Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə15/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   11   12   13   14   15   16   17   18   ...   111

 
30 
verdi. Iş bu yerə gəldikdə Fəhiminin təklifi bəlli idi. O özünün 
tikdiyi binanı dağıtmağı da bacarırdı. 
Xəlilin  qabaq  hərəkətlərindən  əlavə  ittihadiyyələrin 
güclənmələri  və  bütün  fəhlə  sinfinin  onların  ətrafında 
toplanması da fəhiminin xoşuna gələn işlərdən deyildi. O öz əli 
ilə öz başına bəla açdığını tez bir zamanda hiss etməyə başladı. 
Geridəki  xətərdən  qurtarmaq,  onun  üçün  çox  da  çətin  iş  ola 
bilməzdi. Çünki o özü tamam ömrünü fitnə və fəsad və tiryəklə 
keçirmiş  köhnə  cavanlardan  idi.  Təbrizin  ö  günkü  mühütü  isə 
hər macəraya müsaid idi. Çünki hənuz əşxas özlərini layiqincə 
göstərməmişdilər.  Hər  kəs  başına  5-3  nəfər  toplaya  bilsədi, 
istədyini  edə  bilərdi.  Bunlardan  əlavə  Xəlil  Inqilabın  rəftar  və 
hərəkəti  azadixahlar  üçün  mərmuz  şəkildə  idi.  Onun  fəhlələr 
arasında  gündən-günə  artmaqda  olan  nüfuzundan  irticai 
ünsürlərdən istifadə etmək imkanı az deyildi. Xəlilin pul işinə 
baxması  da  ağızdan-ağıza  söylənilməkdə  idi.  Rəftarı  dahi 
getgedə  lotuluq  şəkli  almışdır.  Bu  işdə  Fəhiminin  özü  də 
dəxalətsiz deyil idi. Onun adamları, məsələn, Tağı Beytulla və 
Kərubi,  Əbülqasım  Cavan  və  qeyriləri  cürbəcür  ünvanlarla 
mühütü zəhərləyib, ortaya çıxan adamları bədnam etmək üçün 
çalışır  və  hiylələr  düzəldirlər.  Xəlil  inqilabın  şərrin  başdan  rəf 
etmək üçün aclıqdan gəlib, sərvət qazanmış. Təbrizdə ən birinci 
xalı  karxanası  sahibi  olan  Əbülqasım  Cavan  intixab  olunmuş 
idi.  O  Xəlili  rüşvət  istəməkdə  müttəhim  edib,  bir  iddə 
pıçaqçılar  vasitəsi  ilə  morede-həmlə  qərar  verərək,  müfəssəl 
döydükdən  sonra  onun  əlindən  valiyə  şikayət  edir.  Vali 
(Fəhimi)  isə  əmniyyəti  xilaldar  etmək  ittihamı  üzrə  Xəlili 
saxlatdırıb,  Tehrana  təbid  və  ittihadiyyəsinin  qapılarını 
bağlamaqla, komitənin birinci pərdəsinə xatəmə verdi. Əlbətdə, 
kargərlər  ittihadiyyəsini  də  bir  tədbir  ilə  ortadan  aparmaq  çox 
da  asan  bir  iş  deyildi.  Çünki  bu  təşkilat  Pəhləvi  dövrəsində 
doğub,  müharibə  zamanında  tərəqqi  etməkdə  olan  cavan 
senaeyə  və  sair  bir  surətdə  inkişaf  edən  əl  dəstgahlarına 
arxalanırdı. Heyrətavər dərəcədə qazanc aparmaq, sərmaeyə və 
 
343 
2. Məclisi Millinin birinci cələsəsi nümayəndələrdən ən çox 
yaşlısının rəyasət heyəti və iki nəfər ən cavan nümayəndələrin 
sabiqliyi ilə açılır. 
3.  Məclis  iftitah  edildikdən  sonra  ələni  rəy  ilə  müvəqqəti 
surətdə 1 rəis və 2 katib intixab olunur. 
4. 
Bu 
müvəqqəti 
heyət 
forən 
nümayəndələrin 
etibarnamələrivə  intixabat  carayanı  haqqında  qozariş  vermək 
üçün heyəti nəzarətə (nəzarət heyətinə) danışmaq icazəsi verib. 
5.  Etibarnamələr  nəzərdən  keçirildikdən  sonra  məxfi  rəy  ilə 
aşağıdakı  qərar  ilə  9  nəfərdən  ibarət  1  daimi  heyət  intixab 
olunur. Heyəti rəisə 1 nəfər rəis, 3 nəfər müavin, 2 nəfər katib, 
3 nəfər üzvüdən ibarətdir.  
Heyəti-Rəisənin vəzifələri 
1. Məclisin cələsələrini idarə etmək. 
2.  Məclisin  tətil  vaxtında  onun  vəzifələrini  öhdədar  olub, 
dövlət tərəfindən verilən qanun layihələrini azmayiş üçün qəbul 
edib, ümumi iclasının təsvibinə yetirmək. 
3.  Heyəti-srəyasəti-Məclisi-Millinin  mali  (maliyyə)  və  idarə 
işlərini  münəzzəm  surətdə  idarə  edib,  onun  illik  büdcəsini 
tənzim və onun gəlir və çıxarını müəyyən edir. 
4.  Heyəti-rəyasət  məclisin  daxili  və  idarə  işlərini  
dolandırmaqdan ötrü sadə bir idarə təşkil edir və onun işlərini 
müstəqimən öz təhti-idarəsində saxlayır. 
5.  Heyəti-rəisə  Məclisi  Millinin idarə  işlərinə  nəzarət  etmək 
üçün  məclisin  bazirəslik  idarəsini  (nəzarət  komitəsi)  vücudə 
gətirir. 
6. Məclisin açıq iclaslarında qonaq sifəti ilə hazır olmaq üçün 
xarici 
dimplomasi 
nümayəndələri, 
həmçinin 
məclis 
nümayəndələrinin  zəmanəti  ilə  qonaqlara  məxsus  (xüsusi) 
dəvətnamələr  vasitəsilə  icazə  verilir.  Lakin  bu  şəxslərin 


 
342 
buyursunlar  öz  vəzifələrini  əncam  versinlər”.  Ağa  Şəbüstəri 
mizin arxasında qərar tutub dedilər: 
“Ağaların  bəzisinə  məlumdur  ki,  29  abanda  700  nəfər 
nümayəndə məclisi müəssisani Azərbaycanda iştirak etmişdilər 
ki,  150  min  nəfərdən  mütəcaviz  azərbaycanlı  onları  öz 
tərəfindən  nümayəndə  etmidir.  (bəzi  ağalara  məlumdur  ki,  29 
abanda  150  min  nəfər  azərbaycanlı  tərəfindən  700  nəfər 
müəssislər  məclisinə  intixab  olmuşlar).  Məclisi  müəssisan 
nümayəndləri öz arasında 39 nəfərlik bir rəyasət heyəti intixab 
etdilər  ki,  Azərbaycan  Heyəti  Millisi  adlanırdı.  (Azərbaycanın 
Milli  Heyəti).  “Heyəti  Milli  Azərbaycana  tapşırılmışdı  ki, 
Azərbaycanın  intixabatının  vəsailini  fərahəm  etsinlər.  Bu 
heyətdə  21  gün  zərfində  (ərzində)  bütün  Azərbaycanda 
intixabatı başlayıb, xatəmə verdi. Bu gün çox iftixar edirəm ki, 
Azərbaycan  Məclisi  Millisi  rəsmən  iftitah  tapır.  Bu  məclisin 
iftitahı ilə Heyəti Milli Azərbaycanın vəzifəsi axıra çatır. Buna 
görə  də  Azərbaycanı  gələcəkdə  idarə  etmək  üçün  bir  dövlət 
lazımdır.  Demokratik  üsulunda  qeyd  olunduğu  kimi  bizdə 
məclisdə  əksəriyyətə  malik  olan  Hizbin  sədrini  dövləti  təşkil 
etməyə dəvət edirik. 
“Ağa  Pişəvərini  ki,  demokrat  firqəsinin  möhtərəm  sədri  ki, 
bizim  fəal  ciddi  və  səmimi  dostlarındadır  və  Azərbaycanın 
azadlığı  uğrunda  böyük  fədakarlıqlar  edibdir.  Azərbaycan 
dövlətini  təşkil  verməyə  dəvət  edirəm.  Xahiş  olunur  böhrana 
tezliklə  xatəmə  verməkdən  ötrü  öz  kabinəsini  təcili  surətdə 
günortadan  sonra  məclisə  müərriflik  etsinlər”.  Məclis  saat  11-
30 qurtarıb, ikinci cələsə günortadan sonra saat 3-ə mokul oldu 
(keçirildi). Azərbaycan Milli Məclisinin daxili nizamnaməsi: 
1. 
Azərbaycan 
Məclisi 
Millisi 
(Milli 
Məclisi) 
nümayəndələrin yarıdan çoxu Təbrizdə hazır olduğu vaxt iftitah 
olunur. 
 
31 
karxana    sahibləri  fəhlənin  nazını  çəkmək  və  onu  əldə 
saxlamağa  məcbur  idilər.  Fəhlə  isə  ittihadiyyə  və  birlik 
məzəsini dadıb və əldə indiki müvəffəqiyyətləri saxlamaq üçün 
bu  vasitələri  saxlamalı  olduğunu  anlamışdılar.  Ona  görə  Xəlil 
nqilab Tehrana təbid olunduqdan sonra işini təqib etmək üçün 
Azərbaycana  gəlib,  Yusif  ftixarı  çox  tez  bir  zamanda 
ittihadiyyəni yenidən dair etməyə müvəffəq oldu. Fəhimi məzul 
olub,  onun  yerinə  sərləşkər  Müqəddəmin  göndərilməsi  də  bu 
işdə  bitəsir  qalmadı.  Yusif  ftixarı  Xəlil  nqilabdan  savad 
cəhətdən dalı olsa da, təcrübə cəhətdən irəli idi. Macaraçuluqda 
Xəlildən  geri  qalmazdı.  Hətta  avamfəriblik  inqilabi  sözləri 
danışmağı  Xəlil  ondan  öyrənmişdir.  11  il  Pəhləvi  zindanı  və 
vaxtilə  Cənub  neft  mədənlərində  fəhlə  arasında  işləmək 
sabiqəsi  daxi  onun  üçün  böyük  bir  sərmayə  idi.  Bunlardan 
ə
lavə  Iftixari  ilə  Xəlil  nqilab  bir  çox  cəhətdən  bir-birilə 
işləməyə  məcbur  idilər.  Onlar  Hizbi-Tudəi- ran  və  başqa 
azadixahları özlərinə  yaxınlaşmağa imkan vermirdilər. Onların 
qabağında izhari-vücud etmək üçün bunlar bir çox qaranlıq və 
mərmuz  (şübhəli)  maqamat  ilə  mərbut  olaraq,  azadixah 
təşkilatlar arasında nifaq salmaqla özlərini camiətdə yol açmağa 
çalışırdılar. Bu işdə hər ikisinin yolu bir idi. Ona görə də Yusif 
ftixari  Təbrizə  gəldikdə  nqilabın  xüsusi  tövsiyəsi  üzrə  onun 
həmdəstləri  tərəfindən  çox  hərarətli  qəbul  olunub,  daha 
ciddiyyətlə işə başladı. Yusif Xəlildən aqil olduğuna görə fəhlə 
sinfi  işi  ilə  məşqul  olmayıb,  meydanda  olan  bütün  siyasi 
dəstələr və məruf siyasət adamları ilə də əlaqəyə girişdi. O gün 
Təbrizdə müəssir amillərdən hesab olunan sərləşkər Müqəddəm 
və  Sərtibzadə  ilə  də  yaxınlaşmaqda  Hizbi-Tudə  təşkilatın 
qabağına çıxdı. Onun əleyhinə gizli olaraq təbliğat aparmaqdan 
geri durmayıb,  gözlənilməmiş işin asan bir surətdə irəli gedib, 
gözünü  açaraq  10  min  nəfərlik  ciddi  bir  sinfin  başında 
gördükdə  onsuz  da  macəradan  həzz  alan  avantüristin  gözləri 
qamaşdı.  Əldə  olan  böyük  imkanlardan  daha  böyük  istifadə 
etmək  fikrinə  düşdü.  O  günlərdə  14-cü  məclis  intixabı  üçün 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə