Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 

57 


bağlılıq yoxdur. Uşaq divanda əyləşir, yanında da qarmonu var. 

Şeirin sonuna qədər bilinmir ki, bu qarmon nə üçündür. Sonra 

qapı döyülür, canavar daxil olur. Uşaq görəsən bu ədəbli canavarı 

(axı o, qapını döyüb icazə ilə evə girmişdi)  niyə öldürür? Bu 

suala da cavab yoxdur. Canavarı öldürdükdən sonra uşağın başı 

divara dəyir, ordan bir qız çıxır. Görəsən bu nə üçündür? Qızın 

adını Tamara qoyurlar. Sonra Tamara üç günlüyə harasa gedir. 

Amma on beş gün keçməsinə baxmayaraq o, hələ də qayıtmır. 

Psixoloq Limunət  Əmrahlı yazır: “İnkişafın qanunauy-

ğunluqları baxımından 5 yaşlı uşaq artıq tam mənası ilə insanlar-

la əşyavi ünsiyyətdən sözlü-məntiqi ünsiyyətə keçir. Bu keçidin 

əsasında uşağın fəaliyyətinin və  şəxsi keyfiyyətlərinin spesifik 

cəhətləri,  ətraf aləmi özünəməxsus mənimsəmə  tərzi,  əldə olun-

muş  təəssüratların, biliklərin interiorizasiyası-eksteriorizasiyası 

imkanları durur. Bu imkanlar uşaqlarda vaxtında və effektli 

qaydada,  aparıcı fəaliyyət fonunda yaradılmalıdır.  

Beşyaşlıların  əsas fəaliyyətinin oyun olmasına baxma-

yaraq bu dövrdə oyun məzmunca  əvvəlki dövrlərdən daha mü-

rəkkəb, uzunmüddətli, süjetli, rollu olur. Məhz bu xüsusiyyətlə-

rinə görə beşyaşlıların  əsas fəaliyyəti “süjetli-rollu oyunlarda 

tənzimlənir. Fəaliyyətin bu səviyyədə  təkmilləşdirilməsi ona 

sistemli nəzarət və istiqamətləndirmə yolu ilə həyata keçirilir. Bu 

dövrdə  təlimə hazırlıq işinin başlıca  şərti fəaliyyət formasının 

əvəzlənməsinə-oyundan təlimə keçməsinə psixoloji əsaslar 

hazırlamaqdan ibarətdir. Təlim fəaliyyəti oyun fəaliyyətinin 

hissəsi, yaxud kompleks forması kimi təşkil olunur. (4, 147)  

Məktəbəqədər yaşlı  uşaq yuxarıda misal gətirdiyimiz 

məntiqsiz  şeiri ləzzətlə  əzbərləyir. Amma məktəbdə müəllimin 

təkidlə tapşırdığı bütün ədəbi qaydaları, tərbiyəvi cəhətləri 

yerində olan şeiri isə ya heç əzbərləmir, ya da bu işi könülsüz 

icra edir. Niyə? Bu sual adi deyil. O, psixoloqlara ünvanlanan 

ciddi sorğudur və bizim hər birimizi düşündürməlidir. 

 

58

Biz belə hesab edirik ki, folklor nümunəsinin asan 



əzbərlənməsi uşaq  şifahi  ədəbiyyatında ciddi ədəbi normaların 

olmaması ilə bağlıdır. Biz tam əminik ki, bu tipli əsərləri uşaqlar 

özləri uydurur və  bədii  ədəbiyyatın qaydalarına tam əməl 

olunmayan bu nümunələr uşağın öz təbiətinə çox uyğundur. Uşaq 

hələ qaydalarla məhdudlaşmayan bir həyat keçirir. O, istədiyi 

yerə getmək, baxmaq, söküb yenidən qurmaqla həyatın sirlərini 

öyrənir. Elmi dillə desək dünyanı  tədqiq edir. Onun qanun-

qaydalarını öz azad hərəkətləri ilə öyrənmək istəyir. Bəlkə bu 

cəhətləri dərk etdiyinə görə yapon xalqı 6 yaşına qədər uşaqlara 

heç nəyi qadağan etmir. Əzbərlədiyi  şeir nümunələri ilə  uşağın 

psixologiyası arasında çox böyük uyğunluq vardır. Uşaq vaxtı 

körpənin nə  qədər  şeir bilməsi nağıl eşitməsi, ana dilini 

mənimsəmək üçün olduqca vacibdir. Qoyun o, şeiri əzbər bilsin, 

nağıl danışsın, imkan varsa aktyorluq etsin. Onlar dilin 

mənimsənilməsi üçün hər hansı qaydaların əzbər söylənməsindən 

min dəfə əhəmiyyətlidir.  

Əgər biz uşağa ana dilinin zənginliyini, məna 

gözəlliyini beşikdə ikən foklor nümunələri vasitəsilə öyrədiriksə 

deməli dilin qrammatik qanunlarını elmi şəkildə öyrətməkdən 

öncə  nənələrimiz həmin qaydaları ana südü ilə körpəyə 

əmizdirmişlər. Bu isə ana dili tədrisi üçün çox vacib bir problemi 

ortaya qoyur: məktəbdə dili öyrənmək üçün hansı üsuldan 

istifadə etmək daha zəruridir?  Əvvəl qrammatik qaydaları 

öyrədib onun isbatı üçün nümunələri bədii mətndə axtarmaq, 

yoxsa bədii  əsərlərdə gizlənən sözaltı  mənaları, rişxənd və 

eyhamları, bir sözlə obrazlı düşüncəni uşağa aşıladıqdan sonra dil 

qaydalarına müraciət etmək?  Ənənəvi təhsillə Avropa 

texnologiyalarının üzləşdiyi indiki məqamda bu sualın cavabı 

mühüm elmi əhəmiyyət kəsb edir.  

Uşaqlarda intellekt qabiliyyətlərinin  əsasını bağçaların 

məktəbə hazırlıq qruplarından və ya 5-6 yaşlarından başlamaq 

lazımdır. Hamıya məlumdur ki, XXI əsr Azərbaycan təhsil 




 

59 


sistemi üçün də kompyuter əsridir. Elmin müasir inkişafı göstərir 

ki, az vaxtdan sonra “şüurlu” kompyuterlər meydana gələcəkdir. 

Artıq onların ilkin elementləri Amerika elmində görünməkdədir. 

Insanın görəcəyi bütün işlərin hamısını yüksək səviyyədə yerinə 

yetirməyi bacaran robotların istehsalata buraxılması göstərir ki, 

dünya elminin bu nailiyyətləri tezliklə bütün dünyanı bürüyəcək-

dir. Deməli bu gün həmin robotlarla və komyuterlərlə rəftar edə 

biləcək insanların formalaşdırılması qarşımızda dayanan əsas 

vəzifələrdən biridir. Həmin vəzifələri yerinə yetirmək üçün uşaq 

bağçalarının son qruplarından və ibtidai siniflərindən başlamaq 

zəruriyyəti meydana çıxmışdır. Bu isə şagirdlərin müstəqil təfək-

kürlərinin inkişaf etdirilməsi vəzifəsidir və  əsrin aktual prob-

lemlərindən biridir. Təlim işi üçün təfəkkür müstəqilliyi çox 

böyük  əhəmiyyət kəsb edir. Şagirdlərdə müstəqil təfəkkür qabi-

liyyətlərinin inkişaf etdirilməsinə uşaqların çox erkən yaşlarından 

başlamaq lazımdır. Dünya alimləri dəfələrlə sübut etmişlər ki, 

uşaqlara bilikləri hazır  şəkildə vermək kifayət etmir. Onların 

bilik öyrənmək bacarığını inkişaf etdirmək lazımdır. Müəllimin 

köməyi olmadan şagird yalnız kitabdan deyil, həm də onu əhatə 

edən mühitdən faydalı biliklər almaq bacarığına yiyələnməlidir. 

Yalnız belə olduqda bütün ömrü boyu öyrənməyə cəht edər. Rus 

pedaqoqu K. D. Uşinski göstərirdi ki, uşaqların özləri müstəqil 

surətdə çalışmalı, düşünməli və tapmalıdır. Bu prosesdə müəllim 

ona yalnız rəhbərlik etməlidir. Təlim prosesində  şagirdlər yeni 

bilik və  vərdişlər  əldə edir. Bu bacarıqların  şüurlu surətdə  dərk 

edulməsində  təfəkkür müstəqilliyi mühüm rol oynayır. Səbail 

rayonundakı 134 saylı otta məktəbin müəllimi Xavər  Əlizadə 

“Düşün, tap” adlı kitabında təfəkkür müstəqilliyinin aşağıdakı 

xüsusiyyətlərini izah edir.  

a) başqasının köməyi olmadan qarşıya sual, problem, 

məsələ qoymasında;  

b) qarşıya qoyduğu məqsədə çatmaq, suala cavab 

vermək, məsələ  və ya problemi həll etmək üçün kənar göstəriş 

 

60



olmadan, vasitə, cavab, yol tapmasında və müəyyən nəticəyə 

gəlməsində; 

c) bu və ya digər cisim və hadisəni törədən səbəblər 

haqqında müəyyən mülahizələr yürütməsində; 

ç)  əldə etdiyi bilikləri, mənimsəmiş olduğu qanun və 

qaydaları başqa idrak obyektlərinə  tətbiq etməsində ifadə 

olunur”.  

Təlim prosesini düzgün təşkil edib, şagirdlərdə müstəqil 

təfəkkürü inkişaf etdirmək qayğısına qaldıqda göstərilən cəhətlər 

onların təlim fəaliyyətində özünü aydın surətdə biruzə verir. Bu 

zaman  şagirdlər sərbəstləşir,  şablondan uzaqlaşır, onların 

fəaliyyətlərində müstəqil düşüncəyə istinad edən hərəkətlər 

üstünlük təşkil edir. Onlar təlim materiallarının məzmununu 

kitabdakı hazır ifadələrlə,  əzbər yadda saxlanmış cümlələrlə 

deyil, öz sözləri ilə, öz üslubunda şərh edirlər.    

Şagirdlərin fənn üzrə bilik və bacarıqlara 

yiyələnməsində  fənn üzrə maraqlar yaradılmasının mühüm 

əhəmiyyəti vardır. Hələ bağça yaşlarında ikən uşaqların ana 

dilinə marağını artırmaq üçün müxtəlif oyunlardan və idraki 

əhəmiyyətə malik olan tapmacalardan istifadə etmək zəruridir. 

Uşaqlar dili öyrənmək üçün əvvəl təbiəti öyrənməlidir. Təbiətdə 

müxtəlif  əşyaların adlarını, müxtəlif rənglərin ifadə etdiyi 

mənaları başa düşməlidirlər. Bu sahədə son illərdə çıxan bir sıra 

kitablar xüsusi əhəmiyyət kəsb edir. Məsələn 5-7 yaşlı  uşaqlar 

üçün “Şəkilli bilməcələr” (tərtibçisi Ü. Gülməmmədova)  adlı 

kitabça maraqlıdır. Bu kitabçada həmin yaşda olan uşaqlar üçün 

şəkillər vasitəsilə  rəngləmələr, labirintlər, fərqləndirmələr, 

birləşdirmələr və  s.  kimi  uşaq idrakına təsir edəcək  şəkillər, 

rebuslar verilmişdir. Kitabçada “Qırıq xətləri birləşdirərək 1 

rəqəminin yazılması”, “Hörümçəyə yuvasına gedib çatmağa 

kömək et”, daha az fiqur olan dəstləri rənglə və s kimi maraqlı, 

uşaqları düşündürən bilməcələr verilmişdir. Kitabın  əvvəlində 

müəllif qeyd edir ki, bu kitabça bizim balaca balalara 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə