına)  bir  şəkildə  ittihadiyyədə  döyülüb, 
eşiyə  salındıqdan  sonra  Yusif  və  Xəlil  nqilabın  dəstəsindən 
Rəhim Həmdad və Əlizadə  brahim Təbrizə gəlib, ittihadiyyədə 
işlərini  səhmana  salırlar.  Bunların  hər  ikisi  nisbətən  salim 
(sağlam) və mülayim adamlar olduğu üçün birinci növbədə 14-
cü  məclis  intixabatı  üzərində  Hizbi-Tudə  ilə  ittihadiyyə 
arasında  müvəqqəti  bir  etilaf  (saziş)  üçün  danışıq  başlandı. 
Nəticədə  azadixahlarla  kargərlər  arasında  müvəqqəti  olaraq, 
zədixurd (vuruşma) azalıb, böyük təbliğatı və müsbət qədəmlər 
götürmək  üçün  imkan  yaradıldı.  Bu  etilafın  nəticəsində  idi  ki, 
Təbriz  şəhərində  və  onun  homələrində  16  min  rəy  aparmış 
oldular. Əgər maliklər və dövlət məmurlarının hoqqabazlıqları 
olmasaydı. Bu dövrdə Təbrizin vəkilinin hamısı azadixahlardan 
seçiləcəkdi.  Xalqın  ruhiyyəsini  və  azadixahların  qüdrətini 
göstərən  bu  məsələ  barəsində  üzərində  məlumat  verildikdən, 
burada  artıq  məhzi-lüzum  (hər  ehtimala  qarşı)  fəqət  biz 
istəyirik  göstərək  ki,  ittihadiyyə  əgər  sağlam  fikirli  və  düzgün 
düşüncəli, pak adamların əlində olmuş olsaydı. Vaxtında irticai 
hərəkatların  qarşısı  alınmaqla  milli  nehzətimiz  daha  tez 
meydana çıxardı. Ondan böyük nəticələr almaq  üçün əldə kafi 
imkan ola bilərdi. Mütəəssifanə əvvəldən iş nalayiq və möğqez 
(qəzəli)  əlinə  düşündüyünə  görə  uzun  müddət  Azərbaycan 
zəhmətkeşlərini  hədəfsiz  bir  şəkildə  macəralara  sövq  etməklə 
azadixah  kütlə  içərisndə  nifaq  bir  vasitə  olub,  qalmış,  ondan 
müsbət  bir  nəticə  əldə  edə  bilməmişdi.  14-cü  məclis 
intixabatının intihasında (sonunda) macəra axtaran Xəlil  nqilab 
1944-cü  ilin  fərvərdinin  axırlarında  Yusif  ftixari  ilə  əlaqəsini 
pozur,  Hizbi-Tudəyə  yaxınlaşmağa  zəminə  düzəldib,  üçüncü 
dəfə  olaraq.  Təbrizə  gəldi.  O  vaxt  ittihadiyyə  təşkilatının 
başında  Rəhim  Həmdad  dururdu.  Həmdad  Hizbi-Tudə  ilə 
intixabat  işində  etilaf  etdiyi  halda  ittihadiyyəni  bitərəf 
saxlamağa  çalışırdı.  Xəlil  nqilab,  Əlizadə  Namiq  Tehranda 
Yusif  ftixari  ilə  bir  yerdə  olduqlarında  Hizbi-Tudə  ilə  saziş 
edərək, Təbrizdə ittihadiyyələri birləşdirməyə gəlmişdir. O vaxt 
 
339 
dövlət  tərəfindən  təklif  olunan  bütün  layihələri  nəzərdən 
keçirib,  təsdiq  etdikdən  sonra  icra  məqsədi  ilə  dövlətə 
qaytarmaq  ixtiyarına  malik  idi.  Əlbətdə  ümumi  bu  layihələri 
nəzərdən  keçirilb,  qəbul  və  ya  rədd  edilməsi  məclisin  ümumi 
iclasına  mərbud  olan  (aid  olan)  məsələ  idi.  Bu  vasitə  ilə  biz 
müqənninə  işini  fövqüladə  bir  surətdə  surətləndirməyə 
müvəffəq  olmuşduq.  Necə  ki,  yuxarıda  göstərdim.  Biz  istər 
məclisdə,  istərsə  məclis  xaricində  nizamnamə  layihəsinin 
tənzimləməsinə bir neçə satdan artıq vaxt sərf edə bilməmişdik. 
Onda  bəzi  mühüm  nöqsanlarda  var  idi.  Məsələn  məclisin 
rəyasət  üzvlərinin  təcdidi  (əvəzlənməsi)  unudulmuşdur. 
Halbuki, əməldə böyük müşkülata səbəb olurdu. Bundan başqa 
kiçik nöqsanlar da var indi ki, biz fikir edirik. Müruri-zaman ilə 
onları  islah  edə  bilərik.  Milli  Məclis istər  qurulduğu  günlərdə, 
istərsə  sonralar  bizim  işlərimizin  düzgün  bir  surətdə  icra 
edilməsində  fövqüladə  müəssir  kömək  göstərirdi.  Məxsusən 
Milli  Hökumət  zamanı  məclisin  rəyasət  heyəti  çox  şədid 
fəaliyyət  göstərirdi.  Adətən  biz  gördüyümüz  işləri  başlamadan 
ə
vvəl  ona  qanuni  şəkil  verib,  məclisdən  keçirməli  idik.  Əgər 
məclis  həmkarlıq  fikrində  olmasaydı,  bizim  verdiyimiz 
layihələri təxirə sala bilərdi. Ağa Qiyamı bu işləri təsvib etmək 
üçün  heyəti  rəisəyə  lazım  olduğunu  bəyan  edib,  dedi:  “Bu 
məsələyə görə mən Ağa Pişəvərini doktor Məhdaşı və  lhamını 
müvəqqəti  rəyasət  heyəti  üçün  pişnəhad  edirəm”.  Ağa  
Qiyaminin təkilfi məclisdə əksəriyyətlə qəbul edilib, müvəqqəti 
heyəti-rəisə  öz  yerlərində  hazır  oldular.  Ağa  Pişəvəri:  “Əgər 
icazə  versəniz  məclisin  nizamnaməsini  Ağa  Vilayi  oxusunlar. 
Mən  pişnəhad  edirəm  ki,  nizamnaməni  oxuyandan  sonra  tək-
tək  maddələrinə  rəy  alınsın.  Nizamnamə  barəsində  hər  kəsin 
təklifi  olsa  yazıb,  rəyasət  heyətinə  versin  ki,  gələcəkdə  onu 
nəzərdə  tutsunlar.  Ağalardan  xahişim  vardır.  Milli  məclis 
mitinq  deyildir.  Əl  vurmaq  və  ibrazi  -  ehsasat  etmək  məclisə 
yaramaz. Bu qism ibrazi-ehsasat məclis üçün münasib deyildir. 
Ə
gər  biz  istəsək  işimizi  qabağa  aparaq,  gərək  məclisin  daxili 


 
338 
işi  məclisin  intixab  etdiyi  ədliyyə  vəzirinə  tapşıraq.  Bu  işi  bu 
surətdə qəzavət qüvvəsi ilə icraiyyə qüvvəsi bir-birinə qarışmış 
olardı.  (Onda  demək  olardı  ki,)  vətəndaşların  bir-biri  ilə  olan 
ə
laqələrini təyin edən qüvvə kiçilərdi. Bu mülahizələr ilə heyəti 
Milli Məclisə müərriflik edərək, ən ali qəzai məqam hesab olan 
“divani-ali  təmiz”  rəisimizi  baş  müəddəiyül-ümumi  (baş 
prokuroru)  da  müərriflik  etdi.  Divani-alinin  (kanstitusiya 
məhkəməsi)  rəyasət  heyətinə  Ağa  Qiyami,  baş  müddəiyül-
ümumiliyə Ağa Firidun  brahimi kandid göstərmişdi. Milli Şura 
Məclisnin  daxili  nizamnaməsindən  iqtibas  olan  layihənin  rədd 
etməyimizin  səbəbi  də  onun  bizim  məclis  şəraitimizə  uyğun 
olmaması idi. O nizamnaməyə görə məclis həmişə iclas etməli 
və  məclis  nümayəndələri  dövlət  işlərindən  bərkənar  olmalıdır 
(çıxarılmalıdır).  Bizim  üçün  bu  təqribən  qeyri  mümkün  olan 
şə
rt  idi.  Bizim  işçilərimiz  daimi  olaraq  işdən  azad  edib, 
Təbrizdə  saxlaya  bilməzdik.  Onsuzda  təcrübəli,  savadlı  iş 
bacaran  adamlarımız  kifayət  etmirdi.  101  nəfər  fəal  üzvdən  əl 
götürmək olmazdı. Bundan əlavə onların maaşını təmin etmək 
Azərbaycan  üçün  ağır  və  çətin  idi.  Əslən  ran  məclisi  boş 
boğazlar  yığıncağı  olub,  heç  bir  müsbət  iş  görməyə  qadir 
olmadığını 
biz 
ə
məldə 
görmüşdük. 
Ona 
görə 
nümayəndələrimizi  dövlət  işindən  məhrum  etməyib,  məclis 
nümayəndəsinin,  eyni  zamanda  dövlət  işlərində  çalışa 
bilməsinə  icazə  verdik.  Fəqət  kabinə  üzvləri  (vəzirlər)  kabinə 
üzvlüyündə  qaldıqları  müddətdə  nümayəndəlik  ixtiyarından 
məhrum  edildilər.  Onlar  da  vizarətdən  (vəzifədən)  düşdükdən 
sonra məclisə gəlib nümayəndəlik Haqq və ixtiyarından istifadə 
edə  bilərdilər.  ran  məclisinin  düçar  olduğu  boşboğazlıq 
naxoşluğunun  Azərbaycanda  qarşısını  almaq  üçün  bizim 
məclisimizin  rəyasət  heyətinin  təşrifatı  bir  müəssisə  olmaqdan 
xilas  edən  əməli  və  ciddi  bir  fəaliyyət  halına  salaraq,  milli 
məclisin  ümumi  iclasların  tətil  olduğu  müddətdə  (fasiləsiz 
zamanında) onun tapşırıqlarını icra etməyi bu heyətin öhdəsinə 
qoyduq.  Bundan  əlavə  nizamnamə  mocibincə  rəyasət  heyəti 
 
35 
Təbrizdə  srafil Qadiri və Kazım Haşiminin vasitəsilə  yeni bir 
həmkarlar  ittifaqı  təşkil  olunduğunu  yuxarıda  yazmışdıq.  Bu 
həmkarlar  ittifaqı  zəif  olsa  da  Hizbi-Tudə  tərəfindən  təqviyət 
olunduğuna  görə əhəmiyyətli idi. Xəlil  nqilab Tehranda Tudə 
başçılarına ittihadiyyələri onların istədiyi şəkildə birləşdirməyə 
söz  verdiyinə  baxmayaraq,  Təbrizə  gəldikdən  sonra 
nümayəndələrin  təhti-təsirində  qalaraq,  oyun  oynamaq  və 
ittihadiyyəni  müstəqil  saxlamaq,  onun  başında  durmaq 
istəyirdi.  Tudəyə  verdiyi  qəti  vədənin  xilafına  olaraq  cürbəcür 
bəhanələrlə  Hizb-  Tudə  nümayəndələrinin  ittihadiyyəyə  nüfuz 
tapmasına yol vermirdi. 10 günə tamam etməli olduğu işi 3 aya 
dək qurtarıb, həmişə orada qalmaq üçün 22 Tir (ay) hadisəsini 
meydana  çıxarıb.  22  Tir  hadisəsi  Rusiyada  ittifaq  düşən  9 
yanvar  hadisəsi  xatırladan  qanlı  bir  polis  macarasıdır.  Xəlil 
polis göstərişi ilə hazırlanmış nəqşəsini (planı) etmək üçün tirin 
onundan  başlayaraq,  inqilabi  nitqlər  söyləyib,  böyük  şüarlarla 
fəhlələri üsyana və qiyama dəvət etməkdə idi. Polis və istandar 
isə  onun  hərəkətinə  kamal  bitərəliklə  baxıb,  bəlkə  yeri 
düşdükdə  daha  artıq  ciddiyyət  göstərməsinə  imkan  və  şərait 
yaratmaqdaydılar.  Nəhayət,  həmin  ayın  20-də  ittihadiyyənin 
məkzi  olan  Tərbit  xiyabanini  özünün  iddiasına  qiyam  mərkəzi 
qərar  verib,  minlərlə  fəhlələri  ora  dəvət  edib,  hökuməti  ələ 
götürmək şüarını meydana atmışdır. 
Bu  işə  öz  etibarnaməsini  məclis  tərəfindən  qəbul  edilməsi 
üçün  cürbəcür  təşəbbüslərə  əl  atan  Fətəli  pəkçiyan  da  onu 
himayət  edib,  yol  göstərməkdə  israr  etdiyini  qeyd  etmək 
lazımdır.  Xəlilin  saldığı  hay-küy  nəticəsində  tamam 
gecəgündüz  tərbiyət  xiyabanı  cəmiyyət  ilə  dolu  idi.  nqilabın 
ə
trafını almış, yəni 3 nəfər mərmuz əşxas (şəxslər) isə yaxında 
aşna  olanların  iddiasına  görə  polis  tərəfindən  kəməri  əsləhə 
(tapanca bel bağlayaraq) ilə müsəlləh olaraq binanın qapısında 
və  xiyabanda  keşik  çəkməkdə  idilər.  Inqilab  hər  neçə  saatdan 
bir balkona çıxıb, var qüvvəsi ilə bağıraraq, xalqı üsyana dəvət 
edirdi. O vaxt ki Azərbaycanın ustandarı bəzi əşxasa müraciət 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə