111
“salamlaşan əllər” portretləri də obrazlı düşüncənin nəticəsidir.
Beləliklə həm intellektinə, həm də obrazlı düşüncəsinə təsir
edən bu tipli dərslər müasir təlim texnologiyalarının verdiyi
imkanların nəticəsidir.
Bu cədvəl “Yeddi çubuq” metaforasının imkanlarını
açır. Yeddi çubuq əhvalatı cədvəldə göstəriləndən bir neçə dəfə
artıq çoxaltmaq olar. 7 müəssisə, 7 ailə, 7 insan, 7 ölkə və s.
Beləliklə bu metaforanın verdiyi imkanlar hesabına şagirddə
daha geniş təsəvvür yaratmaq mümkündür.
112
YAZI MƏDƏNIYYƏTI
Yazı mədəniyyəti deyəndə nəyi başa düşürük?
Orfoqrafiyanı bilməyi? Sözü sətirdən sətrə düz keçirməyi?
Gözəl xətlə yazmağı? Fikri sərrast ifadə etməyi?
Əlbəttə bunların heç biri ayrı-ayrılıqda yazı
mədəniyyəti deyil. Sadəcə yazı yazmağı bacarmaq üçün
yuxarıdakı bacarıqların hamısına nail olmaq lazımdır. (əlavə1)
“Cəmiyyətin yeniləşməsi ilk növbədə insanı və onu
əhatə edən varlığı ənənəvi baxışlardan fərqli mövqedən
dəyərləndirmədən başlanır. Gənc nəsli sosial sifarişdən irəli
gələn bu dəyərlərə uyğun formalaşdırıb həyata hazırlamaq
köklü islahatlar prosesini yaşayan Azərbaycan təhsilinin başlıca
məqsədlərindən biridir. Bu yanaşmada ümumtəhsil
məktəblərinin fənn kurrikulumlarının konseptual sənəd kimi
işlənərək 2008-2009-cu tədris ilindən tətbiq edilməsi mühüm
pedaqoji hadisədir. Onun səmərəli nəticə verməsi isə pedaqoji
kadrların, xüsusən fənn müəllimlərinin metodik hazırlığının
ümumi səviyyəsinin artırılmasından çox asılıdır. Müəllimlərin
lazımi metodik ədəbiyyatla vaxtında təmin edilməsi sözsüz,
təlim prosesinin daha canlı alınmasına, şagirdlərin dərsə olan
maraqlarının yüksəlməsinə, müəllim-şagird münasibətlərinin
qarşılıqlı anlaşma müstəvisinə keçirilməsinə zəmin yaradır”.
(28,3)
Tapşırıqların əsas məqsədi şagirdləri təkcə dil
qaydalarına alışdırmaqla məhdudlaşa bilməz. Onlar şagirdləri
estetik kamilliyə gedən yola çıxarmalıdır. Çünki estetik şüur
intellektin də zirvəsidir. Bu problem təkcə müəllimlərin deyil,
dünyanın qabaqcıl alimlərinin çoxunu düşündürmüşdür. Ilk
baxışda intellekt və bədii düşüncə insan qabiliyyətinin müxtəlif
qütbləri kimi görünsə də sonda onların hər ikisi bir-biri ilə
113
çulğalaşıb estetik şüuru yaradır. Böyük alman filosofu Hegel
yazır: “Mən əminəm ki, bütün ideyaları əhatə edən ali zəka
məqamı estetik şüurdur. Həqiqət və fayda doğma tellərlə ancaq
gözəllikdə birləşir. Estetik hissə malik olmadan hər hansı
sahədə mənəvi cəhətdən inkişaf etmək mümkün deyil. (Səh. 39,
212)
Azərbaycanın görkəmli filosofu S.Xəlilov həmin fikri
davam etdirərək yazır: “Estetiklik dar mənada xüsusi
professional fəaliyyətlə, ən çox incəsənətlə bağlı olduğu halda,
geniş mənada insanın bütün fəaliyyət sahələrində təzahür edir
və özünüdərketmənin başlıca göstəricisi kimi çıxış edir. (42,səh
303) Yazı mədəniyyəti estetikanın xüsusi bir sahəsidir. Estetik
duyğusu olmayan adam mədəni səviyyəli yazılar yaza bilməz.
Yazı mədəniyyəti geniş bir anlamdır. Distant əlaqənin ən gözəl
forması yazıdır.
Necə edək ki, biz öz məktublarımızı, məruzə və
çıxışlarımızı mümkün qədər az sözlə, amma dolğun ifadə edək?
Yazılı nitqimizi uzun-uzadı ibarələrlə doldurmayaq, yığcam,
sərrast, düz hədəfə dəyən ifadələrlə quraq. Bu suallar müasir
təhsilin qarşısında dayanan əsas problemlərdən biridir.
“Şagirdlərin inkişaf etməsi, fəal bir vətəndaş kimi
formalaşmasında onların idraki və kommunikativ bacarıqlara
yiyələnməsi vacib tələblərdən hesab edilir. Respublikada Təhsil
Islahatının həyata keçirildiyi hazırkı şəraitdə bu tələblər bir
daha aktuallıq kəsb etməklə ümumtəhsil fənlərinin, o
cümlədən, Azərbaycan dili təliminin qarşısında vacib vəzifələr
qoyur. Bütövlükdə şagird şəxsiyyətinə, onun mənəvi
ehtiyaclarına yönəlmiş həmin vəzifələr içərisində nitq
mədəniyyətinə aid keyfiyyətlər öz əhəmiyyəti və roluna görə
daha çox fərqlənir. Təcrübələr göstərir ki, hazırkı şəraitdə
Azərbaycan dilinin öyrədilməsi prosesində daha çox linqvistik
biliklər vermək meyli üstünlük təşkil edir. Şagirdlərin istər
yazılı, istərsə də şifahi nitqinin inkişafında geriləmələr
114
müşahidə edilir. Onlar öyrəndikləri dil qaydalarını nitq
fəaliyyətində, xüsusən də yazıda tətbiq edərkən çətinliklərlə
rastlaşırlar. Yazının düzgünlüyünü şərtləndirən orfoqrafik,
durğu işarəsi və sair qaydaların tətbiqində səhvlərə yol
verirlər”. (30, 3)
(əlavə 2)
Ibtidai siniflərdən başlayaraq
şagirdlər yazı
mədəniyyətinə doğru gedən yola çıxırlar. Onun ilk nümunələri
imla və inşalardır. Azərbaycan təhsilində şagird yazılarının
çeşidlərini, hər yazının qarşısında dayanan konkret tələblərin ən
böyük bilicisi prof. Y.Kərimovdur. Onun imla və ifadə yazılar
haqqındakı kitabları uzun illərdir ki, məktəblərimizdə istifadə
olunur. Y.Kərimov yazır:
“Kiçikyaşlı
məktəblinin bir şəxsiyyət kimi
formalaşmasında orfoqrafik savadlılıq mühüm rol oynayır.
Yazı qaydalarını mükəmməl bilməyən məktəblinin yazılı
nitqinin inkişafından söz açmaq olmaz. Qrammatik-orfoqrafik
qaydaları tətbiq etməkdə çətinlik çəkən şagird ifadə və inşa
yazarkən orfoqrafiyasını bilmədiyi bu və ya digər sözü
işlətməkdən çəkinir, onu başqası ilə əvəz edir. Nəticədə
kontekstdə söz yerinə düşmür, həqiqi mənasında işlənmir.
Bəzən bircə sözün dəqiq işlənməməsi, sözdə bir hərfin
buraxılması və ya ona bir hərfin əlavə edilməsi, bir hərfin
digəri ilə əvəz olunması, həmçinin bitişik və ayrı yazılma
hallarının gözlənməməsi, sözün mənasının dəyişməsi ilə mətnin
məzmununun anlaşılmaması ilə nəticələnir. (50,3)
Ifadə nitq inkişafının çox mühüm mərhələlərindən
biridir. Ibtidai sinif şagirdləri nitqin bu sahəsi üzrə bacarıq və
vərdişlərə yiyələnmədən rabitəli nitqin inkişafının daha mühüm
mərhələsi olan inşalar üzrə bacarıq və vərdişlərə yiyələnə