Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə10/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   6   7   8   9   10   11   12   13   ...   111

 
20 
onları tanıyıb hesaba ala bilmirdi. Məşrutə hərəkatında tutuquşu 
kimi  ağızdan-ağıza  söylənilib  gələn  təntənəli  kəlmələrin 
təkrarını  xalq  daha  eşitmək  istəmirdi.  Mühitinin  şəraitinə  görə 
xalqın yeni arzuları, yeni amal və yeni istəkləri var idi. Köhnə 
siyasətçilər  isə  onları  dərk  edə  bilmirdilər.  Bunların 
bədbəxtliklərinin biri də həsadət və xudpəsəndlikləri idi. Onlar 
özlərindən savayı kimsəni pəsənd etməyib (bəyənməyib), xalqı 
qoyun  sürüsü  hesab  edərək,  istədikləri  yerə  çəkib,  satmağa 
çalışırdırlar.  Cəmaat  içərisində  gözə  çarpan  təzə  ərsiyə  çıxmış 
ləyaqətli  adamlar  onlar  üçün  taun  və  vəbadan  daha  mohlek 
(təhlükəli) idi. Ona görə birinci günlərdən Hizbi-Tudənin əyalət 
komitəsindən mühkəm yapışıb, onun qapılarını bilikli, bacarıqlı 
adamların üzlərinə açmaq istəmirdilər. Bunlara görə yazdığımız 
dövrdə  Azərbaycanda  mühüm  bir  siyasi  firqə  meydana  çıxa 
bilməmişdi. Hizbi-Tudeyi  ranın Azərbaycan təşkilatı niyə irəli 
getmirdi Uzun müddətdən bəri bu firqənin Azərbaycan təşkilatı 
böhranlı  bir  hal  keçirirdi.  Azərbaycan  əyalət  komitəsini 
Sərtibzadə  başda  olmaq  üzrə  mürtəcelər,  monopolçular  bir 
tərəfə,  həbsxanalardan  xilas  olunmuş  azadixahlarla  işçilər, 
kəndlilər  və  sair  zəhmətkeşlər  digər  tərəfə  çəkməklə  onsuz  da 
sayı  məhdud  olan  əfradın  içərisində  geniş  keşməkeş,  şiddətli 
intriqa  vücudə  gəlmişdi.  Tehranın  müdaxiləsi  isə  onu 
gündəngünə şiddətləndirməkdə idi. Hər kəs hər nə deyir desin, 
Azərbaycanda  milli  təəssübün  dərin  rişəsi  vardır.  Bu  təəssüb 
istər  Azərbaycanda,  istər  də  ranın  sair  şəhərlərində  yaşayan 
azərbaycanlıların rəftar və əfkari ümumisinin qüvvətli bir amili 
olub, xalq mədəniləşdikcə genişlənməkdə və ciddiləşməkdədir. 
Azərbaycanlılar  doğrudan-doğruya  Tehrana,  hətta  onun 
azadixahlarına daha ürəkdən inanmadıqlarını mükərrər (təkrar) 
surətdə sübuta yetirmişlər. Onların arasında milli təəssüb ciddi 
bir  şəkil  aldığından  istər-istəməz  qeyri  Azərbaycanlıya  onların 
ürəkləri  qıza  bilmirdi.  Onlar  xaricdən  gələn  adamları 
mənimsəyə bilmirdilər, hətta Hizbi-Tudənin Təbrizə göndərdiyi 
azərbaycanlı  təbliğatçılara  belə  yerli  camaat  biganə  kimi 
 
353 
təşkilini  dünyaya  və  Azərbaycan  xalqına  bildirmək,  eyni 
zamanda  ölkənin  daxili  əmniyyətini  təmin  edərək,  dövlət 
işçilərinin vəzifələrini göstərmək və dövlət əmvalını (vəsaitini) 
təərüzdən  (dağılmaqdan)  saxlamaq  üçün  intişar  verdiyi 
aşağıdakı 
elamiyyədən 
ibarətdir. 
Azərbaycan 
Milli 
Hökumətinin  Elamiyyəsi  Azərbaycan  Milli  Məclisinin  seçdiyi 
Azərbaycan  Milli  Dövləti,  ranın  müstəqilliyi  və  ərazi 
bütövlüyünü  saxlamaqla  yanaşı,  işə  başladığını  bu  vasitə  ilə 
bütün xalqa elan edir. Bu elamiyyə yayılan gündən (12 Dekabr 
1945-ci il) etibarən, xüsusi mülkiyyət qorunmaq şərti ilə bütün 
Azərbaycanda olan dövlət idarələri yeni hakimiyyətin ixtiyarına 
keçdiyindən,  bütün  dövlət  məmurlarına  öz  vəzifələrini 
düzgünlük və sədaqətlə yerinə yetirməklərini tapşırılır. 
Yeni dövlətin əmrlərinə tabe olub, onun göstərişi ilə hərəkət 
edən  işçilər  üçün  münasib  iş  şəraiti  yaradılacaq,  işləməkdən 
imtina 
edənlər 
isə 
tam 
ehtiramla 
istədikləri 
yerə 
göndəriləcəklər.  Azərbaycan  Milli  Hökuməti  xalqın  səadət  və 
xoşbəxtliyindən  ötrü  qurulduğu  üçün,  bütün  xalqı  fəaliyyətə, 
düzlüyə,  asayiş  və  əmniyyəti  qorumağa,  bir-biri  ilə 
qardaşcasına  yaşamağa  çağırır.  Əmniyyətə  xələl  gətirən  və 
xalqın malı, canı, namusu və şəxsiyyətinə toxunanlar, həmçinin 
dövlət  malına  xəyanət  əli  uzadıb  dövlət  idarələrindən  sui-
istifadə  edənlər  və  ya  dövlət  idarələrində  təxribatıq,  boşluq  və 
öz  vəzifəsində  nöqsana  yol  vermək  kimi  xəyanətlər  büruzə 
verənlər  isə  xalq  düşməni  hesab  olunub,  xalq  və  dövlətin 
nifrətini  qazanmaqdan  əlavə,  qanuni  məhkəmə  vasitəsi  ilə 
cəzalandırılacaqlar.  Azərbaycanın  gələcəyi  yolunda  hamıdan 
xalqa və ölkəyə xidmət və ciddiyyət gözlənilir. Dövlət isə onun 
şə
raitini  yaratmağa  çalışacaqdır.  Azərbaycan  Milli  Nazirlər 
heyət  eyni  zamanda  Azərbaycanda  ezamiyyətdə  olan  xarici 
dövlətlərin  diplomatik  nümayəndələrinə  məlumat  verir  ki, 
ə
vvəlcə  olduğu  kimi  onların  beynəlxalq  qanunlar  şəraitində 
olan  hüquq  və  ixtiyarlarına  tam  diqqət  və  ehtiramla  riayət 
olunacaqdır. Eyni halda demokratik dövlətlərin vətəndaşlarının 


 
352 
çıxmaq)  etmədiyi  halda,  proqramda  isə  tam  mənası  ilə 
demokratik  bir  hökumət  quruluşu  irəli  sürülmüş,  milli 
muxtariyyətin davam və bəqasını (qalmasını) təmin etmək üçün 
ciddi  tədbir  göstərilmişdir.  Dövlət  bərnaməsində  biz  elamiyyə 
və  firqə  məramnaməsində  verdiyimiz  vədləri  nəzərə  alıb, 
muxtariyyətimizin  ran  daxilində  məhdud  olmasını  təmin 
etməyə  çalışıb,  onun  birinci  maddəsində  səri  və  aydın  surətdə 
bəyan etmişdik. Bununla belə biz göstərmişdik ki,  ranı təcziyə 
edib (bölüb) dağıtmaq fikrində deyilik. Əgər mürtəcelər imkan 
versələr,  ran  çərçivəsində  qalmaq  şərtilə  öz  xalqımızın 
səadətini  təmin  etməyə  çalışıb,  fəaliyyətimizi  fəqət  milli 
muxtariyyət  əsası  üzərində  əsaslandırmağa  kifayət  edə  bilərik. 
Bunu  isbat  etmək  üçün  hərbi  və  xarici  vizarətxanaların 
təşkilindən sərfi-nəzər etmişdik. Beləliklə firqəmizin təsisindən 
başlayıb,  intişar  verdiyimiz  mədrəklər,  danışdığımız  sözlər, 
meydana  atdığımız  şüarların  müəyyən  bir  hədəf,  düşünülmüş 
bir  məqsəd  üzərində  olduğunu  daha,  qəti  surətdə  isbat  etməyə 
müvəffəq  olmuşduq.  Biz  bu  vasitə  ilə  xalqa  göstərmişdik  ki, 
sözlərimiz  təzahür  və  həvavü-həvəs  üçün  ağızdan  çıxan  boş 
sözlərdən  ibarət  deyildir.  Dediyimizin  mənasını  bildiyimiz 
kimi,  gördüyümüz  işlərin  əhəmiyyətini  də  görürük.  Milli 
Hökumət  haqqında  milli  nehzətin  yaratdığı  təbii  bir  üsul 
idarəsinin  başlanğıcı  idi.  Biz  milli  şüarlarımızı  yazarkən 
bilirdik  ki,  muxtariyyət  məsələsi  əncüməni-əyaləti  vasitəsilə 
təyin  olunmaz.  Bundan  daha  əsaslı  bir  quruluşa  mübarizə 
(etməyə)  ehtiyac  vardır.  Etiraf  etməliyəm  ki,  o  gün  bu 
quruluşun Milli Hökumət namı ilə meydana çıxacağın biz iddia 
edə  bilməzdik.  Bu  quruluşu  təcrübə  və  Tehranın  mürtəce 
qüvvələri ilə apardığımız mübarizə meydana çıxarmışdı. Bizim 
bilib,  düşünüb,  anladığımız  isə  xalqımızın  hədəfi  Tehranın 
irticaı  dövlətinə  ümid  bağlamadan  öz  müqəddəratına  hakim 
olması idi. Bu məqsədə yetişmək üçün təcrübə Milli Hökuməti 
meydana çıxartdı. Hökumət xalqa və əfkarı ümumiyə (əhalinin 
fikrinə  dayandığı  üçün)  onun  gördüyü  birinci  qədəm  özünün 
 
21 
baxırdı.  Bir  ilin  müddətində  oraya  Hizbi-Tudənin  mərkəzi 
komitəsi  3  mühüm  heyəti  göndərdiyi  halda  daxili  mübarizəyə 
xatəmə  verib  səlahiyyətdar  əyalət  komitəsi  təşkil  edə 
bilmədiyinin  də  səbəbi  budur.  Xalq,  xüsusən  kəndlilər  bir 
pənahgah  (sığınacaq),  bir  mərkəzi-seql  (simetriya  mərkəzi), 
daha  doğrusu  rəhbərlikedici  bir  təşkilat  tapmaq  üçün  hər  bir 
fədakarlığa  hazır  olduğu  halda,  Tehran  elə  onları  qorxudurdu. 
Bu  da  komitə  üzvlərinin  ruhiyəsində  təsirsiz  qala  bilməzdi. 
Ə
yalət  komitəsinin  başında  duranların  əksəriyyəti  Tehrandan 
gəldiklərinə  və  mərkəzdən  müqayyəd  (asılı)  olduqlarına  görə, 
hətta  yalançı  azadixahlar  Sərtibzadə,  Ağazadə  Astarayi  və  Əli 
Birəng firqədən uzaqlaşdırıldıqdan sonra da uzun müddət Tudə 
təşkilatı  xalqın  etimadını  qazana  bilməmiş  və  Azərbaycan 
xalqına rəhbər olmaq məqamını kəsb etməyə qadir olmamışdı. 
Ə
vəzində  yalnız  Azərbaycana  dayanan  zəhmətkeşlər  Təşkilatı 
və Azərbaycan Cəmiyyəti çox tez bir surətdə parlayıb, kütləvi 
hal almaqla, xalqın təvəccühünü cəlb etmişdi. 
 
Azərbaycan Zəhmətkeşlər Təşkilatı 
Azərbaycan  Zəhmətkeşlər  Təşkilatının  xalq  içərisində  nüfuz 
tapmasının  əsl  səbəbi  də  onu  təşkil  edənlərin  Azərbaycanda 
yaşayan  zəhmətkeşlərdən  ibarət  olması  idi.  Müxtəlif  adamlar 
məsələn,  Suren– srafil  Qadiri,  Hüseyn  Rizvan,  Əhməd  slami 
və  qeyrilərinin  müstəqil  surətdə  topladıqları  dəstələrin 
birləşməsindən  əmələ  gələn  bu  təşkilatın  təkcə  Təbrizdə  on 
mindən  ziyadə  üzvü  var  idi.  Şəhərin  müxtəlif  yerlərində 
cürbəcür  ünvanlar  altında  təşkil  tapan  zəhmətkeş  klubları 
gecəgündüz dolu olub, orada danışılan sözlər, aparılan təbliğat 
xalqın  illər  boyu  arzu  etdiyi  məqsəd  ətrafında  idi.  “ stibdad 
hökumətin  yıxmaq,  zülm  və  şəqavətə  (əzab)  xatəmə  vermək, 
ə
rbabların,qaniçənlərin  əllərini  ictimai  işlərdən  uzaqlaşdırıb, 
xain  məmurlar,  qaniçən  jandarmlar,  rüşvətxor  tiryəkinin  şərrin 
bir dəfəlik xalqın başından rəf etmək” sözləri həqiqətdə xalqın 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə