Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə11/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   7   8   9   10   11   12   13   14   ...   111

 
22 
xoşuna  gələn,  onun  ürəyindən  çıxan  sözlər  olduğundan  onları 
cəlb edib gündən-günə təşkilata  yaxınlaşdırırdı. 
Bu  təşkilatın  nöqsanı  fəqət  onun  azsavadlı,  məmuli 
adamlardan toplanmasında idi, onların arasında xalqa rəhbərlik 
edə bilən təcrübəli adamlar nəzərə çarpmırdı. Məsələn, Hüseyn 
Rizvan  (çörəkçi),  çox  sol  və  hərarətli  bir  adam  idi.  Lakin 
savadlı  olmadığından,  xalqa  təzə  bir  söz  deyib,  ona  rəhbərlik 
edə  bilmirdi.  Israfil  Qadirinin  az-çox  savadı  olsa  da,  məhəlli 
adam  deyildi,  yerli  şəraiti  bilmirdi.  Səlim  Hacızadə  isə  çox 
cavan  olduğundan,  xalqın  etimadını  qazana  bilməyib,  bərəks 
(əksinə)  bəzi  yüngül  hərəkəti  ilə  üzvlərin  ədəmi-etimadına 
(inamsızlıq) səbəb olurdu. Süren ancaq ermənilərdən bir iddəni 
öz  ətrafına  toplaya  bilmişdi.  Tazə  onun  özü  də  elə  məlumatlı 
adamlardan  deyildi.  Ona  görə  çox  tez  parlayan  bu  cəmiyyət 
Fəhiminin hiyləkarlığı nəticəsində çox bir tez zamanda münhəll 
(ləğv)  olub,  aradan  getdi  və  ondan  Azərbaycan  xalqı  üçün 
müsbət bir xatirə belə qalmadı. 
Fəhiminin  bu  təşkilatı  pozması  ran  mürtəcelərinin  ən  çox 
işlətdiyi  klassik  tədbir  ilə  əncam  tapdı.  Uzun  müddət 
dəstəbazlıq, firqəçilik və intriqa ilə ömür sürən bu köhnə qurd 
sabiqdən  polis  idarəsi  ilə  mərbut  olub,  qolçomaqlıq  və 
oğurluqla  məruf  (məşhur)  olan  lotulardan  məşhur  Quliyevləri 
və  qeyrilərini  bu  təşkilatın  içərisinə  daxil  edib,  onların 
vasitəsilə  xalqı  təhdid  etmək,  ev  soymaq,  adam  öldürmək,  pul 
almaq  kimi  işlərlə  təşkilatı  bədnam  etdikdən  sonra,  həmin 
bəhanə ilə Israfil Qadiri və Səlim Hacısadəni toqif (tutub) edib, 
təşkilatı tamamilə pozub ortadan çıxartdı. Bu iş məruf jandarm 
rəisi  Canpoladın  kəndlərdə  başladığı  vəhşiyana  hərəkəti  ilə 
yanaşı  olaraq,  əncam  verildikdən  sonra  Azərbaycanın  kənd  və 
şə
hərlərində yeni bir sakitlik dövrəsi başlandı. 
 
Azərbaycan Cəmiyyəti 
 
351 
16- Milli Şura Məclisi tərəfindən bu ana qədər qərara alınmış 
qanunları, 
Azərbaycan 
xalqının 
həyatına 
və 
milli 
muxtariyyətinə  münasib  bir  surətdə  islah  edib  təzə  faydalı 
layihələr təqdim etmək. 
17-  Xüsusi  mülkiyyət  haqında  Azərbaycan  Milli  Hökuməti, 
məmləkətin  bütün  sahələri  üçün  xüsusi  mülkiyyəti  qəbul  edib, 
məmləkətin  və  xalq  iqtisadiyyatının  inkişafına  və  xalqın 
vəziyyətinin  yaxşılaşmasına  səbəb  olan  hər  növ  xüsusi 
hərəkətlərə köməy edəcəkdir. 
18-  Azərbaycan  Milli  Hökuməti,  ölkədə  yaşayan  ümum 
ə
halinin vicdan və inam azadlığına ehtiram edəcəkdir.  
19-  Azərbaycan  Milli  Hökuməti,  Azərbaycanlılarla  birlikdə 
Azərbaycanda yaşayan bütün vətəndaşları xüsusi ilə kürdlər və 
başqalarını hüquq və qanun qarşısında eyni hesab edir. 
20-  Azərbaycan  Milli  Hökuməti,  mərkəzi  ran  hakimiyyəini 
tanımaqla  yanaşı  bu  hökumətin  Azərbaycanın  muxtariyyətinə 
müxalif  olmayan,  Azərbaycan  xalqının  təsisçilər  məclisi  və 
Azərbaycan  məclisinin  müraciətnamə  və  qərarlarında  qeyd 
olunan  milli  hüquq  tələblərinə  zidd  olmayan  tədbirləri  həyata 
keçirəcəkdir.” 
Bərnamənin  ətrafında  müfəssəl  (mükəmməl)  surətdə  bəhs 
etdikdən  sonra  rəy  alındı  və  Azərbaycan  Milli  Hökumətinin 
bərnaməsi ittifaqi arailə təsdiq olundu. 20 maddədən ibarət olan 
bu  proqram  əsasən  12  Şəhrivər  elamiyyəsi  və  firqə 
məramnaməsi  üzərində  yazılmış  olsada  onda  çox  yeniliklər 
vardır. Əvvəla məramnamə və ya şüarlar xalqı təbliq edib, onu 
mübarizəyə  çəkmək  üçün  yazınmışdır.  Ona  görə  onların 
cümlələrində  nisbətən  küllüyata  aid  sözlərdən  pərhiz 
olunmamışdır.  Halbuki,  bərnamə  çox  qısa  cümlələrlə  yazılıb, 
fikirlər  aydın,  əməli  və  tapşırıq  üzərində  meydana 
qoyulmuşdur. Məramnamə və elamiyyə də milli muxtariyyətin 
hüdudu  əyalət  və  vilayət  əncümənlərindən  təcavüz  (kənara 


 
350 
mərkəzi  ola  bilməsi  üçün  tədbirlər  görəcək  və  yollar 
arayacaqdır. 
10-  Yolların  təmir  və  çəkilməsi  də,  poçt  və  teleqraf  və 
telefon  kimi  əlaqə  vəsaitinin  genişləndirib,  müasir  hala 
salınması hökumətimizin əsasi vəzifələrindəndir. 
11- Kəndli ilə ərbablar arasında yaranan münaqişələri aradan 
qaldırmaq  üçün  qarşılıqlı  razılıq  şərti  ilə,  ciddi  qanun  layihəsi 
tərtib edib, bu yol ilə kəndli və ərbab məsələsini həll və təsdiq 
etmək. 
12-  Kəndlərdə  və  şəhərlərdə  gündən-günə  artmaqda  olan 
işsizliyin  qarşısını  almaq  üçün  dövlət  torpaqlarını  tezliklə 
ə
kinçilər  arasında  bölüşdürmək.  Həmçinin  Azərbaycanı  tərk 
edib  onun  xaricində  milli  muxtariyyətimiz  əleyhinə  təbliğat 
aparanların da yerlərini zəbt edib kəndlilərin ixtiyarına qoymaq 
ilə  torpaqsız  kəndlilər  ayaqlandırılmalıdır.  Bundan  əlavə 
xalqımızın  əksəriyyətini  kəndlilərin  təşkil  etdiyi  üçün 
gələcəkdə  Aqrar  Bankı  elə  bir  surətdə  gücləndirmək  lazımdır 
ki, eliyə bilsin kəndliyə kredit verməklə torpaq məsələsini həll 
etsin və ərbablar öz istək və rəğbətləri ilə torpaqları kəndlilərə 
adilanə qiymətə sata bilsinlər.  
13-  şsizliklə  ciddi  mübarizə  etmək  üçün  ciddi  tədbirlər 
görmək,  əlsənayisi,  yol  işləri,  zavodlarin  təsisi,  əkinçilik  və 
ticarətin artması vəsaitindən ciddi surətdə istifadə etməyi lazım 
görür. 
14-  Fəhlə  və  zəhmətkeşin  məişətini  düzgün  yola  qoymaq 
üçün  iş  və  əmək  qanun  layihəsini  hazırlayıb  məclisə  təqdim 
etməli və eyni zamanda işçilərin sığorta edilməsini icbari etmək 
üçün tədbirlər görməlidir. 
15-  Səhiyyə  işinə  diqqət  yetirib  birinci  növbədə  ümumi  və 
keçici xəstəliklərin qarşısının alınması və xüsusilə kəndlərdə və 
aşağı  sinfə  mənsub  əhaliyə  həkim  və  dərman  çatdırmaqla 
xalqın səhiyyəsini təmin etməlidir. 
 
23 
Zəhmətkeşlər  Cəmiyyəti  ilə  yanaşı  olaraq  meydana  çıxan 
Azərbaycan  Cəmiyyətini  tanimaq  dəxi  (daha)  xalqın  o  günkü 
ruhiyyəsini  bilmək  üçün  əhəmiyyətli  bir  məsələdir.  Bu 
cəmiyyəti  təşkil  edənlər  cümləsindən  Şəbüstəri,  Əli  Maşınçı, 
Tahiri, Əkbəri, Hilal Nəsiri, Rəhimi Əli,  smayıl Şəmsin adını 
qeyd  etmək  olar.  Cəmiyyət  Tehran  rticasına  qarşı  bəslədiyi 
ə
davət  üzrə  tək  Azərbaycan  namına  işə  başlayıb  naşiri-əfkarı 
(fikri  yayınlayan)  olan  “Azərbaycan”  ruznaməsi  yarı  fars,  yarı 
Azərbaycan  dilində  intişar  verilməklə  milli  mübarizə  yolunda 
birinci qədəm götürmüş oldu.  stər Azərbaycan Cəmiyyəti, istər 
Azərbaycan  Zəhmətkeşlər  Təşkilatının  işləri  tamamilə 
Azərbaycan  azadlığı  üzərində  olmasa  da,  Azərbaycan  adı 
onların arasında mühüm  yer tutur. Zəhmətkeşlər əksərən  aşağı 
təbəqəyə mənsub olduqlarından Tehrana az əhəmiyyət verdilər. 
Azərbaycan Cəmiyyəti başçılarının içərisində ictimai təcrübəyə 
malik  adamlar  daha  artıq  idi.  Onların  başladıqları  Azərbaycan 
dilinin intişarı böyük bir qədəm olduğu halda, təşkilatın başında 
onun əhəmiyyətini dərk edən rəhbərlik edici adamlar çox az idi. 
Bununla  belə  “Azərbaycan”  ruznaməsi  Azərbaycan  dilində 
məqalə  və  şerlər  çap  etdiyinə  görə  xalq  içərisində  tez  bir 
sürətdə  intişar  tapmağa  başlamışdı.  Azərbaycanda  şöhrət 
qazanan şairlərdən: Biriyə, Etimad və qeyrilərinin bu ruznamə 
vasitəsilə  Azərbaycan  dilində  şer  yazmaqla  siyasi  mübarizəyə 
həsr  etdikləri  də  ayrıca  qeyd  edilməlidir.  Təəssüflə  deməliyik 
ki,  cəmiyyət  hələ  özünə  layiq  rəhbərlər  tapıb  onu  irəli  çəkə 
bilməmişdi.  Başda  duranların  çoxusu,  hətta  onun  sədri  belə 
təşkilat  üsuluna  aşna  deyildi.  Xalqa  gündəlik  şüar  verib 
cəmiyyətin xətti-hərəkətini təyin etmək işində başçılar çox naşı 
və  mübtədi  (sadə)  idilər.  Bunlar  cəmiyyəti  və  xalqı  hara 
aparacaqlarını  özləri  də  dərk  edə  bilmirdilər.  Bu  cəmiyyətə 
daxil  olmağa  tələsən  camaat  ilə  Zəhmətkeşler  Cəmiyyətinə 
yanaşanlar  təbəqatı  və  ictimai  cəhətdən  bir-birindən  uzaq 
olsalar  da  Azərbaycanlılıq  məsələsinə  hər  ikisi  də  əlaqə 
göstərməklə  bir  yol  ilə  gedirdilər.  Azərbaycan  təəssübü  və 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə