Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

 

73 


Ana dili tədrisi prosesində elə suallar yaranır ki, cavabı 

bir sözlü olur: bəli, xeyr. Yaxud uşaqdan belə bir sual soruşulur: 

isim sözü bizim dilimizdə hansı  mənanı verir? Cavab 

birsözlüdür: ad. Lakin bir sual başqa bir sualı doğurmağa xidmət 

etməlidir. Məsələn belə: adımız olmasaydı bir-birimizi necə 

çağırardıq? Bu sual ənənəvi dərsliklərimizdəki təxminən 

aşağıdakı sualdır: ismin əhəmiyyəti nədir?  Ənənəvi sualın 

cavabındakı ciddiliyə fikir verin. Sualın tonu şagirdlərin özlərini 

yığışdırmağa, ciddi bir görkəm almağa vadar edir. Həm də şagird 

çalışır ki, qaraqabaq təsiri bağışlayan həmin suala eyni tonla 

cavab versin. Beləliklə şagird-müəllim münasibətlərində qorxuya 

əsaslanan gözəgörünməz münasibətlər yaranır. Lakin “adımız 

olmasaydı bir-birimizi necə çağırardıq” sualında  şagirdlə 

məsləhətləşmək ruhu var. Müəllimin  şagird cavabına ehtiyacı 

hiss olunur. Başqa sözlə  şagird öz məntiqini işə salır. Verəcəyi 

cavabın səhv olacağından qorxmur. O, özünü müəllimlə 

bərabərhüquqlu bir şəxsiyyət hesab edir.  

Rus metodisti A. M. İlin belə hesab edir ki, təhsili ağır 

vəziyyətdən çıxarmaq üçün ən sadə üsul tədrisi oyun ruhunda 

qurmaqdır. Uşaqlara belə bir oyun təklif etmək olar. Guya onlar 

xarici ölkələrdən gəlmiş yazıçı  və jurnalistlərdir. Bir həftə 

ərzində öz cib dəftərçələrinə bu ölkə haqqında mümkün qədər 

çox məlumatlar qeyd etməlidirlər. (A. M. İlin XXI əsrin əlifbası, 

S. Peterburq. 1998, səh 70)  

Bu ciddi oyunun mənası nədir? Hər kəs yazıçı, rəssam, 

bəstəkar ola bilməz. Hətta uşaq  şeir yazırsa, yaxud rəsm  əsəri 

çəkirsə bu heç də o demək deyildir ki, o, gələcəyin S. Vurğunu, 

yaxud T. Salahovu olacaq. Lakin gündəlik yazmağı hər bir şagird 

bacara bilər. O, özünü həqiqi yazıçı kimi hiss edə bilər. Axı o, 

gördüklərini sözə çevirə bilir. Qoy meşə  gəzintisindən,  şəhər 

səyahətindən aldıqları  və ya sadəcə  ətraf aləmdən aldığı 

təəssüratları öz “yazıçı blaknot”unda qeydlər etsin. Onda uşaq 

təkcə seyr etməyi deyil, gəzməyi bacaracaq, gördüklərini sözə 

 

74



çevirə biləcək. Bunun nəticəsində başqalarının yazdıqlarına da 

diqqətlə yanaşacaq. Sözü yerində işlətməyin  nə demək olduğunu 

anlayacaq. Ana dili tədrisinin  ən başlıca məqsədlərindən biri 

sözün mahiyyətini şagirdə anlatmaqdan ibarətdir.  

 “Oxu”  bölməsinin ilk şeiri “Əlifbam” adlanır.  Şeir 

uşağı sözün çoxmənalılığını öyrətməklə qafiyələrin zərifliyini və 

gözəlliyini duydurmaq baxımından nümunəvidir.  

Əlifbam, ay əlifbam, 

Bir sehrli açarsan.  

Elmin, qapılarını, 

Üzümüzə açarsan  

Qafiyə kimi işlənən “açarsan” sözü əvvəl isim, sonra fel 

kimi işlənmişdir. Ikinci bənddə “təzəcə” sözü ilə “gəzəcəm” sözü 

gözəl qafiyədir. Fəsillər bölməsində  təbiətin hər fəslinin 

özünəməxsus cəhətlərini  əks etdirən  şeir və  nəsr nümunələri 

vardır. Rəsmlər mükəmməldir. Cizgilər aydın və anlaşıqlıdır. 

Seçilən mətnlərin əksəriyyəti I sinif şagirdinin anlaq səviyyəsinə 

uyğundur, təbiətdəki səsləri, rəngləri, təbii aləmətləri öyrətmək 

üçün əlverişlidir.  

Lakin bu gözəl kitabın çatışmayan cəhətləri vardır. 

Dərslikdəki mətnlərin sonunda verilən sual və tapşırıqlar öz 

sələflərininkindən heç nə ilə fərqlənmir. Qoyulan sualların cavabı 

çox zaman bir söz və bir cümlə ilə  məhdudlaşa bilər. Halbuki 

sual elə qoyulmalıdır ki, tapşırığı elə vermək lazımdır ki, şagird 

mətnə dözə-dönə müraciət etsin, düşünsün, müstəqil fikir və 

mülahizə yürütsün. Nəbi Xəzrinin “Kəpənək”  şeirinin sonunda 

belə bir sual verilir: “Şair nə üçün kəpənəyi çiçəyə  bənzədir?” 

sualın belə  qəzəbli qoyuluşu  şagirdə düşünmək imkanı vermir. 

Həmin sualı belə  də vermək olardı.  Şair kəpənəyi çiçəyə 

bənzətməklə  nəyə  işarə vurur? Və ya kəpənəyin qanadları  nəyə 

bənzədilir?  

Elə bil ki, əlimdən 

əlvan bir çiçək uçdu 



 

75 


misralarında kəpənəyin qanadlarının çiçək ləçəyinə  bənzədiyinə 

işarə var.  

 “Qədim diyar”, “Şəhidlər xiyabanı” kimi mətnlər 

şagirdə konkret heç nə öyrətmir, onun düşüncəsinə qiymət 

vermir. “Vətənimizin tarixindən” bölməsində verilən mətnlərdən 

köhnəlmiş dərsliklərimizin ruhu duyulur.  

Əlifba təlimi dövründə və ondan sonrakı vaxtda qarşıya 

qoyulan məqsədlər də  ətraflı  səciyyələndirilir. Müəlliflər 

qiymətləndirmə anlayışlarının daha ümumi, fəlsəfi mənasını 

açmaqla yanaşı onun gələcək  şəxsiyyətinin formalaşmağındakı 

əhəmiyyətindən bəhs edirlər. Qiymətləndirmənin uşaq 

emosiyasına təsiri  şagird nailiyyətlərinin aşkara çıxarılması, 

uşağa dəstək vermək, bilikləri qazanmaq yolunda müəllimin 

onlara arxa-dayaq olmaq imkanlarından bəhs edilir. 

Qiymətləndirmə prosesində  uşağın qol-qanadını  sındıran, “sən 

düz demədin”, “yaxşı-yaxşı fikirləşsənə”, “başa düşmürsən”, 

“yox səni anlatmaq çox çətindir” kimi nidalardan “bu fikir 

maraqlıdır”, “sizin düşüncələriniz orijinaldır, amma biz bu 

mövzuda danışmağı xahiş edirik”, və s kimi ruhlandırıcı axtarışa 

həvəsləndirən sözlərdən istifadə etmək olduqca vacibdir.  

Müəlliflər haqlı olaraq göstərirlər ki, qiymətləndirmə 

prosesində  şagirdlərin fərdi keyfiyylərinin nəzərə alınması 

ənənəvi təhsil sistemində mövcud deyildir. Vəsaitdə “Portofilo” 

sistemi üzrə, Verbal qiymətləndirmələr haqqında da müəyyən 

məlumatlar verilir. Metodik vəsaitin üstünlüklərindən biri də 

proqramın həmin vəsaitdə yer almasıdır. Burada saatlar, həmin 

saatlara verilən mətnlərin dərsliklərdəki səhifələri, tapşırıqların 

nömrələri, təhsil standartlarındakı yeri və digər fənlərlə 

inteqrasiyası verilmişdir. Müəllim hər hansı bir mövzunu 

keçərkən “vəsait”dən bütün suallara cavab tapır.  

Müəlliflər hər bir mövzunun strukturunu işləmiş, 

müəllimə lazım olan materialları tam hazırlamışlar.  Əlbəttə bu 

heç də o demək deyil ki, müəllim vəsaitdə verilən plandan kənara 

 

76



çıxa bilməz.  Əgər belə olsaydı, təhsilin demokratiyasından 

müəllim sərbəstliyindən, onun yaradıcılıq potensialının 

inkişafından danışmağa dəyməzdi. 

Bu vəsaitdən istifadə edən hər bir müəllim dərsi özü 

planlaşdırır, yeni, daha kamil, motivasiya, tədqiqat sualı qoya 

bilər, informasiya mübadiləsi, onun müzakirəsi, ümumiləşdirmə 

apara bilər. Lakin burada əsas məsələ şagirdi yeni, daha yaradıcı 

şəxsiyyət kimi formalaşması üçün dərsə yanaşmanın daha 

mükəmməl texnologiyasını tapmaq yaradıcı müəllimlərdən tələb 

olunan cəhətlərdir. “Müəllim üçün vəsait”də 153 mövzunun 

geniş planı verilmişdir. Bəzi xırda-para üslub qüsurlarını nəzərə 

almasaq tam yəqinliklə belə bir fikir söyləmək olar ki, bu vəsait 

müasir təlim texnologiyaları ilə  dərs deyən müəllimlərin  əlində 

Ələddinin sehrli çırağı rolunu oynayacaqdır. 

Lakin təəssüflə qeyd etmək lazımdır ki, vəsaitin 

sonunda verilən mətnlər zəifdir. Uşaq  ədəbiyyatımızın obrazlı 

təfəkkürə arxalanan saysız-hesabsız nümunələrinin  əvəzinə 

kitabda xeyli miqdarda bəsit, qeyri-bədii mətnlərin verilməsi 

həqiqi təəssüf hissi doğurur.  

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə