Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 

89 


M: - Bu hecanı  tələffüz edərkən hansı üçüncü səsi 

eşidirsiniz? Naz (müəllim üçüncü səsi xüsusi tonla deyir). 

Ş-(z) 

M: - Naz-lı. İkinci heca hansıdır? 



Ş: - lı. 

M: - Bu hecanı  tələffüz edərkən hansı ilk səsi 

eşidirdiniz? –lı müəllim birinci səsi xüsusi tonla deyir). 

Ş: - (1) 

M: - Bu hecanı  tələffüz edərkən hansı ikinci səsi 

eşidirsiniz? –lı (müəllim ikinci səsi xüsusi tonla deyir). 

Ş: - (ı) 

Ana dili (IV sinif) 

Mövzu: “Nəsirəddin Tusi ilə bostançı” 

Standartlar: 1.1.1; 1.2.1; 1.2.4; 2.1.2;42.2.1. 

Məqsəd: 


1.Əsas ideyanın tapılması. 

2. Mətnin düzgün, ifadəli, şüurlu oxunuşu. 

3. Klaster metodundan istifadə edərək bostançının 

istedad və qabiliyətinin müəyyənləşdirilməsi. 

4. Adət və  ənənələrimizin qorunmasını  şagirdlərə 

aşılamaq. 

Inteqrasiya: Ana d., Həyat b., Mus., Təs. inc. 

Iş forması: Qruplarla iş. 

Iş üsulu: Müzakirə, iş vərəqləri ilə iş, beyin həmləsi. 

Resurslar: Dərslik, iş vərəqləri, şəkillər. 



Dərsin gedişi 

Motivasiya, problemin qoyuluşu 



Görən dərdi nədir bizim 

Ulduzların, ayların? 

Ürəyini hey yoxlayır 

Teleskopla onların 

Böyük alim, həm filosof 

Çağırırlar adına. 

 

90



Azərbaycan fəxr eləyir 

Görən kimin adıyla? 

(N.Tusi) 

Köməkçi sual: 

Qarpız, qovun, balqabaq 

Düzülübdür dal-qabaq. 

Becərib suvarıbdır 

Yeyənlərdən o qabaq. 

Nə deyərlər adına? 

Çatın mənim dadıma! 

(bostançı) 

Cavablar alındıqdan sonra müəllim deyir: “Bu gün 

Nəsirəddin Tusi ilə bostançı” mövzusunu keçəcəyik.  Əvvəlcə 

mətnlə tanış olaq”. 



Tədqiqatın sualı:Tusi bostançının hansı qabiliyyətini 

qiymətləndirir? 

Tədqiqatın aparılması 

Şagirdlər müxtəlif  şəkillərlə (ulduz, ay, planet və 

teleskop) 4 qrupa bölünürlər. Onlara iş vərəqləri paylanır. 

Iş vərəqi 1.  

Mətndən bostançının sözlərini ifadəli oxuyun və 

danışın.  

Iş vərəqi 2. 

Bostançıya məxsus xüsusiyyətləri müəyyənləşdirin.  

Iş vərəqi 3.  

Mətndə Tusinin qarpız yedikdən sonra bostançıya 

yenidən qarpız kəsdirdiyi hissəni tapın və düzgün oxuyun.  

Iş vərəqi 4. 

Tusi bostançını nə üçün imtahan edir? 

Informasiya mübadiləsi 

Qrupların işləri təqdim olunur. 

Informasiyanın müzakirəsi 

Müzakirə prosesində müəllim şagirdlərə suallar verir. 




 

91 


Müzakirə sualları: 

1.Uşaqlar, biz bu gün nə öyrəndik? 

2. Bostan bitkiləri hansılardır? 

3. Tusi kim idi? 

4. Bostançının hansı xüsusiyyətlərini öyrəndik? 

5. Nə üçün Tusi qarpız yedikdən sonra yenə bostançıya 

qarpızları kəsdirdi? 

6. Bostançının qabiliyyətini Tusi necə qiymətləndirir? 



Şagirdlərin mümkün cavabları: 

1. Bilik hər yerdə insanın köməyinə çatır. 

2. Yemiş, qarpız, qabaq bostan bitkiləridir.  

3. Tusi böyük alim, məşhur filosof, astronom idi.  

4. Bostançı öz işinin mahir bilicisi, adət-ənənələrə riayət 

edən əməksevən bir insandır.  

5. Tusi öz işinin kamil bilicisi olan  bostançını sınayır, 

onu imtahan etmək istəyirdi.  

6. Tusi xahişlə bostançını Marağa rəsədxanasına aparır 

və elmi işlərində onun təbiətlə bağlı müşahidələrindən istifadə 

edir.  

Nəticə və ümumiləşdirmə 

Şagirdlərin cavabları ümumiləşdirilir. 



Öz işinin bilicisi olmaq, təbiət elmlərinə dərindən yiyə-

lənmək, adət-ənənələri öyrənmək və qoruyub saxlamaq lazımdır.  

Ev tapşırığı. Mətnə aid kiçik dialoq hazırlayın. Plstilin 

və gildən bostan bitkiləri düzəldin.  



Qiymətləndirmə. 

 

         Səviyyə 



Meyarlar 

 I 


  II 

  III 


  IV 

Tədqiqat aparır      

Əməkdaşlıq edir  

 

 



 

 

Təqdim edir 



 

 

 



 

Nəticə çıxarır  

  

 

 



92

 

Müəllim hər qrup üçün meyar cədvəli hazırlayır. Dərsin 



bütün mərhələsində aparılan qiymətləndirmə “+” və  “-“  işarəsi 

ilə göstərilir.  

Ana dilinin tədrisi prosesində intellekt qabiliyyətlərinin 

inkişaf etdirilməsi üçün idrak fəaliyyətinin formalaşdırılması 

əsas istiqamətlərdən biridir. Fəallaşdırma mexanizmininən 

mühüm amillərindən biri ənənəvi təlim sxeminin 

dəyişdirilməsidir. Bu prosesdə qarşıda duran əsas məsələ  dərsə 

tədqiqat xarakteri verməkdir. Bunun üçün hər bir dərsdə 

öyrəniləcək məsələ problem şəklində müzakirəyə  çıxarılmalıdır. 

Həmin prosesdə  şagird tədqiqatçı, bilikləri kəşf edən, müəllim 

qazanılası biliklərin yolunda bələdçi rolunda çıxış edir.  

158 saylı məktəbin 2

sinfində müəllim G. Xəlilova isim 



anlayışını  şagirdlərə keçərkən motivasiya mərhələsində yazı 

taxtasında müxtəlif heyvanların təsviri olan bir şəkil asdı. Şəkildə 

ayı, tülkü, canavar, dovşan və s. vardı. Uşaqlar heyvanların 

adlarını müəyyənləşdirdikdən sonra müəllimə belə bir fikir 

söylədi: “Görəsən bu heyvanların adı olmasaydı, onları bir-

birindən necə ayırardıq? Bəs insanların adı olmasaydı, onlar bir – 

birini necə çağıra bilərdi?” Bunun ətrafında gedən qızğın 

mübahisələrin nəticəsi belə oldu ki, uşaqlar yekdil şəkildə qərara 

gəldilər: insanların hər birinin adının olması əhəmiyyətlidir. 

Müəllim problemi bir qədər də  dərinləşdirmək 

məqsədilə uşaqlardan birinə müraciət etdi: 

- Zəhmət olmasa, o şeyi mənə ver! 

- Nəyi? – deyə  şagird soruşdu. Müəllim hərəkətləri ilə 

çox böyük çətinliklə başa saldı ki, ana dili dərsliyini istəyir və 

əlavə etdi: 

- Mən “Ana dili dərsliyi kitabını istəyirəm” desəydim, 

daha asan olmazdımı? Beləliklə  uşaqlar  əşyalarn da hər birinin 

adının olmasının zəruriliyini dərk etdilər.  Şagirdlər müxtəlif 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə