Ş ə h r i y a r v ə z ə m a n ə m i z
19
– sözləri onun yaradıcılığı ilə tam təsdiq olunur.
Şəhriyar zaman-zaman xalqının başına gətirilən
oyunları həm ürək ağrısı ilə, həm də bu oyunların
mahiyyətini və mexanizmini açacaq bir tərzdə
qələmə almışdır:
Kim qaldı ki, bizə buğun burmadı,
Altdan-altdan bizə kələk qurmadı,
Bir mərd oğul bizə havar durmadı.
Şeytanları qucaqlayıb gəzdiz siz,
İnsanları ayaqlayıb əzdiz siz.
Lakin ən mühümü budur ki, Şəhriyarın
yazdıqları təkcə o vaxtkı İran gerçəkliyinə deyil,
bütövlükdə əksər müsəlman ölkələrindəki vəziy-
yətə güzgü tutur. Misal üçün:
Çörək qəmi çıxıb xalqın ayına,
Hər kəs qalıb öz canının hayına…
Və ya:
Gör necə qızları, övrətləri saillıq edirlər,
Millətin namusudur, fırlanır övbaş arasında.
Yaxud:
M ə s i a ğ a M ə h ə m m ə d i
20
İndi gərək, Amerikadan dən gələ,
Çörək gedə, Fransadan pən gələ,
Dən-düşümüz Sued, Norvejdən gələ,
Gəlməsə bir gün acımızdan ölək
Qapış-qapış bir çörəyi min bölək.
və s.
Məhz bu keyfiyyət
Şəhriyarı milli
hüdudlardan çıxarıb ümumşərq şairi edir və ona
qoca Şərqin ən böyük dahiləri ilə bir sırada
dayanmaq haqqı qazandırır. Şəhriyarı Azərbaycan
sovet şairlərindən fərqləndirən, yüksəyə qaldıran
və müasirimiz olduğu halda, onun yaradıcılığına
klassik mahiyyət bəxş edən xüsusiyyət də budur.
“Keçək yenə məhəbbətin sözünə”
Bir daha qeyd edək ki, Şəhriyarın dünyada
baş verən hadisələri təhlil edib, ictimai, siyasi,
milli məsələlərdən bəhs açması heç də onun şairlik
dünyasından çıxıb bu dünya işlərinə qarışması,
başqa sözlə, siyasətlə məşğul olması demək deyil.
Bizim ictimai-siyasi həyata «fəal» müdaxilə edib
bu mövzularda yazmaqla şəxsi mənfəət əldə
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
21
etməyə çalışan, milli dərdlərlə, xalqın inamı ilə
alver edən bir çox şairlərdən fərqli olaraq, burada
Şəhriyarın mövqeyi tam qərəzsiz, obyektiv mahiy-
yət daşıyır və elə həmin mövqeyin sayəsində onun
bu mövzudakı şeirlərində zəmanəsini dəqiq səciy-
yələndirmək, ən mühüm detalları qabarıq təqdim
etmək keyfiyyəti meydana çıxır. Çünki bu şeirlər
kənar və təmənnasız bir müşahidəçinin qələmin-
dən çıxıb. Bu həlledici amilə şair özü də işarə edib:
Mənim yolum məhəbbət caddəsiydi,
Son sözlərim haqqın iradəsiydi,
Məhəbbətin risalət vədəsiydi,
Yoxsa məndə bir kəs ilə qərəz yox,
Siyasət adlı məndə bir mərəz yox.
Siyasət – «qərəz» və «mərəz»dirsə, siyasətçi
şair – absurddur, nonsensdir, çünki siyasət adamı
olmaq dünya əhli olmağın kulminasiyasıdır, ifrat
həddidir. Bu isə şairliyin dünyaya qarşı durmaq
missiyası ilə bir araya sığışan şey deyil. Necə ki,
ustad buyurur:
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz!
M ə s i a ğ a M ə h ə m m ə d i
22
ŞƏHRİYAR VƏ XX ƏSR
İRAN ƏDƏBİ MÜHİTİ
yaxud
“İNŞALLAH Kİ, QALİBƏM MƏN!”
Məhəmmədhüseyn Şəhriyarın poeziyası XX
əsr İran ədəbiyyatının inkişaf xüsusiyyətləri ilə sıx
surətdə bağlı olmuş, klassik irsin yaradıcı şəkildə
mənimsənilməsi ilə yanaşı, çağdaş ədəbi proseslə
qarşılıqlı əlaqə və təsir zəminində formalaşmışdır.
Həyatının bütün mərhələlərində tərkidünyalıq və
guşənişinlik illəri yaşamasına, əski təbirlə desək,
«sufi-məşrəb» və «dərviş-məab» olmasına baxma-
yaraq, Şəhriyar İran ədəbiyyatında, xüsusən poezi-
yada baş verən hadisə və dəyişiklikləri yaxından
izləmiş, zəruri məqamlarda və ən mühüm məsə-
lələr barədə səmimi şəkildə mövqeyini bildirmiş,
sözünü söyləmişdir. Odur ki, şairin yaradıcılığının
ədəbi-tarixi əhəmiyyəti və müəyyən mənada müs-
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
23
təsna mahiyyəti məhz bu kontekstdə anlaşıla və
qiymətləndirilə bilər.
XX əsr İran ədəbiyyatının inkişafı bütövlük-
də «ənənəçilərlə» «yenilikçilərin» qızğın müba-
hisəsi və kəskin mübarizəsi şəraitində baş vermiş,
onun ən intensiv mərhələləri 1920-30-cu və 1960-
70-ci illərə, yəni Rza şahın modernləşməyə yönəl-
miş sosial-mədəni islahatları və Məhəmmədrza
Pəhləvinin «ağ inqilabı» dövrünə təsadüf etmişdir.
Bu prosesdə Şəhriyar əlahiddə bir yer tutur və biz
burada həmin əlahiddəliyin mahiyyəti və səbəb-
lərini açıqlamağa çalışacağıq.
Şəhriyarın ədəbiyyata gəldiyi 1920-ci illər
bədii yaradıcılıqda, ilk növbədə poeziyada nova-
torluq axtarışlarının birinci dalğasının gücləndiyi
dövr idi. Şeirdə bu prosesin bayraqdarı olmaq,
klassik kanonları sındırmaq missiyasını Mazan-
darandan olan gənc şair Nima Yuşic (1895-1960)
öz üzərinə götürmüşdü. Şəhriyar kimi fransız dilini
mükəmməl bilən Nima Qərb ədəbiyyatından təsir-
lənməklə bir-birinin ardınca yeni poetik forma və
üslubda yazdığı əsərlərini nəşr etdirir, ənənə tərəf-
darlarının müqaviməti və etirazı ilə üzləşirdi. Eti-
raz edənlərdən biri də o dövrün nüfuzlu ədiblərin-
dən olan Məlikküş-şüəra Bahar (1887-1951) idi. O
Dostları ilə paylaş: |