Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

 

49 


yaranmış bu termin müasir dövrdə bütün elmlərin  əsas 

kateqoriyası kimi diqqəti cəlb edir.  

1921-ci ildə “Təhsilin psixologiyası” jurnalı  məşhur 

amerikalı psixoloqların iştirak etdiyi diskussiya təşkil edir. 

Onların hər birindən xahiş olunur ki, intellektin müəyyən 

olunması  və necə ölçülməsi haqqında fikirlərini bildirsinlər. 

Demək olar ki, bütün alimlər intellektin ölçülməsini test 

vasitəsilə olduğunu təsdiq etsələr də, onun müəyyən edilməsində 

fikirlər təzad təşkil edir. L. Terman “abstrakt düşünmək 

qabiliyyəti”, E. Torndayk “həqiqət və doğru olan kriteriya 

əsasında gözəl cavab vermək qabiliyyəti”, S. Kolvin isə  “ətraf 

aləmdə baş verən hadisələri dərk etmək və alışmaq bacarığını 

təmin edən biliklər yığını  və  təlimdə qabaqcıllıq” kimi fikirləri 

ilə intellekti təyin edirlər.  İngilis psixoloqu Q. Ayzenk insan 

intellektinin  əsasını  əqli proseslərin bir-birini tez-tez əvəz 

etməsində görürdü.  

Fəlsəfi fikir bədii ədəbiyyatla idrakın sıx birliyini etiraf 

edir. Deməli, biz metodistlər bu cəhətləri nəzərə almalı, uşaqların 

intelekt qabiliyyətlərinin inkişaf etdirilməsini yaddan 

çıxarmamalıyıq.  

Dünya psixoloqlarının bu gün də davam edən 

mübahisələrinin vahid ortaq məxrəclərindən biri odur ki, 

uşaqlarda anadangəlmə qabiliyyətlərin inkişaf etdirilməsi 

olduqca  əhəmiyyətlidir. Bu qabiliyətlərin paralel inkişafı 

şübhəsiz ki çox vacibdir. Elə qabiliyyətlər var ki, onun inkişafı 

üçün  şagirdin müstəqil inkişafı kifayət edir. Lakin elə 

qabiliyyətlər var ki, onu bağça tərbiyəçisi və ibtidai sinif 

müəllimi daimi nəzarətdə saxlamalıdır. Belə qabiliyyətlərdən biri 

məntiqi təfəkkürdür. “Məntiqi təfəkkür yalnız elmi fəaliyyətə 

deyil, həyatın bütün sahələrində insana lazım olan vərdişdir. 

Məsuliyyətli anlarda düzgün qərar çıxartmaq, disput və 

diskusiyalarda öz mövqeyini əsaslandırmaq, arqumentləri elə 

ardıcıllıqla düzmək ki, qarşı  tərəf “hə” deməyə  məcbur olsun. 

 

50



Bütün bunlar istənilən şəxsi həyatda lazım olan bacarıqlardır və  

əsasında da məntiq durur. Yaxşı olardı ki, bu bacarıq orta 

məktəbin aşağı siniflərindən başlayaraq şagirdlərə aşılansın. Onu 

da qeyd etmək lazımdır ki, məntiqi təfəkkür bir çox biliklərin 

əzbərlənməsinə deyil, məntiq süzgəcindən keçirməklə 

qavranılmasına kömək edir və bu yolla qazanılmış bilik insan 

hafizəsindən uzun müddət silinmir”. (Zəka oyunları. Səh 5) 

Şagirdlər arasında intellekt qabiliyyətlərinə görə  fərq 

qoymaq, yəni 

şagirdlərin intellekt qabiliyyətlərini 

müəyyənləşdirmək müəllimin səlahiyyətindədir. Lakin bir cəhəti 

unutmaq olmaz ki intellekt qabiliyyəti zəif olan şagirdləri də 

inkişaf etdirib qabaqcıllar sırasına çıxartmaq bu günün aktual 

məsələlərindəndir. Bu gün cəmiyyətimizi belə bir sual 

düşündürür. Şagird psixikasını idarə etmək mümkündürmü? Adi 

halında süst, xəyalpərvər təsiri bağışlayan  şagirdi sinfin 

qabaqcılları sırasına çıxartmaq mümkün olan işdirmi? 

Təhsil sistemimizdə baş verən yeniliklər, fəal təlimin 

getdikcə daha çox artan nüfuzu belə suallar ətrafında bizi 

düşünməyə vadar edir? 

Əlbəttə belə suallara fiziklər, astronomlar, 

riyaziyyatçılar asanlıqla “hə” deyəcəklər. Çünki şagirdlərin 

yaradıcılıq təfəkkürünün inkişaf etdirilməsi problemlərindən 

söhbət düşəndə birinci növbədə yada dəqiq elmlər düşür. Lakin 

söhbət ana dilinin tədrisi prosesində  şagird düşüncəsinin 

fəallaşdırılmasından gedəndə  yəqin ki, mübahisəyə qoşulmaq 

istəyən opponentlərin sayı kifayət qədər olacaq. “Azərbaycan 

Respublikasında Ümumi Təhsilin Konsepsiyası Milli 

kurikulum”unda bu məsələ xüsusi bir problem kimi qoyulur.  

Uşağın yaradıcı  təfəkkürünü müəyyənləşdirən başlıca 

amil onun öz təcrübəsidir. Yaradıcı  fəaliyyət insanın keçmişdə 

qazanmış olduğu təcrübənin müxtəlifliyi və  rəngarəngliyindən 

birbaşa asılıdır. Kiçikyaşlı  məktəblinin isə bildiyi, öyrəndiyi 

şeylər hələ çox az olduğundan  onun xəyalları da maraqsız, 




 

51 


fantaziyası sönükdür. (Kursiv mənimdir  Ş. N.) Bunları 

canlandırmaq, yaradıcı  təfəkkürə qida vermək üçün o, fəaliyyət 

sahəsinə, məsələn, riyaziyyata aid müəyyən bilik və bacarıqlara  

sahib olmalıdır. Bu bilik və bacarıqların dairəsi genişləndikcə 

şagirdin fantaziyası da zənginləşir. (Kurikulum N1. 2009) 

Kursivlə verilən fikirlərlə heç cürə razılaşmaq olmaz. Çünki 

həmin müəllifin elə bu məqaləsinin  əvvəlində bu fikirlər təkzib 

olunur. Müəllif yazır:  

“Uşaqlarda yaradıcı təfəkkürün formalaşmasında ibtidai 

məktəb çox mühüm rol oynayır. Çünki kiçik məktəb yaşlarında 

artıq yaradıcı  fəaliyyət üçün psixoloji təməl formalaşmış olur. 

Şagirdlərdə  təsəvvür və fantaziya inkişaf edir, hər  şeyi 

öyrənməyə  həvəs yaranır, hadisələri müşahidə etmək və 

nəticələri analiz etmək bacarığı formalaşır, onlar müqayisələr 

aparır, faktları ümumiləşdirir, nəticələr çıxarır, fəaliyyətə qiymət 

verirlər. Onlarda maraqlar, meyillər, tələbatlar formalaşır ki, 

bunlar da yaradıcılığa sövq edən amillərdir” Bu fikrində müəllif 

tamamilə haqlıdır. Çünki 3 yaşlı uşaq 30 yaşlı insandan daha çox 

fantastik ola bilir. Qeyd etməliyik ki, yaradıcı təfəkkür fantaziya 

ilə daha çox bağlıdır. Deməli, ibtidai sinifə  gələnə  qədər 

uşaqlarda fantastik qabiliyyətləri inkişaf etdirmək bağçanın 

qarşısında mühüm vəzifə kimi dayanır. Fiziki cəhətcə  zəif olan 

bir uşaq daim məşqlər edib güclülər sırasına çıxa bilirsə məntiqi 

qabiliyyətləri də beləcə inkişaf etdirmək mümkündür.  

Ana dili və oxu dərslərinin mükəmməlliyi və effektivliyi 

üçün hələ bağçada ikən  əlifbanı öyrənmələri xüsusi əhəmiyyət 

kəsb edir. Uşaq intellektinin inkişafı üçün kiçik yaş dövrü daha 

məhsuldar hesab olunur. Amerika alimi Qlen Duman uşaqlara tez 

oxumağı öyrətmək üçün xüsusi sistem tərtib etmişdi. Aydın 

olmuşdu ki, iki-üç yaşlı  uşaqlara oxumağı öyrətmək daha 

asandır, ancaq bir şərtlə ki, gərək hərflər çox iri, məşğələlər qısa 

olsun.  “Oxumaq təlimi uşaqlar üçün oyuna çevrilsin, gərək 

valideynlər bu məsələyə  təşəbbüskarlıqla yanaşsın, uşaq 

 

52



müvəffəq olmadıqda zərrə  qədər dilxor olmasın, heç bir zor 

işlətməsin, mümkün qədər mükafatlandırsın, heç vaxt 

cəzalandırmasın”. (V. Levi, s 227) 

Şagirdlərdə intellektin inkişaf etdirilməsi prosesi onların 

qabiliyətləri ilə  sıx bağlıdır. Müəllim hər bir şagirdin hansı 

qabiliyyətə malik olduğunu nəzərə almalıdır. Ana dilinin tədrisi 

prosesində bu xüsusi bir problem kimi qarşıda durur. Dünyanın 

qabaqcıl ölkələrindən biri olan Fransada hələ XX əsrin 

əvvəllərində bu məsələ dövlət səviyyəsində diqqəti cəlb edən bir 

problem idi. 1904-cü ildə Fransız psixoloqu Alfred Bine (Bax: 

Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri kitabı, s 

101 “Adiloğlu 2006) İbtidai sinif şagirdlərinin müvəffəqiyyət 

qazanmasının sirlərini araşdırmağa başladı. Bu tapşırığı ona 

Fransanın Xalq Təhsil Naziri vermişdi. Lakin bu hadisədən 80 il 

sonra təhsil araşdırıcıları  kəşf etdilər ki, şagirdin inkişafı üçün 

birinci növbədə onun qabiliyyəti üzə  çıxmalıdır. Harvard 

universitetinin professoru Hovard Qardner adlı psixoloqu “Əqlin 

hüdudları” (1983) adlı kitabında “Çoxşaxəli  əqli qabiliyyətlər 

nəzəriyyəsini yaratdı. Bu nəzəriyyəyə  əsasən insanın 7 əqli 

qabiliyyəti haqqında nəzəri fikirlər irəli sürüldü.  

“Bu gün orta məktəbdə  təhsilə yanaşma dəyişir. 

Şagirdlərə sadəcə olaraq bilik və ehkamlar vermək deyil, onlarda 

müəyyən bacarıq və  vərdişlər inkişaf etdirmək tələb olunur. 

Əzbərləməklə əldə edilmiş bilik tez bir zamanda unudulur, lakin 

bacarıq və  vərdişlər yaddan çıxmır,  şəxsiyyət yönümlü təhsilin 

əsas məqsədi  şagirdi alim etmək deyil, onu müstəqil həyata 

hazırlamaqdır. Bu məqsədlə  şagirdin həm intellektini, həm 

xarakterini, həm də  mənəviyyatını düzgün formalaşdırmaq və 

inkişaf etdirmək lazımdır”. (Məlikbaxış Babayev, “Zəka 

oyunları”, 2005)  

Lakin Hovard Qardnerin çoxşaxəli  əqli qabiliyyətlər 

nəzəriyyəsi bu gün dünya psixoloqlarının  ən çox cəlb edən bir 

problem kimi qarşıda durur. Müasir şəraitdə Qardner 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə