Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə19/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   15   16   17   18   19   20   21   22   ...   111

 
38 
siyasətçilərinə  inanmaq  olmazdı.  Onların  çoxusunun  siyasi 
amal  və  arzusunu  təqib  etməyib,  xüsusi  məqsəd  və  şəxsi 
mənafe 
üzlərinsə 
hərəkət 
edən 
adamlar 
olduğunu 
azərbaycanlılar çox yaxşı bilir. Ona görə özlərinin {sərneveştini 
}  bir  daha  onların  əlinə  tapşırmaq  istəmirdilər.  Yuxarıda 
dediyimiz  kimi  əhalinin  qabaqcıl  və  münəvvər  (ziyalı)  hissəsi 
Hizbi-Tudəyə  Tehran  ilə  mərbut  olduğu  üçün  bağlanmaqdan 
göz  yumub,  ayrı  və  müstəqil  surətdə  mübarizə  etməyə 
çalışırdılar.  Bundan  başqa  Hizbi-Tudənin  Təbrizdə  işləmək 
üçün  göndərdiyi  işçilər  dəxi  şəxsiyyət  etibarilə  xalqın  tanıyıb, 
bildiyi 
mübariz 
adamlar 
deyildilər. 
Ə
ksəriyyəti 
azərbaycanlılardan  olan  məzhəbi  bir  ölkədə  bir  nəfər  qeyri 
azərbaycanlı,  məsələn,  Ermənini  bir  azadixah  təşkilata  rəhbər 
təyin  edən  bir  firqə  üçün  ümumun  rəğbətini  qana  bilməmək 
təbii bir məsələ idi. Hətta o adam şəxsən layiq bir adam olsaysı 
belə və illi nehzətdən ucalmış bir xalq onun dalınca getməzdi. 
Hizbi-Tudənin mərkəzi isə xalqın ruhiyyə və ehsasatını hesaba 
almayıb, Azərbaycan təşkilatının başçılığına ardaşis Ovanesyan 
gətirmişdi.  Bu  adam  şəxsən  Azərbaycanlı  olmadığı  halda, 
ə
xlaqı  dəxi  mütəkkəbir  (özündənrazı)  və  xudpəsənd 
olduğundan, xalqın xoşuna gələ bilməzdi.  
Təbriz  camaatı  nə  qədər  beynəlxalq  dostluğa  meyili  olsa 
belə,  tanıyıb,  imtahandan  keçirmədiyi  başqa  bir  adamın 
rəhbərliyini  qəbul  etməzdi.  Hizbi-Tudənin  fəal  rəhbərlərindən 
olan  Əhməd  spəhani  də  azərbaycanlıların  xüsusən  ortabab  və 
şə
hər  camaatının  xoşuna  gəlmirdi.  Tudə  təşkilatı  14-cü  məclis 
seçkilərində vəkil seçmək istəyən bu adam əsla təbrizli deyildi. 
O  Istanbul  spəhani  bir  famildən  anadan  olmuşdur.  Onun 
danışdığı osmanlı türkcəsi xalqın sevdiyi bir dil deyildi. Hizbi-
Tudə  bu  adamı  Azərbaycan  təşkilatına  rəhbər  göndərməkdə 
böyük iştihab (səhv) etmişdir. Təbriz camaatı bu səbəblərə görə 
Tudə  təşkilatına  çox  bədbinlik  nəzəri  ilə  baxırdılar.  Bunlardan 
ə
lavə  Hizbi-Tudənin  əyalət  komitəsinin  üzvləri  əksəri  təzə 
ə
rsiyə  gəlmiş, təcrübəsiz və məlumatsız adamlardan ibarət idi. 
 
335 
vermək  üçün  foriyyətlə  işə  başladım.  Əvvəlcə  müxtəsər  bir 
surətdə  məclisin  əhəmiyyətini  qeyd  edərək,  nizam-intizamın 
lüzumunu  irəli  çəkib,  gələcəkdə  təzahür  və  yersiz  ehsasatın 
qarşısını  almaq  üçün  çəpi  (əl)  çalmaq,  yerdən  danışmaq  kimi 
işlərin  qaydasızlığını  qeyd  etdim.Günün  bərnaməsini  təsdiq 
etdikdən  sonra  bilavasitə  məclisin  daxili  nizamnaməsini 
müzakirəyə  qoydum.  Onun  hər  bir  maddəsi  üçün  əlahidə 
(ayrıca) rəy aldım. Adi mövqelərdə uzun vaxt tələb edən bu iş 
üçün  2  saatdan  artıq  vaxt  sərf  olunmadı.  Kiçik  bir  tənəffüs 
verdim.  Nümayəndələr  və  qonaqlar  bir-birilə  tanış  olmağa 
imkan  tapdılar.  Qabaqdan  hazırlanmış  çay  və  şirnini  sərf 
edərkən nümayəndələr ilə qonaqlar arasında məclisin gedişi və 
onun  əzəməti  haqqında  səmimanə  danışıq  başlandı. 
Xaricilərdən  Şuralar  ttifaqı  baş  konsulu,  Tas  (agentlik) 
nümayəndəsi,  Fransanın  Təbrizdə  olan  Ajans  (xəbər  agentliyi) 
və  qeyriləri  dəvətimizi  qəbul  edərək,  hazır  olmuşdular. 
Mütəəssifanə  Tehran  azadixah  mətbuat  nümayəndələri  hələ 
gəlib  çıxa  bilməmişdilər.  Xaricilər  də  xalqın  ehsasatından 
mütəəssir  olmuşdular.  Məsələn  Fransa  Ajansı  məni  təbrik 
edərkən  çox  bəşaşət  ilə  (sevinclə)  “Mən  özümü  Fransa 
parlamentinin  cələsəsində  olduğu  kimi  hiss  edirəm”,  -  diyə 
ə
llərmi  sıxdı.  Sonra  əlbəttə  O,  irticaı  mənbələrin  işarəsi  ilə 
özünün  cələsədə  hazır  olduğunu  ayrı  cür  təfsir  etmişdir........ 
Hər  halda,  Milli  Məclisimizin  birinci  cələsəsi  iş  cəhətindən 
fövqüladə  səmərəli  olduğu  kimi  zahiri  görünüş  cəhətdən  daha 
gözəl,  daha  yaraşıqlı  idi.  Tənəffüsdən  sonra  cələsə  təşkil 
tapdıqda  məclis  xaricində  tüfəng  və  (avtomat)  səsləri 
eşidilməyə başladı. Mərənd fədai başçılarından (.........) adlı bir 
adam  fədailərdən  bir  dəstə  götürüb,  şəhərə  soxularaq,  polis 
nahiylərini  işğal  etməyə  başlamışdır.  Mən  əvvəldən  hər 
ehtimalın  qabağını  almaq  üçün  tədbir  görüb,  şəhərin 
ə
mniyyətini möhkəm əllərə tapşırdığıma görə hadisəni çox sadə 
tələqqi edərək (tutaraq), cələsəyə idamə verdim. Nümayəndə və 
qonaqlardan  bəzisi  təşvişə  düşüb,  kiçik  məktublar  vasitəsilə 


 
334 
ruhumda  şədid  bir  ehtiram  hiss  edirdim.  Əksəri  tanıyıb, 
həmkarlıq  etdiyim  əşxasdan  toplanan  bu  100  neçə  nəfərlik 
ictimaiyyətdə  məxsus  bir  əzəmət  və  vüqar  hiss  olunurdu. 
Nümayəndələrin  hamısı  öz  tarixi  və  məsuliyyətli  işlərinin 
mənasını dərk edərək, çox ağır və rəsmi hərəkət edirdilər. Mən 
yaxın  həmkarlarımın  simasında  belə  bir  növ  rəsmiyyət  və 
özümə  qarşı  ehtiram  hiss  edirdim.  Gözlərin  hamısı  mənə 
mütəvəccih  idi  (yönəlmişdi).  Hər  kəs  öz  vəzifəsini  əncam 
verərkən mənə minnət qoyan kimi nəzərə  gəlirdi. Mən bunları 
özümü  (göstərmək)  üçün  yazmıram.  Tarixi  işin  xalqda  tolid 
etdiyi ehsasat bu idi. Onu unutmaq insafdan uzaqdır. Məclisin 
təşkili, nehzətin aparılmasını yeni tarix mənə müxəvvəl etmişdi 
(tapşırmışdı).  O  gün  mən  şəxsən  təkcə  Azərbaycan  (deyil) 
bəlkə bütün dünya üçün yeni bir iş görüldüyünün məsuliyyətini 
hiss  etməyə  biməzdim.  Mən  hiss  edirdim  ki,  hər  bir  işə 
ehtiyatla  yanaşıb,  mətələkçi  (atmaca  atan)  və  şux  (zarafatçıl) 
azərbaycanlı  ilə  bərabər,  uzun  danışan  yalançı,  ikiüzlü,  qələbə 
vaxtında  təməlüqü  (yaltaqlığı)  göylərə  çıxarıb,  məğlubiyyət 
zamanında sərzənişi (istehzani), xəyanəti və (alçaqlığı) ən əsfəl 
(aşağı)  dərəcəsinə,  aşağı  səviyyəyə  endirən  Tehran  mətbuatı 
həmçinin  müəyyən  hadisələrdən  siyasi  diplomatik  və 
beynəlxalq macəralar (hadisə) törədən  ran mətbuatı hətta bizim 
firqəmizə  və  nəticə  etibarı  ilə  onun  başında  durduğum  üçün 
mənə  baxır.  Mən  əgər  gülünc,  yüngül  və  yersiz  iş  görsəm, 
özümlə  bərabər,  bütün  demokratları,  bəlkə  də  bütün 
Azərbaycan  xalqını  dünya  ictimaiyyəti  nəzərində  məsxərə  və 
oyuncaq  halına  sala  bilərəm.  Əgər  düzgün  hərəkət  edərəmsə 
firqə  və  xalqımız  başı  uca  olub,  istədiklərimizi  daha  asanlıqla 
ala bilərik. Ona görə öz hərəkətlərimi ölçüb, biçməklə bərabər, 
fikrimi  izhar  etməkdə  daha  artıq  dərəcə  ehtiyat  (gözləyirdim). 
Nəhayət  saat  10  tamamda  nümayəndələrin  ən  yaşlısı  Ağa 
Nizamü-dövlə, Rəfii birinci tarixi cələsəni müxtəsər bir nitq ilə 
iftitah etdi. Sonra müvəqqəti bir rəyasət heyəti intixab olundu. 
Bu  heyətin  rəyasəti  mənim  öhdəmdə  olduğundan  iclasa  idamə 
 
39 
Bunlar xalqın arzularını düşünüb, onu əncam verməklə firqəni 
xalqa  yaxınlaşdırmağa  müvəffəq  ola  bilmirdi.  Ona  görə 
Təbrizdə  yeni  müstəqil  milli  bir  təşkilatın  vücuduna  ehtiyac 
hiss  olunurdu.  Kanuni-Demokrası  bu  ehtiyacın  üzərində 
meydana  çıxan  bir  təşkilat  idi.  Bu  təşkilat  əksərən  məhəlli 
adamlardan  toplandığı  üçün  Təbriz  camaatına  daha  yaxın  idi. 
Onu qurub düzəldənlər. Hilal Nasiri, Cəfər Əxkəri, Mir Mehdi 
Çavuşi,  Xəlil  Azərbaqdan,  Hüseyn  Rizvan  xalqın  tanıyıb, 
bildiyi adamlar olduğundan şəhərdə və yaxın kəndlərdə Hizbi-
Tudədən  daha  geniş  dairədə  çalışmaq  imkanına  malik  ola 
bilmişdilər. 
Məxsusən  Təbrizdə  məclisdə  ortabab  ziyalılar  Kanuni-
Demokrasiya  çox  artıq  rəğbət  göstərirdilər.  Halbuki,  Hizbi-
Tudənin  ətrafına  toplananların  əksəri  kəndli  və  fəhlə  mühacir 
tiplərindən  idi.  Kanuni-Demokrasının  böyük  bir  nöqsanı  fəhlə 
sinfindən  uzaq  qalması  idi.  Bu  cəhətdən  kargərlər 
ittihadiyyəsindən  sonra  Hizbi-Tudə  daha  qüvvətli  idi.  Kanuni-
Demokrası  üsküdə  və  Təbriz  şəhərinin  ətrafında  yaxşı  işlədiyi 
halda,  Azərbaycanın  ayrı  şəhərlərində  nüfuz  tapa  bilməmişdi. 
Hələ məşrutiyyət inqilabı zamanından bəri Təbriz azadixahları 
arasında  qanlı  bir  sabiqə  hökm  sürməkdədi.  Bu  işə  yerli  və 
gəlmə  cavanlarından  ibarət  idi.  Vaxtilə  işləmək  məqsədilə 
ə
rbab  zülmündən  –  Azərbaycandan  Rusiyaya  mühacirət  edib, 
məşrutəxahlıq  hərəkatı  başlanmasında  inqilabda  şirkət  etmək 
məqsədilə  vətənə  müraciət  edənləri  fəqət  libaslarına  (paltar) 
görə  mühacir  adlandırmışdılar.  Bu  mühacirlər  Bakı  kimi  fəhlə 
mərkəzlərində  yaşayıb,  Rusiyanın  1905-ci  il  inqilabı 
hərəkatından  aldıqları  təcrübə  üzrə  ciddi  inqilab  yolunda  daha 
möhkəm  {iradə}  ilə  irəli  gəlib,  yerli  azadixahların  mülayim 
rəftarına etiraz etdiklərindən onların xoşlarına gəlmirdilər. 
Yerlilər  isə  onların  bəzilərinin  adabi-rüsumini,  (adət-ənənə) 
təbliğ  etdiklərini  bəyənməyib,  onları  laməzhəb  və  dinsiz 
adlandırmaqla 
özlərindən 
(onlardan) 
uzaqlaşdırmağa 
çalışırdılar.  Bu  məsələ  hətta  Gilan  və  Tehran  məşrutəçiləri 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə