Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

 

45 


verirlər. onlar rəngə, xəttə, formaya, yerə və bu ünsürlər arasında 

mövcud əlaqələrə qarşı həssas olurlar.  

4) Kinestatik intellekt 

Belə uşaqlar rəqs etməyi, qaçmağı, qurmağı, toxumağı, 

əl hərəkətlərini, həyat hadisələrini bir-birinə lal üsulla təqdim 

etməyi sevirlər. onları rollar üzrə oyunlar, əl hərəkəti ilə 

anlatmalar, dramatik quruluşlar, idman, fiziki hərəkətlər və s. 

maraqlandırır.  

5) Musiqi intellekti 

Belə  uşaqlar həyatı ritm və melodiyalarla dərk etməyə 

çalışırlar. Oxumağı, zümzümə etməyi,  əl və ayaqları ilə takt 

tutmağı, səsləri ayırd etməyi sevirlər. 

6) Şəxslərarası intellekt 

Belələri başqalarının üzündəki ifadələri oxuyur, 

insanların bir sözündən demək istədiyi mənaları anlayır. Belə 

uşaqlar başqalarının ideyalarını götürməyi, lider olmağı, təşkil 

etməyi, uyğunlaşmağı, idarə etməyi, vasitəçi olmağı sevirlər.  

7) Tənha intellekt 

Belələri xəyala dalmağı, sakitliyi, mütailəni, 

planlaşdırmağı sevir.  

Oxu dərslərində bu intellektlərin hər birinə qida verəcək 

imkanlar vardır. Fəal təlim texnologiyalarının 

əsas 

üstünlüklərindən biri tədris prosesində  həmin qabiliyyətləri 



nəzərdə tutmaqdır. Müəllim sinifdə eyni intellekt maraqları olan 

şagirdləri qruplaşdırmağı bacarmalıdır. Hər bir şagird özünün 

intellekt qrupunda daha xoşbəxt olur. Həm də öz qabiliyyətlərini 

inkişaf etdirmək imkanları qazanır.  

İntellekt qabiliyyətlərini inkişaf etdirmək üçün hər bir 

elm sahəsi öz imkanlaından istifadə edir. Zak həmin 

qabiliyyətlərin inkişafını riyazi, həndəsi, fiqurlar, əyləncəli və 

məntiqi məsələlərin həllində, Dmitriyev təbiətin sirlərini 

öyrənməkdə, bədii  ədəbiyyatın rolunda görür. Onun fikrincə 

 

46



bədii  ədəbiyyat bütün intellekt qabiliyyətlərinin inkişafına 

yardım etmək iqtidarındadır.  

İntellektin rüşeymləri  sağlam  istedadla yazılmış 

ədəbiyyat nümunələrinin dərin qatlarındadır. Ədəbi əsərin estetik 

keyfiyyətlərini yalnız ana südü ilə müqayisə etmək olar. Ondan 

bəhrələnməyən uşaq sonralar hansı elm sahəsinə düşürsə düşsün

ya pis sənətkar, ya da cəmiyyət üçün yarasız adam olacaq. Buna 

görə  də oxu dərsləri uşaqlarda bədii  əsərin ləzzətini duymaq 

qabiliyyəti yaratmalıdır.  

Bədii  əsərin tədrisi prosesində  əsas məsələ  şagirdlərin 

qəlbində “niyə?”, “nə üçün?” kimi suallar yaratmaq bacarığıdır.  

Psixoloq Vladimir Levi Albert Eynşteynin həyatından 

misal gətirərək qeyd edir ki, balaca Albert ilk dəfə gördüyü 

kompasa baxarkən maraqlı hisslər keçirir. Əqrəblərin hərəkəti, 

ağır tərpənişi sakit oğlanı  həyəcanlandırır. Bu ona  yeni kəşf 

bilavasitə mövcuddan vahid, cahanşümul qüvvə kimi görünür. 

Onun psixikasında ilk, sadəlövh “nə üçün?” sualı həkk olunur və 

bütün həyatı boyu bu sual onu tərk etmir... Kompas alimin dəin 

təfəkkürünə qol-qanad verdi. Ömrünün çox hissəsini xüsusilə 

ikinci yarısını Eynşteyn sahə  və cazibə qanununun işlənib 

hazırlanmasına həsr etdi. Bəlkə də o, uşaqlıqdan beynində həkk 

olmuş “nə üçün?” sualına cavab tapmaq istəyirdi.  

Deməli hətta  ən adi bir həyat hadisəsi belə insan 

qəlbində yaradıcılıq üçün assosiasiyalar doğura bilər.  

Hər bir təhsil konkret fəlsəfəyə  əsaslanır.  Əgər belə 

olmasa, o nəyə nail olacağını  əvvəlcədən təsəvvür etməsə, 

məktəb uşaqların vaxtını alan lüzumsuz söz-söhbət yeri olardı. 

Təhsil fəlsəfəsinin  əsasında insan, onun formalaşması, cəmiyyət 

üçün gərəkli olmaq dərəcəsi dayanır.  

İnsan təbiətin yetişdirdiyi qiymətli bir canlıdır. Onu 

tərbiyə edib cəmiyyət üçün gərəkli bir sərvətə çevirmək işi 

məktəbin öhdəsinə düşür.  




 

47 


İnsan bir sıra təbii instinktləri ilə dünyaya gəlir. Bu 

potensial instiktlərin içində yaşamaq, xəyala dalmaq, gələcək 

fəaliyyətini təsəvvür etmək, plan qurmaq və s. kimi yalnız insana 

məxsus olan keyfiyyətlərin rüşeymi olur. Bu keyfiyyətlər inkişaf 

etdikcə insan canlıların  ən güclüsünə çevrilir. Deməli hər  şey 

insana xas olan təbii instinktləri inkişaf etdirməkdən, yəni bu 

cəhətləri tərbiyə edib həmin  şəxsin xarakterinə çevrilməkdən 

ibarətdir. Ağaca su verib qulluq edildiyi kimi uşağa da hərtərəfli 

tərbiyə vermək cəmiyyətin  ən mühüm işlərindən biridir. 

Cəmiyyətin bu vəzifəsini məktəb öz üzərinə götürür. Deməli 

məktəb güclü varlığa çevrilmək imkanları olan və təbiətən başqa 

həmcinslərindən seçilən insanı  sərvətə çevirmək vəzifəsini icra 

etməlidir. Bu məktəb fəlsəfəsinin əsasını təşkil edir.  

Təhsilin bünövrəsi hesab olunan ibtidai sinifdə insanın 

gələcək xarakterinin, yaradıcılıq meyllərinin  əsası qoyulur. Bu 

işdə isə uşağın oxuduğu ilk kitabların, bədii əsərlərin əhəmiyyəti 

xüsusi ilə böyükdür.  

Çox zaman ibtidai məktəbdə oxunan bədii kitabların 

əhəmiyyətindən danışarkən ana dilinin mənimsənilməsi və 

estetik tərbiyəsi ön plana çəkilir. Bədii  ədəbiyyatın imkanları 

məhdud dairədə  təsvir olunur. Halbuki, yaxşı  bədii  əsər uşağın 

həm estetik tərbiyəsinə, həm də onun intellektinə  təsir edir. 

Deməli, biz uşağa yaxşı bədii əsər versək onun həm estetik, həm 

də intellektual tərbiyəsinə güclü təsir edə bilərik. Bunun 

nəticəsində isə biz güclü varlıq kimi doğulmuş  uşağı kamil bir 

insana çevirə bilərik. Bu isə ibtidai təhsil fəlsəfəsinin  əsas 

atributlarından biridir.  

Bu vəzifələri yerinə yetirmək üçün uşaq oxusuna cəlb 

olunan əsərlərdən çox şey asılıdır. Çünki uşağın oxuduğu hər bir 

kitab onun təfəkkürünün formalaşmasına təsir edir. Təfəkkürün 

formalaşması  uşağı  həssas və duyğular aləmi ilə yanaşı elmi 

yaradıcılığa da istiqamətləndirir.  

 

48

“Elmi yaradıcılığın vektoru bilavasitə  təfəkkürlə 



şərtlənir. Bir ənənə olaraq bu təfəkkürü yaradıcı  təfəkkür kimi 

mənalandırır. Lakin təfəkkürlə  təxəyyülün demorkasiyası 

problemi sistemli açıqlanmayıb. Bu problem yalnız son zamanlar 

həm də Azərbaycan psixologiyasında ayırd edilib.  

Müasir psixologiyada divergent və konfergent təfəkkür, 

eləcə  də lateral təfəkkür (Edvard  və Bono) konsepsiyası 

formalaşmışdır.  

İstər divergent təfəkkürün, istərsə  də lateral təfəkkürün 

yaradıcılıq effektləri önəmlidir. Lakin nə divergent təfəkkür, nə 

də lateral təfəkkür istər bədii yaradıılıq, istərsə də elmi yardıcılıq 

kontekstində öyrənilməyib. 

Bu gün orta məktəbdə  təhsilə yanaşma dəyişmişdir. 

Şagirdlərə sadəcə olaraq bilik və ehkamlar vermək deyil 

müəyyən bacarıq və  vərdişləri inkişaf etdirmək tələb olunur. 

Əzbərləməklə  əldə olunmuş bilik tez bir zamanda unudulur. 

Şəxsiyyət yönümlü təhsilin  əsas məqsədi  şagirdi alim etmək 

deyil, onu müstəqil həyata hazırlamaqdır. Bunun üçün şagirdin 

intellekt qabiliyyətini inkişaf etdirmək lazımdır.  

Bəşəriyyət müasir inkişaf səviyyəsi üçün intellektə 

borcludur. Intellektin ahəngdar inkişafı olmasaydı  bəşəriyyt 

müasir elmi-tərəqqiyə yiyələnə bilməzdi.  

Lakin müasir tərəqqi bəşəriyyətə kifayət edirmi? Bu 

suala verilən cavablar içərisində böyük amerikalı alim 

Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsi belə bir həqiqəti 

ortalığa qoyur ki, bəşəriyyətin nail ola biləcəyi elmi-tərəqqi hələ 

çox-çox yüksəklərə qalxa bilər. Deməli, bu gün ibtidai sinfə ayaq 

açan uşağın başqa cəhətləri ilə yanaşı intellekt qabiliyyətlərinin 

inkişaf etdirilməsi xüsusi bir məqsəd kimi qarşıya qoyulmalıdır. 

Bəs intellekt nədir? 

İntellekt latın dilindən (intellektus-anlamaq, başa 

düşmək) götürülmüş, geniş  mənada insanın düşünülmüş 

fəaliyyətləri, dar mənada isə düşünmək deməkdir. XVI əsrdə 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə