Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

 

107 


Göründüyü kimi tapşırıq həm maraqlı həm lakonikdir. 

Uşaqları bezdirən sual deyil, əksinə onları düşünməyə vadar 

edən sualdır. 

Şagirdlərin cavablarının heç də hamısı eyni cür 

deyildi. Bəziləri köhnə qaydada tapmaca haqqında 

eşitdiklərinin hamısını yazmışdılar. Lakin yığcam suala konkret 

cavab verənlər də vardı. Həmin cavablar belə idi.  

1. Tapmaca ən yaxşı metaforadır. 

2. Tapmaca yığcam və məzmunludur. 

3. Tapmacanın içində yumor gizlənir. 

4. Tapmaca sual verib cavab almaq üçündür. 

5. Tapmaca bizi düşünməyə vadar edir. 

6. Tapmaca “tap” sözündəndir, “tapma” sözündən 

deyil. (Bu cavabın ətrafında şagirdlərin qızğın mübahisəsi oldu. 

Nəticədə  məlum oldu ki, “tap” əmr  şəklində “tapma” isə bu 

sözün nəql formasıdır. Başqa sözlə getmə, gəlmə, oyanma, 

durma və s. felin adlıq halında işlənib, - ça; şəkilçisi sifətin 

azaltma dərəcəsi olmaqla yanaşı  əzizləmə  mənasındadır. Ana 

uşağına “şux”  əvəzinə  “şuxluca”, “körpə”  əvəzinə “körpəcə” 

deyəndə əzizləyir. 

Göründüyü kimi adi sözlərin  ətrafında gedən 

disskusiya “Tapmaca”nın poetikasının başqa bir cəhətinin 

açılmasına kömək etmiş olur. (62,116) 

Tapşırıqları daha aydın təsəvvür etmək üçün aşağıdakı 

cədvələ nəzər salaq. 

Müəllim qruplara tapşırıqlar verərkən heç bir 

informasiya ötürmür. Çalışır ki, informasiyaları  şagird 

tapşırığın özündən çıxarsın. Beləliklə tapşırıq alan kimi qruplar 

işə başlayır. Bu, ilk şagird tədqiqatı hesab olunur. “Müəllim 

informasiya ötürür” cədvəlində  şagirdlərə  və qruplara yönələn 

diyircəklərin içi boşdur. Yəni vaxta qənaət edən müəllim əlavə 

izahat vermir. Bu həm də ona görə lazımdır ki, uşaqlar 

 

108


informasiyanı hazır almasınlar, onu tədqiqatlarının nəticəsi 

kimi çıxarsınlar.  

Bundan sonra şagirddən müəllimə informasiya axını 

başlayır. Bu informasiyalar tapşırığın məzmunundan doğsa da 

şagirdlərin ümumi fantaziyalarının məhsulu olan nəticələrdən 

ibarətdir. Qrup nəticələri bir vahid müstəvinin parçalarına 

bənzəyir. Müəllimin məharəti orasında olmalıdır ki, həmin 

parçaları birləşdirib vahid bir fikir yaratsın və ümumiləşmiş 

fikir yenidən qruplara qayıtsın.  

 

Sonra isə informasiya axını ikitərəflidir. Həm 



müəllimdən qruplara, həm də  şagirdlərdən mərkəzə - yəni 

təhsili təşkil edən adama yönəlir. Qrafikin üçüncü bəndini 

tətbiq də hesab etmək olar. Müəllim qazanılan nəzəri fikri 

praktikaya yönəldir. Alınan fikirləri  əks etdirən digər  əsərlər 

yada salınır. Ata-anaya anadan eşidilən və bu fikri tamamlaya 

biləcək epizodlar yada düşər. 

Məsələn, “Yeddi qardaş” nağılını  təhlil  

 

I qrupun tapşırıqları 



1. Qardaşlar bir yerdə necə yaşayırdılar? 

2. Heyvanları ovlayarkən onların qalib gəlməsinin 

səbəbi nə idi? 

3. Qrupun gəldiyi nəticə 

II qrup  



1. Qardaşlar niyə ayrıldılar? 

2. Aralarında soyuqluq olandan sonra nə baş verdi? 

3. Qrup hansı nəticəyə gəldi? 

III qrup  

1.  Ata oğlanlarını yanına nə üçün çağırdı? 

2.  O, oğlanlarına nə gətirməyi xahiş etdi? 

3.  Qrupun gəldiyi nəticə 

 

IV qrup  




 

109 


1. Ata güclərini sınamaq üçün oğlanlarına nə xahiş 

etdi? 


2. Yeddi nar çubuğunu necə qiymətləndirmək olar? 

3. Qrupun gəldiyi nəticə 

Dərsin növbəti mərhələsində  məlumatın təşkili və 

nətiələrin çıxarılması. 

Qrup liderlərinin nəticələri  

I qrup 


Qardaşlar bir yerdə xoşbəxt yaşayırdılar. Onlar hətta 

ən vəhşi heyvanları belə diri tutur, heç zaman məğlub 

olmurdular. Birlik onlara güc verirdi. Qrup belə bir nəticəyə 

gəldi ki, həyatda ən çətin işləri belə birliklə görmək olar. Atalar 

deyir: güc birlikdədir.  

II qrup 


Bir az böyüyəndən sonra qardaşlar evləndilər. 

Arvadlarının mənəm mənəmliyi onları ayrı saldı. Onlar 

təkləndilər və gücsüz oldular. Bir yerdə olsaydılar həmişə qalib 

gələrdilər. Gərək arvadları qardaşları bir-birindən ayırmayaydl. 

Atalar yaxşı deyib: tək əldən səs çıxmaz. 

 

III qrup  



Ata oğlanlarının ayrılıqla gücsüz olduqlarını onlara 

başa salmaq üçün hərəsindən bir nar çubuğu xahiş etdi. Ata öz 

borcunu yerinə yetirməyə çalışdı. Məhəmməd peyğəmbər 

deyib: ataya itaət – allaha itaət, ataya üsyan – allaha üsyan 

deməkdir. Buna görə  də  oğullar atalarının sözünü eşidib onun 

yanına gəldilər.  

Bizcə ata öz borcunu yerinə yetirmək üçün belə bir 

hərəkət etdi. 

IV qrup  

Ata uşaqların gətirdiyi yeddi nar çubuğunu bir yerdə 

sındırmağı onlardan xahiş etdi. Qardaşların heç biri bu işi görə 

bilmədi. 

 

110


Beləliklə ata uşaqları başa saldı ki, yeddi çubuğu bir 

yerdə  sındırmaq mümkün deyilsə, yeddi qardaşı da bir yerdə 

məğlub etmək çətindir. 

Müəllimin ümumiləşdirməsi  

Sizin gəldiyiniz nəticələri belə yekunlaşdırmaq olar: 

Nağıllar uydurma olsa da çox böyük hikmətə 

malikdir. Nağıllarda adi həyati hadisələr elə ümumiləşir ki, 

oxucu ondan həyatın sirlərini öyrənir.  

“Yeddi nar çubuğu” çox ibrətamiz bir əhvalatdır. O, 

insanları dostluğa, birliyə çağırır. Burada “qardaş” sözü şərtidir. 

Nağılda deyilir ki, insanlar dost olsa hər şeyə qalib gələ bilər. 

Sizin tədqiqatlarınız çox maraqlıdır. Nəticələriniz 

ağıllıdır. Şübhəsiz ki, bu nağıl sizin daha ağıllı olmanıza kömək 

edəcəkdir.  

Tədbiq etmə  

“Yeddi çubuq” əhvalatını  həyatın hər yerində  tətbiq 

etmək mümkündür. 

Ev tapşırığı  



1. Bu hekayəni öz həyatımızda baş verən hadisələrə 

tətbiq edə bilərsinizmi? 

2. Dostluq edənlərin gözəl, dalaşanların başına gələn 

son nəticələr haqqında ata-ananızdan eşitdiklərinizi dəftərinizə 

köçürün.  

Deduktiv metodun nümunəvi bir dərsi kimi bu 

məşğələ diqqəti cəlb edir.  

Bu dərsdə uşaqların yaradıcı axtarışları və intelektual 

düşüncələri diqqəti cəlb dir. Şagirdlər bu tipli mövzuları  həm 

şifahi, həm də yazılı ədəbiyyatın axtarışına başlayırlar ki, bu da 

onların ümumi inkişafına təkan verir. “Yeddi nar çubuğu” 

əhvalatı bütöv bir metaforadır. Metafora haqqında dərsdə söz 

getməsə  də  şagirdlər onu duyurlar mümkündür. Bu duyğu, 

obrazlı düşüncə  dərsin fəlsəfəsini təşkil edir. Müəllimin 

motivasiya prosesində göstərdiyi “dalaşan xoruzlar” və 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə