Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə22/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
57
 
 
Qeyri-adi “su çiçəklənməsi” cənubi Xəzər regionunda 2005-ci ilin Avqust və Sentyabr 
aylarında baş vermişdir. Təsirə  məruz qalmış sahə  təxminən 20,000 km²-lik sahəni  əhatə 
edirdi. Belə hesab edilir ki, cənub Xəzərin mərkəzi ofşor sahələrində yaranan yosunlaşma 
(Şəkil 5.10) Şəfəq Asiman kontrakt sahəsi ilə əlaqədar su çiçəklənməsini əks etdirir), və buna 
sianobakteriya/sianofit Nodulaira səbəb olmuşdur. Yosun biokütləsi çox böyük olmuşdur və 
su çiçəklənməsi cənuba İran sahil xəttinə doğru hərəkət etdikcə, burada onun bəzi yerlərdə 10 
sm-dən artıq qalınlıqda olması müəyyən edilmişdir (IFRO, 2006). 
Su çiçəklənməsinin  əmələ  gəlməsi ümumilikdə  təbii illik hadisədir, lakin 2000-ci ildən 
etibarən peyk təsvirləri ilə müqayisə edildikdə, bu çiçəklənmə monitorinq başladıqdan sonra 
regionda  ən  əhatəli hadisə olmuşdur. Təsadüfdən, hava şəraitindəki dəyişikliklər 
çiçəklənmənin  İranın sahil xəttindən kənarda qalması  və parçalanmasına səbəb olmuşdur, 
yalnız yerli balıqçılıq fəaliyyətlərində pozulma olmuşdur. Lakin çiçəklənmə Xəzər dənizinin 
ekosistemi daxilində dəyişikliklərin əlaməti hesab edilir ki, bunlar da tam olaraq anlaşılmır.  
 
A
B
 
Şəkil 5.10: Avqust və sentyabr 2005-ci ildə MODIS peyki ilə qeydə alınmış qeyri-
adi göy/yaşıl su çiçəklənməsi. Mənbə SEƏ, İnternet 2010.    A: 17 avqustda AAB-
ni göstərir, B: 1 sentyabrda ABB-ni maksimal həcmdə göstərir.  
 
 
 
 
 
Şəfəq Asiman 3Ö 
Seysmik Tədqiqat 
sahəsi
Şəfəq Asiman 3Ö 
Seysmik Tədqiqat 
sahəsi


BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
58
 
 
Zooplankton
 
Cənubi Xəzərdə  təxminən 180 növ və alt növdə zooplankton məskunlaşmışdır, bunlardan 
66%-i Protistlər, Rotatorilər və Knidariyalar, 23%-i Kürəkayaqlı  xərçəngkimilər və 
Kladosera, 7%-i dəniz xərçəngkimiləri və 4%-i onurğasız orqanizmlərin sürfələridir 
(Kasimov, 1994). Ümumiyyətlə Kürəkayaqlı  xərçəngkimilər və Kladosera müvafiq olaraq 
biokütlə və çoxluğuna görə üstünlük təşkil edən zooplankton qruplarıdır.
 
Zooplanktonun mövsümi yayılma dərəcəsi fitoplanktonun mövsümi yayılma dərəcəsi ilə sıx 
əlaqədardır, biokütlədə iki eyni yüksəliş dövrü müşahidə edilir ki, bu da fitoplanktonda 
olduğundan təxminən bir ay gec baş verir. Zooplanktonun yayılması həmçinin fitoplanktonla 
idarə olunur, lakin zooplankton gün işığı  və  dərinliyə eyni qaydada əsaslanmaqla 
məhdudlaşmır. Nəticədə, zooplanktonda çox vaxt gün ərzində böyük şaquli miqrasiyalar 
müşahidə olunur. 
Fitoplanktonda olduğu kimi, zooplanktonun da qida şəbəkəsi invaziv növlərin əmələ gəlməsi 
kimi hadisələrlə pozulmuşdur. Son illərdə, Xəzərin zooplankton qruplarının təhlili endemik və 
yeni mühitə uyğunlaşdırılmış növlərdən ibarət olan nisbətən dayanıqlı qrupların 
mövcudluğunu göstərmişdir.  Halicyclops,  Eurytemora, Linmocalanus kimi kürəkayaqlı 
xərçəngkimilər növləri və  Evadne, Pleopis, Polyphemus kimi kladosera növləri üstünlük 
təşkil etmişdir. Lakin 2000-ci ildən bəri holoplanktonun (balıq və bentosun müvəqqəti sürfə 
formaları istisna olmaqla, plankton növlərinin daimi üzvləri) müxtəlifliyi ciddi şəkildə 
azalmışdır (ABƏŞ, 2009).
 
1994 və 2006-cı illər arasında aparılmış ardıcıl son tədqiqatlara uyğun olaraq (ABƏŞ, 2009), 
zooplankton qrupunun strukturunda nəzərə çarpan dəyişikliklər hazırda zooplanktonun əsasən 
iki növlə Acartia tonsa (kürəkayaqlı  xərçəngkimilər) və yuxarıda qeyd edilmiş  Mnemiopsis 
leidyi ilə üstünlük təşkil etməsinə səbəb olmuşdur. Acartia –nın daha çox üstünlük təşkil edən 
taksonlardan biri olmasına baxmayaraq, qeydə alınmış yayılma dərəcələri nisbətən aşağı 
olmuşdur. Bu məhsuldarlığın səviyyəsinin aşağı olduğunu göstərir. Lakin onun nümunə 
götürmə məntəqələrində belə geniş yayılmış olmasına görə, hazırda növlərin plankton yeyən 
və kilkə,  şprot və  şişqarın kimi ov nöqteyi-nəzərindən mühüm balıq növləri üçün əsas qida 
mənbəyini təşkil etdiyi hesab olunur. Acartia-nın  M. leidyi növünün qarışıq yırtıcılıq 
səviyyələrinə davam gətirə bilmək qabiliyyəti onların yerli zooplankton növlərindən fərqli 
olan reproduktiv dövrü ilə izah edilir.   
Şəfəq Asiman seysmik tədqiqat sahəsinin yaxınlığında meroplanktonla (planktonun 
müvəqqəti növləri) əlaqədar, ançousabənzər kilkə (Clupeonella engrauliformis), irigöz kilkə 
(C. grimmi) və sivriburun kefalın (Liza saliens) kürü və sürfələri mövcud ola bilər. Hər iki 
kilkə növünün cənubi Xəzərdə təxminən 500 – 750 m dərinliklərdə qışı keçirməsi məlumdur. 
Yaz vaxtı yetkin balıqlar kürü tökmə üçün orta/cənubi Xəzər istiqamətində  hərəkət edir. 
Bundan başqa  C. engrauliformis –in kürü və sürfələri aprel və may ayları arasında səth 
sularında mövcud ola bilər və  C. grimmi-nin aşağı konsentrasiyaları may ayından etibarən 
dərin sulu təbəqələrdə mövcud ola bilər, çünki ən yüksək kürü tökmə vaxtı ilin sonrakı 
aylarında baş verir (Quliyev və Qasımov, 1999).                                                  
Sivriburun kefalın (Liza saliens) kürü və sürfələri də  həmçinin ilin müəyyən vaxtlarında 
kontrakt sahəsinin yaxınlığında mövcud ola bilər. Kürü tökmə iyun-iyul aylarında cənubi və 
orta Xəzərdə, 5-700 m arasında dərinliklərdə baş verir. Sürfəyəqədər və sürfə mərhələləri 10 - 
40 m dərinliklərdə  cəmləşir, bu, onlar mərkəzi Xəzərdən dayaz sahil sahələrinə  tərəf 
miqrasiya edə bilənə qədər davam edir (AETC, 1999).   
Xulbalığı (Gobiidae) kimi qeyri-ovluq növlərinin ofşor ərazidə nisbətən çox olması müəyyən 
edilmişdir. Kütləvi kürü tökmə iyun-iyul aylarında cənubi və orta Xəzərin mərkəzi 
ərazilərində baş verir, burada kürü 5-100 m su dərinliklərində toplanır. 
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə